Məhkəmə qərarları › İş №1(003)-41/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-41/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-41/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əliabas oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, 2-ci Şağan qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhər, Xəzər rayonu, 2-cü Şüvəlan qəsəbəsi, yeni yaşayış massivində Zərərçəkmiş şəxs Əliabas oğlunun evinə çəkilmiş su borusundan əlavə su xətti çəkməməsini səbəb gətirərək həmin ünvanda və yerdə şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs üstünə cumub orada sonuncunun bədən nahiyyəsinə qəsdən bir neçə dəfə yumruq və təpik zərbələri ilə vurub sonuncuya ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol və sağ bazunun, hər iki mil-bilək oynaqlarının hemartrozu və yumşaq toxumalarının əzilməsi, sol dirsəyin, sol mil-bilək oynağının sağ və sol baldırın sıyrıqları ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, heç bir dövlət müəsissəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır. Ariflə o təxminən 2-3 il olarkı tanış olmuşdur. o Arifin evinə su xətti çəkən zaman tanımış, Ariflə münasibəti yaxşı olmuş, düşmənçiliyi olmamışdır. Onlar ilkin olaraq razılıq əsasında pulu o xərcləməklə Zərərçəkmiş şəxs məxsus su xəttindən evinə təxminən 3 il öncə su xətti çəkmişdir. O heç kimə su xətti verməmiş eləcədə satmamışdır. 01 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək Nadir adlı şəxsin evinin yanına çağırmışdır. Telefonda ona demiş ki, aralarında olan məsələyə aydınlıq gətirsinlər. Bundan əvvəl Zərərçəkmiş şəxs şəhid ailəsi olan Ədalət Qarayevin evində traktor işləyən zaman qonşunun su xəttini zədələdiyi üçün təmir işləri görəndə onları videoyaya çəkmiş və ona demiş ki, “bəs sən su xətti satmırdın”. Bu zaman o Arifə başa salmış ki, şəhid ailəsinin evidir. Bundan sonra Zərərçəkmiş şəxs şəhid ailəsini təhqir etmişdir. Bu məsələ 29 aprel 2022-ci il tarixdə olmuşdur. 01 may 2022-ci il tarixdə o Arifin zəngi ilə Nadirin evinin qarşısında görüşəndə ona sual vermiş ki, Nadirə suyu o satmış ya yox. Bu zaman o Arifə demiş ki, suyu o satmamış və bunuda Nadir təstiq etmişdir. Bundan sonra Arif şəhidləri və şəhid ailələrini təhqir etdiyi üçün o əli ilə Arifin sinəsindən itələmiş və ona qarşı şöyüşlər işlətmişdir. Sonra isə ona məlum olmuş ki, Zərərçəkmiş şəxs onun barəsində polisə müraciət etmişdir. Sonra isə o özü də polisə müraciət etmiş və ərizəsində bildirmiş ki, Zərərçəkmiş şəxs şəhid ailəsini təhqir etdiyi üçün aralarında dava-dalaş olmuş və həmin zaman onun qarın nahiyyəsindən Arif yumruqla vurmuşdur. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs istintaqa yalan ifadə vermiş, o Arifi əli ilə itələmişdir. Buna səbəb isə Arifin şəhid ailələrini təhqir etməsi olmuşdur. Həmin zaman onlar birbirilərinin yaxasından tutaraq çəkişmişlər və o Arifi əli ilə özündən aralamaq üçün itələmişdir. O Arifi təpik və yumruq eləcədə daş parçası ilə vurmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onun qarın nahiyyəsindən vurmuşdur. O ilkin təhqiqat zamanı məhkəmə tibbi ekspertizasından keçmişdir. Zərərçəkmiş şəxsla mübahisələri 01 may 2022-ci il tarixdə saat 15 radəsində Nadir adlı şəxsin evinin qarşısında, yəni Xəzər rayonu, 2-ci Şağan qəsəbəsi yeni yaşayış massivində küçədə olmuşdur. Həmin zaman orada yolu keçən Vüqar adlı qonşu, Nadir özü, Elçin adlı qonşu, Fəxrəddin adlı qonşu olmuşdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əliabas oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs o təxminən 3-4 il olarkı yaşadığı Xəzər rayonu Şağan qəsəbəsindən tanımışdır. Əliqismət onun yaşadığı Şağan qəsəbəsində ki, küşədə yaşayır. Əliqismətlə onun münasibəti yaxşı olmuş, heç bir ədavəti olammışdır. 2021-ci il tarixdə Əliqismətlə birlikdə yaşadığı qəsəbədəki, onun evinə gələn su xəttinin yolunu dəyişdirmişlər. Həmin zaman Əliqismətin 300 manat xərci çıxsada su borularını o Əliqismətə vermiş və bunun müqabilində də, Əliqismət tikdirib satdığı evə su xətti çəkmişdir. 2021-ci ilin oktyabr ayında o görmüş ki, Əliqismətin tikdirib satdığı fərdi yaşayış evinin qonşuluğunda ev tikintisi gedir. Bu zaman o həmin tikintiyə yaxınlaşmış və görmüş ki, su xətti çəkilib və sudan istifadə edirlər. Bu zaman o, suyu işlədən şəxslərə bildirmiş ki, su xəttini ora kim çəkmişdir. Orda olan mühəndis kimi özünün ona təqdim edən adını bilmədiyi şəxs demişdir ki, su xəttini onlara torpağı satan şəxs, yəni Əliqismət 700 manat pul alaraq çəkmişdir. Bundan sonra ona məlum olmuş ki, Əliqismət onun evinə gələn su xəttindən başqalarına su xətti verməklə pul alır, nəticədə isə onun evinə su gəlmir. Bu barədə o Əliqismətə bildirmiş ki, lakin Əliqismət məlumatının olmamasını ona demiş və sübut etməyi qeyd etmişdir. Bundan sonra o özü araşdırma aparmış və bilmiş ki, həqiqətəndə Əliqismət onun evinə gələn su xəttindən başqalarına pul müqabilində su xətti çəkir. Sonra isə o Əliqismətə bu barədə dedikdə ona cavab olaraq “əcəb etdiyini” bildirib onun ailə üzvlərini təhqir etmişdir. 01 may 2022-ci il tarixdə o saat 15 radəsində Əliqismətlə sonuncunun satdığı torpaq sahəsində, yəni Nadir adlı şəxsin aldığı torpaq sahəsində görüşmüşlər. Bu zaman o Əliqismətə sübut etmiş ki, Əliqsmət onun evinə gələn su xəttindən Nadirdən pul alaraq sonuncuya su xətti kəsmiş və onun evinə su gəlmir. Həmin zaman Əliqismət onu söyüb təhqqir etmiş və üzərinə gələrək onu yumruq və təpikləri ilə vurmağa başlamışdır. Əliqismət onu vuran zaman o əli ilə başını tutub özünü müdafiə edəndə yerdən götürdüyü daş parçası ilə onun başına vuranda o əli ilə başını tutduğu üçün daş parçası onun sol biləyinə zərbə ilə dəymişdir. Həmin zaman, yəni Əliqismət onu döyəndə onların yanında Nadir olmuşdur. O Əliqismət tərəfindən döyüldükdən sonra ciddi xəsarətlər aldığına görə Xəzər RPİ-ninm 1-ci PŞ-nə müraciət edib ərizə yazmışdir. Orada olan zaman onun halı pisləşdiyi üçün ona TTYS-nın əməkdaşları çağrılmış və ona ilk tibbi yardım göstərilmişdir.Əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun evinə gələn mərkəzi su xəttindən başqa şəxslərə su xəttini pulla satdığı üçün Əliqismətə öz iradını bildirdiyindən Əliqismət 01 may 2022-ci il tarixdə saat 15 radəsində Nadir adlı şəxsin yanında onu yumruqları, təpikləri ilə vurmaqla yanaşı yerdən götürdüyü daş parçası ilə vurmuş və ona bədən xəsarəti yetirmişdir. Həmin zaman onların yanında Nadir olmuşdur. Nadir orada onu Əliqismətin əlindən güclə almış və onları aralaşdırmışdır. Hadisənin şahidi konkrekt olaraq Nadir olmuş, ondan başqa hadisənin şahidləri olamamışdır. Əliqismət istintaq zamanı yalançı şahidlərin olmasını göstərsə bu həqiqətə uygun deyildir. Orada yalnız onların mübahisəsinin şahidi Nadir adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Əliabas oğlunu tanıyır. Hər ikisi ilə münasibəti yaxşıdı, heç bir ədavəti yoxdur. Həmin şəxslər onun bağ evi olan Bakı şəhəri, Xəzər rayonu 2-cü Şüvəlan qəsəbəsində qonşuluqda yaşayırlar. 01 may 2022-ci il tarixdə o bağ evində olan zaman işə getmək üçün çıxmış və görmüş ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Əliabas oğlu qarşı-qrşıya dayanıb bir biriləri ilə söhbət edirlər. Sonra isə o, oradan çıxıb getmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 16 may 2022-ci il tarixli, 466 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşakr edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol və sağ bazunun, hər iki mil-bilək oynaqlarının hemartrozu və yumşaq toxumalarının əzilməsi, sol dirsəyin, sol mil-bilək oynağının, sağ və sol baldırın sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X5” X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Yardımlı rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə saat 15:00-da cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 11 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 11 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş 05 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, 2-ci Şağan qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar