Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-404/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşamış, İMM-də cəzaçəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək özünü Prezident Administrasiyasının işçisi kimi təqdim edib Zərərçəkmiş şəxs Lerik rayonu Züvüc kəndində yerləşən qəzalı vəziyyətdə olan evini dövlət tərəfindən təmir etdiricəyini vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmaqla 23 avqust 2022-ci il tarixdə saat 14:41 radələrində Zərərçəkmiş şəxs bank kartı vasitəsilə göndərdiyi 240 manat pulu, ardınca isə həmin tarixdə saat 17:05 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən “Şok” marketdə olan “E-manat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat pulu özünə məxsus “Unibanka” aid **********576894 nömrəl kart hesabından çıxardıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 740 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımayıb və onunla heç bir ortağ tanışdığları olmayıb. Onun özünə məxsus olan Facebook hesabı var. Həmin hesabda Sosial müdafə nazirliyinə edilin müraciətləri oxuyan zaman Turalın orada ünvanlanmış məktubunu görmüş və onun səhifəsinə sms yazaraq ondan nömrəsini istəmiş və ona ünvanladığı müraciətlə bağlı kömək edəcəyini bildirmişdir. Bundan sonra Tural sms vasitəsi ilə ona öz mobil nömrəsini göndərmişdir. O, Turalın ünvanladığı mobil nömrəyə zəng etmiş, ona özünü Prezident Administrasiyasının işçisi kimi təqdim edərək bildirmişdir ki, onun Lerik rayonu, Züvünc kəndində olan qəzalı olan evini təmir etdirəcəkdir. O, Turalın yaşadığı evin vergi ilə bağlı 237 manat borcu olduğunu, bu səbəbdən onun evini təmir eləmək mümkün olmadığını, həmin borcu təcili olaraq ödəmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, özünə məxsus **********576894 nömrəli “Unibank”a aid olan bank kartını Turala göndərmiş və həmin borcun ona göndərilməsini bildirmişdir. Tural ona 240 manatı göndərdikdən sonra o, Turala bildirmişdir ki, ona evin təmirinin qarşılığında 2000 manat verməlidir. Tural ona bildirmişdir ki, onun hal hazırda 500 manat pulu var. Bundan sonra o, Turalın bu təklifi ilə razılaşmış və bildirmişdir ki, həmin bank kartına 500 mantı göndərsin. Həmin tarixdə Tural ona 500 manat göndərdikdən sonra o, özünə məxsus olan nömrəni söndürmüş və bir daha Turalla əlaqə saxlammışdır. O, bildirmişdir ki, dələduzluq vasitəsi ilə əldə etdiyi 740 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməli səmimi etiraf edir. əməlindən peşman olduğunu bildirir. İbtidai istintaq dövdündə ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, dövlətin yüksək instansiyalı orqanlarına Lerik rayonu Züvünc kəndində yaşadığı evin təmirsiz və qəzalı vəziyyətdə olmasını, həmin evin təmir edilməsi ilə bağlı bir çox məktublar yazmışdır. 23 avqust 2022-ci il tarixində ona tanımadığı şəxsdən mobil telefon zəngi gəlmiş və ona bildirmişlər ki, Prezident Administrasiyasının işçisidir, onunun ünvanladığı məktublar ona çatmışdır. Zəng edən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və bildirmişdir ki, onun evini tam təmir edib özünə təhvil verəcək. Bundan sora günorta radələrində Vüqar ona yenidən zəng etmiş və bildirmişdir ki, onun dövlətə 240 manat borcu var bu borcu ödədikdən sonra təmir tikinti işlərinə başlaya bilər və özünə məxsusu olan **********576894 nömrəli “Unibank”a məxsus olan kartı ona göndərmiş və bildirmişdir ki, vergiyə olan borcu həmin karta göndərilsin. Bundan sonra o, həmin karta 240 manat pulu göndərmiş və bildirmişdir ki, evin təmirinə yaxın günlərdə başlasınlar. Vüqar yenidən ona zəng etmiş və bildirmişdir ki, evin təmiri üçün ona 2000 manat pul verməlidir. O, isə öz cavabında bildirmişdir ki, onun 2000 manat pulu yoxdur, onun hal hazırda 500 manat pul verməyə gücü catır. Bundan sonra Vüqar onun bu təklifi ilə razılaşmış, həmin kartı yenidən turala sms vasitəsi ilə göndərmiş və bildirmişdir ki, 500 manat pulu həmin karta göndərsin. O, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən “Şok” marketdən e-manat vasitəsi ilə 500 manat pulu həmin karta köçürmüş, yenidən Vüqara zəng etdikdə onun mobil nömrəsinə zəng çatmamış və telefonu söndürmüşdür. Baş vermiş hadisə ilə bağlı ona 740 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, şikayətçidir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əhmədov X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1995 –ci il tarixli hökmü ilə CM-nin 147 maddəsi ilə təqsirli bilinmiş və əmlakı müsadirə olunmaqla 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 226-1 maddəsi ilə təqsirli bilinmiş və 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır, xx.xx.2013-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il qərarı ilə cəza müddəti 05 ilə endirilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzadan azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 1(027)-26/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə təqsirli bilinmiş və 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq olunmaqla qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etməsi faktı məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2022 saylı 24 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırda İMM-də cəzaçəkməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2022 saylı 24 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hazırda İMM-də cəzaçəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə (66 manat) Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 156 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-404/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-404/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver