Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-416/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs İsrafiloviçin, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 08 iyun 1997-ci il tarixdə Astara rayonunun Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Kolatan kəndində qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən “Murad” kafesinin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs İsrafiloviçin onun çiyni ilə toxunması və ünvanına nalayiq söyüş söyməsi səbəbindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əlləri, ayaqları ilə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sol və sağ gözətrafı nahiyənin qançırları, sağ qulaqarxası nahiyənin sıyrığı, burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən Yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 08 iyun 2021-ci il tarixdə axşam saatlarında dostu Şahid1 və Əlinin münasibətdə olduğu Şahid2 ilə Buzovna qəsəbəsi H.Eyvazov küçəsində yerləşən “Murad” kafesində doğum gününü qeyd etmək üçün yeyib-içmiş, saat 23:40 radələrində kafe bağlanana yaxın olduğu üçün masa arxasından durmuşlar. Həmin zaman Əli bir az arxada gəlirmiş. O isə Arzu ilə “Murad” kafesindən çıxıb piyada üzü əsas yola tərəf hərəkət edən zaman onunla üz-üzə gələn, adını sonradan bildiyi Əlizahab onun sağ çiyninə toxunmuşdur. Həmin zaman Əlizahab ona “Asta ol da, nə olub” demiş, o da onun özünə asta olmasını demiş və əsəbiləşib Əlizahabın ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra Əlizahab onu əli ilə itələdiyindən, o, Arzuya dəymiş, eyni zamanda Əlizahab da onu nalayiq söyüşlə söymüşdür. O, həmin vaxt əsəbi olduğundan, özünü cilovlaya bilməyib əli ilə Əlizahabın yanağından itələyib üzərinə hücum çəkərək Əlizahabı yerə yıxıb onun bədəninin müxtəlif yerinə yumruqla vurmuş, Əlizahab isə ayağa durub uzaqlaşmağa çalışmışdır. Orada olan şəxslər onları ayırmağa çalışmışlar. Bu zaman Əlizahab arxa cibindən çıxartıdığı bıçaqla onun qarnından zərbə vurmaq istəmiş, o, zərbədən yayınmaq üçün fırlanmaq istəyəndə bıçaq onun belinin sol hissəsindən dəymişdir. O, həmin an ağrı hiss etmişdir. Ara sakitləşdikdən sonra dostu Əli onu taksi ilə 26 saylı BŞX-na aparmış, xəstəxana onu qəbul etmədiyindən, TTY maşını ilə 3 saylı KŞX-na aparmışlar. Orada bıçaq yarası tikilmiş və o, həmin gündən etibarən 15 iyun 2021-ci il tarixədək xəstəxanada qalıb müalicə almışdır. İlk dəfə törətdiyi əməldən peşman olaraq Əlizahab ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Əlizahabın ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs İsrafiloviç göstərdi ki, o, Şüvəlan-Buzovna yolunda yerləşən avtoyuma məntəqəsində işləyib ailəsini dolandırırmış. 08 iyun 2021-ci il tarixdə saat təxminən 10 radələrində avtoyuma məntəqəsindən çıxıb yaşadığı qəsəbədə “Əli-Ayağı ziyarətgahı”-na düşən yolda sol hissədə yerləşən “Murad” kafesinə gedib təxminən 3-4 bakal pivə içmişdir. Həmin zaman kafedə tanımadığı başqa şəxslər də olmuşdur. Saat təxminən 23:40 radələrində kafe bağlanana yaxın olduğundan, o, hesabını ödəyib kafedən çıxmışdır. Bundan sonra kafenin yaxınlığında olan zaman kafedən tanımadığı bir oğlan və bir qız çıxmış, kafedən çıxan həmin qızla olan oğlan onun yanından keçən zaman çiyni ilə onun çiyninə toqquşmuşdur. O, bu zaman həmin şəxsə demişdir ki, “asta ol da, nə olub”. Həmin şəxs cavabında “sən özün asta ol” deyərək nalayiq söyüş söydüyündən, o da onu əli ilə itələyib söymüşdür. Bundan sonra həmin şəxs – sonradan adını bildiyi Təqsirləndirilən şəxs sol əli ilə onun sağ yanağından zərbə ilə itələyərək üzərinə hücum çəkib onu yerə yıxmış və ona bir neçə dəfə zərbə vurmuşdur. O, həmin an Nurlandan yaxasını çəkib uzaqlaşmaq üçün ayağa durmağa çalışmış, lakin Nurlan yenə də onu vurmuş və o da Nurlanı vurmuşdur. Orada olan səs-küyə gələn tanımadığı şəxslər onları ayırmağa çalışmış, lakin həmin zaman o, əsəbi və içkili halda olduğundan, arxa sağ cibində olan özünə məxsus qatlanıb açılan gümüşü rəngli baçağı açaraq Nurlanın üzərinə getmişdir ki, onu vursun, lakin Nurlan çevrildiyindən, bıçaq zərbəsi Nurlanın belinin sol hissəsindən dəymişdir. Nurlan bıçağı gördüyü üçün qaçmağa başlamış, o da onun arxasınca qaçmış, orada olan şəxslər onları sakitləşdirmişlər. Bıçağı da elə orada yerə atmış və bundan sonra yaşadığı evə getmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. 09 iyun 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları gələrək onu 2-ci PŞ-nə aparmışlar. Hazırda Nurlan ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, onunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Nurlana yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 08 iyun 2021-ci il tarixdə münasibətdə olduğu Şahid2 ilə birlikdə Nurlan üçün ad günü qeyd etmək məqsədi ilə Buzovna qəsəbəsində yerləşən “Murad” kafesinə getmişlər. Kafedə yemək yeyib çay içmişlər. Həmin gün saat 23:40 radələrində kafe bağlanana yaxın olduğu üçün masa arxasından durmuşlur. O, bir az arxada qalıb hesabı vermiş, Arzu ilə Nurlan isə kafedən çıxıb yavaş-yavaş hərəkət etməyə başlamışlar. O da kafedən çölə çıxmış, kafenin sahibi kafeni bağlamışdır. Bu zaman Nurlanın əvvəlcədən kafedə oturan, adını sonradan bildiyi Əlizahab adlı şəxs ilə sözlə mübahisə etdiklərini, sonra isə Nurlanın Əlizabahın üstünə hücum çəkərək yerə yıxıb vurduğunu görmüşdür. O və orada olan digər şəxslər Nurlangilə yaxınlaşıb onları sakitləşdirsələr də, Əlizahab cibindən gümüşü rəngli bıçağı çıxarıb Nurlanı vurmaq istəmiş, lakin Nurlan fırlandığından, bıçaq zərbəsi Nurlanın belindən tutmuşdur. Daha sonra isə çıxıb getmişdir. O, Nurlanı dərhal tanımadığı taksi ilə 26 saylı BŞX-na aparmış, xəstəxana onu qəbul etmədiyindən, X1 maşını ilə 3 saylı KŞX-na aparmışlar. Həmin gündən etibarən Nurlan 15 iyun 2021-ci il tarixədək xəstəxanada qalıb müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 qızı göstərdi ki, o, Şahid1 ilə təxminən 10 ildir ki, yaxın münasibətdədir, Əlinin dostu Təqsirləndirilən şəxs da tanıyır. 08 iyun 2021-ci il tarixdə o, Nurlan və Əli Nurlan üçün ad günü qeyd etmək məqsədi ilə Buzovna qəsəbəsində yerləşən “Murad” kafesinə getmişlər. Kafedə yemək yeyib çay içmişlər. Həmin gün saat 23:40 radələrində kafe bağlanana yaxın olduğu üçün masa arxasından durmuşlar. Həmin zaman Əli bir az arxada gəlirmiş. O isə Nurlan ilə “Murad” kafesindən çıxıb piyada üzü əsas yola tərəf hərəkət edən zaman onlarla üz-üzə gələn bir nəfər şəxs Nurlanın sağ çiyninə toxunmuşdur. Həmin zaman adını sonradan bildiyi Əlizahab adlı şəxs Nurlana “Asta ol da, nə olub” demiş, Nurlan da cavabında “sən özün asta ol” demiş və əsəbiləşib onun ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra Əlizahab Nurlanı əli ilə itələyəndə Nurlan ona dəymiş, eyni zamanda Əlizahab da Nurlanı nalayiq söyüşlə söymüşdür. Nurlan özünü cilovlaya bilməmiş, əli ilə Əlizahabın yanağından itələyib üzərinə hücum çəkərək yerə yıxıb onun bədəninin müxtəlif yerlərinə yumruqla vurmuşdur. Həmin vaxt Əlizahab ayağa durub uzaqlaşmaq istəmiş, orada olan şəxslər, eyni zamanda o və Əli də Əlizahabla Nurlanı ayırmağa çalışmışlar. Bu zaman Əlizahab arxa cibindən çıxartıdığı bıçaqla Nurlanın qarnından zərbə vurmaq istəyəndə Nurlan zərbədən yayınmaq üçün fırlanmış və bıçaq Nurlanın belinin sol hissəsindən dəymişdir. Həmin zaman ara sakitləşmiş və Əli Nurlanı taksi ilə 26 saylı BŞX-na aparmış, xəstəxana Nurlanı qəbul etmədiyindən, X1 maşını ilə 3 saylı KŞ-na aparmışlar. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 19 iyun 2021-ci il tarixli 603 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs İsrafiloviçin bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol və sağ gözətrafı nahiyənin qançırları, sağ qulaqarxası nahiyənin sıyrığı, burun sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən töərnmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 08 iyun 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığın Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs İsrafiloviç arasında keçirilmiş 23 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadələrini bir-birlərinin üzünə deyərək həmin xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, baş vermiş mübahisənin görüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs İsrafiloviç tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 06 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir, hazırda onun Nurlandan heç bir şikayəti və ya digər tələbi yoxdur, barışmalarının nəzərə alınaraq Nurlana yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin, tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1-da çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - baş vermiş dava-dalaşın görüntüsünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaqda 10 saat və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - baş vermiş dava-dalaşın görüntüsünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-416/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-416/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver