Məhkəmə qərarları › İş №1(003)-413/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-413/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-413/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 03 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il tarixindən əvvəl istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla özünə məxsus jiletin astar hissəsində gizlətməklə yaşadığı ünvan 1 ünvanında saxlamışdır. 06 may 2022-ci il tarixdə arvadı Şahid2 ilə qısa müddətli görüş zamanı sonuncu içərisində narkotik vasitənin olmasından xəbərsiz halda həmin jileti Təqsirləndirilən şəxs vermişdir. Əkbər Hüseynov jiletin astar hissəsindən narkotik vasitə heroini götürərək bir qismini istifadə etmiş və qalan hissəsini əynindəki şalvarın sağ cibinə qoymuşdur. 10 may 2022-ci il tarixdə, saat 17:40 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Çəzaçəkmə müəssisəsinin inzibati ərazisində yerləşən rejim korpusunun yataqxanasında müəssisəsinin əməkdaşları tərəfindən keçirilən axtarış zamanı məhkum Şahid1 əynində olan Təqsirləndirilən şəxs məxsus şalvarın sağ cibindən sonuncunun qanunsuz olaraq əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,557 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Azadlıqda olarkən özünə məxsus jiletin astar hissəsində narkotik vasitə heroin gizlətmişdir. Telefonla arvadı ilə danışarkən ona paltarlar gətirməsini demişdir. 06 may 2022-ci il tarixdə arvadı Şahid2 onun yanına görüşə gələn zaman həmin jileti və digər əşyaları ona vermişdir. Sonradan o, jiletin astar hissəsini sökmüş və orada olan heroinin bir qismini istifadə etdikdən sonra qalanını əynindəki şalvarın cibinə qoymuşdur. 10 may 2022-ci il tarixdə yataqxanaya gələrkən onunla eyni korpusda yaşayan məhkum yoldaşı Şahid1 üzərindən müəssisə əməkdaşları tərəfindən narkotik vasitə heroinin aşkar olunduğunu bilmişdir. Şamxal həmin günü görüşə getdiyi üçün onun şalvarını geyinmiş və onun cibindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuşdur. Lakin Şamxal üzərindən narkotik vasitə aşkar olunan zaman həmin şalvarın ona məxsus olduğunu bildirməmişdir. O isə həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş və əməkdaşlar onun izahatını almışlar. Törətdiyi əməldən səmimi peşmançılığını, atasının İ Qarabağ müharibəsi zamanı Şuşa rayonunda həlak olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Azərbaycan Respublikasının CMnin 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. 10 may 2022-ci il tarixdə onu telefona çağırdıqlarını bildirmişlər. Şalvarı çirkli olduğu üçün yuduğundan məhkum yoldaşı Əkpərin şalvarını geyinib getmişdir. Həmin vaxt müəssisə əməkdaşları gələrək axtarış aparmışlar və əynindəki şalvarın sağ yan cibindən bir büküm narkotik vasitə heroin aşkarlan olunmuşdur. Türmə qaydalarına görə başqa şəxsin adının çəkilməsi pis qarşılandığından o, aşkar olunmuş heroini Əkpərin ona istifadə etmək üçün verdiyini və özünə məxsus olduğunu bidirmişdir. Lakin sonra Əkpər narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, X4 onun əridir və birgə nigahlarından iki övladları vardır. 2021-ci il tarixdə Əkbər cinayət törətdiyinə görə 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Əkbərlə görüşə gedən zaman onun üçün mütəmadi olaraq ərzaq və geyim əşyaları aparır. Əkpər onunla danışan zaman paltarlarını gətirməyini tapşırmışdır. Həmçinin həmin paltarların arasında Əkpərin jileti də, olmuşdur. Lakin, həmin jiletin içərisində narkotik vasitənin gizləndildiyindən onun xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində bildirdi ki, 17 saylı Cəzaçəkmə müəssisəsində Əməliyyat bölməsinin inspektoru vəzifəsində işləyir. 10 may 2022-ci il tarixdə 3 saylı dəstədə cəza çəkən məhkum Şahid1 axşam yoxlaması zamanı özünü şübhəli apardığına görə saat 17:40 radələrində üzərində iki nəfər hal şahidinin iştirakı ilə qəflətən yoxlama aparılmışdır. Yoxlama zamanı Şamxalın əynindəki şalvarın sağ yan cibindən bir büküm narkotik vasit heroin aşkar olunmuşdur. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində Rejim nəzarət şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Şahid7 Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid5 ifadəsində bildirdi ki, 17 saylı Cəzaçəkmə müəssisəsinin yeməkxanasının müdiri vəzifəsində mülki işçi kimi işləyir. 10 may 2022-ci il tarixdə, saat 17:40 radələrində müəssisənin əməkdaşları məhkumun üzərinə baxış keçirilməsi üçün onu hal şahidi kimi dəvət etmişlər. Məhkum Şahid1 üzərinə baxış zamanı şalvarın sağ yan cibində bir büküm aşkar olunmuşdur. Həmin bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkarlanmışdır. Bundan sonra protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində anbar müdiri vəzifəsində mülki işçi kimi işləyən Şahid3 istintaq zamanı Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində Əməliyyat bölməsinin böyük inspektoru vəzifəsində işləyən Şahid4 və Rejim nəzarət şöbəsinin inspektoru vəzifəsində işləyən şahid X2 istintaq zamanı Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 may 2022-ci il tarixli, 6/2704 nömrəli ekspert arayışından görünür ki, «təqqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsi» dairəvi möhür əksi olan bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 0,557 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir». Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,507 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 may 2022-ci il tarixli, 6/2884 nömrəli rəyindən görünür ki, «təqqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ № 75» möhür əksi, «Ekspert Rəyi N 6/2704» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,507 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir». Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir». Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,457 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 06 iyul 2022-ci il tarixli, 3662 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispansində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 27 avqust 1985-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs - Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 25 fevral 2021-ci il tarixdən hesab olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını və atasının İ Qarabağ müharibəsi zamanı Şuşa rayonunda həlak olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının 20 oktyabr 2022-ci il tarixə cəzasının 1 il 7 ay 25 gününü çəkmiş, 3 il 4 ay 05 günü çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının 20 oktyabr 2022-ci il tarixə çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Məmmədovun 04 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,457 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,457 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 9 (doqquz) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 54 (əlli dörd) manat məbləğində vəsait vəkil X1, 30 (otuz) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının 20 oktyabr 2022-ci il tarixə çəkilməmiş qalan 3 (üç) il 4 (dörd) ay 05 (beş) günü hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,457 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 54 (əlli dörd) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar