Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-402/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1987-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə ekməklə şəxslər üzərində zor tərbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Güloğlan Məmmədov küçəsində yaşayan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Sərdar oğlunun məhəlləsinə gələrək sonuncunun ailəsini narahat etməsini irad bilidirməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib silah qismində istifadə etdiyi “Mersedes” markalı **-CD-*** nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs üzərinə sürərək qabaq sol təkəri ilə sonuncunu qəsdən vuraraq ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayağın yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurma xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 03 iyun 2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Güloğlan Məmmədov küçəsində yerləşən “ATS”-in yanı deyilən yerdə gələrək yenidən mübahisəni davam etdirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib Zərərçəkmiş şəxs Sərdar oğlu ilə mübahisə etmiş və sonuncunun sol dirsəyin qançırı, sağ əlin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətləri alması ilə nəticələnən xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 11 may 2022-ci il tarixdə saat təxminən 16 radələrində “Mersedes” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəllər qızını istədiyi Rafiq adlı şəxsin yaşadığı “ATS”-in yanı deyilən ünvana tanışını həkimə aparmaq məqsədi ilə getmişdir. Avtomobilin yanında gözləyən zaman Rafiqi görmüşdür. Rafiq ona yaxınlaşmış və aralarında mübahisə başlamışdır. Onlar bir neçə dəqiqə mübahisə etdikdən sonra o, Rafiqdən ayrılmış və avtomobilə minərək Rafiqə doğru sürüb avtomobilin sol təkəri ilə Rafiqin ayağından vurmuş və oradan uzaqlaşıb getmişdir. Bu məsələdən bir neçə gün keçmiş, yəni 03 iyun 2022-ci il tarixdə saat 08 radələrində o, yenidən Rafiqin yaşadığı ünvana, yəni “ATS” deyilən ünvana sərnişin götürmək məqsədi ilə getmişdir. Həmin vaxt yenə Rafiqlə mübahisə etmiş, sonra isə oradan uzaqlaşaraq getmiş və Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. İlk dəfə törətdiyi bu əməlindən peşmandır, Rafiq ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və hazırda Rafiqin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Qəşəmi 2 ilə yaxındır ki, tanıyır. Belə ki, Qəşəm iki il əvvəl onun qızı Təranəni narahat edirmiş. Bununla bağlı o, həmin vaxt aidiyyəti üzrə Polis şöbəsinə müraciət etmişdir. Lakin buna baxmayaraq, Qəşəm onu dəfələrlə narahat etmişdir. 11 may 2022-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı Buzovna qəsəbəsi A.Mirzəyev küçəsi 5 saylı binanın qarşısı ilə piyada yaşadığı ünvana gedən zaman Qəşəmin binanın qarşısında öz idarə etdiyi dövlət nömrə nişanını bilmədiyi “Mercedes” markalı avtomobildə əyləşdiyini görmüş və ona yaxınlaşaraq avtomobilin qapısını açıb ondan nə üçün yaşadığı binanın qarşısında dayandığını soruşmuşdur. Bu zaman Qəşəm onu itələyərək avtomobilini arxaya doğru hərəkət etdirmiş, sonra avtomobildən yerə enib onunla mübahisə etmiş, sonra da ondan uzaqlaşaraq avtomobilinə oturmuşdur. Qəşəm avtomobili işə salmış və irəliyə doğru hərəkət etdirərək idarə etdiyi avtomobillə qəsdən onu vuraraq sol ayaq nahiyəsindən ona xəsarət yetirmişdir. O, ayağının ağrısına dözə bilməyib yaxınlıqda olan evinə getmiş, bir müddət sonra DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Ağrılar dözülməz hala gəldiyi üçün Buzovna qəsəbəsində yerləşən 2 saylı xəstəxanaya getmiş və sol ayağına gips qoyulmuşdur. Daha sonra Xəzər RPİ-nin 2-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. 03 iyun 2022-ci il tarixdə saat 08 radələrində o, evdən çıxaraq gedən zaman evinin yaxınlığında olan “ATS”-in yanında dayanmış vəziyyətdə olan Qəşəmin avtomobilini görüb ona yaxınlaşaraq mübahisə etməyə başlamış və həmin vaxt o, yenidən xəsarət almışdır. Hazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun Qəşəmdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Sərdar oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək təqsirləndirlən şəxsin üzünə ifadəsində qeyd etdiyi xüsusuatları demişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 may 2022-ci il tarixli, 514 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol ayağın yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X7” X6 müraciətdən az əvvəl olmaqla, qərarda göstərilən 11 may 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 iyun 2022-ci il tarixli, 627 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol dirsəyin qançırı, sağ əlin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən 03 iyun 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə ekməklə şəxslər üzərində zor tərbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə baxışı zamanı onun özünün verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09 iyul 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 24,00 (iyirmi dörd) manat olmaqla ümumilikdə 84,00 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 24,00 (iyirmi dörd) manat olmaqla ümumilikdə 84,00 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-402/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-402/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver