Məhkəmə qərarları › İş №1(003)-404/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-404/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-404/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Voxr küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs bir müddət əvvəl Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə yerləşən avtoservisdə işləyən usta Şahid yanında təmir məqsədi ilə saxladığı «VAZ 2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili 25 may 2022-ci il tarixdə, saat 21 radələrində Qala qəsəbəsində yerləşən Avtoservisin həyətindən talama məqsədi olmadan ələ keçirərək qaçıraraq 2 saat idarə etdikdən sonra avtomobilə ümumilikdə 1000 manat maddi ziyan vurmaqla yenidən avtoservisin həyətində saxlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qala qəsəbəsində yerləşən avtomobil təmir sexində Şahid yanında köməkçi işləmişdir. Hadisədən 3-4 gün əvvəl tanışı Zərərçəkmiş şəxs özünə məxsus «VAZ 2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirmək məqsədi ilə onların yanına qoymuşdur. 25 may 2022-ci il tarixdə, saat 12 radələrində sexin yaxınlığında yerləşən kafedə pivə içdikdən sonra saat 21 radələrində sexə getmişdir. Orada dayanmış Zərərçəkmiş şəxs özünə məxsus «VAZ 2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olduğunu görüb avtomobilə əyləşmiş və avtomobilin işə salma mexanizmi start-stop olduğu üçün açara ehtiyac olmadan avtomobili işə salıb 2 saat sürdükdən sonra geri qaytarmışdır. Daha sonra 28 may 2022-ci il tarixdə yenidən sexə getmiş və həmin avtomobilin sürücü tərəfdən yan şüşəsini sındıraraq oradan getmişdir. Lakin zərərçəkmiş şəxsin avtomobilinə onun bildirliyi qədər ziyan dəyməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 may 2022-ci il tarixdə özün məxsus «VAZ 2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir hissəsini rəngləmək üçün Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya qala y/m-də yerləşən avtomobil təmiri sexində işləyən Şahid yanına qoymuşdur. 27 may 2022-ci il tarixdə səhər saatlarında ona 1ci Polis şöbəsindən zəng edərək ona məxsus avtomobilin 25 may 2022-ci il tarixdə, saat 21 radələrində qaçırıldığını bildirərək onu şöbəyə dəvət etmişlər. O, polis şöbəsində olarkən sexdə işləyən Təqsirləndirilən şəxs adlı şəxsin onun avtomobilini qaçırdığını bilmişdir. Daha sonra o, polis əməkdaşları ilə avtomobilin saxlanıldığı sexə gedərək avtomobilə baxış keçirmiş və məlum olmuşdur ki, avtomobilin sükanı, oturacağı sındırılmış, ötürücülər qutusu yararsız hala salınmış, arxa panel ilə əzilmişdir. Daha sonra polis şöbəsində ərizə yazmışdır. Bundan sonra 28 may 2022ci il tarixdə, saat 22 radələrində Şahid ona zəng edərək Təqsirləndirilən şəxs ona məxsyus avtomobilin sürücü tərəfdən yan şüşəsini və qapının kilidini sındırdığını demişdir. O, dərhal həmin sexə getmiş və Vadimin sözlərinin doğru olduğunu görüb ərizə ilə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, lakin hər hansı tələbinin olmadığını və cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya qala y/m-də yerləşən avtomobil təmiri sexində rəngsaz işləyir. 20 may 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs özünə məxsus «VAZ 2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili rəngləmək üçün onun yanına gətirmişdir. 25 may 2022-ci il tarixdə avtomobili sexin həyətində qoyub getmişdir. 26 may 2022-ci il tarixdə işə gəlmiş və işləri ilə məşğul olduqdan sonra Arazın avtomobilinin əyri dayandığını görüb avtomobilə yaxınlaşmışdır. Avtombilin rolunun sındığını görüb kameralara baxış keçirmiş və müəyyən etmişdir ki, onun yanında işləyən Həmid avtomobili götürüb sürmüşdür. O, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra polis əməkdaşları və maşının sahibi Araz gələrək maşına baxış keçirmişlər. 28 may 2022-ci il tarixdə, saat 22 radələrində mühafizəçi zəng etdiyi üçün sexə gəlmiş və Arazın avtomobilin sürücü süşəsinin və qapının kilidinin sındırıldığını görüb DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Yenə polislər gələrək avtomobilə baxış keçirmişlər. Daha sonra Araz avtomobili oradan götürüb başqa işləri görmək üçün qonşuluqda yerləşən sexə aparmış, sonra isə avtomobili özü sürüb getmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 23 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 49.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya idarəsinin 31 avqust 2022-ci il tarixli məktubundan, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-378/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli və 7(003)-1235/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərarlarından görünür ki, “Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü və onun icrası barədə 01 sentyabr 2020-ci il tarixli göstərişi 21 sentyabr 2020-ci il tarixdə icraata qəbul edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-378/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1235/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 ay 02 gün hissəsi 1 ay 01 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir”. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, dəymiz ziyanı ödəməməsini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar