Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-406/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun qəbul olunduğu Türkiyə Respublikasında yerləşən “Atatürk” Universitetinin illik təhsil haqqını ödəyəcəyini vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmaqla 12 oktyabr 2021-ci il tarixdə saat 16:12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, Sahil metrosunun yanında yerləşən Milliön elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 550 pulu, 28 oktyabr 2021-ci il tarixdə saat 14:58 radələrində isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi R.M.Hüseynov küçəsi Ruzi marketdə yerləşən eManat elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 255 manat pulu hər iki halda Lənkəran şəhərində yerləşən "xxxx" KB ASC-yə məxsus ATM-də nağdlaşdıraraq ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi, 805 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ailəsilə birlikdə ünvan 1 ünvanda yaşayır, subaydır və hal-hazırda heç yerdə işləmir. Əvvəllər instagram sosial şəbəkəsində “HMCOMPANY” Xaricdə Təhsil səhifəsi açmış və xaricdə oxumaq üçün ona müraciət edən şəxsləri "xxxx" MMC-yə yönləndirərək xeyirdən müəyyən faiz dərəcəsi əldə etmişdir. Hal-hazırda bu işlə məşğul olmur. xx.xx.2022-ci il tarixdə onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə edilən müraciətlə tanış olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə istifadə etdiyi “HMCOMPANY” Xaricdə Təhsil səhifəsinə müraciət etmiş və xaricdə universitetə daxil olmaq istədiyini bildirmişdir. Həmin zaman onun "xxxx" MMC-nin rəhbəri ilə tanışlıq münasibətləri yarandığından əldə edilmiş gəlirdən müəyyən faiz dərəcəsi müqabilində ona müraciət edən tələbələri "xxxx" MMC-yə yönləndirirmiş və Zərərçəkmiş şəxs də "xxxx" MMC-yə yönləndirmişdir. Onda olan məlumata görə 2021-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs "xxxx" MMC-yə müraciət etmiş və Türkiyə Respublikasında yerləşən Atatürk universitetinə qəbul olmaq üçün müəyyən sənədləri toplayaraq həmin şirkətin Lalə adlı nümayəndəsinə vermişdir. Zərərçəkmiş şəxs həmin şirkətə özü yönləndirdiyi üçün mütəmadi olaraq şirkətin nümayəndəsi olan Lalə xanımdan işin nə yerdə olması ilə bağlı maraqlanmış, təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Lalə xanım onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs Türkiyə Respublikasında yerləşən Atatürk universitetinə qəbul olunduğunu və tez bir müddətdə təhsil haqqını ödəmək lazım olduğunu ona bildirmişdir. O, isə öz növbəsində Türkiyə Respublikasının Atatürk universitetindən daxil olan qəbul ilə bağlı bildirişi Zərərçəkmiş şəxs göndərərək yalandan təcili universitetin 800 manat yarımillik təhsil haqqını ödəmək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 12 oktyabr 2021-ci il tarixdə elektron ödəniş sistemi ilə ona məxsus karta 550 manat, 28 oktyabr 2021-ci il tarixdə isə 255 manat məbləğində pul göndərmiş, o, həmin pulu Lənkəran şəhərində yerləşən "xxxx" KB ASC-yə məxsus ATM-dən çıxartmışdır. Həmçinin bildirmişdir ki, həmin vaxt maddi sıxıntıları olduğu üçün Zərərçəkmiş şəxs aldadaraq ümumilikdə 805 manat məbləğində pul vəsaitini şəxsi xərcləri üçün istifadə etmiş, bundan sonra onunla bir neçə dəfə əlaqə saxlayıb yalandan pulu ödədiyini və universitetdən dərslərə onlayn daxil olmaq üçün şifrəni gözlədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Türkiyə Respublikasında yerləşən Atatürk universitetinə daxil olması üçün yarımillik təhsil haqqını ödəmədiyini başa düşmüş və pulunu ondan geri tələb etməyə başlamışdır. O, isə hər dəfə müxtəlif bəhanələr gətirərək 805 manat məbləğində pul vəsaitini ona qaytarmaqdan yayınmışdır. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs aldadaraq ona məxsus 805 manat məbləğində pul vəsaitini ələ keçirdiyi üçün o, qeyd olunan universitetə daxil ola bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, 17 aprel 2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmişdir. Müraciətilə bağlı bildirmişdir ki, qızı 2019-cu ildə 117 nömrəli tam orta məktəbi bitirdikdən sonra X2 daxil olmuş və 2021-ci ildə həmin kolleci bitirmişdir. 2021-ci ilin yay aylarında təhsilini xaricdə davam etdirmək fikrinə gəlmiş və bunun üçün sosial şəbəkələr vasitəsilə tapdığı “HMcompany” xaricdə təhsil şirkətinə müaciət etmişdir. Həmin şirkətə müraciət etdiyi vaxt özünü şirkət rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, daha sonra qızı Təqsirləndirilən şəxs ilə ətraflı danışıqları zamanında Hacı "xxxx" xaricdə təhsil şirkətinə müraciət etməyini qızına bildirmişdir. 28 iyun 2021-ci il tarixdə anası X3 ilə birlikdə Cəfər Cabbarlı 44, “Caspian Plaza”nın 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-yə getmişlər. Orada sənədlərin qəbulu şöbəsində işləyən Lalə xanım ilə tanış olmuşlar, Lalə onlara xaricdə təhsillə bağlı müəyyən məsələri izah etmiş, daha sonra qızı qərara gəlmişdir ki, Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Atatürk universitetinin interyer dizayner fakultəsinin qiyabi şöbəsinə qəbul olsun və bununla bağlı onlar xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı Lalə xanımla müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən qızı "xxxx" MMC-yə 300 manat mələğində pul ödəmiş və onlar qızının sənədlərini toplayaraq yuxarıda adını qeyd etdiyi universitetə yollamışlar. 2021-ci ilin oktyabr ayının əvvəllərində Türkiyə Respublikası İstanbul şəhərində yerləşən Atatürk universitetinə qəbul olmağı ilə bağlı "xxxx" MMC-nin nümayəndəsi olan Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və qızının həmin universitetə qəbul olmağı ilə bağlı universitetin göndərdiyi bildirişi yollamışdır. Həmin bildirişi aldıqdan sonra Təqsirləndirilən şəxs Lamiyəyə bildirmişdir ki, qeyd olunan universitetə illik təhsil haqqı olan 800 manat ödəmək lazımdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qızına göndərdiyi karta “eManat” vasitəsilə 550 manat, xx.xx.2021-ci il tarixdə isə 255 manat məbləğində pul göndərmiş, pulu tam şəkildə Təqsirləndirilən şəxs göndərdikdən sonra Hacı Lamiyəyə bank vasitəsilə universitetin illik haqqını ödədiyini və bir neçə gündən sonra dərslərə onlayn daxil olmaq üçün qızına şifrə veriləcəyini bildirmişdir. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında "xxxx" MMC-nin nümayəndəsi olan Lalə xanım onunla əlaqə saxlamış və hansı səbəbdən universitetin illik haqqını ödəmədiyini Lamiyədən soruşmuşdur. Lamiyə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs vasitəsilə 805 manat məbləğində pul ödəmişdir. Lalə xanım isə öz növbəsində ödənişin həyata keçmədiyini və ödənişi yenidən etmək lazım olduğunu bildirmişdir. Bu söhbətdən sonra qızı Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq ödənişin hansı səbəbdən baş tutmadığını soruşmuş, Hacı isə öz növbəsində sistemdə problemlərin olduğuna görə gecikmə olduğunu bildirmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Lalə xanım Lamiyə ilə yenidən əlaqə saxlayaraq universitetin illik haqqının ödənilməməsi səbəbindən universitetə qəbulun ləğv olunması xəbərini bildirmişdir. Daha sonra qızı başa düşmüşdü ki, Təqsirləndirilən şəxs onu aldadaraq 805 manat pul vəsaitini mənimsəmiş və heç bir iş görməmişdir. 2021-cilin dekabr ayından bugünədək Lamiə dəfələrlə Hacıdan pulunu geri tələb etsə də, Hacı müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan yayınmışdır. Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, bu səbəbdən də təqsirləndirilən şəxslə barışıq əldə edilmiş və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, salanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu ərazisində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin yoxdur. Təqsirləndirilən şəxs qeyd edilənləri nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci ildə Lənkəran şəhərində doğulmuş Təqsirləndirilən şəxs Sabunçu RPİ tərəfindən xx.xx.2022-ci il tarixdə AR CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə hazırda Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində ibtidai istintaq davam etdirilir. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-406/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-406/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver