Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-4/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X7, Müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Cəbrayıl rayonu, Hovuslu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Hovuslu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsi fərdi evdə yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdə, saat 12:15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin 11 “B” sinfinin bədən tərbiyəsi dərsi zamanı məktəbin ərazisində yerləşən stadionda, yəni futbol oynamaq üçün nəzərdə tutulmuş meydançada həmin sinfin şagirdi sinif yoldaşı X10 ilə digər sinif yoldaşı X11 arasında baş vermiş mübahisəni sakitləşdirmək məqsədi ilə İ.M.Lətifovun arxa hissəsindən əli ilə tutaraq qəsdən idman fəndi işlətməklə itələyib üzü üstündə yerə yıxaraq sonuncuya ağ ciyərlərin kontuziyası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbin 11 B sinfində təhsil alır. X3 yoldaşı olmuş və onunla münasibəti yaxşı olmuşdur. 21 fevral 2019-cu il tarixdə 5-ci dərs idman dərsi olmuşdur. İdman dərsi başlayan zaman əvvəlcə İngilis dili müəlliməsi Şəlalə müəllimənin yanına gedib sınaq imtahanının nəticələrini yoxlatmış və idman zalına getmişdir. Orada sinif yoldaşlarının olmadığını görüb məktəbin həyətində yerləşən stadiona getmiş və sinif yoldaşlarının futbol oynadıqlarını görmüşdür. Futbol oynamaq istəmədiyi üçün stadionun kənarında durmuşdur. Təxminən 10-15 dəqiqə futbol oynadıqdan sonra sinif yoldaşları futbolu dayandırıb bir-biriləri ilə zarafatlaşmağa başlamışlar. Həmin vaxt o, sinif yoldaşları Nəsib, Ülvi, Əbülfəz və xatırlamadığı digər sinif yoldaşları Kənan Əsgərlinin üzərinə gedib əllərindəki “flamastr” boya ilə üzünü yazmışlar. Kənan gedib məktəbin həyətində olan bulaqda üzünü yuduqdan sonra stadiona geri qayıtmamışdan əvvəl belə zarafatlardan xoşu gəlmədiyini və ona qarşı bir də belə zarafat etməməklərini demişdir. Həmin vaxt Kənan İlkinlə zarafatlaşaraq onunla güləşməyə başlamış, nə Kənan İlkini, nə də İlkin Kənanı tam yerə yıxa bilməmişlər. İlkin təxminən 1 dəqiqə ərzində Kənanla yenidən güləşmiş, aralaşdıqdan sonra İlkin Kənanı kənara çəkərək sağ əli ilə Kənanın sol üzündən bir sillə vurmuş, sonra onlar təkrar zarafatlaşaraq bir-birilərini itələmişlər. İlkin yenidən Kənana yumruq zərbəsi atmış, Kənan İlkini özündən kənarlaşdırmaq üçün ona təpik zərbəsi atsa da, təpik zərbəsi İlkinə dəyməmişdir. İlkin təkrar Kənanın üzərinə gəldiyi üçün Kənan onun qarın nahiyəsinə bir neçə təpik zərbəsi vurmuş, yerə yıxılaraq bir-biriləri ilə güləşmişlər. Ayağa qalxdıqdan sonra təkrar İlkin Kənanın üzərinə gedib ona təpik və yumruq zərbələri atdığı üçün Kənan da İlkinə təpik atmış, daha sonra onların zarafatlarının ciddi mübahisəyə çevriləcəyini bilib sinif yoldaşlarının köməkliyi ilə onları aralamışlar. Lakin, İlkin Kənanın üzərinə getməyə davam etdiyindən o, İlkini sakitləşdirmək məqsədi ilə sonuncunu arxa hissəsindən əli ilə tutub sağa tərəf itələyib üzü üstə yerə yıxmışdır. Həmin zaman İlkin əlləri üstə yerə yıxılmış, o, da onu qucaqladığı üçün öz tarazlığını saxlaya bilməyərək İlkinin üstünə yıxılmışdır. İlkinin özünü pis hiss etdiyini görüb sinif yoldaşı Əbülfəz su gətirərək İlkinin əlinə su tökmüş, İlkin su ilə üzünü yusa da, içdiyi suyu geri qaytarmışdır. İlkinin özünü pis hiss etdiyini görüb uşaqlarla birlikdə onu məktəbin yeməkxanasının yanında tibb bacısının otağı tərəfə aparmışlar. İlkin həmin yerə sinif yoldaşları qollarından tutaraq özü yeriyə-yeriyə getmişdir. İlkin özünü daha da pis hiss etdiyi üçün təcili tibbi yardım çağırılmış və o, xəstəxanaya aparılmışdır. 15 mart 2019-cu il tarixdə İlkinin xəstəxanada ölməsi xəbərini almışlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməli etiraf etdiyini, səmimi peşman olmasını qeyd edərək barəsində olan cinayət işini cəlb etmə müddəti bitdiyindən xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X10 onun doğma oğludur. O, arvadı Firəngizlə 2000-ci ildə ailə həyatı qursa da, rəsmi nikahları olmadığından İlkin anası X1 daşıyır. Oğlu İlkin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbdə 11 "B" sinfındə təhsil almışdır. 21 fevral 2019-cu ildə İlkin yüngül soyuq dəyməsi ilə əlaqədar olaraq məktəbə getməmişdir. 21 fevral 2019-cu il tarixdə, saat 12 radələrində dərsdən kənar riyaziyyat dərsi hazırlığına getdiyi vaxtda, öz sinfinə baş çəkmək üçün İlkin fıziki tərbiyə dərsinə getmişdir. İlkin öldükdən sonra istintaq zamanı İlkinin sinif yoldaşları tərəfindən döyüldüyünü öyrənmişdir. Belə ki eşitdiklərinə görə İlkinin sinif yoldaşları ilə məktəbin futbol meydançasında zarafatı mübahisəyə çevrilmiş və İlkin sinif yoldaşları Təqsirləndirilən şəxs, Kənan Əsgərli və Ülvi Şəfıyev tərəfindən döyülmüşdür. İlk olaraq X15 təpik zərbələri ilə qarın nahiyəsindən, yumruq zərbələri ilə çiyin nahiyəsindən vurmuşdur. Bundan sonra Ülvi Şəfıyev onları sakitləşdirmək istəyərkən Ülvi yumruq zərbələri ilə İlkinin çiynindən vurmuş, bütün bunlardan sonra Təqsirləndirilən şəxs İlkinin arxadan belindən tutaraq İlkini üzü üstə yerə yıxmış və özü də, İlkinin üzərinə yıxılmışdır. Hadisədən sonra İlkin özünü pis hiss etdiyi üçün sinif yoldaşları İlkinə su vermiş və onu məktəbin bufetinə gətirmişlər. Məktəbin tibb bacısı İlkini müayinə etdikdən sonra İlkinin vəziyyətinin pis olduğunu görüb dərhal təcili tibbi yardım çağıraraq İlkini 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparmışlar. 21 fevral 2019-cu il tarixdə İlkini həmin xəstəxanada müayinə etdikdən sonra daxili qanaxma olduğu görən həkimlər dərhal İlkini əməliyyat etmişlər. İlkin cərrahiyyə əməliyyatından sonra “koma” vəziyyətinə düşmüş və bir daha ayılmamışdır. Oğlu İlkin 15 mart 2019-cu il tarixdə, saat 04 radələrində müalicə aldığı xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 21 fevral 2019-cu il tarixdə 5-ci dərs saatı fiziki tərbiyə dərsi olmuşdur. İbrahim müəllim qız şagirdləri məktəbin daxilində yerləşən idman zalına, oğlan şagirdləri isə məktəbin həyətində yerləşən stadiona aparmış və onlar futbol meydançasında futbol oynamışlar. Futbol oynayan zaman Təqsirləndirilən şəxs və Ümid Əsgərov əllərində rəngli qələmlə gələrək Kənan Əsgərlinin üzünü rəngli qələmlə boyayıb onunla zarafat etməyi təklif etmişlər. Kənan oraya gəldikə Elşən onu yerə yıxmış və üzünü yazmağa başlamışdır. Kənan əsəbiləşib üzünü yumağa getmiş və qayıtdıqda İlkin Lətifovla zarafatlaşmağa başlamışdır. İdman dərsi olduğu üçün onlar kimin qalib gələcəyi ilə bağlı mübahisə aparmışlar. Onlar güləşən zaman İlkin Kənanın sifətinə sillə vurduğuna görə mübahisə ciddiləşməyə başlamışdır. Bu zaman o, İlkin Lətifovu, Əbülfəz isə Kənan Əsgərlini tutaraq ayırmışlar. Lakin İlkin onun əlindən çıxaraq Kənanla yenidən bir-birini vurmağa başlamışlar. İlkin əsəbi olduğu üçün yenidən Kənana hücum etmək istəyərkən sinif yoşdaşı Təqsirləndirilən şəxs İlkini aralamaq məqsədi ilə onu arxadan qucaqlayaraq böyrü üstə yıxmış və özü də müvazinətini itirərək İlkinin üstünə yıxılmışdır. İlkinin vəziyyəti yaxşı olmadığı üçün sinif yoldaşları onu məktəbin yeməkxanasına aparmışlar. İlkinin vəziyyəti pis olduğu üçün direktora və tibb bacısına xəbər vermişlər. Tibb bacısı gələrək İlkinə ilkin tibbi yardım göstərmiş, lakin İlkinin vəziyyəti pis olduğu üçün təcili tibbi yardım maşını gələrək İlkini xastəxanaya aparımşdır. 15 mart 2019-cu il tarixdə İlkin Lətifovun xəstəxanada vəfat etməsini eşitmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 21 fevral 2019-cu il tarixdə 5-ci dərs saatı fiziki tərbiyə dərsi olmuşdur. İbrahim müəllim qız şagirdləri məktəbin daxilində yerləşən idman zalına, oğlan şagirdləri isə məktəbin həyətində yerləşən stadiona aparmış və onlar futbol meydançasında futbol oynamışlar. Futbol oynayan zaman Təqsirləndirilən şəxs və Ümid Əsgərov əllərində rəngli qələmlə gələrək Kənan Əsgərlinin üzünü rəngli qələmlə boyayıb onunla zarafat etməyi təklif etmişlər. Kənan oraya gəldikə Elşən onu yerə yıxmış və üzünü yazmağa başlamışdır. Kənan əsəbiləşib üzünü yumağa getmiş və qayıtdıqda İlkin Lətifovla zarafatlaşmağa başlamışdır. İdman dərsi olduğu üçün onlar kimin qalib gələcəyi ilə bağlı mübahisə aparmışlar. Onlar güləşən zaman İlkin Kənanın sifətinə sillə vurduğuna görə mübahisə ciddiləşməyə başlamışdır. Bu zaman o, İlkin Lətifovu, Əbülfəz isə Kənan Əsgərlini tutaraq ayırmışlar. Lakin İlkin onun əlindən çıxaraq Kənanla yenidən bir-birini vurmağa başlamışlar. İlkin əsəbi olduğu üçün yenidən Kənana hücum etmək istəyərkən sinif yoşdaşı Təqsirləndirilən şəxs İlkini aralamaq məqsədi ilə onu arxadan qucaqlayaraq böyrü üstə yıxmış və özü də müvazinətini itirərək İlkinin üstünə yıxılmışdır. İlkinin vəziyyəti yaxşı olmadığı üçün sinif yoldaşları onu məktəbin yeməkxanasına aparmışlar. İlkinin vəziyyəti pis olduğu üçün direktora və tibb bacısına xəbər vermişlər. Tibb bacısı gələrək İlkinə ilkin tibbi yardım göstərmiş, lakin İkinin vəziyyəti pis olduğu üçün təcili tibbi yardım maşını gələrək İlkini xastəxanaya aparımşdır. 15 mart 2019-cu il tarixdə İlkin Lətifovun xəstəxanada vəfat etməsini eşitmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 21 fevral 2019-cu il tarixdə 5-ci dərs saatı fiziki tərbiyə dərsi olmuşdur. İbrahim müəllim qız şagirdləri məktəbin daxilində yerləşən idman zalına, oğlan şagirdləri isə məktəbin həyətində yerləşən stadiona aparmış və onlar futbol meydançasında futbol oynamışlar. Futbol oynayan zaman Təqsirləndirilən şəxs və Ümid Əsgərov əllərində rəngli qələmlə gələrək Kənan Əsgərlinin üzünü rəngli qələmlə boyayıb onunla zarafat etməyi təklif etmişlər. Kənan oraya gəldikə Elşən onu yerə yıxmış və üzünü yazmağa başlamışdır. Kənan əsəbiləşib üzünü yumağa getmiş və qayıtdıqda İlkin Lətifovla zarafatlaşmağa başlamışdır. İdman dərsi olduğu üçün onlar kimin qalib gələcəyi ilə bağlı mübahisə aparmışlar. Onlar güləşən zaman İlkin Kənanın sifətinə sillə vurduğuna görə mübahisə ciddiləşməyə başlamışdır. Bu zaman o, İlkin Lətifovu, Əbülfəz isə Kənan Əsgərlini tutaraq ayırmışlar. Lakin İlkin onun əlindən çıxaraq Kənanla yenidən bir-birini vurmağa başlamışlar. İlkin əsəbi olduğu üçün yenidən Kənana hücum etmək istəyərkən sinif yoşdaşı Təqsirləndirilən şəxs İlkini aralamaq məqsədi ilə onu arxadan qucaqlayaraq böyrü üstə yıxmış və özü də müvazinətini itirərək İlkinin üstünə yıxılmışdır. İlkinin vəziyyəti yaxşı olmadığı üçün sinif yoldaşları onu məktəbin yeməkxanasına aparmışlar. İlkinin vəziyyəti pis olduğu üçün direktora və tibb bacısına xəbər vermişlər. Tibb bacısı gələrək İlkinə ilkin tibbi yardım göstərmiş, lakin İkinin vəziyyəti pis olduğu üçün təcili tibbi yardım maşını gələrək İlkini xastəxanaya aparımşdır. 15 mart 2019-cu il tarixdə İlkin Lətifovun xəstəxanada vəfat etməsini eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–tibbi ekspertiza və patoloji anatomiya Birliyinin 15 mart 2019-cu il tarixli, 31 nömrəli rəyindən görünür ki, X8 meyitində ağır travmatik və hemorragik şokla müşayiət olunan, kəskin daxili qanitirmə və qara ciyərin cırılması ilə nəticələnmiş qarının qapalı küt travması; ağ ciyərlərin kontuziyası və iki tərəfli pnevmotoraks; sol qulaq seyvanın sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdirlər, törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla 21.02.2019-cu il tarixə uyğun gəlirlər. Qeyd olunan xəsarətlər: sağ qulaq seyvanın sıyrığı sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malikdir, həyatidir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur; ağır travmatik və hemorragik şokla müşayiət olunan, kəskin daxili qanitirmə və qara ciyərin cırılması ilə nəticələnmiş qarının qapalı küt travması; ağ ciyərlərin kontuziyası və iki tərəfli pnevmotoraks həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. İlkin Lətifovun ölümünə bilavasitə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində törənmiş ağır travmatik və hemorragik şok fonunda ağ ciyər-ürək çatmamazlığı olmuşdur (məhkəmə-histoloji müayinə aktı № 419, 03.04.2019cu). İlkin Lətifovun ölümü 15.03.2019-cu ildə, saat 03:30-da 3 saylı Şəhər Kliniki Xəstəxanasında baş vermişdir (3 saylı Şəhər Kliniki Xəstəxanasında tərtib olunmuş C-740 saylı xəstəlik tarixinə əsasən). İlkin Lətifovun bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə, elecədə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni kənar şəxslər tərəfindən, belə ki, sol qulaq seyvanının sıyrığı, ağ ciyərlərin kontuziyası və iki tərəfli pnevmotoraks öz boyu hündürlüyündən yerin sərt örtüyünə kənar şəxs tərəfindən çırpılması nəticəsində; ağır travmatik və hemorragik şokla, kəskin daxili qanitirmə ilə nəticələnmiş qara ciyərin cırılması yerin sərt örtüyünə kənar şəxs tərəfindən çırpılması və kənar şəxs (şəxslər) tərəfindən qarın nahiyyəsinə ayaqla lokal zərbə(lər) vurması nəticəsində törənməsi istisna olunmur.İlkin Lətifovun adına 3 saylı Şəhər Kliniki Xəstəxanasında tərtib olunmuş C-740 saylı xəstəlik tarixində xəstəxanaya daxil olarkən sərxoş olubolmaması barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin Komisyon məhkəmə-tibbi ekspertizasının 28 iyun 2019-cu il tarixli, 233/KEŞ nömrəli rəyindən görünür ki, X8 adına 3 saylı Şəhər Kliniki Xəstəxanasında tərtib olunmuş sənədlərdə göstərilənlərə əsasən, o, 21.02.2019-cu il tarixdə, saat 14:00-da xəstəxanaya daxil olmuş, obyektiv və rengenoloji müayinədən sonra ona “qarının küt travması, sağçiyinin əziyi” diaqnozu təyin edilmişdir. Həkim tərəfindən müvafiq plan verilmiş, yəni xəstənin qarın boşluğu orqanlarının ulturasəs müayinəsinin aparılması və uşaq cərrahının baxışının təmin olunması məsləhət görülmüşdür. Ulturasəs müayinəsi zamanı dalaqda, qaraciyər ətrafında, kişik çanaqda bir qədər maye izlənilmiş və dinamik müşahidə məsləhət görülmüşdür. Eləcə də cərrahlar tərəfindən baxış zamanı xəstəyə təcili cərrahi əməliyyat “Laparosintez, ehtiyac yaranarsa Laparatomiya” əməliyyatı məsləhət olunmuşdur. Cərrahların baxışından sonra saat 15:15-də təcili “Laparatomiya, qara ciyərin cırılmış yarasının tikilməsi, qarın boşluğunun sanasiya və drenə olunması, sağ plevra boşluğunun bülau üsulu ilə drenə olunması” cərrahiyyə əməliyyatının icrasına başlanılmış, əməliyyatın gedişi zamanı qarın boşluğunda iki litr sərbəst qan və qan laxtaları, eləcə də qara ciyərdə cırılmış yara aşkarlanmışdır. Bundan əlavə sağ plevra boşluğu drenə olunaraq 150 ml qan aspirasiya olunmuş və saat 17:25-də əməliyyat sona çatdırılmışdır. Əməliyyatdan sonrakı dövrdə xəstənin huşu bərpa olmamış, koma tipli pozulmuşdur. Anesteziyadan bir gün sonra xəstəyə müvafiq həkimlərin (nevroloq, neyrocərrah) baxışları zəruri olduğu halda təmin olunmamış, yalnız, 28.02.2019-cu il tarixdə xəstəyə həkim nevroloqun baxışı keçirilmiş və onda dərin komatoz vəziyyət, sol tərəfli hemiplegiyanın olmasını aşkarlanmışdır. Döş qəfəsində olan pataloji hallar, yəni sağ döş boşluğunda sərbəst qanın, sol döş boşluğunda havanın olması vaxtında müayinəüsulları ilə aşkarlanmamışdır. Qeyd olunan patalogiyalarla bağlı lazımi tibbi tədbirlər görülməmişdir. 04.03.2019-cu il tarixdə xəstədə bağırsaq keçməməzliyi müəyyən edilmiş və onun üzərində “Relaparotomiya, nazik bağırsaq bitişmələrinin ləğvi, qarın boşluğunun drenaj olunması” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra da xəstə komatoz vəziyyətdə olmuş və aparılmış intensiz reanimasion tədbirlərə baxmayaraq 15.03.2019-cu il tarixdə saat 03:30-da xəstədə artan ürək-çatmamazlığı fonunda bioloji ölüm baş vermişdir. İlkin Lətifovun meyitinin ağ ciyərlərində laborator tədqiqat zamanı diffuz irinli pnevmoniyanın olduğu müəyyən edilmişdir ki, bu ağır patalogiya müalicə həkimi tərəfindən nəzərdən qaçırılaraq adekvat tibbi tədbirlər görülməmişdir. Bundan əlavə birinci əməliyyatdan sonra xəstənin huşu bərpa olmadığı halda həkim-nevroloq 7 gün sonra dəvət olunmuş, baş beyində gedən hipoksik dəyişikliklərə əlaqədar müayinə və müalicə üsulları aparılmamışdır. Belə ki, qanitirmədən yaranan anemiya və ağ ciyərlərdə diffuz irinli pnevmoniya fonunda maddələr mübadiləsinin, eləcə də sirkulasiyanın pozulması ilə əlaqədar baş beyinin oksigenlə təchizatı pozulmuş, beyinin hipoksik yüklənməsi baş vermiş və sonda beyin ödemi ilə nəticələnmişdir. Ölümə səbəb baş beyinin ödemi və ağ ciyərlərdə diffuz irinli pnevmoniya ilə müşaiyət olunan ağ ciyər-ürək çatmamazlığı olmuşdur. Bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxslər anestezioloq-reanimatoloqlar N.Dəmirçiyev, N.Əsgərova, İ.Hümbətov və cərrah K.Hüseynovdur. İlkin Lətifovun 3 saylı Şəhər Kliniki Xəstəxanasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarına uyğun olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin Əlavə məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2019-cu il tarixli 01-ə/31 nömrəli rəyindən görünür ki, mərhum İ.M.Lətifovun bədəni üzərində olan ağır travmatik və hemorragik şokla müşayiət olunan, kəskin daxili qanitirmə və qara ciyərin cırılması ilə nəticələnmiş qarnın qapalı küt travması qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, kənar şəxs tərəfindən zərəçəkənin qarın nahiyyəsinə ayaqla təkrari zərbələr yetirilməsi zamanı alınması istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin Əlavə məhkəmə-tibbi ekspertizasının 26 sentyabr 2019-cu il tarixli 02-ə/31 nömrəli rəyindən görünür ki, «2002-ci il təvəllüdlü mərhum X8 hadisə zamanı döş qəfəsindən almış olduğu xəsarət sağ ağ ciyərlərin kontuziyası olmuşdur ki, buda ilkin rentgenoloji müayinə zamanı və cərrahi əmliyyatdan sonrakı sağ plevra boşluğuna drenaj edilərkən qeyd edilmişdir. Belə ki, 3 saylı X9 tərtib olunmuş C 740 saylı xəstəlik tarixindən görünür ki, X10 21.02.2019cu il tarixdə, saat 14:00-da xəstəxanaya daxil olmuşdur. Daxil olarkən ümumi vəziyyəti ağır olmuş, ağ ciyərlərdə vezikulyar tənəffüs qeyd edilmişdir. Döş qəfəsinin rentgenoqrammasında plevra boşluğunda patoloji qan və ya hava olması konkret müəyyən olunmamışdır. Yalnız sağ ağciyərdə yumşaq toxumaların əziyi aydın qeyd olunmuşdur. 21.02.2019-cu il tarixdə sağ plevra boşluğu Bülauüsulu ilə drenaj olunmuşdur, plevra boşluğundan təxminən 150 ml qan aspirasiya olunmuşdur. Plevra boşluğundan sərbəst havanın xaric olması müşahidə olunmamışdır. 22.02.2019-cu il tarixdə drenajdan az miqdarda serrozhemorragik maye xaric olunması müşahidə edilmişdir. Bununla belə ağciyərlər çox elastik olduğundan və plevra boşluqlarının həcmi böyük olduğuna görə, ağ ciyərlərin plevra boşluqlarında sıxılması daha az təhlükəlidir (ədəbiyyat Ş.Musayev «Məhkəmə təbabəti»). Bununla ağciyərin kontuziyası canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli zərərvurmaya aid oluna bilər. Yuxarıda göstərilən xəsarət onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən tarixə və şəraitə, yəni onun yerin sərt örtüyünə çırpılması və eyni zamanda digər şəxsin üzərinə yıxılması zamanı yaranmasına uyğun gəlir». İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 məhkəmə-psixiatrik ekspertizasının Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 may 2019-cu il tarixli, 911 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyyacı yoxdur. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–tibbi ekspertiza və patoloji anatomiya Birliyinin 20 sentyabr 2021-ci il tarixli, T203/2021 nömrəli rəyindən görünür ki, vətəndaş İ.M.Lətifov 3 saylı klinik xəstəxanaya gətirildikdən sonra aparılan klinik və instrumental müayinələr nəticəsində aşkar edilən sağ tərəfli 400,0 ml pnevmotoraks, 150,0 ml hemotoraks, nəbzinin dəqiqədə 75 vurğu, A/T-101/80 mm civə sütunu olması, sərbəst tənəffüs etməsi, şikayətlərini bildirməsi onda olan hər iki ağciyərin kontuziyası olmasını göstərir və bu göstəricilər həyat üçün təhlükəli əlamətlərlə müşayiət olunmadığından dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cərrahi əməliyyatdan sonra xəstənin süni tənəffüs aparatına qoşulması, ağciyərlərdə müayinə zamanı nöqtəşəkilli və ocaqlı qansızmaların aşkar edilməsi kəskin qanitirmənin nəticəsidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 08 aprel 2019-cu il tarixdə alınmış Tələbnamədən görünür ki, xx xxxxxx 2001-ci ildə Cəbrayıl rayonu, Hovuslu kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 127.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 08.04.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 21 fevral 2019-cu ildə törədilmiş, cinayətin törədilməsindən 02 (iki) il 07 (yeddi) aydan çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 21 fevral 2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə ekspert xərci yoxdur. İş üzrə maddi sübut sübut olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən N.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin direktoru tərəfindən istintaq orqanına təqdim olunmuş 1 ədəd NAPSD DVR markalı aparatın içərisində olan H-264 Hard diskdəki video görüntülər yazılmış 1 ədəd hadisənin video görüntüləri əks olunmuş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-348, 356, 381, 383-385-ci maddələrini maddələrini rəhbər tutub QƏRAR VERDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən N.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin direktoru tərəfindən istintaq orqanına təqdim olunmuş 1 ədəd NAPSD DVR markalı aparatın içərisində olan H-264 Hard diskdəki video görüntülər yazılmış 1 ədəd hadisənin video görüntüləri əks olunmuş disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-4/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-4/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver