Məhkəmə qərarları › İş №1(003)-41/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-41/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-41/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1978-ci ildə Astara rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla, ünvan 3də yaşayan və barəsində «polisin nəzarati altına vermə» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 2-də qeydiyyatda olmaqla, ünvan 3də yaşayan və barəsində «polisin nəzarati altına vermə» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda AR ƏNPX-in 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, X10 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Hüseynov küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd mancanaq (kaçalka) mühərriki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd 50-lik su mühərriki, dəyəri 100 manat olan 32-lik su mühərriki və dəyəri 50 manat olan təmir alətləri, 01 metrinin dəyəri 1 manat olan 200 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda elektrik naqilini, həyətdə olan dəyəri 300 manat olan “ZİL” markalı yük avtomobilinin reduktoru, 01 metrinin dəyəri 5 manat olan 80 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 7 manat olan 50 metr uzunluğunda dəmir borunu gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, X10 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək üç dəfə olmaqla vahid niyyətlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov küçəsi, döngə 2, ev 4-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq 01 ədəd su otürucusu (kaçalka), 01 ədədinin dəyəri 30 manat olan 55 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, ümumi dəyəri 60 manat olan 02 ədəd 75 mm-lik 5 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 02 ədəd su sanosu (su oturücünün üstündə olan) və dəyəri 70 manat olan 200 kq dəmir tullantılarını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2480 (iki min dord yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, X10 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək üç dəfə olmaqla vahid niyyətlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ıl tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov küçəsi, döngə 2, ev 4-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq 01 ədəd su ötürücüsü (kaçalka), 01 ədədinin dəyəri 30 manat olan 55 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, ümumi dəyəri 60 manat olan 02 ədəd 75 mm-lik 5 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 02 ədəd su sanosu (su ötürücünün üstündə olan) və dəyəri 70 manat olan 200 kq dəmir tullantılarını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2480 (iki min dord yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmışdır. Təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, X11 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Hüseynov küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsindən 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd mancanaq (kaçalka) mühərriki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd 50-lik su muhərriki, dəyəri 100 manat olan 32-lik su muhərriki və dəyəri 50 manat olan təmir alətləri, 01 metrinin dəyəri 1 manat olan 200 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda elektrik naqilini, həyətdə olan dəyəri 300 manat olan “ZİL” markalı yuk avtomobilinin reduktoru, 01 metrinin dəyəri 5 manat olan 80 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 7 manat olan 50 metr uzunluğunda dəmir borunu gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X10 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov kuçəsi, döngə 2, ev 4-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsindən 01 ədədinin dəyəri 30 manat olan 5 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, 01 ədədinin dəyəri 150 manat olan 05 ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıq, 01 ədədinin dəyəri 200 manat olan 04 ədəd 90x180 sm ölçüdə dəmir qapı, 01 metrinin dəyəri 10 manat olan ümumilikdə 150 metr uzunluğunda 75 mm-lik dəmir boru, 01 metrinin dəyəri 5 manat olan 150 metr uzunluğunda armatur və 01 metrinin dəyəri 10 manat olan 120 metr uzunluğunda dəmir uqolnik, dəyəri 40 manat olan 5 metr uzunluğunda alüminium borunu gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 5190 (beş min yüz doxsan) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ittihamda qeyd olunan epizodlarda iştirak etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ittihamda qeyd olunan epizodlarda iştirak etməmişdir. Belə ki, həmin vaxt o, xəstəxanada olmuşdur. İbtidai istintaqda ona qarşı təzyiq olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, X10 qabaqcadan əlbir olub qrup halında birləşərək Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə hasardan aşaraq qanunsuz daxil olaraq oradan oğurluq etmişdir. O, Zərərçəkmiş şəxs2 məxsus evdə olmamış, oğurluq etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Zirə qəsəbəsi, yeni yaşayış massivində özünə məxsus əvvəllər fəaliyyət göstərən istixanası var. Təxminən 3 ildir ki, həmin istixana fəaliyyət göstərmir. Buna baxmayaraq mütəmadı olaraq həmin istixanaya gedib nəzarət edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə orada olmuş və həmin gün hər bir əşyaları öz yerində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə həmin istixanaya getmiş və görmüşdür ki, istixananın yerləşdiyi həyətdə tikdiyi saxlanc yerinin taxta qapısı açıq vəziyyətdədir. O, həmin qapını sonuncu dəfə oradan çıxanda açarla bağlamışdır. İçəri daxil olan zaman görmüşdür ki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd mancanaq (kaçalka) muhərriki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd 50-lik su mühərriki, dəyəri 100 manat olan 32-lik su mühərriki və dəyəri 50 manat olan təmir alətləri, 01 metrinin dəyəri 1 manat olan 200 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Bundan sonra həyətə nəzər yetirmiş və aşkar etmişdir ki, həyətdə olan ona məxsus dəyəri 300 manat olan ZİL markalı yuk avtomobilinin reduktoru, 01 metrinin dəyəri 5 manat olan 60 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 7 manat oları 50 metr uzunluğunda dəmir boru oğurlanmışdır. Bundan sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə gedib oğurluq barədə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 2900 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Lakin onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, onun Zirə qəsəbəsi, yeni yaşayış massivində özünə məxsus torpaq sahəsi var, dörd tərəfi hasarlıdır və dəmir giriş qapısı da var, həmin torpaq sahəsi fərdi ev tikintsi üçün nəzərdə tutulmuşdur, tikinti olaraq orada yalnız 5-11 metr ölçüdə qaraj tikmişdir, lakin orada yaşayış yoxdur. Faktiki yaşadığı evin həyətində lazımsız əşyalarını aparıb orada saxlayır. Uzun illərdir ki, həmin torpaq sahəsi onun istifadəsindədir, lakin heç bir oğurluq hadisəsi baş verməmişdir, ona görə də həmin yeri etibarlı bilib əşyalarını orada saxlamışdır. İşi və səhəti ilə əlaqədar olaraq hər gün ora gedə bilmir, arada vaxt tapıb həmin torpaq sahəsinə gedir. xx.xx.2022-ci il tərixdə həmin torpaq sahəsinə gedəndə hər bir əşyalar yerində olmuşdur, növbəti dəfə, yəni xx.xx.2022-ci il tarixdə ora gedib gormüşdür ki, orada saxladığı bəzi əşyaları oğurlamışdır. Belə ki, həyətin hər bir yerinə baxış keçirmiş və müəyyən etmişdir ki, dəyəri 300 manat olan 01 ədəd su ötürücüsü (kaçalKa), 01 ədədinin dəyəri 30 manat olan 55 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, ümumi dəyəri 60 manat olan 02 ədəd 75 mm-lik 5 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 02 ədəd su sanosu (su ötürücünün üstündə olan) və dəyəri 70 manat olan 200 kq dəmir metalları oğurlanmışdır. Bundan sonra gedib Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin oğurluq nəticəsində ona ümümilikdə 2480 (iki min dörd yuz səksən) manat maddi ziyan dəymişdir. Sonradan o, səhəti ilə əlaqədar əməliyyat olunmuş və bir müddət torpaq sahəsinə gedə bilməmişdir. 28.12 2022ci tl tarixdə həmin torpaq sahəsinə gedib yenə də aşkar etmişdir ki, oradan oğurluq olmuşdur. Belə ki, həyəti gəzib nəzər yetirmiş və məlum olmuşdur ki, 01 ədədinin dəyəri 30 manat olan 5 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, 01 ədədinin dəyəri 150 manat olan 05 ədəd pəncərə uçun nəzərdə tutulmuş dəmir barmaqlıq, 01 ədədinin dəyəri 200 manat olan 04 ədəd 90x180 sm ölçüdə dəmir qapı, 01 metrinin dəyəri 10 manat olan ümumilikdə 150 metr uzunluğunda 75 mm-lik dəmir boru, 01 metrinin dəyəni 5 manat olan 150 metr uzunluğunda armatur və 01 metrinin dəyəri 10 manat olan 120 metr uzunluğunda dəmir uqolnik, dəyəri 40 manat olan 5 metr uzunlugunda aluminium boru oğurlanmışdır. Ona ümumilikdə 5190 manat dəyərində maddi ziyan dəymişdir. Hər iki oğurluq hadisəsi nəticəsində isə ona ümümilikdə 7670 (yeddi min altı yüz yetmiş) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. O, şikayətçidir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru X7 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhər, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. Şahid4 Fazıl oğlunun ifadəsi ilə tanış olmuş və bununla bağlı bildirmişdir ki, Şahid4 tanıyır və xidmət, etdiyi inzibatı ərazidə ailəsi ilə birlikdə kirayədə yaşayır, həmin ərazidə olan cinayətlər barədə məlumatı olanda ona məlumat verir, 2022-ci ilin dekabr ayının əvvəllərində axşam saatlarında ona zəng edərək bildirmişdir ki, "Zirə qəsəbəsində yaşadığı evin yaxınlığında Etibar adlı şəxsin həyətindən əmisi oğlu Anar, tanıdığı Məmmədrəhim, Elnur və Balamirzə adlı şəxslər dəmir metalları və su mühərriklərini oğurlayıb Zirə qəsəbəsində metal qəbulu ilə məşğul olan Azad və Vusal adlı şəxslərə satdrlar". O, bu məlumatı aldıqdan sonra həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri keçirməyə başlamışdır. Çünki, həmin ərazidə əvvəllər də başqa ünvanda metal oğurluqları cinayəti baş vermişdir. Buna baxmayarq Familin ona məlumat verdiyi oğurluq faktı ilə əlaqədar 1-ci PŞ-nə məlumat daxil olmamışdır. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Xəzər RPİ-nın 1-cı PŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X1 şübhəli şəxs qismində 1-ci PŞ-nə təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqat araşdırması zamanı izahat verərək etdiyi oğurluq cinayətlərini etiraf etmişdir. Bildirmişdir ki, adları qeyd olunan digər şəxslərin ətrafında əməliyyat tədbirləri keçirilir və onların yerinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 Fazıl oğlu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Fəhləlik edib ailəsini dolandırır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zirə qəsəbəsində yaşadığı evin yaxınlığında yaşayan Məmmədrəhim, Anar, Elnur və Balamirzə adlı şəxsləri tanıyır. X2 isə əmisi oğludur, Balamirzə isə Astara rayonunda onunla eyni kənd sakinidir. 2022-ci ilin dekabr ayının əvvəllərində hava qaralana yaxın saatlarda Zirə qəsəbəsində yaşayan Etibar adlı şəxsə məxsus torpaq sahəsinin yaxınlığından keçmişdir. Qeyd etmişdir ki, həmin torpaq sahəsində əvvəllər istixana fəaliyyət göstərmişdir. Özü də həmin torpaq sahəsinin yaxınlığında yaşayır. Oradan keçəndə görmüşdür ki, bir yük avtomobili gəlir, ona çatanda əvvəl tanıdığı Məmmədrəhim və Balamirzə həmin yük avtomobilindədirlər. Onlar onun yanında avtomobili saxlatdırdımış və avtomobildən düşmüşlər. Düşəndən sonra Məmmədrəhim ona yaxınlaşmış və Famil ondan yük avtomobili ilə gəlməyinin səbəbini soruşduqda Məmmədrəhim bildirmişdir ki, “bir nəfər üçün iş görmüşük pulunu verməyib, əvəzinə bizə dəmir metallar vermişdir ki, biz də onları satıb pula çevirək, həmin dəmrləri bu, həyətə yığmışıq". Bundan sonra Famil görmüşdür ki, Anar və Elnur da həmin həyətdədir. Həmin dəmir metalların yüklənməsində hətta özü də onlara köməklik etmişdir. Qeyd etmişdir ki, oğurlanmış əşyaların içərisində yadında qalanı dəmir borular, iki ədəd su oturucunun müharriki, mis elektrik naqiləri və digər dəmir metalları olmuşdur. Onlar həmin əşyaları yük avtomobilinə yükləmişlər, sonra Anar və Elnur piyada getmişlər, Məmmədrəhim və Balamirzə isə həmin yük avtomobilinə minib və ona da demişlər ki, “sən də bizimlə gəl. O, da həmin yük avtomobilinə minib onlarla birlikdə getmişdir. Onlar Zirə qəsəbəsində metal qəbulu ilə məşğul olan Azad adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getmişlər. Ora çatanda Məmmədrəhim və Balamirzə avtomobildən düşüb dəmir metalları Azada satmışlar, bundan sonra isə mühərrikləri satmaq üçün Zirə qəsəbəsində mətal qəbulu ilə məşğul olan Vüsal adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getmişlər. Ora çatanda Məmmədrəhim ona demişdir ki, “çox yorğunam, həm də belim ağrıyır”, xahiş etmişdir ki, Famil düşsün və mühərrikləri Azada satsın və Vüsala satsın, Vusal nəsə soruşanda desin ki, özünə məxsusdur. Beləliklə Famil avtomobildən düşüb Vusala yaxınlaşıb bildirmişdir ki, avtomobilin yük yerinə iki ədəd su mühərriki var, özlərinə məxsusdur və satmağa gətmişlər. Vüsal da tərəzidə həmin mühərrikləri çəkmiş və pulunu vermişdir. Famil Vüsaldan aldığı pulu Məmmədrəhimə vermişdir. Famil onların oğurluq etmələrindən şübhələnmişdir, ona görə də axıra kimi onlarla getmişdir ki, görsün onlar oğurladıqları metalları kimə və hara satırlar. Onlardan ayrılan kimi 1-ci PŞ-nin əməkdaşı olan Şəhriyar müəllimə zəng edib məlumat verdiyini bildirmişdir. Bundan sonra bir neçə gün keçmiş və məlum olmuşdur ki, onlar həmin gün Etibarın həyətindən oğurluq etmişlər və sonra da hərəsi bir yerdə gizlənmişdir. Oğrluqda istifadə olunan yük avtomobilinin markasını dəqiq bilməsə də, lakin Qazel markalı yük avtomobilinə oxşar yük avtomobili olduğunu və sürücünü də tanımadığını bildirmişdir. Dəmir metallar və mühərriklər satıldıqdan sonra ona hər hansı bir məbləğdə pul verilməmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Musabəyov küçəsi, ev 66-da ailəsi də birlikdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsində mətal qəbulu məntəqəsində işləyir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzdən tanıdığı, lakin sonradan adlarını bildiyi əslən Astara rayonundan olan Anar və əslən Zirə qəsəbəsindən olan Məmmədrəhim adlı şəxslər mənə 2022-ci din dekabr ayı ərzində 2-3 dəfə dəmir metalları, yəni dəmir boru, dəmir uqolniklər və dəmir parçaları gətrib satmışlar. Onlar həmin dəmir uqolnki və boruları kəsilmiş vəziyyətdə gətirmişlər, gətirdikləri metallara uyğun onlara pul vermişdir. Özü metal qəbulu məntəqəsinin içərisində olduğuna görə hansı avtomobillə gətirdiklərini görməmişdir, lakin hissə-hissə həyətə gətirib ona vermişlər. Onlar həmin dəmir metalları ona satanda demişlər ki, özlərinə məxsusdur, həyətlərindən yığmışlar. Pula ehtiyacları olduğundan yığıb gətirib satırlar. O, da onlara inanıb həmin dəmir metalları qəbul etmişdir. Onların həmin dəmir mətallarını oğurluq yolu ilə əldə etdiklərini bilmədiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhər, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi Şəhərcikdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Qala qəsəbəsi, Zirə yolunun sol tərəfində yerləşən metal qəbulu məntəqəsində işləyir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər tanıdığı Famil adlı şəxs 2022-cı ilin dekabr ayının əvvəllərində onun işədiyi metal qəbulu məntəqəsinə gəlmiş və iki ədəd su mühərrikini satmaq istədiyini bildirmişdir. Onun yanında üzdən tanıdığı, lakın sonradan adlarını bildiyi əslən Astara rayonundan olan Mirzə kimi tanıdığı və əslən Zirə qəsəbəsindən olan Rəhim kimi tanıdığı şəxslər də gəlmişdir. Əvvəlcə Famil ona yaxınlaşmış və bildirmişdir ki, bu mühərriklər bizə məxsusdur və satırıq. O, Famildən həmin mühərriklərin oğurluq olubolmamasını soruşmuş, lakin Famil təkrar bildirmişdir ki, mühərriklər özümüzə məxsusdur, oğurluq deyil. O, da Famili əvvəllər tanıdığına görə inanıb həmin mühərrikləri qəbul etmişdir. Həmin mühərrikləri dəmir metalı kimi tərəzidə çəkib çəkisinə uyğun onlara pul vermişdir. Onların həmin mühərriklərin oğurluq yolu ilə əldə etdiklərini bilmədiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhən, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyir, Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zirə qəsəbəsində yaşayan Elnur, Məmmədrəhim, Anar və Balamirzə adlı şəxsləri tanıyır. Onların hər biri ona dəfələrlə dəmir, mis və aluminium metallarıni gətirib satmışlar. Belə ki, dəqiq tarixləri xatırlamasa da, bunu bilir ki, 2022-ci ilin təxminən sentyabr ayından etibarən onlar ona qeyd etdiyi metalları gətirib satmışlar. O, özündə olan dəftərdə aldığı metalların kim tərəfindən gətirdiyi barədə qeydlərini etmişdir. Həmin dəftərdə apardığı qeydləri istintaqa təqdim edə biləcəyini bildirmişdir. Bildirmişdir ki, onlar hər dəfə ona metalları gətirəndə həmin metalların oğurluq olub-olmamasını soruşmuş, onlar isə ona demişlər ki, gətirdikləri metallar özlərinə məxsusdur və pula ehtiyacları olduğuna görə salırlar. Qeyd etmişdir ki, dəftərdə Anarın adını "Talış Anar” kimi, Balamirzənin adını “Mirzə” kimi yazmışdır, bəzən onlardan iki nəfər birlikdə gəlirdilər, o zaman hər iki nəfərin də adını dəftərində qeyd etmişdir. Onların həmin metalları oğurluq yolu ilə əldə etdiklərini bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.4-cü maddəsinə əsasən 900 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 67.1-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 900 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 05 ilə artırılmış, CM-nin 67.1-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə təyin edilmiş 900 manat cərimə cəzası tam birləşdirilmişdir. xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası endirilərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası və 900 manat cərimə cəzası saxlanılmışdır. xx.xx.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, cəza 04 il 09 aya endirilib və 900 manat cərimə cəzası saxlanılmışdır.xx.xx.2018-ci il tarixdə 29 gün cəzadan vazxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olunanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Astara rayonu ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olunanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olunanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Zirə qəsəbəsi ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-97/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-100/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-419/2014 saylı xx.xx.2014-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş cəzanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 900 manat cərimə cəzası ilə tamamilə birləşdirməklə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 900 manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 900 manat cərimə cəzası müstəqil icra olunması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 3407 saylı məktubdan görünür ki, 1985-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs2 xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə adı yuxarıda qeyd olunan xəstəxanada stasionar müalicədə olub. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə AR SN RPXna stasionar müalicəyə qəbul olunub və hal hazırda müalicəsi davam olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Apeliyasiya Məhkəməsinin xx.xx.2015ci il tarixli qərarı ilə 5 il müddətə azadlıqdan məhrum edilməklə 900 manat cərimə cəzasına məhkum edilmiş, lakin CM-nə dəyişiklik eilməsi ilə əlaqədar olaraq Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 4 il 6 ay müddətə endirilmiş və cərimə cəzası isə 900 manat saxlanılmışdır. Qeyd olunan cərimə dövlət nəfinə ödənildiyindən o, xx.xx.2019-cu il tarixdə Xəzər Rayon İcra Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama başqa, zərərçəkmiş şəxslərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamda özlərini məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında özlərini təqsirli bilməməsi və qismən təqsirli bilməsi barədə verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2un üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə istintaqa təqdim edilmiş 8 metr uzunluğunda 75 mm-lik 02 ədəd dəmir borular iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut saxlanılması üçün iş üzrə Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 90 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180 manat, ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180 manat, ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 oğlunun hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı (72 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X12 ümumilikdə 162 (bir yüz altımış iki) manat məbləğində vəsait və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2un üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə istintaqa təqdim edilmiş 8 metr uzunluğunda 75 mm-lik 02 ədəd dəmir borular iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut saxlanılması üçün iş üzrə Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 90 manat və məhkəmə baxışı zamanı müdafiə görə edilməsinə 180 manat ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180 manat ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 oğlunun hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı (72 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X12 ümumilikdə 162 (bir yüz altımış iki) manat məbləğində vəsait və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar