Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-404/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2008-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İttiham aktında göstərilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə, saat 13:20 radələrində Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi. Maştağa yolunun üzərində yerləşən “Araz” marketin qarşısında avtobusda təsadüfən rastlaşdığı, onu övladlıqdan məhrum etmiş anası Şahid3 avtobusdan düşdükdən sonra onunla getməsini tələb etdikdə aralarında yaranmış mübahisəyə müdaxilə edib onu aparmağa imkan verməyən qohumu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mərhum atasının ünvanında təhqiramiz söyüşlər işlətməsi və ona qarşı alçaldıcı ifadələr deməsi səbəbindən ailə və şəxsi münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən qisas almaq məqsədilə orada sağ əlinin yumruğu ilə qəflətən ani olaraq Zərərçəkmiş şəxs burun nahiyyəsindən vuraraq ona hər iki göz almasının ağlı qişasının qansızması, sağ və sol göz qapaqları gözaltı nahiyyənin qançırları, burun sümüyünün yerdəyişən sınığı, burun nahiyyəsinin əzilmiş yarası kimi həyatı üçün təhlükə olmayan, lakinsağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Vasitf oğlu qanuni nümayəndəsi X4 iştirakı ifadə verərək bildirmişdir ki ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ifadə verərək bildirmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. 01 dekabr 2024-cü il tarixdə saat təxminən 13 radələrində Maştağa qəsəbəsindən yaşadığı evə getmək üçün 107 nömrəli avtobus xəttinə minmişdir. Bir qədər yol getdikdən sonra təsadüfən anası Solmazın da onun olduğu avtobusa mindiyini görmüşdür. O, anasını görən zaman dərhal ona yaxınlaşaraq tək yaşaya bilmədiyini, ona çox ehtiyacının olduğunu bildirmişdir. Anası isə onunla yaşamağın ona heç bir xeyri olmadığını bildirərək onun təklifini rədd etmişdir. Anası onu özündən uzaqlaşdırmaq üçün xalası Zərərçəkmiş şəxs zəng edərək gəlib ona kömək etməsini, onun guya anasından əl çəkmədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa yolunun üzərində yerləşən “Araz” marketin qarşısında avtobusdan enmişlər. Bir qədər sonra anasının xalası Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. O. onlara çatan kimi bir başa onun və rəhmətə getmiş atası Vasifin ünvanına nalayiq söyüşlər işlədərək onu təhqir edərək burda nə gəzdiyini, anasından uzaq durmağını deyərək rədd olub getməsini bildirmişdir. Daha sonra anası Solmaz nənəsi Gülarəyə zəng edərək onu da köməyə çağırmışdır. Bu müddət ərzində isə onların aralarında mübahisə davam edirmiş. Mübahisənin gedişində anasının xalası Dilarə onu yenə təhqir etməyə davam edirmiş. Bir neçə dəqiqə keçdikdən sonra nənəsi Gülarə də onların yanlarına gəlmişdir. O, təkidlə anasının onunla gedib birlikdə yaşaması üçün onu yola gətirməyə çalışırmış. Dilarə xanım isə yenədə onu təhqir edirmiş. Bu zaman o, bir anlıq əsəbdən özünü saxlaya bilməmiş və yumruqla Dilarənin üz nahiyyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən qadın yerə yıxılmış və üz nahiyyəsindən qan gəlməyə başlamışdır. Anası və Gülarə Dilarəyə yardım etməyə başlamışlar. O isə heç yerə qaçmamış və hadisə yerində gözləmişdir. Bir qədər sonra isə hadisə yerinə polislər və təcili-tibbi yardım maşını yaxınlaşmışdır. Polsilər onu saxlayaraq polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Şahid3 (Təqsirləndirilən şəxs anası) ona zəng edərək onlara gələcəyini bildirmişdir. Bu zaman o, onların evə gəldiyini və Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa yolunun üzərində yerləşən “Araz” marketin qarısına, yəni, yaşadığı ünvanın yaxınlığına çatanda onu qarşılamağını istəmişdir. Səbəb kimi isə oğlu Etibarın onu təqib etməsindən və ona nəsə edə biləcəyindən qorxduğunu bildirmişdir. O da onunla razılaşmışdır. Daha sonra evdən çıxmış və “Araz” marketin qarşısına getmişdir. Biraz keçdikdən sonra avtobus gəlmiş və bu zaman bacısı qızı Şahid3 və oğlu Təqsirləndirilən şəxs birlikdə avtobusdan enmişlər. O, onlara tərəf getməyə başlamış və bu zaman Etibarla anası Solmazın mübahisə edərək çəkişdiklərini görmüşdür. Həmin vaxt Etibar anası ilə boğuşmağa başlamışdır. Etibar anasından təkidlə onunla getməsini tələb edirmiş. Mübahisə də məhz bu mövzu üstündə yaranmışdır. O, bu zaman onlara yaxınlaşaraq ayırmağa çalışmış və bacısı qızı Solmaza əgər Etibarla birlikdə idisə onu niyə bura çağırmasını demişdir. Çünki, Etibarın çox aqressiv və şiddətə meyilli biri olduğunu bilirmiş və onunla üz-üzə gəlmək istəmirmiş. Etibar onu görən kimi ucadan onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. O, utandığı üçün geri çevrilərək əks istiqamətdə hərəkət etməyə başlamışdır. Bunu görən Solmaz arxadan gəlib onu qucaqlamış və getməməyini xahiş etmişdir. Gedəcəyi təqdirdə Etibarın onu öldürəcəyini bildirmişdir. Daha sonra isə Solmaz anası, yəni bacısı Şahid1 qızma zəng edərək onu köməyə çağırmışdır. Bu əsnada isə yenədə mübahisə davam edirmiş, onlar Etibara nə qədər onlardan əl çəkməsini bildirsələrdə o onların sözlərinə məhəl qoymurmuş və anasının onunla birlikdə getməsi üçün təzyiq göstərməyə davam edirmiş. Qısa zaman sonra Şahid1 da onların yanlarına gəlmişdir. Gülarə nəvəsi Etibara anası Solmazın ondan rəsmi imtina etdiyini və artıq onun anasından nə isə tələb etmək ixtiyarının olmadığını demişdir. Etibar yenədə heçnəyə məhəl qoymayaraq anası Solmazı çəkişdirmiş və özü ilə aparmağa çalışırmış. O da mübahisə zaman onların yanında dayanmışdır. Sonra qəfildən Etibar yumruq zərbəsi ilə onun burun nahiyəsinə zərbə endirmiş və zərbənin təsirinən o, huşunu itirərək yerə yıxılmışdır. Ayılanda yanında polislərin və təcili tibbi yardım maşınının olduğunu görmüşdür. Əlavə olaraq zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 dekabr 2024-cü il tarixdə saat 13 radələrində qızı Solmaz ona zəng edərək Xəzər rayonu, Buzovna qəsəbəsində, Maştağa yolunun kənarında yerləşən ”Araz” marketin qarşısında olduğunu və oğlu Etibarın da burada olduğunu, onunla mübahisə edərək zorla onu özü ilə evə aparmaq istədiyini demiş və ondan kömək istəmişdir. O da dərhal taksiylə həmin ünvana getmişdir. “Araz” marketin qarşısına çatdıqdan sonra taksidən enmiş və qızı Solmazın, oğlu Etibarın və bacısı Zərərçəkmiş şəxs orada olduğunu və mübahisə etdiyini görmüşdür. Orada Etibar zorla qızı Solmazı özü ilə birlikdə evə aparmaq istəyirmiş və onunla çəkişdirmişdir. Etibarı normal danışaraq nə qədər sakitləşdirməyə çalışsa da buna nail ola bilmirmiş. Bu zaman söhbət əsnasında Etibarın qəfildən bacısı Dilarəni burun nahiyyəsindən yumruqla vurmuşdur. Bacısı Dilarə zərbənin təsirindən dərhal yerə yıxılmış və huşunu itirmişdir. Burun nahiyyəsindən çoxlu qan axmağa başlamışdır. Sonradan kimsə təcili tibbi yardım çağırmış və onunla birlikdə polislər də hadisə yerinə gəlmişlər Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 dekabr 2024-cü il tarixdə saat 13 radələrində o, evdə olan zaman ona bacısı nəvəsi Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir. Bu xəbəri eşidən kimi o, dərhal hadisə baş verən yerə, yəni Xəzər rayonu. Buzovna qəsəbəsində, Maştağa yolunun kənarında yerləşən ’’Araz” marketin qarşısına getmişdir. Ora çatan zaman bacısı Dilarənin yerdə uzandığını, ağız və burun nahiyyəsinin qan içində olduğunu görmüşdür. O, ora çatanda digər bacısı X3 və Dilarənin qızı Şahid3 və onun oğlu Təqsirləndirilən şəxs da orda imiş. Həmçinin hadisə yerinə təcili tibbi yardım və polislər də gəlmişdir. Polislər Etibarı saxlayaraq polis bölməsinə aparmışlar. O və bacısı Gülarə isə Dilarəni təcili yardım maşını ilə əvvəlcə Sabunçu xəstəxanasına, daha sonra isə Əfəndiyev adına xəstəxanaya aparmışlar. Sonradan o, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında o, Binə qəsəbəsindəki Notariat kontorunda oğlu etibardan rəsmi olaraq imtina etmişdir. Yəni, hazırda rəsmi olaraq Təqsirləndirilən şəxs anası hesab olunmurmuş. 01 dekabr 2024-cü il tarixdə avtobusla Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə anası Şahid1 evinə gedirmiş. Yolda olarkən təsadüfən Etibarın da o gedən avtobusda olduğunu görmüşdür. Etibar onu görən kimi ona yaxınlaşmış və onunla birlikdə yaşadığı evə getməsini tələb etmişdir. Etibar onunla çox kobud danışırmış. O isə Etibara etiraz edərək onunla birlikdə getmək istəmədiyini bildirmişdir. Buzovna qəsəbəsinə çatmağa az qalmış xalası Zərərçəkmiş şəxs zəng edərək Etibarın yolda onu gördüyünü və ondan əl çəkmədiyini bildirərək gəlib ona kömək etməsini xahiş etmişdir. X5 da yaşadığı mənzil anası Gülarənin yaşadığı evin yaxınlığında, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa yolunun kənarında yerləşən “Araz” marketin yaxınlığında yerləşirmiş. O, Etibarı yolda gördükdən sonra xalası Dilarəyə zəng etməsinə səbəb Etibarın xalası Dilarədən həm çəkinməsi, həm də ona hörmət etməsi imiş. O, xalasına zəng edib ona kömək etməsini istədikdən sonra xalası qısa bir zamanda evdən çıxıb gələcəyini bildirmişdir. O, təxminən saat 13 radələrində qeyd etdiyi “Araz” marketin qarşısında avtobusdan enmiş və artıq X5 orada olduğunu görmüşdür. O, xalasının yanma yaxınlaşçışdır. Etibarda onun arxasınca gəlmişdir. Etibar yenədə ondan əl çəkməyərək onunla getməsini tələb edirmiş və bu zaman hətta çəkişdirirmiş, qolundan dartırmış. O isə təkidlə getməyəcəyini bildirirmiş. Xalası Dilarə də Etibara etiraz edərək anası Solmazı aparmağa icazə verməyəcəyini bildirirmiş. Etibar xalası Dilarənin müdaxilə etməsinə görə getdikcə daha da aqressivləşirmiş. Xalası Dilarə və o, Etibarla bacarmadıqları üçün o, məcbur qalaraq anası Şahid1 zəng edərək təcili gəlməsini bildirmişdir. Anası yaxınlıqda yaşadığı üçün təxminən 10 dəqiqə sonra onların yanlarına, yəni “Araz” marketin yaxınlığına gəlmiş və onlara yaxınlaşmışdır. Onlar mübahisə edə-edə “Araz” marketdən bir qədər kənara çəkilmişlər. Anası Gülarə də Etibarı sakitləşdirmək üçün onu danlamağa və öyüd-nəsihət verməyə başlamışlar. Lakin, Etibar sakitləşmirmiş, əksinə daha da aqressivləşirmiş. Sonra mübahisə zamanı xalası Dilarə onlardan cəmi 1-2 addım kənara çəkilmiş, üzü yan tərəfə dayanmış və Etibarın rəhmətə getmiş atası, mərhum yoldaşı Vasif Abbasovun ünvanına nalayiq söyüşlər söymüşdür. Elə bu zaman Etibar qəfildən yumruq zərbəsi ilə xalası Dilarənin üz nahiyyəsindən vurmuşdur. Dilarə xanım yerə yıxılmış və üz nahiyyəsindən çoxlu qan gəlməyə başlamışdır. Onlar xalası Dilarəyə yardım etmək üçün müdaxilə etməyə çalışırmışlar, özlərini itirmişdirlər. Bir qədər sonra hadisə yerinə təcili- tibbi yardım və polislər gəlmişdir. Dayısı Şahid2 da hadisədən xəbər tutaraq onların yanlarına gəlmişdir. Polislər Etibarı saxlayaraq polis bölməsinə aparmışlar. Sonra həkimlər Dilarə xanımı təcilitibbi yardım maşınına qoyaraq Sabunçu xəstəxanasına aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, fakta əsasən CM-nin 127.1 -ci maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Axtarışda olan şəxsin tutulması haqqında 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixində axtarışda olan şəxs qismində tutulmuşdur; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. - Axtarışda olan şəxsin tutulması haqqında 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixində axtarışda olan şəxs qismində tutulmuşdur. - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi R.İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2025-ci il tarixli, 1466 saylı ekspert rəyinin nəticəsinə əsasən:Zərərçəkmiş şəxs bədəni üzərində hər iki göz almasının ağlı qişasının qansızması. sağ və sol göz qapaqları - gözaltı nahiyyənin qançırları, burun sümüyünün yerdəyişən sınığı, burun nahiyyəsinin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “M.Ə.Əfəndiyev adma X11" X10 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyayadəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. -İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 may 2025-ci il tarixli, 1552 saylı ekspert rəyinin nəticəsinə əsasən: Təqsirləndirilən şəxs ictimailəşmiş davranış pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir.Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə:Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının gedişində Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində hövsələsizlik, emosional qeyri sabitlik, davranışını iradi tənzimləməkdə çətinlik çəkdiyi aşkar olunur.Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə:11 Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1ci və 2-ci suallara cavab: Təqsirləndirilən şəxs İctimailəşmiş davranış pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən davranış pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.3-cü suala cavab: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir.Məhkəmə-psixoloji ekspertizası üzrə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekpsert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır:1-ci sual: Təqsirləndirilən şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?Cavab: Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional qeyri sabitlik, davranışını iradi tənzimləməkdə çətinlik çəkməsi aşkar olunur.2-ci sual: Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətləri, hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyətli halları düzgün qavraya bilməsi müəyyənləşdirilsin.Cavab: Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər.3-cü sual: Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillidirmi. Cavab: Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa meyillilik müəyyən edilir. 4-cü sual: Sözüdən əməli törədən anda Təqsirləndirilən şəxs affekt vəziyyətində olubmu. Cavab: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədən anda affekt vəziyyətində olmamışdır. -Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış xx/xx/2024-cü il tarixli tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 127.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 330 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-404/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-404/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver