Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-410/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivi 17/20L saylı bağ evinin həyətində olarkən çörək almağa pulu olmadığını bildirib pul istəməsinin ardından qonşusu Zərərçəkmiş şəxs onu itələyib yerə yıxması səbəbəbindən cibində olan dırnaqtutanın bıçağı ilə sol qoluna bir dəfə qəsdən vurub sağ bazunun deşilmi-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə uzun illər qonşu olmuşlar, lakin hazırda oradan köçmüşdür. Maddi imkanı olmadığından öz həyətinin bir hissəsini Bəxtiyara satmış, Bəxtiyar pulu hissə-hissə versə də, 180 manat borcu qalmışdır. Buna görə də, münasibətləri pisləşmişdir. 15 may 2022-ci il tarixdə günorta vaxtı Bəxtiyar ilə onun yaşadığı həyətdə söhbət zamanı ondan evdə çörək pulu olmadığından 180 manat borcundan istəmişdir. Bəxtiyar isə əsəbiləşərək cibindən pullar çıxarıb göstərmiş və nalayiq ifadələr işlədərək «varımdır vermirəm» deyib sinəsinə yumruqla bir dəfə zərbə vurub onu yerə yıxmışdır. O, əsəbiləşərək cibində olan dırnaqtutanın kiçik bıçağı ilə bir dəfə Bəxtiyarın qoluna vurub qaçıb çıxıb getmişdir. Bəxtiyarın onu vurması barədə heç yerə şikayət etməmişdir. Hazırda törətdiyi əməli etiraf etdiyini, Zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 3 il olar ki, qonşu olmuşlar. Telman ilə dəfələrlə torpaq üstündə münaqişələri olmuşdur. 15 may 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin həyətində təmizlik işi görərkən Telman gələrək çörəp pulu istəmişdir. Telmana dəfələrlə pul verməkdən bezdiyi üçün cibindən pul çıxararaq «varımdı vermirəm» demiş və Telmanı itələyib yerə yıxılmışdır. Telman da, cibindən dırnaqtutan çıxarıb qoluna bir dəfə vurub çıxıb getmişdir. O, bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 19 may 2022-ci il tarixli, 530 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayəinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 15 may 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 05 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 25 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Bu Məcəllənin 73.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər». Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin mənasına görə məhkəmə baxışının gedişində, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda, zərər çəkmiş şəxsin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 9 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, 54 (əlli dörd) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-410/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-410/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver