Məhkəmə qərarları › İş №1(003)-407/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-407/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-407/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1995-ci ildə Cəlilabad şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və və ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 aprel 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış massivində yerləşən "xxxx" MMC-yə məxsus istixananın ərazisində fəhlələrin dincəlməsi və evi uzaqda olanların gecələmələri üçün tikilmiş binanın 2-ci mərtəbəsində yerləşən X2 təhkim olunmaqla yalnız onun istifadəsində olan yaşayış sahəsi hesab edilən yataq otağına plastik materialdan olan qapının kilidini sındırma üsulu ilə qanunsuz olaraq daxil olub orada çarpayının yanında qoyulmuş tumbanın üstündə olan X1 istifadəsində olmaqla ona məxsus olan 2549 manat 98 qəpik dəyərindəki “İphone 15 PRO Black” markalı 128 geqabayt yaddaşa malik **********12001 və **********06001 imei kodlu mobil telefonu A.İsgəndərovun xəbəri olmadan götürüb apararaq istintaqla müəyyənləşdirilməsi mümkün olmayan şəxsə sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs 2549 manat 98 qəpik məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, Zirə qəsəbəsində yerləşən Xəmsə MMC-də fəhlə kimi işləmişdir. Ağakərim adlı şəxsi orada işləyən işçi kimi tanımışdır. Aprelin ortalarında Ağakərimin “İphone 15 Pro Black” markalı mobil telefon işlətməsini görmüş, pula ehtiyacı olduğundan onu oğurlayıb satmaq qərarına gəlmişdir. 24 aprel 2025 tarixdə saat, 14 radələrində Ağakərimin otağına yaxınlaşmış, kilidini sındırıb, orada olan həmin mobil telefonu oğurlamışdır. Sonra oradan çıxıb getmiş, Neftçilər metrosunun yaxınlığında telefonu 1100 manata satmış, pulların hamısını sonrakı günlərdə öz xeyrinə xərcləmiş, işlədiyi yerə bir daha qayıtmamış və nömrəsini də sındırıb tullamışdır. Etdiyi əməldən peşman olıduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 7 ildir ki, Zirə qəsəbəsində toyuq-cücə sexində, daha doğrusu “Xəmsə MMC”-də qaynaqçı kimi çalışır. 2025-ci ilin aprel ayının 14-də “Kontakt Home” mağazasından oğlu Sübhanın adına 2549 manat 98 qəpiyə “İphone 15 Pro Black” markalı mobil telefonu almış, hadisə gününədək istifadə etmişdir. 24 aprel 2025 tarixdə saat 13 radələrində işdə olarkən ona təhkim olunmuş yataq otağında həmin mobil telefonunu qoyub çıxmış, ərazidə işləmiş, saat 15 radələrində oraya qayıtdıqda otağın kilidinin sıındırıİmasını, orada olan həmin mobil telefonunun oğurlanmasını aşkar etmişdir. Sonra kamera görüntüsünə Amin adlı mühasiblə baxdıqda orada fəhlə kimi çalışan Təqsirləndirilən şəxs 14-10 radələrində həmin istirahət otağının qapısını əlindəki alətlə sındırıb oraya daxil olmasını və telefonu oğurlayıb oradan çıxıb getməsini görmüşlər. Ona 2549 manat 98 qəpik maddi ziyan dəyibdir. Ona dəymiş maddi ziyan ödənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də anbardar kimi işləyir. Ağakərim adlı şəxs orada qaynaqçı kimi bir neçə ildir ki, işləyir. 2025-ci ilin mart ayında Təqsirləndirilən şəxs orada fəhlə kimi işə düzəlmişdir. Orada tikilmiş binada 9 otaq vardır ki, işçilər orada qalıb dincəlir və evi uzaqda olan isə gecələyir. Otaqlardan biri də Ağakərimə məxsusdur. 24 aprel 2025 tarixdə saat 17 radələrində Ağakərim ona məxsus otağa kiminsə qanunsuz daxil olmasını demiş, oradan ona məxsus “İphone” markalı mobil telefonun oğurlanmasını bildirmişdir. Daha sonra kameraya baxış zamanı Heydərin kilidini sındırmasını, oraya daxil olub sonra çıxıb getməsini görmüşlər. Heydəri axtarsada tapa bilməmiş, müəyyən etmişdir ki, o, oğurluq edən kimi iş yerini tərk edib gedibdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 27 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, oğurluq cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq üçün icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cədvəldən aydın olur ki, “İphone 15 Pro Black” markalı mobil telefonun dəyəri 2549,98 manat təşkil edir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 iyun 2020-ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Halhazırda Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.2-ci maddəsi ilə olan cinayət işi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır; -19 iyun 2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaq edilən hazırki, cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə tövsif edilmişdir; -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, 24 aprel 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış massivində yerləşən "xxxx" MMC-yə məxsus istixananın ərazisində fəhlələrin dincəlməsi və evi uzaqda olanların gecələmələri üçün tikilmiş binanın 2-ci mərtəbəsində yerləşən X2 təhkim olunmaqla yalnız onun istifadəsində olan yaşayış sahəsi hesab edilən yataq otağına plastik materialdan olan qapının kildini sındırma üsullu ilə qanunsuz olaraq daxil olub orada çarpayının yanında qoyulmuş tumbanın üstündə olan X1 istifadəsində olmaqla ona məxsus iphone markalı telefonu oğurlanmasını bildirmişdir; - 20 iyun video görüntüyə baxış keçirmək barədə protokoldan görünür ki, 24 aprel 2025-ci il tarixdə saat 14:10 Təqsirləndirilən şəxs adlı şəxs 2-ci mərtəbəsində yerləşən X2 təhkim olunmuş yataq otağına yaxınlaşır, bir neçə saniyə ərzində qapının kilidini sındırıb oraya daxil olur və bir neçə saniyə sonra oradan çıxır və qaçaraq çıxıb gedir; - 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən – oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2009cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli hökmü ilə (08 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir) yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 88 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saat vaxta görə 99 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar