Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-404/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Daşdatürk kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə saat 23 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə ünvanında yerləşən nömrəsiz evdə atası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncuya bıçaqla sağ ayaq nahiyəsindən qəsdən vuraraq ona sağ budun deşilmiş-kəsilmiş yarasından ibarət olmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül dərəcəli zǝrǝrvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs və anası X1 rayonu, Binə qəsəbəsində yerləşən evdə kirayə yaşayırlar o, isə yeznəsi Şahid ilə birlikdə yaşayır. 16 fevral 2024-cü il tarixdə saat 22 radələrində Cavanşirin evində olan zaman valideynləri evə gələrək yaşadıqları evdə münaqişə etdikləri üçün ev sahibinin onların evdən çıxartdıqlarını demiş, ona görə də Cavanşir ilə birlikdə 16 fevral 2024-cü il tarixdə saat 23 radələrində əşyaları götürmək üçün həmin evə getmişlər. Evdə olan zaman atası Zərərçəkmiş şəxs də həmin evə gəlmişdir. Atası içkili olduğuna və evdən çıxarılmasına görə aralarında münaqişə yaranmış, münaqişə zamanı evdə olan mətbəx bıçağı ilə atasının sağ ayaq nahiyəsindən qəsdən vuraraq qəsdən xəsarət yetirmiş, daha sonra evdən çıxıb getmişdir, evdən çıxan zaman bıçağı özü ilə götürmüş və Binə qəsəbəsində yerləşən su kanalına atmışdır. Hadisə zamanı yeznəsi Şahid da orada olmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə saat 22 radələrində kirayə yaşadığı evdə içkili olduğu üçün arvadı X4 ilə aralarında münaqişə yaranmış, həmin vaxt ev sahibi X5 onların evdən çıxmasını tələb edərək oradan getmişdir. Münaqişədən sonra kürəkəni Şahid yaşadığı evə getmişlər. 16 fevral 2024-cü il tarixdə saat 23 radələrində oğlu Zərərçəkmiş şəxs kürəkəni Şahid ilə birlikdə əşyaları götürmək üçün kirayə yaşadıqları evə getmişlər, daha sonra özü də həmin evə getmişdir. Evdə olan zaman içkili olduğu üçün və evdən çıxarılmasına görə oğlu Sultan ilə aralarında münaqişə yaranmış, münaqişə zamanı oğlu evdə olan mətbəx bıçağı ilə onun sağ ayaq nahiyəsindən qəsdən vuraraq xəsarət yetirmiş və evdən çıxıb getmişdir. Hadisə zamanı Şahid da orada olmuşdur. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman qayınatası Zərərçəkmiş şəxs və qaynanası Şahgəldiyeva Sevil onun yaşadığı evə gəlmiş, münaqişə etdikləri üçün kirayə yaşadıqları evin sahibinin onları evdən çıxartdıqlarını demişlər. Buna görə də 16 fevral 2024-cü il tarixdə saat 23 radələrində əşyaları götürmək üçün Təqsirləndirilən şəxs ilə birlikdə həmin evə getmişlər. Evdə olan zaman Bəylər də evə gəlmişdir. Evdə Zərərçəkmiş şəxs içkili olduğu və evdən çıxarıldığı üçün oğlu Təqsirləndirilən şəxs ila aralarında münaqişə yaranmış, münaqişə zamanı Sultan evdə olan mətbəx bıçağı ilə Bəylərin sağ ayaq nahiyəsinə qəsdən vuraraq xəsarət yetirmiş, xəsarət yetirdikdən sonra istifadə etdiyi bıçağı da özü ilə götürərək evdən çıxıb getmişdir. Bəyləri isə öz yaşadığı evə apararaq ona yardım etmişdir. Hadisənin başqa şahidi olmamışdır, hadisə zamanı o heç bir xəsarət almamışdır. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 24 fevral 2024-cü il tarixli, 170 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ budun deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alǝt((ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun 10 saylı TTYS-ə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 16 fevral 2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.2004-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 01 saata görə 06 (altı) manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X8 və Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-404/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-404/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver