Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-4/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs Samedov Tabrizin, Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də (X14) dermatoloq həkim vəzifəsində işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, yaşadığı ünvan üzrə müsbət xarakterizə edilən, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, xx xxxxx 1990-cı il tarixdə Gədəbəy rayonunun Köhnəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Gədəbəy rayonunun Köhnəqışlaq kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində nömrəsiz evdə yaşayan, yaşadığı ünvan üzrə müsbət xarakterizə edilən, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1966-cı il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Məmişli kəndində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan, yaşadığı ünvan üzrə müsbət xarakterizə edilən, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Tabriz Samedovun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Samedov Tabriz o, dostluq münasibətlərində olduğu, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-də (X14) dermatoloq həkim vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 dəvəti ilə 12 noyabr 2021-ci il tarixdə günorta saatlarında sonuncunun həmin mərkəzdəki xidməti otağına getdikdə Təqsirləndirilən şəxs3 ona “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Agentliyinin rəyi olmadan ünvan 5 ünvanında Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində yerləşən oğlu Tural Cəfərquliyevə məxsus tikinti-təmir işlərinin aparıldığı obyektin qarşısında 2 metr məsafədə dövlət mülkiyyətinə aid torpaq sahəsində piyada səkisində, eyni cərgədə bir-birindən 1,5 metr aralı yerləşmiş 02 ədəd sərv cinsindən olan ağacların qanunsuz olaraq kəsilməsinin lazım olduğunu, bunun üçün işi icra edəcək şəxsi müəyyən etməsini bildirib bu barədə müvafiq tapşırıqlar vermiş, bundan sonra o, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsindən keçən avtomobil yoluna asvalt örtüyünün çəkildiyini müşahidə edib orada fəhlə kimi çalışan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 yaxınlaşıb ona Tural Cəfərquliyevə məxsus obyektin qarşısında 2 metr məsafədə piyada səkisində olan 02 ədəd sərv ağacını göstərib obyektin reklam görüntüsünə maneə yaradacağı üçün həmin ağacların qanunsuz kəsilməsinə görə zəhmət haqqı olaraq 3000 manat pulun verilməsi ilə bağlı Təqsirləndirilən şəxs3 tapşırığını Təqsirləndirilən şəxs2 bildirdikdə sonuncu həmin təkliflə razılaşdıqda, o, Təqsirləndirilən şəxs2, özündən və özünün vasitəsi ilə Təqsirləndirilən şəxs3 ibarət tərkibdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra cinayətkar plana uyğun olaraq o, qrupun üzvü Təqsirləndirilən şəxs3 ağacların qanunsuz kəsilməsinə dair işin icrası vaxtını Təqsirləndirilən şəxs2 bildirdikdə qrupun üzvü Təqsirləndirilən şəxs2 almış olduğu tapşırığın qanunsuz olduğunu bilməklə 12 noyabr 2021-ci il tarixdə saat 23 radələrində, yəni gecə saatlarında cinayətin törədilməsi üçün ətrafda insanların az olmasından yararlanaraq ünvan 5 ünvanında Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində yerləşən obyektin qarşısında 2 metr məsafədə piyada səkisində meşə fonduna daxil olmayan 22 sm və 26 sm diametr enində yaş kök üstə bioloji inkişafda olan 2 ədəd təxminən 7-8 metr hündürlüyündə sərv ağaclarını əl mişarı və baltadan istifadə etməklə təbiətə 2700 manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla kəsmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsindən keçən avtomobil yoluna asvalt örtüyünün çəkilməsində fəhlə kimi çalışan zaman 12 noyabr 2021-ci il tarixdə günorta saatlarında əvvəllər tanımadığı Gürcüstan Respublikasının vətəndaşı Samedov Tabriz (X10) ona yaxınlaşaraq ünvan 5 ünvanında yerləşən X6 məxsus obyektin qarşısında 2 metr məsafədə piyada səkisində eyni cərgədə bir-birindən 1,5 metr aralı yerləşmiş 02 ədəd sərv ağacını göstərib həmin ağacların obyektin reklam görüntüsünə maneə yaradacağı üçün qanunsuz kəsilməsinə görə zəhmət haqqı olaraq 3000 manat pulun verilməsi ilə bağlı ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-də (X14) dermatoloq həkim vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 tapşırığını bildirdikdə o, həmin təkliflə razılaşaraq Tabriz Samedov, eləcə də sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs3 ibarət tərkibdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra cinayətkar plana uyğun olaraq qrupun üzvü Tabriz Samedov ona Təqsirləndirilən şəxs3 ağacların qanunsuz kəsilməsinə dair işin icrası vaxtını bildirdikdə o, almış olduğu tapşırığın qanunsuz olduğunu bilməklə 12 noyabr 2021-ci il tarixdə saat 23 radələrində, yəni gecə saatlarında cinayətin törədilməsi üçün ətrafda insanların az olmasından yararlanaraq “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Agentliyinin rəyi olmadan ünvan 5 ünvanında Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində yerləşən obyektin qarşısında 2 metr məsafədə piyada səkisində meşə fonduna daxil olmayan 22 sm və 26 sm diametr enində yaş kök üstə bioloji inkişafda olan 2 ədəd təxminən 7-8 metr hündürlüyündə sərv ağaclarını əl mişarı və baltadan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təbiətə 2700 manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla qanunsuz kəsmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-də (X14) dermatoloq həkim vəzifəsində işləyən zaman 12 noyabr 2021-ci il tarixdə günorta saatlarında dostluq münasibətlərində olduğu Gürcüstan Respublikasının vətəndaşı Tabriz Samedovu (X8) həmin mərkəzdəki xidməti otağına çağırıb öz qulluq mövqeyindən istifadə edərək ona “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2-ci bəndinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Agentliyinin rəyi olmadan ünvan 5 ünvanında Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində yerləşən oğlu Tural Cəfərquliyevə məxsus tikinti-təmir işlərinin aparıldığı obyektin qarşısında 2 metr məsafədə dövlət mülkiyyətinə aid torpaq sahəsində piyada səkisində, eyni cərgədə bir-birindən 1,5 metr aralı yerləşmiş 02 ədəd sərv cinsindən olan ağacların qanunsuz olaraq kəsilməsinin lazım olduğunu, bunun üçün işi icra edəcək şəxsi müəyyən etməsini bildirib bu barədə Tabriz Samedova müvafiq tapşırıqlar vermiş, bundan sonra X13 qəsəbəsi Sergey Yesenin küçəsindən keçən avtomobil yoluna asvalt örtüyünün çəkildiyini müşahidə edib orada fəhlə kimi çalışan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 yaxınlaşıb ona Tural Cəfərquliyevə məxsus obyektin qarşısında 2mter məsafədə piyada səkisində olan 02 ədəd sərv ağacını göstərib obyektin reklam görüntüsünə maneə yaradacağı üçün həmin ağacların qanunsuz kəsilməsinə görə zəhmət haqqı olaraq 3000 manat pulun verilməsi ilə bağlı onun tapşırığını Təqsirləndirilən şəxs2 bildirdikdə sonuncu Tabriz Samedovun vasitəsi ilə onunla razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bundan sonra o, cinayətkar plana uyğun olaraq qrupun üzvü Tabriz Samedovun vasitəsi ilə Təqsirləndirilən şəxs2 ağacların qanunsuz kəsilməsinə dair işin icrası vaxtını bildirmiş, qrupun üzvü Təqsirləndirilən şəxs2 almış olduğu tapşırığın qanunsuz olduğunu bilməklə 12 noyabr 2021-ci il tarixdə saat 23 radələrində, yəni gecə saatlarında cinayətin törədilməsi üçün ətrafda insanların az olmasından yararlanaraq ünvan 5 ünvanında Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində yerləşən obyektin qarşısında 2 metr məsafədə piyada səkisində meşə fonduna daxil olmayan 22 sm və 26 sm diametr enində yaş kök üstə bioloji inkişafda olan 2 ədəd təxminən 7-8 metr hündürlüyündə sərv ağaclarını əl mişarı və baltadan istifadə etməklə təbiətə 2700 manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla kəsmiş, bununla da o, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs Samedov Tabriz özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ittihamda qeyd edilənlərin çox hissəsi yalan olsa da, lakin itihamda göstərilən ağacı o kəsmişdir. Qeyd etmişdir ki, güclü küləklər əsirmiş, onun evi və iş yeri sözügedən ağaca yaxındır. Külək üç ağacı əymiş, həmin ağaclarda artıq təhlükə yaradırmış, o da bununla bağlı yaşıllaşdırma idarəsinə şifahi olaraq müraciət etmiş və həmin idarədən ona kənd sovetinə müraciət etməli olduğunu, kənd sovetinin gəlib akt tərtib edəcəklərini və bundan sonra təxminən 1 həftə, 10 gün ərzində gəlib ağacı kəsəcəkləri bildirilmişdir. O da evinə tərəf əyilən ağacları özü kəsmiş və onun ağacları kəsən zaman hər-hansı bir marağı olmamışdır. Ağacları kəsəndən sonra, yoldan keçən zibil maşınları həmin ağacları götürüb aparmışlar. Əlavə olaraq bildirmişdir ki, ittiham aktında guya onun ağacları kökündən çıxardığı qeyd edilsə də, lakin bu yalandır, həmin ağacların kökləri hal-hazırda da yerindədir. Ona 2700 manat dövlətə ziyan dəydiyi bildirilmiş və həmin ziyanı ödəniləcəyi təqdirdə bu məsələnin bağlanacağı bildirilmişdir. O da həmin 2700 manat pulu ödəmiş, lakin sonradan o, prokurorluğa çağırılmışdır. Prokurorluqda ona “Sənin kəsdiyin ağaclar Mirzəlinin oğlu Turala məxsus obyektin qarşısındadır. Sən bir dənə ifadə ver ki, guya ağacları Mirzəlinin göstərişi ilə kəsmisən. Belə olan halda Mirzəlidən 30000 manat pul alacağıq” deyilmiş, o da deyilən kimi etmişdir. Onun Mirzəli ilə arasında bu hadisələrdən əvvəl də narazılığı olmuşdur. Bu səbəbdən də Mirzəliyə ziyan vermək üçün ibtidai istintaq zamanı bu formada ifadə vermişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun bu cinayət işi ilə ümumiyyətlə əlaqəsi olmamışdır. Təbriz ilə uzun müddətdir ki, münasibəti var. Teztez Təbrizlə yeyib-içmişlər. Bir dəfə yeyib içən zaman Təbrizə zəng gəlmiş, Təbriz kənara çəkilib telefonla danışıb qayıdandan sonra qanıqara olduğunu görmüş və ondan nə olduğunu soruşmuşdur. Təbriz ona başına gələn işi danışmış, o nə köməklik lazımdırsa etməyə hazır olduğunu demişdir. Təbriz ona fəhlə lazım olduğunu demiş, o da “fəhlə elə mən, gedək hara lazımdırsa imza atım” demişdir. Səhəri gün Təbriz ilə birlikdə prokurorluğa getmiş, orada olan zaman Vətən Əliyev ona “sənlik burda bir şey yoxdur, sadəcə fəhlə kimi sənin adın gedəcək” demiş, sonra prokurorluqdan çıxaraq parkda dayanmışdır. Bu zaman bir nəfər eynəkli cavan oğlan gələrək, “bu kağızlara imza at demiş” o da həmin kağızları imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o ağacların kəsilməsi ilə bağlı ilk dəfə Yaşıllaşdırma idarəsindən 2 nəfər şəxsin onun otağına girdiyi zaman xəbər tutmuşdur. Ona işçiləri zəng vuraraq bildirmişlər ki, “burada 2 nəfər adam var, bildirirlər ki, icra hakimyyətindən gəlmişik və sizin yanınıza gəlmək istəyirlər.” Xəstələr çox olduğu üçün icra hakimyyətinin işçilərinin nömrəsiz içəri keçə biləcəklərini bildirmişdir. Otağına Mürvət və adını bilmədiyi digər şəxs daxil olmuşdur. Onun otağında 3-cü adam olmamışdır. Mürvət içəri girəndən sonra bildirmişdir ki, “doktor, burada ağac kəsilib, xəbərin var?.” O da cavabında xəbərinin olmadığını bildirmişdir. Sonradan soruşmuşlar ki, “bəs klinikaya yaxındır, axı nə əcəb xəbərin yoxdur?” O da Mürvətə maşınla səhər saat 8-də işə gəldiyini, otağına daxil olduğunu, daha sonra günorta saat 3-də çıxıb getdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin ağacdan onun xəbəri olmamışdır. Mürvət daha sonra ona tikinti ilə əlaqədar sual verən zaman o da cavabında tikintini onun oğlunun apardığını, lazım olduğu təqdirdə isə oğluna kömək etdiyini demişdir. Əlavə olaraq onun tikinti olmadığı, sadəcə yüngül konstruksiya olduğunu bildirmişdir. Həmin hadisə təxminən dekabrın 13-14-ü aralığında olmuşdur. Üzərindən 1 həftə keçdikdən sonra ekologiyanın işçisi Rəvan ona zəng vuraraq klinikaya yaxın ərazdə ağac kəsildiyindən xəbəri olub-olmadığınıə soruşduqda o da cavabında ağacın ağacın kəsilməyindən xəbəri olmadığını demişdir. Ağac da “Beko” mağazası ilə “Andromed” klinikası arasında kəsilmişdir. Bundan sonra o, ayın ya 18, ya da ki 19-u sürücü vasitəsi ilə ərizə ilə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Həmin ərizədə ağacların kimlər tərəfindən kəsilməsi ilə bağlı araşdırma aparılmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, bununla əlaqədar onu narahat edirlər. Təxminən 10-15 gün keçdikdən sonra müstəntiq ona zəng etmiş və baş prokurorluğa gəlmək lazım olduğunu bildirmişdir. O da baş prokurorluğun istintaq idarəsinə müstəntiq Vətən Əliyevin yanına getmişdir. Müstəntqi ona ağacların kəsilməsi ilə bağlı dəvət olunduğunu bildirmişdir. O da cavabında “ağac kəsənin də, kəsdirənin də... olsun” söyüş söymüşdür. O bildirmişdir ki, onun bu işdən ümumiyyətlə xəbəri yoxdur. Lakin müstəntiq ona “bəs Təbriz deyir ki, ağacları sən kəsmisən.” demiş, oda cavabında “Təbriz gəlsin görək Təbrizin bu məsələyə, həmin yerə nə aidiyyəti var. Təbriz kimdir?” demişdir. Təbriz ümumiyyətlə onun xəstəsi, onun Təbrizlə vaxtı ikən böyük problemi olmuş və polisdə şikayəti olmuşdur. Onun Təbrizlə dostluğu olmamışdır. Müstəntiq Vətən ona “bəs yazıram bu formada qol çəkərsən.” Demiş, o da “eynəyim üzərimdə yoxdur, pis görürəm” demişdir. Müstəntiq isə ona “mən oxuyaram, sən də qol çəkərsən” demişdir. O da müstəntiqin oxuduğu kimi oraya izahat yazdığına inanmışdır. Belə ki, yazılanı oxumuş, o da görmüşdür ki, onun dedikləri izahatında olduğu kimi yazılmış və imza atmışdır. 2-3 gün keçdikdən sonra Təbriz mənə zəng edərək “ay Mirzə müəllim, sən izahatında qeyd etmisən ki, mən sənin prorabınam. Axı, mən sənin prorabın olmamışam” demiş, o da cavabında “nə prorab, prorab nədir.” Bildirmişdir. Təbriz bildirdi ki, “bəs sən izahatında qeyd etmisən ki, guya mən sənin prorabın olmuşam.” Təbriz də onun da oraya çağırıldığını demişdir. Bundan sonra o yenidən müstəntiq Vətən Əliyevin yanına prokurorluğun istintaq idarəsinə getmişdir. Ona bildirmişdir ki, “bəs mən izahatımı oxumaq istəyirəm.” O da bildirdi ki, “niyə axı?”. O da bildirmişdir ki, “keçən dəfə mənə oxuduğunla deyilən sözlər düz gəlmir.” Daha sonra o yazılan izahatı oxuyaraq görmüşdür ki, izahatda cəfəngiyyat və nağıl yazılmışdır. Guya Təbriz onun prorabıdır, Təbrizə o demişdir ki, Təbriz belə edib, Təbriz elə edib. Sonra o izahatını dəyişmiş, orada da qeyd etmişdir ki, onun əsas izahatı bundan ibarətdir. Daha sonra oxumuş, ikinci verilən izahatı yazmış və təsdiqləmişdir. Bir müddət sonra, təxminən yanvar ayında müstəntiq Vətən onu yenidən idarəyə çağırmışdır. O da idarəyə gələn zaman Təbrizin orada olduğunu görmüşdür. Həmin vaxtı Vətən ona “ay Mirzə müəllim, niyə bu işi qurtarmırsan?” demiş, oda cavabında “mənim burada hər hansısa bir günahım yoxdur.” demişdir. Daha sonra Vətən bildirmişdir ki, “burada sizin adınız hallanıb deyə müəyyən məbləğ lazımdır ki, bu iş bağlansın.” O da bildirmişdir ki, “mən öz payıma söyüş söymüşəm, ikincisi də mən belə şeyə görə pul verən deyiləm.” X16 yanında ondan 25000 manat pul istəsə də, lakin o çixib getmişdir. Daha sonra ona polisdən zəng vuraraq bildirmişlər ki, müstəntiq zəng edib ki, “səni maşına götürüb gəlmək üçün şou yaratmağımı istəyirlər.” O da onlara bildirmişdir ki, “heç nə etmək lazım deyil. Mən özüm müstəntiqin yanına gedərəm.” Ona idarəyə gedən zaman orada üzləşmə olacağı və onun orada vəkili olacağı deyilməmişdir. Orada ona guya vəkil tutulmuş, vəkilin də adı Pəhlivan imiş. O, həmin vəkili bircə dəfə görmüşdür. O da birinci dəfə ona ittiham yazdıran zaman görmüşdür. Orada olan zaman Təbrizlər Ruslanın oturduğunu görmüşdür. Ruslanı o, ilk dəfə orada görmüşdür. Vətən həmin zaman ona üzləşmə olacağını bildirmiş, oda cavabında üzləşmə zamanı vəkillərin də iştirak etməli olduğunu demişdir. Vətən ona cavabında bildirmişdir ki, “yox, bu o üzləşmədən deyil.” demişdir. Həmin vaxtı Vətən Təbrizə qayıdaraq “Təbriz kişi nə deyirdin, buyur.” demiş, Təbriz də sıxıla-sıxıla “ay Mirzə sən dedin mən də ağacı kəsdim də.” deyən zaman o da orada “yalan deyənin .......... olsun. Ağac kəsən də, kəsdirən də .... olsun.” demişdir. Həmin zaman Təbriz müstəntiqə “məni niyə söydürürsən. Məni niyə alçaldırsan. Bu kişinin bu işlərdə heç bir əli yoxdur. Mən heç bir yerə də qol çəkən deyiləm.” demişdir. Daha sonra Vətən ona imzalamaq üçün bir ədəd kağız vermiş, Təbirəz isə bir neçə kağız vermişdir. O da Təbrizə “Təbriz, imza atdığın sənədləri oxu” deyən zaman. Vətən Təbrizə “a kişi, nə kağız, bayaq oxudğu aktdır da. Sən imtina etmisən. Təbriz də həmin şeyə qol çəkir.” Demişdir. Vətən həmin zaman onları belə aldadaraq AR CM-nin 259.3-cü maddəsini onun boynuna qoymuşdur. Vətən bu hadisədən sonra yenidən onu martın axırlarında çağıraraq “nə deyirsən, məbləği verirsən, ya işi göndərim məhkəməyə” deyən zaman o da “iş gedər məhkəməyə lap yaxşı, hər halda orada hakimlər işi daha dərindən araşdırarlar, daha sənin kimi etməzlər,.insaflı olarlar” demişdir. Bundan sonra mart ayının axırı iş gəlib məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən imzalanmış BD seriyalı, 145 nömrəli xx.xx.2021-ci il tarixli sərəncama əsasən, Bakı şəhəri Xətai və Xəzər rayonları üzrə Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmasının araşdırılması həmin qurumun əməkdaşlarına həvalə edilmiş, həmin sərəncam əsasında 18 noyabr 2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində aparılan reyd zamanı qəsəbənin S.Yesenin küçəsində “X14”nə bitişik tikintisi davam edən 1 mərtəbəli qeyri-yaşayış obyektinin qarşısında, Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində 02 ədəd meşə fonduna daxil olmayan 22 sm və 26 sm diametrliklərində sərv ağacının kəsildiyi aşkar edilmiş, bundan sonra qeyd olunan ağacların qanuni əsaslarla, yaxud qanunsuz kəsilməsi araşdırılmış və müəyyən edilmişdir ki, həmin ağaclar heç bir əsas olmadan qanunsuz olaraq kəsilmişdir. Qeyd olunan araşdırmalardan sonra da xx.xx.2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində “X14”nə bitişik tikintisi davam edən 1 mərtəbəli qeyri-yaşayış obyektinin qarşısında, Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində 02 ədəd meşə fonduna daxil olmayan 22 sm və 26 sm diametrliklərində sərv ağacının qanunsuz kəsilməsinə dair akt tərtib edilmiş, həmin ağacların kəsilməsi nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən hesablanaraq ziyanın məbləği 2700 manat kimi dəyərləndirilmiş, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən aldığı məlumata görə tanımadığı X10 adlı şəxs tərəfindən dövlətə dəymiş 2700 manat məbləğində maddi ziyan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi fonduna ödənilmiş, onda olan məlumata görə qeyd etdiyi 2 ədəd sərv ağacı Təbriz Səmədov adlı şəxsin tapşırığı ilə hansısa fəhlə tərəfindən kəsilmiş, lakin o, həmin hadisənin baş vermə şəraitini dəqiliklə bilmir. Hadisə nəticəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2700 manat maddi ziyan dəysə də, dəymiş ziyan Təbriz Səmədov adlı şəxs tərəfindən ödənildiyindən nazirliyin bu hissədə şikayəti, mülki iddiası və ya hər hansı tələbi yoxdur. Həmçinin, onda olan məlumata əsasən təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Xəzər rayon İcra Hakimiyyəti və X1 əməkdaşları tərəfindən kəsilmiş ağacların yerində sərv ağacı ilə eyni növdən olan 2 ədəd şam ağacı əkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, həmin dövrdə idarənin rəhbərliyi tərəfindən məsləhətçi-müfəttiş kimi o və baş mütəxəssis Şahid4 Xəzər və Xətai rayonları üzrə kurator təyin olunmuşdur. Yanılmırsa, 2021-ci il idi. Oktyabr və noyabr ayları zamanı onlar ərazini mütəmadi şəkildə gəzirmişlər. Onlar təxminən saat 10-11-dən sonra onlara təhkim olunmuş əraziləri gəzirmişlər. Yəni vətəndaşların müraciətlərinə, şikayətlərə və s baxır və qanunsuz pozuntularla əlaqədar olaraq mütəmadi reydlər keçirirmişlər. Onlar adətən əsas küçələri S.Yesenin, H.Z.Tağıyev, A.İldırım küçəsi və s küçələrinin fotoşəkillərini çəkməklə özlərində müəyyən qeydiyyat aparırmış. Buna baxmayaraq sorğuları əsasında RİH və bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçot hesabatını təqdim edirlər. Mərdəkanla bağlı onlara Mərdəkan bələdiyyəsi tərəfindən uçot hesabat verilmişdir. Onlar ərazidə reyd zamanı həmin küçədə göy tent çəkildiyini və söküntü işlərinin aparıldığını görmüşdür. Yolun əks tərəfindən şəxsən o, bununla əlaqədar fotoşəkili ona görə çəkmişdir ki, həmin ərazidə, yəni yaşıllıq olan ərazinin arxasında iş gedir. Sonradan onlar oradan keçəndə həmin ağaclardan ikisinin olmadığını görmüş və həmin əraziyə yaxınlaşmışlar. Onlar yaxınlaşan zaman içəridə fəhlələr işləyirmiş. Fəhlələrə tikinti işi ilə əlaqədar yaxınlaşdıqları və tikinti ilə əlaqədar soruşduqlaı zaman fəhlələr cavabında tikintinin kim tərəfindən edildiyini bilmədiklərini və sadəcə işləmək üçün gəldiklərini demişlər. Sonradan bununla əlaqədar olaraq o, Mərdəkan bələdiyyəsinin sədri Mirbaba müəllimə zəng etmişdir. Mirbaba müəllim isə cavabında məlumatının olmadığını bildirmişdir. O isə tikintinin “Andromed”ə bitişik bir ərazidə, üzü aqlaylı yerdə olduğunu və həmin ərazinin bir hissəsində söküntü getdiyinin və digər qalan hissədə isə söküntünün olmadığını bildirmişdir. O Mirbaba müəllimə “Andromed” olmaz sualını vermiş. o isə cavabında bildirmişdir ki, “bilmirəm, amma “doktor” yəni Mirzəli müəllim yaxşı insandır, məni “Covid”dən müalicə edib, istəsəz zəng edib soruşa bilərsiz.” Mirbaba müəllimdən Mirzəli müəllimin nömrəsini almış və Mirzəli müəllimə zəng etmişdir. Ona “Andormed”ə bitişik olan yerdə tikintinin getdiyini bildirmiş, Mirzəli müəllim isə cavabında məlumatının olmadığını və tikintinin ona aidiyyətinin olmadığını qeyd etmişdir. O, Ruslan müəllimlə birlikdə fəhlələrin iştirakı ilə qazıntı işləri apararaq həmin kəsilmiş ağacların köklərinin aşkar etməyə çalışmışdır. Bundan təxminən 30-40 dəqiqə sonra onlara bir nəfər şəxs yaxınlaşmış və nə üçün gəldiklərini soruşmuşdur. Onlar da bildirmişlər ki, “burda ağaclar kəsilib, onu araşdırırıq.” Onlar həmin şəxsdən kim olduğunu soruşduqda, həmin şəxs onlara cavab olaraq tikinti işlərinə rəhbərliyi həyata keçirən şəxs olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsə zəhmət olmasa rəhbərinizə deyin, 2 ağacın kəsilməsi ilə bağlı bizim idarəyə yaxınlaşsın və biz hazırda həmin araşdırmanı aparırıq.” demişlər. O, həmin şəxsə öz şəxsi nömrəsini vermiş və özünün idarəyə qayıtmalı olduğunu, həmin ərazinin əvvəlki şəkillərini də çıxarmalı olduğunu həmçinin rəhbərliyə də bununla əlaqədar məlumat verəcəyəni bildirmişdir. Daha sonra həmin şəxs də onun və ya rəhbərinin onların idarəsinə yaxınlaşmalarını bildirmişdir. O, bu hadisə ilə əlaqədar idarə rəhbərinə məruzə etmişdir. Daha sonra ona. 051-400-lə başlayan bir nömrədən zənh gəlmiş, özünü təqdim etmiş. adının Təbriz olduğunu demiş və idarənin harada olduğunu soruşmuşdur. O da həmin şəxsə müvafiq sənədlərlə birlikdə idarəyə yaxınlaşmağını bildirmişdir. Təbriz özü ya həmin gün, ya da sabahkı günü idarəyə yaxınlaşmışdır. O idarəyə yaxınlaşdıqdan sonra işin axırının necə olacağını soruşmuş və ona tikintiyə icazə sənədinin təqdim olunmasını bildirmişdir. Lakin Təbriz hər hansısa bir sənəd təqdim etməmişdir. Onlar isə ona əməldə cinayət tərkibi olduğu üçün təbiətə dəymiş ziyanla bağlı sənədləri toplayıb idarənin hüquq şöbəsinə təqdim edəcəyini demişdir. Onlar bundan sonra eyni anda ətrafdakı ağacların əkilmə zamanına və kəsilmiş ağacların kök boğazın aşkar edə bilmədiklərinə görə hesablayaraq təbiətə dəymiş ziyanın dəyərini çıxarmışdır. Bu da təxminən 2700 manat olmalı imiş. Ağacın biri 1500 manat, digəri isə 1200 manat olmalı imiş. Onlar Təbrizə təbiətə dəymiş ziyanın ödənilməli olduğunu və işə nazirliyin hüquq şöbəsində baxılacağını demişlər. Təbriz də ziyanı ödəməyə hazır olduğunu demiş və fəhlələrə yeni obyektin görünüşünə xələl gətirən budaqların kəsilməsini bildirdiyini, lakin fəhlənin həmin ağacları bilmədən kəsdiyini, ziyan onun tərəfindən ödəniləcəyini bildirmişdir. Əgər təbiətə dəymiş ziyan, zərər və ya cərimə fiziki, hüquqi və ya şəxs tərəfindən könüllü surətdə ödəmək niyyəti olacağı təqdirdə həmin şəxslərə müəyyən idarənin rekvizitlərini verirmişlər. Onlar Təbrizə “siz ziyanı ödəsəniz belə, bu işi biz nazirliyin hüquq şöbəsinə verəcəyik. Ola bilsin ki, sizə zəng gələr və ya sizi nazirliyin hüquq şöbəsinə bununla əlaqədar çağıra bilərlər.” Demişdir. Həmin günün sabahı Təbriz dəymiş ziyanın ödənilməsi ilə əlaqədar qəbzi onlara göndərmiş və onlar da bütün sənədləri toplamış, Təbrizin izahatını alaraq Təbrizin vəsiqəsini həmin sənədlərlə birlikdə nazirliyin hüquq şöbəsinə göndərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 2021-ci ilin noyabr ayı imiş. S.Yesenin küçəsində tikinti gedirmiş və çadırla birinci mərtəbə bağlanmışdır. Həmin hissədə obyekt tikirdilər. Həmin hissədə sərv ağaclarının şəklini çəkmiş və sonradan bir neçə vaxt keçdikdən sonra həmin ərazidən keçərkən həmin yerdə iki ağacın olmadığını müəyyən etmişlər. İki sərv ağacı imiş. Bununla əlaqədar həmin tikintinin getdiyi obyektə yaxınlaşmışlar. Rəvan müəllim sonradan səhv etmirsə, bələdiyyəyə yoxsa RİH-ə zəng eləmişdir. Oradan ona “orda Mirzəli həkimin klinikasına yaxın ərazidədir, siz ordan soruşun bəlkə əlaqələri ola bilər.” demişlər. Bundan sonra Mirzəli həkimin telefon nömrəsini Rəvan müəllimə vermişlər. Rəvan müəllim Mirzəli həkimə zəng eləmiş və Mirzəli müəllim cavabında “mənim ora ilə, yəni tikinti ilə bir əlaqəm yoxdur” demişdir. Sonradan fəhlələrdən tikintinin kim tərəfindən aparıldığını soruşmuş və nömrələrini fəhlələrə vermişlər. Bundan sonra bir nəfər Rəvan müəllimə zəng etmişdir. Zəng edən Təbriz müəllim imiş. Daha sonra biz Təbriz müəllim idarəyə dəvət olunmuşdur. Təbriz müəllim idarəyə gəlmiş və fəhlələrə ağacı budamağı, ağaclara aqrotexniki qulluq etmələrini, fəhlələrin də həmin ağacı kəsdiyini demişdir. Sonradan bununla bağlı ziyanı müəyyən edilmişdir. Səhv etmirsə, 2700 manat məbləğində ziyan imiş. Təbriz müəllim müəyyən edilmiş ziyanı ödəmiş və bundan sonra sənədlər onların baş idarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 2020-ci ildən etibarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. 2021-ci ildən etibarən sərəncam üzrə Xəzər və Xətai rayonları ilə bağlı Şahid3 və Şahid4 ilə birlikdə ekoloji qanunverciliyin tələblərinə nəzarət edirmişlər. Həmin zaman o yeni işçi olduğu üçün ərazini yaxşı tanımadığı üçün sənədləşmə işləri ilə məşğul olurmuş. Təcrübəli işçilər ekoloji pozuntuları və faktları aşkar edirmiş, o isə onların sənədləşmə işlərini həyata keçirirmiş. Mərdəkan qəsəbəsi ərazisində fakt aşkar edilmişdir. Rəvan və Ruslan birlikdə idarəyə gəlmişlər. Daha sonra aşkar olunmuş pozuntu idarədə birlikdə müzakirə olunmuş və bununla əlaqədar olaraq akt tərtib olunmuşdur. O da həmin aktın tərtib olunmasında iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, baş vermiş hadisənin üzərindən 3 ilə yaxın müddət keçmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Bildirir ki, 2021-ci ilin noyabr ayının 12-si ya 13-ü idi. Hadisə baş verməmişdən öncə “Andromed” Tibb Mərkəzinin yanında sağ tərəfində 12 ədəd, uzunluğu 7-8 metr olan sərv ağaclarının olduğunu bilirmişlər. Həmişə oradan keçən zaman həmin ağacları nəzarətdə saxlayırmış. Çünki həmin ərazidə tikinti işləri gedirmiş. Sonradan həmin ərazidən keçən zaman 2 ağac yerində olmadığını görmüşlər. Bu faktı aşkar etdikdən sonra işçiləri çağırıb aktlaşdırmışdır. Sonradan o, bununla əlaqədar olaraq Mirzəli müəllimin yanında olmuşdur. Mirzəli müəllim ona həmin ərazidə olan hadisə ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Daha sonra həmin ərazidə iş icraçıları olan Təbriz və Ruslanın bu işi həyata keçirdiklərini, yəni ağacları kəsdiklərini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, aqronom hadisənin baş verdiyi ərazidə faktı aşkarlamışdır. Sonradan onunla birlikdə həmin əraziyə yaxın olan “Andromed” Tibb Mərkəzinə daxil olub oradan maraqlanmışlar,.daha doğrusu, aqronom maraqlanmış. Aqronom Mürvət müəllim Mirzəli müəllimlə görüşmüşdür. Mirzəli müəllim heç nədən xəbərinin olmadığını demişdir. Daha sonra isə onlar aqronomla birlikdə yenidən hadisənin baş verdiyi əraziyə qayıtmışlar. Aqronom baş vermiş hadisə ilə əlaqədar akt tərtib etmiş, onlar isə həmin aktı imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, onlar işə çıxarkən sahəyə gələn zaman “Andromed” Tibb Mərkəzinin yaxınlığında 02 ədəd ağacın olmamağının şahidi olmuşlar. Ağacların kəsildiyini və üzərinə tamet vurulduğunun şahidi olmuşlar. Həmin vaxtı həmin yeri qazmışlar və 02 ədəd ağacın kəsildiyini aşkar etmişlər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 fevral 2022-ci il tarixli 9/223 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 73619 nömrəli aktda və ona əlavə edilmiş cədvəllrdən istifadə edilməklə tikinti və abadlaşdırma məqsədi ilə ümumilikdə 2 ədəd müxtəlif diametrli yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2700 (iki min yeddi yüz) manat müəyyən edilir. Məhkəmə istintaqı dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1407 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində 01 ədəd gövdəsinin diametri 15 sm, 01 ədəd gövdəsinin diametri 14 sam olan şamkimilər fəsiləsinə aid olan ağacların kök boğazından kəsilməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6699 nömrəli rəyindən görünür ki, baxış zamanı təqsirləndirilən şəxslər tərəfindən təqdim edilmiş piyadaların gediş-gəlişi üçün ayrılmış ərazidə, küçənin avtomobil yolu ilə piyada yolunun kəsişdiyi hissəsində ağacların kəsildiyi yerdə (ekspert tədqiqatına təqdim edilən ərazidə) hər hansı tikinti işlərinin aparıldığı müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Gədəbəy rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 barəsində Binəqədi RPİ-nin icraatında AR CM-nin 128-ci maddəsi ilə başlanmış ********* saylı material üzrə cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə AR CPM-nin 40.2.2-ci madəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş Tabriz Samedovun məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs3 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli 73619 nömrəli aktından və ona əlavə edilmiş Yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli BD-145 nömrəli sərəncama əsasən Bakı şəhəri Xəzər rayonu ərazisində Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi” haqqında, “Yaşıllıqların mühafizəsi” haqqında və digər qanunvericilik aktlarının tələblərinə riayət olunması vəziyyəti ilə bağlı araşdırma zamanı Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “X14”nə bitişik ünvanda diametrləri 22 sm və 26 sm olan yaş halda kök üstə bioloji inkişafda olan 2 ədəd sərv ağacı qanunsuz olaraq kəsilərək götürülülməsi müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən hesablanaraq ağacların qanunsuz kəsilməsi ilə təbiətə dəymiş ziyanın məbləği cəmi 2700 manat kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 xx.xx.2021-ci il tarixli, Ç-DQ-342 saylı məktubundan görünür ki, yerində keçirilmiş baxış zamanı Xəzər rayonu, S.Yesenin küçəsi,ndə yerləşən “Andromed” tibb Mərkəzinin yaxınlığında Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birlyinin balansında olan yol kənarı yaşıllıq zolağında 02 ədəd ağacın götürülərək yerinin tamet örtüldüyü müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, baxış aparılması haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmiş və müvafiq fotoşəkillər çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli BD seriyalı 138 nömrəli sərəncamın surətin görünür ki, həmin idarənin əməkdaşları aparıcı məsləhətçi-müfəttiş Şahid3, məsləhətçi-müfəttiş F.Əliyev, aparıcı məsləhətçi-müfəttiş Şahid1, baş mütəxəssis Şahid4 Xətai və Xəzər rayonları üzrə idarəyə daxil olmuş “Qaynar xətt” məlumatları, vətəndaş müraciətləri, habelə Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi” haqqında, “Yaşıllıqların mühafizəsi” haqqında, “İstehsalat və məişət tullantıları” haqqında, “Atmosfer havasının mühafizəsi” haqqında və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmasının araşdırılması tapşırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən ünvan 7 ünvanında Mərdəkan-Şüvəlan yolunun sağ hissəsində yerləşən “Al market” adı ilə fəaliyyət göstərən obyektin giriş qapısının qarşısından piyada səkisi keçir, həmin səkinin üzəri tamet daşları ilə örtülmüş və səkidə bir cərgə boyu, birbirindən 1,5-2 metr aralı yerləşmiş 8 ədəd sərv cinsli, 2 ədəd isə şam ağacı vardır. X12 qeyd olunan marketin giriş qapısının qarşısında 2 metr aralıda yeni əkilmiş və sərv ağacı ilə eyni növdən olan 2 ədəd şam ağacını göstərib 12 noyabr 2021-ci il tarixdə onun göstərişi ilə qanunsuz kəsilmiş 2 ədəd sərv ağacının yerinin müşahidə olunan 2 ədəd şam ağacının olduqları yer olduğunu, həmin şam ağaclarının da kəsdirdiyi 2 ədəd sərv ağacının yerinə Bakı şəhər İcra Hakimiyyəti X2 əməkdaşları tərəfindən əkildiyini bildirmişdir. Tabriz Samedov 12 noyabr 2021-ci il tarixdə qanunsuz kəsilmiş 2 ədəd sərv ağaclarının əvvəlki yerlərini, eləcə də həmin ağacların yerinə əkilmiş 2 ədəd şam ağaclarını göstərir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 27787 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, X10 tərəfindən dövlətə vurulmuş ziyanın ödənilməsi ilə bağlı həmin tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin AZ67CTRE******************** nömrəli bank hesabına cəmi 2700 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktorunun xx.xx.2016-cı il tarixli 23 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-yə həkim dermatoloq vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət əməllərini tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət əməlləri AR CM-nin 259.2.4 və 308.1-ci maddələrindən həmin Məcəllənin 259.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Samedov Tabriz (X10) AR CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Samedov Tabriz (X10) barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri xidmətində verilmiş Rx seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla ünvan 9 ünvanında yerləşən 43.9 kv. metr sahəsində olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətinə verilmiş, habelə dövlət mülkiyyətində olan 0,00535 hektar torpaq sahəsi onun istifadəsinə verilmişdir. İş materiallarında olan Şahid5 ifadəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli aktdan görünür ki, o, X2 Xəzər rayon sahəsinin bağ fəhlələri Şahid2 və Şahid6 iştirakları ilə Mərdəkan qəsəbəsi Yesenin küçəsində, “X14”nin yaxınlığında yeni tikilən obyektin qarşısında olmuş 2 ədəd sərv ağacının həmin obyektin sahibinin göstərişi ilə qanunsuz olaraq kəsilərək götürülməsi və kəsilmiş ağacların yerinə tamet daşlarının döşənməsinə dair akt tərtib etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 104 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan X10 müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 106 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 169 nömrəli xasiyyətnamədən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin 1-3/251 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Mərdəkan bələdiyyəsi tərəfindən uçota alınan yaşıllıqlar barədə uçoq vərəqəsini təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 xx.xx.2021-ci il tarixli, Ç-DQ-28 saylı məktubundan görünür ki, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Andromed” tibb mərkəzinə bitişik tikintisi davam edən qeyri-yaşayış obyektinin qarşısında yolkənarı yaşıllıq zolağında 02 ədəd (d=22,26) sərv ağacının qanunsuz kəsilməsi ilə əlaqədar məhv olmuş ağacların yerində yni ağacların əkilməsi barədə Bakı şəhər X4 ünvanlanmış məktuba baxılmış və X2 Xəzər rayon yaşıllıq sahəsinin işçiləri tərəfindən sözügedən ərazidə yeni ağaclar əkilmiş, onlara aqrotexniki qulluq göstərilərək nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 3- 52-6/2-227/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən “Andromed” Tibb Mərkəzinə yaxın ərazidə kəsilmiş 02 ədəd ağacın kəsilməsi ilə bağlı qeyd edilən ərazidə kəsilən ağacların kim və ya kimlər tərəfindən kəsilməsi, məhv edilməsi X2 əməkdaşlarının tərəfindən aparılmamış, bununla bağlı hır hansı bir akt tərtib edilməmişdir. Birliyin Xəzər rayonu üzrə nümayəndələri yalnız kəsilən ağacların yerində yeni tinglərin əkilməsini təmin etmişlər. Belə ki, ərazidə aşkar edilmiş qanunsuz ağac kəsilməsinin qarşısının alınması üçün qanunamüvafiq işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılmışdır. İş materiallarında olan Mərdəkan Bələdiyyəsinin 1-3/217 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi boyu çoxillik ağaclarla yanaşı yeni tinglər də mövcuddur. Bələdiyyədə bu sahə üzrə mütəxəssis olmadığından qeyd olunan ağacların ölçüləri və çox illik olmaları barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin 3-14-17/2-302/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tanzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin huquq və vəzifələrını müəyyən edir. Həmin Qanunun 19.3-cü bəndində göstərilmişdir ki, Yaşılıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti müəyyən edir. "Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 19-cu maddəsindən irəli gələn tələbin yerinə yetirilməsinin təmin edilməsi, eləcə də "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cu il 2 may tarixli 957-İVQ nömrəli Qanunun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 21 oktyabr tarixli, 421 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsinə əsasən götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın torpaqüstü hissəsi öz xüsusiyyətlərini (bioloji inkişafını dayandırması, ekoloji əhəmiyyətini itirməsi və s.) ıtırdıyındən dəymiş ziyanın diametri santimetrlə torpaq səthindən götürülür. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyasının 8-1/2-570/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əlavədən görünür ki, Cupressus sempervirens L.. (həmişəyaşıl sərv) bitkisinin vətəni Kiçik Asiya və Aralıq dənizi ölkələridir. Təbiətdə bu bitkinin hündürlüyü 20-30 m, diametri isə 60 sm-ə qədər ola bilir. Həmişəyaşıl sərv bitkisi dağılmış budaqları olan çətirə malikdir. Növün piramidal və horizontal formaları vardır. Sərv bitkisi torpağa o qədər də tələbkar deyil, lakin münbit torpaqlarda daha yaxşı böyüyüb inkişaf edir. Quraqlığa, qısa müddətli aşağı temperatura və kölgəyə davamlı olub, tez böyüyən bitki növüdür və 2000 ilə qədər yaşaya bilir. Məktubunuza əlavə edilmiş şəkillərdə işarələnmiş ağacları vizual olaraq həmişəyaşıl sərv (Cupressus sempervirens L.) növünə aid etmək mümkündür. Ancaq həmin bitkilərin 50 yaşda olması şübhə doğurur. Məktubda bitkinin yaşının hansı üsulla təyin edildiyi qeyd olunmamışdır. Bitkinin yaşını adi gözlə deyil, müəyyən elmi metodlarla dəqiq təyin etmək olar. Bitkiyə düzgün aqrotexniki qulluq edilərsə, onun boyu və diametri qulluq edilməyən bitkilərə nisbətən daha tez arta bilər. Bitkinin inkişaf dövründə və ya zədələndikdən sonra onun gövdəsinin boyu və diametri kiçilə bilməz. Məhkəmə çıxışları zamanı Dövlət ittihamçısı2 çıxışında Təqsirləndirilən şəxs3, Tabriz Samedov və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirmiş və əməldə cinayət tərkibi olmadığı üçün, eləcə də təqsirləndirilən şəxslərin əməlində inzibati xətanın tərkibi olduğu üçün həmin şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün materialaın araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməsini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1.1.7-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Tabriz Samedov və Təqsirləndirilən şəxs2 AR CM-nin 259.3-cü maddəsi ilə elan edilmiş ittihama dair qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPMin 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir. Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam deyil, habelə özünün tərkib hissəsinin elementi kimi qismən imtinanı da əhatə etməsini nəzərdə tutan yanaşma «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda da əksini tapmışdır. Belə ki, həmin Qanunun 19-cu maddəsinin 4-cü bəndində prokurorun ittihamın müdafiəsindən tam və ya qismən imtina etmək səlahiyyəti müəyyən edilmişdir. Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. ” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən “Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir.” Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Dövlət ittihamçısı2 tərəfindən Təqsirləndirilən şəxs3, Tabriz Samedova və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtinası qəbul edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Tabriz Samedov və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə dövlət ittihamçısının təqsirləndirilən şəxslərin əməlində inzibati xətanın tərkibi olduğu üçün həmin şəxslərin inzibati məsuliyyətə cəlb olunmasına dair hissədə qeyd edir ki, AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi hadisə 2021-ci il tarixdə törədilmişdir. Həmin vaxtdan 4 ilə yaxın vaxt keçmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə, şəxslərin inzibati məsuliyyətə cəlb olunmasına dair materialların Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat və 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 43.1.1, 314.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRARVERDİ Təqsirləndirilən şəxs3, Tabriz Samedovun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən, yəni dövlət ittihamçısı Təqsirləndirilən şəxs3, Tabriz Samedova və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etdiyi üçün həmin Məcəllənin 259.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 66 saata görə 401 (dörd yüz bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-4/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-4/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver