Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-412/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, himayəsində iki uşağı olan, Neftçala rayonunun Kürqarabucaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd döyüş sursatı əldə edib özündə saxlamış, 18 fevral 2025-ci il tarixdə döyüş sursatını bel çantasında 8103 saylı Bakı-Tbilisi reysi ilə Tbilisi şəhərinə gedən qohumunu yola salmaq üçün gəldiyi X1suz olaraq daşıyıb gəzdirmiş, həmin tarixdə, saat 18-25-də Aeroportun 2-ci Terminalımı 1-ci mərtəbəsində quraşdırılmış X-RAY qurğusunda yoxlamadan keçərkən, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən ona məxsus bel çantasının iç cibindən zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı "AK-74, “AKS-74” ’’AKS-74U modelli avtomatlarda, “RPK-74”, əl pulemyotlarda və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, istifadəyə yararlı 5,45 mn kalibrli 01 ədəd (bir) patron aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə bacısı oğlu Məhəmmədi Gürcüstan Respublikasına yola salmaqdan ötrü bacısı Könül ilə birlikdə saat 18 radələrində X9 Aeroportuna Terminal 2-yə gəlmiş, terminala daxil olduqdan sonra üzərində olan, içərisinə şəxsi əşyalarını yerləşdirdiyi bel çantasını X-RAY yoxlama monitoruna yerləşdirmişdir. Qarşı tərəfə keçib çantasını götürmək istəyərkən, ATBİ-nin əməkdaşları ona çantasında daşınması qadağan olunmuş əşya olduğuni bildirmişlər. Çantasını yoxlama monitorundan götürüb, yaxınlıqda olan masanın üzərinə qoyduqda çantanın iç hissəsində olan 01 ədəd patron aşkar edilərək götürülmüşdür. Sonra bu barədə polisə məlumat vermişlər. ATBİ-nin əməkdaşı həmin patronu aktlaşdırıb onu və həmin patronu polis əməkdaşlarına təhvil vermişlər. Patronu Tərtərdə toyda olarkən çöldən tapmış, yadigar olaraq saxlamışdır. Törətdiyi əməlindən peşmandır, himayəsində olan iki azyaşlı uşağını tək böyütməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunması xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aviasiya Təhlükəsizliyi Baş İdarəsini rentgen qurğuları qrupunun inspektoru X5 bildirmişdir ki, tərtib olunmuş qrafikə əsasən 18 fevral 2025-ci il tarixdə X9 Aeroportunun 2-ci Terminalında gündüz növbəsində xidmətdə olmuş, funksional vəzifəsi 1-ci mərtəbədəki yoxlama postunda yoxlamadan keçən sərnişinlərin əl yüklərinin X-Ray qurğusu vasitəsilə yoxlamadan keçirilmə olmuşdur. 18 fevral 2025-ci il tarixdə saat 18 radələrində X-Ray qurğusunda yoxlamadan keçən Təqsirləndirilən şəxs əl çantasını yoxlamadan keçirərkən patrona oxşar pretmetin əksini monitorda görmüş və yaxınlıqda olan qrup rəhbəri vəzifəsini əvəz edən Emin Abbasəliyevə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə birlikdə onun çantasına baxaraq əşyaların arasında bir ədəd patron aşkar olunmuşdur. Emin Abbasəliyev dərhal bu barədə növbə rəisinə, eləcə də polis əməkdaşlarına məlumat vermiş. Hadisə ilə bağlı akt tərtib olunmuş, Təqsirləndirilən şəxs akt və maddi sübutla birlikdə araşdırma aparılması üçün polis əməkdaşlarına təhvil verilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin rentgen qurğuları qrupunun inspektoru Şahid1 mahiyyəti üzrə eyni məzmunda ifadə verərək X4 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mar 2025-ci il tarixli, 3/261 nömrəli rəyindən görünür ki, 01 ədəd patron 5.45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov" konstruksiyalı “AK-74”, '’AKS-74”, "AKS-74U modelli avtomatlarda “RPK-74”, əl pulemyotlarda və sair uyğun kalibri yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. ATBİ-dən əldə edilmiş 01 (bir) ədəd CD-R diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntüdə Təqsirləndirilən şəxs X-RA qurğusundan keçərkən bel çantasını X-RAY aparatına qoyur. Özü X-RAY-dən keçdikdən sonra bel çantasında şübhəli əşya olduğunu monitorda əyləşən ATBİ-nin əməkdaşı görür. Dərhal Təqsirləndirilən şəxs ilə bel çantasına baxış keçirilir və çantanın içərisində bir ədəd döyüş sursatı hesab edilən patron aşkar edilir. 18:36 radələrində ATBİ-nin əməkdaşları akt tərtib etməyə başlayırlar. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu təsdiq etdi. 17 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, saxlanılmasından ötrü X10 İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 01 (bir) ədəd patron və 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı var - xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində iki uşağının olmasını, onları təkbaşına böyütməsini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş orta həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İslah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir (CM-nin 49-cu maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qazancından 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla orta həddə islah işləri cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və X10 İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 (bir) ədəd patron Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə təhvil verilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə qazancından 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış, X10 İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 (bir) ədəd patron Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə təhvil verilsin, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(003)-412/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-412/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver