Məhkəmə qərarları › İş №1(003)-40/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-40/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-40/2025 01.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Müdafiəçi2, X1 iştirakları ilə,, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamışünvan 1 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148- ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X10 aşağıdakı təhqir xarakterli informasiyaları vermişdir. Belə ki, X10 özünü əxlaqsız vəziyətdə video görüntüyə alaraq özünə məxsus "sedran.officall.lox" instaqram sosial şəbəkəsində yerləşdirib. (hal-hazırda sözü gedən video profildədir. Etik kodeksinə uyğun olaraq videonu ərizəsinə əlavə edə bilmir) Bundan sonra Sədran Baxşıyev ona Whatsapp vasitəsilə zəng vuraraq ona məxsus bir videonu nişanlısına göndərmişlər, onun ailə problemləri yarandığını və bu barədə ona kömək etməyini istəmişdir.. O isə bildirmişdir ki, “o sənin şəxsi işindir və mən bu səbəbə görə ona köməklik edə bilmərəm”. Polisə müraciət etməsini bildirdi.. Bu zaman Sədran Baxşıyev onu söyməyə və təhqir etməyə başladı. X12 Azərbaycan Karlar Cəmiyətində lal və kar kimi qeydiyyata alınmış şəxslərə və Cəmiyyətin üzvlərinə zəng vuraraq onu və zəng vurduğu şəxsləri təhqir etmiş, aralarında insident yaranmış, həmin şəxslərə konum ataraq oraya gəlmələri üçün söyüşlər söymüşdür. Bu zaman bir necə lal və kar Sədran Baxşıyevin atdığı konuma Xəzər rayon Binə qəsəbəsinə getmiş orada aralarında insident yaşanmışdır. Hal hazırda insidentlə bağlı Xəzər rayon polis idarəsində araşdırma gedir. Bundan sonra Sədran Baxşıyev bu vəziyyətdən istifadə edərək onun ünvanına xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə (instagram) canlı yayım zamanı nalayiq ifadələr işlətməyə və ondan 70000 (yetmiş min) manat pul tələb etməyə başlamışdır. Pulu verməyəcəyi təqdirdə bu propagandalarını davam etdirəcəyini və ona "hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir. bildirmişdir. Sədran: Sabah gələcəm Karlar Cəmiyyətinə çəkiliş qrupu ilə polis də gətirəcəm. Cəmiyyətin prezidentinin boğazından ilişdirəcəm. Mənə hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir, mən ondan əl çəkməyəcəm, anamın yarasının xərcini ödəsin, 70000 ödəsin (təkrar təkrar deyir). Ödəməsə 70000 onun başına oyun açacam, gözləyirəm. 70000(təkrar) ödəsin. Hamınız soruşursuz məndən niyə Bəhrəm? Siz hamınız kişi deyilsiz məndə sübütlar var “Bu da bir daha sübut edir ki, Sədran bu məsələləri onun nüfuzuna ləkə gətirmək, şərəf və ləyaqətini alçaltmaq üçün qurduğu bir senaridir. Bundan əlavə Sədran Baxşıyev "instaqram sosial platformasında onun şəklini yuxarı ekranın sağ küncünə yerləşdirərək səklin aşağı hissəsinə "Tpyc" sözü yazaraq, işlətdiyi ifadələrlə “Sədran: Bu şəkildə gördüyünüz adam yəni Bəhrəm (trusdur) qorxaqdır. Sizin hamınıza söz verirəm Bəhrami cəmiyyətin rəhbərliyindən rüsvay edib rədd elətdirəcəm göndərəcəm onu söyüş söyür (Karlar cəmiyyətin rəhbəri Bəhrəm Hüseynovun ünvanına söyüş soyür). Şəkilə diqqqətlə baxın bunu birdə təkrar etməyəcəm bu insan yəni Bəhram (trusdur) qorxaqdır. “Onu təhqir etmiş Karlar Cəmiyətinin rəhbəri olaraq tanınmış bir şəxs kimi məni cəmiyyətin üzvüləri, cəmiyyətin lal və kar olan əlilləri arasında mənim ləyaqətimi alçaltmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə yenidən Baxşıyev Sədran digər bir video görüntüdə: “Sədran: Hamısının səbəbkarı onlardı. Onlar Eminin tərəfini tutdular. Emin mənim qohumum olan qızı narahat edirdi məndə zəng etdim Bəhrəmə ki, mənə dəstək olsun o isə dedi ki, bu kimi mövzular ona aid deyil və çizgi qoydu bu məsələyə dedi ki, get polisə müraciət et. Ondan sonra mən hirsləndim hamısı ilə ona görə savaşdım. Bəhrəm ki, çizgi qoydu bu məsələyə məndə onu söyüş soyur (Bəhrəmin ünvanına) süründürəcəm əl çəkən deyiləm ilişdirəcəm Bəhrami. Dayansın hələ yadda saxladım bunu (sakitlik).”Digər videoda Sədran Baxşıyev dahada irəli gedərək onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədir. “ Sədran: Gəlsin görüşsün mənimlə ora bura şikayət etməsin Bəhrəm deyirəm gəlsin görüşsün mənimlə p...(nacis) tökərəm onun başına (söyüş söyür (Bəhrəmin ünvanına gəlsin yanıma. Bəhrəmi söyüş söyür...... edǝrǝm (Bəhrəm Hüseynovun ünvanına söyüş söyür) mənə kömək etmədi məndə gedim evina Bəhrəmin ailəsinin başına oyun açım görüm xoşuna gələcək... Bəhrəm heç kimdir, ondan Cəmiyyətin prezidenti olmaz.” Bundan əlavə Sədran Baxşıyev xx.xx.2024-cü il tarixdə təkrarən davamlı olaraq sosial şəbəkədə onun barəsində nəlayiq ifadələr işlədərək işgüzar nüfuzuna, şərəf və ləyaqətini alçaldaraq aşağıdakı ifadələri video vasitəsi ilə söyləyərək yayımlamış və yuxarıda göstərdiyi nüanslarla onun şəxsiyyətini təhqir etmişdir. “Sədran: Mən çox rahatam. O Bəhram rahat olmasın çünki sizə söz verirəm Bəhramın g...nü s...cǝm yadınızda saxlayın və əmin olun onu s...cǝm daldan, qabaqdan hər yerdən s...cǝm (son sözü bir neçə dəfə təkrarlayır) bir iki daha video var onları hələ ki, paylaşmıram ama o Bǝramı s...cǝm.” Bundan əlavə X14 adlı şəxlsə Whatsapla danışan zaman onun ünvanına nalayiq söyüşlər söyərək onun şərəfinə, ləyaqətinə, Cəmiyyətin Prezidenti olaraq nüfuzuna xələl gətirmişdir. “Bildirmişdir ki, Sədran Baxşıyevin özünə aid bir neçə instaqram sosial platformasında "sedran_007", "sedran.007off" "sedran.ofical" vǝ. sprofillər açaraq Azərbaycan Karlar Cəmiyyətinin Prezidenti olaraq şərəf və layqətini alçaldan videolar yerləşdirmişdir. Dörd aya yaxındır ki, Sədran Baxşıyev onun barəsində videolar çəkərək İnstaqram sosial şəbəkəsində yerləşdirərək 70000 (yetmiş min) manat pul tələb edərək onun şərəf və ləyaqətini alçaltmışdır və bu cür videolarla da davam etidirir.. Bundan əlavə Sədran Baxşıyevin yaydığı videolarla bağlı "Xəbər_a" sayıtının əməkdaşlarına məcbur qalıb müsahibə vermişdir. Bir sözlə Sədran Baxşıyev onu halhazıradək sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldaraq Karlar Cəmiyyətinin Prezidenti olaraq nüfuzdansalmağa cəhd göstərir. Baxşıyev Sədran bununlada yetinmir. O, "Azərbaycan Karlar Cəmiyyəti" X3 Adına Bankdan kredit götürüb. Həmin şəxslərin pullarını ödəmir. X13 Pullarını tələb etdikdə Sədran onları bıçaqla hədə qorxu gəlir. X10 anadangəlmə lal və kardır. Sədran Baxşıyevin sosial səbəkərdə açdığı canlı yayımlarda onun adına işlətdiyi ifadələr onun Azərbaycan Karlar Cəmiyyətinin Prezidenti olaraq Cəmiyyətin üzvləri və onu tanıyan şəxslərin yanında Şərəfini, Ləyaqətini ləkələmişdir. X19 Maskva şəhərində yaşayır. O da onun kimi lal və kardır. Ona zəng vuraraq Sədranın onun barəsində təhqir etməsinin səbəbin soruşur və videoların artıq sosial şəbəkələrdə yayıldığını və onunla dost tanış yanında nufuzunun aşagı düşdüyünü bildirərək böyük narahatçılıq hissləri kecirdiyini bildirir. Əslən Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Moloja kəndindən qeydiyyatda olan, X10 hal-hazırda Xəzər rayon Binə qəsəbəsində kirayəşin yaşayır, anadan gəlmə lal- kardır və heç bir yerdə işləmir. Azərbaycan Karlar Cəmiyyətinin üzvlərinin adına Bankdan pullar götürür və ödəmir. Pulunu tələb edən şəxslərə isə bıçaqlayacağını bildirərək hədə qorxu gəlir və pulu verməkdən imtina edir Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətə uyğun ifadə verərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-ci madddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasinı və barəsində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sosial şəbəkələrdə X4 ünvanına dair məlumatlar yaymışdır. Bu məlumatları yaydıqdan sonra təxminən 10 nəfərə yaxın onun kimi lal və kar olan şəxs onun yaşadığı ünvana gəlmişlər. Onun evinə zorla daxil olmuşlar. Daha sonra isə həyətdə olan digər şəxsllərdə onun yaşadığı evə qanunsuz daxil olmuşlar. Həmin vaxt anası X7 qorxaraq yerə yıxılmış və huşunu itirmişdir. Evə daxil olandan sonra Asif onu tutmuş və Eldəniz əlində olan taxta parçası ilə onu vurmaq istəmişdir. O, əyildiyi üçün taxta parçası ona dəyməmişdir. Eldəniz onu tutan zaman o əynində olan köynəyi çıxarmış, daha sonra onların əlindən qaçmışdır. Hadisə zamanı evlərində xeyli miqdarda pul və bacısı Fatmaya məxsus “İphone 8” markalı mobil telefonuda götürmüşlər. Asif və Eldəniz ona xəsarət yetirmək istəsələrdə, onların əlindən qaçıb getdiyi üçün ona xəsarət yetirə bilməmişlər. Bu hadisədən sonra yenədə o sosial şəbəkədə lal kar Cəmiyyətinin sədri Bəhram Hüseynovun barəsində məlumatlar yaymışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - Məhkəmə ekspertiza mərkəzi məhkəmə linqvistik ekspertizasının xx.xx.2025-ci il tarixli 4/276 saylı ekspert rəyindən görünür ki, iş materiallarına X10 tərəfindən X9 barəsində işlədilmiş “Cəmiyyətin prezidentinin boğazından ilişdirəcəm. Ödəməsə 70000 onun başına oyun açacam. Siz hamınız kişi deyilsiz məndə sübutlar var”, bundan əlavə Sədran Baxışıyev “İnstaqram” sosial platformasında: “Bəhram (trusdur) qorxaqdır. Sizin hamınıza söz verirəm Bəhramı cəmiyyətin rəhbərliyindən rüsvay edib rədd elətdirəcəm göndərəcəm onu”, “şəkilə diqqətnən baxın bunu birdə təkrar etməyəcəm bu insanı yəni Bəhram (trusdur) qorxaqdır”, “süründürəcəm əl çəkən deyiləm ilişdirəcəm Bəhramı”, “Bəhrəm deyirəm gəlsin görüşsün mənimlə p...(nacis) tökərəm onun başına”, eləcə də bu tərkibdə- "... edərəm, mənə kömək etmədi mən də gedim evinə Bəhrimin ailəsinin başına oyun açım görüm xoşuna gələcək...Bəhrəm heç kimdir, ondan Cəmiyyətin prezidenti olmaz”, “o Bəhrəm rahat olmasın çünki sizə söz verirəm Bəhramın g...nü s...cəm yadınızda saxlayın və əmin olun onu s...cəm daldan,qabaqdan hər yerdən s...cəm, o Bəhramı s...cəm.” özünə və ailəsinə qarşı işlətdiyi nalayiq sözlər, ifadələr və söyüşlər nalayiq formada təhqir etmə əlamətləridir. -Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X6 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; Məhkəmə təqsirləndirilən şəxs X10 tərəfindən törədilmiş əməllərə münasibətdə belə qənaətə gəlir ki, o, X10 tərəfindən X9 barəsində işlədilmiş “Cəmiyyətin prezidentinin boğazından ilişdirəcəm. Ödəməsə 70000 onun başına oyun açacam. Siz hamınız kişi deyilsiz məndə sübutlar var”, bundan əlavə Sədran Baxışıyev “İnstaqram” sosial platformasında: “Bəhram (trusdur) qorxaqdır. Sizin hamınıza söz verirəm Bəhramı cəmiyyətin rəhbərliyindən rüsvay edib rədd elətdirəcəm göndərəcəm onu”, “şəkilə diqqətnən baxın bunu birdə təkrar etməyəcəm bu insanı yəni Bəhram (trusdur) qorxaqdır”, “süründürəcəm əl çəkən deyiləm ilişdirəcəm Bəhramı”, “Bəhrəm deyirəm gəlsin görüşsün mənimlə p...(nacis) tökərəm onun başına”, eləcə də bu tərkibdə- "... edərəm, mənə kömək etmədi mən də gedim evinə Bəhrimin ailəsinin başına oyun açım görüm xoşuna gələcək...Bəhrəm heç kimdir, ondan Cəmiyyətin prezidenti olmaz”, “o Bəhrəm rahat olmasın çünki sizə söz verirəm Bəhramın g...nü s...cəm yadınızda saxlayın və əmin olun onu s...cəm daldan,qabaqdan hər yerdən s...cəm, o Bəhramı s...cəm.” özünə və ailəsinə qarşı işlətdiyi nalayiq sözlər, ifadələr və söyüşlər işlətmiş, bununla da Azərbaycan Respublikası CM-nin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxsi təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal – təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, təqdim edilmiş fotoşəkillərin, 01 ədəd “DVD-R” diskdə olan görüntülərin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələri ilə düzgün tövsif olunmuşdur (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan maddələrlə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Məhkəmə təqsirləndirilən şəxs X6 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, 3-cü qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X6 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, 250 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 197-198, 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat X5 alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar