Məhkəmə qərarları › İş №1(003)-412/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-412/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-412/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qanunsuz olaraq zərərçəkmiş şəxsin əmlakını ələ keçirib maddi ziyan vuraraq oğurluq etmiş və satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 10 may 2022-ci il tarixdə, saat 15 radələriondə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvan 2 ünvanında yerləşən X3 məxsus fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə daxil olmaqla həyətdə yerləşən 01 ədəd 100 manat dəyərində su nasosunu, evin zirzəmisindən 100 manat dəyərində 250 metr uzunluğunda aliminum elektrik naqilini, evin plastik qapısını açaraq oradan 05 ədəd hər biri 20 manat dəyərində aliminum qazanı və 02 ədəd hər biri 25 manat dəyərində aliminum aşsüzəni gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxs Züleyxa Mirzəyevaya ümumilikdə 350 (üç yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən qanunsuz yolla əldə edib saxladığı təmiz çəkisi 0,621 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində daşıyaraq üzərində saxlamışdır. 12 may 2022-ci il tarixdə, saat 15 radələrində Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitə əldə edib üstündə saxlamaqla şübhəli şəxs kimi ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq 2-ci Polis şöbəsinə gətirilmişdir. Orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,621 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”in İ siyahısına daxil edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı Rafael Züleyxanın oğlu ilə birlikdə işləmişdir. Onun 10 may 2022-ci il tarixdə Züleyxanın Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvan 2 ünvanında yerləşən evindən oğurluq etmək niyyəti olmamışdır. Ona həmin evdə başqa şəxsin yaşadığını və narkotik vasitə satışı ilə məşğul olduğunu bildirmişlər. Bir neçə il olar ki, narkotik istifadəçisi olduğu üçün həmin evə daxil olaraq narkotik götürmək istəmişdir. Lakin evə daxil olduqdan sonra orada narkotik aşkar etməmiş, ona görə də, evdən su nasosunu, elektrik naqili, qazan və aşsüzən görütüb metal qəbulu məntəqəsinə satmışdır. Əldə etdiyi pula 12 may 2022-ci il tarixdə Hövsan qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata bir büküm heroin almışdır. Həmin günü yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, da üzərində olan bir büküm heroini təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və ya üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Atasının vəfat etdiyini, onkoloji xəstəlikdən əziyyət çəkən anasının onun himayəsində olduğunu bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində bildirdi ki, 10 may 2022-ci il tarixdə saat 08:00-dan saat 19:00-dək o və oğlu işdə olmuşlar. Həmin müddətdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanında yerləşən evinin həyətindən 01 ədəd 100 manat dəyərində su nasosu, evin zirzəmisindən 100 manat dəyərində 250 metr uzunluğunda aliminum elektrik naqili, evdən 5 ədəd hər biri 20 manat dəyərində aliminum qazan və 2 ədəd hər biri 25 manat olmaqla aliminum aş süzənlər oğurlanmışdır. Oğurluq nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Həmçinin evindən «Unibanka» aid plastik kart götürlümüşdür. Lakin həmin kartın müddəti bitmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Buzovna qəsəbəsində oğurluq törətməsi barədə məlumat daxil olduğundan əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, L.Bədirbəyli küçəsinə getmişlər və onu küçədə saxlayaraq 2-ci Polis şöbəsinə dəvət etmişlər. Rüfət könüllü olaraq üzərində narkotik vasitə olduğunu etiraf etdiyi üçün üzərinə vəkilin iştirakı ilə video çəkilişlə axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və cins şalvarın cibindən «Unibanka» aid plastik kart aşkar edilmişdir. O, həmin karıt Buzovna qəsəbəsindən evdən oğurluq edərkən götürdüyünü bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X9 istintaq zamanı ifadəsində bildirmişdir ki, bir il olar ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunun sol istiqamətində yerləşən əlvan metal qəbulu məntəqəsində işləyir. 10 may 2022-ci il tarixdə axşam saatlarında əvəllər metal gətirmiş Təqsirləndirilən şəxs məntəqəy gələrək özünə məxsus əzik halda 05 ədəd aliminum qazanı, 02 ədəd aliminum aşsüzən, yarım kilo yanmış elektrik naqili və 01 ədəd işlənmiş su nasosunu satdığını demişdir. O, həmin əşyalara görə Rüfətə 100 manat pul vermişdir. İş materiallarında olan «baxış keçirilməsi və götürmə barədə» 12 may 2022-ci il tarixli protokoldan görünür ki, 12 may 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, L.Bədirbəyli küçəsində Təqsirləndirilən şəxs saxlanılmış və onun üzərinə 2-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellafana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroin bildirərək həmin bükümü 12 may 2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd Unibanka aid qara rəngli allbalı plus sözləri yazılmış **********228870 nömrəli üzərində Mirzəyeva Züleyxa adı yazılmış platinum plastik kartı və kiçik ölçüdə üzərində 06-35 rəqəmləri yazılmış kağız parçasını təqdim edib həmin kartı bir neçə gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evdən oğurluq edərkən götürdüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli, 6/2759 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksi və “Maddi sübut ...; iştirakçılar-iki imza; Saxlanılan şəxs-imza; Müdafiəçi-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəıki təmiz çəkisi – 0,621 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,571 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 22 iyun 2022-ci il tarixli, 3412 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 23 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəssisəsinin 12 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, səmimi peşmançılığını, atasının vəfat etməsini, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməyərək onun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və ev dustaqlığında olduğu müddət həbsdə olmasına bərabər tutulmaqla cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 07 iyul 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,571 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,571 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkil X5, 60 (altmış) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,571 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB**********1700266117, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X5 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar