Məhkəmə qərarları › İş №1(003)-416/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-416/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-416/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, onun nümayəndəsi və vəkili X5, X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 148ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, o, xx.xx.1979-cu ildə Füzuli rayonu Horadiz kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. 2021-ci ildən bu günədək “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin prezidentidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş xx.xx.1996-cı il təvəllüdlü X10 Bakı şəhəri Xəzər Rayonu Buzovna qəsəbəsi Artçılıq yaşayış massivi nomrəsiz fərdi tikilidə yaşayır. X10 təhqir xarakterli informasiyaları vermişdir. X10 özünü əxlaqsız vəziyətdə video görüntüyə alaraq özünə məxsus “sedran.officall.lox” instaqram sosial şəbəkəsində yerləşdirmişdir. (hal-hazırda sözü gedən video profildədir, etik kodeksinə uyğun olaraq videonu ərizəsinə əlavə edə bilmir). Bundan sonra Sədran Baxşıyev ona Whatsapp vasitəsilə zəng vuraraq ona məxsus bir videonu nişanlısına göndərmişlər, onun ailə problemləri yarandığını və bu barədə ona kömək etməyini istəmişdir. O da bildirmişdir ki, onun şəxsi işindir və bu səbəbə görə ona köməklik edə bilməz, polisə müraciət etməsini bildirmişdir. Bu zaman Sədran Baxşıyev onu söyməyə və təhqir etməyə başlamışdır. X11 Azərbaycan Karlar Cəmiyətində lal və kar kimi qeydiyyata alınmış şəxslərə və Cəmiyyətin üzvlərinə zəng vuraraq onu və zəng vurduğu şəxsləri təhqir etmiş, aralarında insident yaranmış, həmin şəxslərə konum ataraq oraya gəlmələri üçün söyüşlər söymüşdür. Bu zaman bir necə lal və kar Sədran Baxşıyevin atdığı konuma Xəzər rayon Binə qəsəbəsinə getmiş orada aralarında insident yaşanmışdır. Hal hazırda insidentlə bağlı Xəzər rayon polis idarəsində araşdırma gedir. Bundan sonra Sədran Baxşıyev bu vəziyyətdən istifadə edərək onun ünvanına xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə (instagram) canlı yayım zamanı nəlayiq ifadələr işlətməyə və ondan 70000 (yetmiş min) manat pul tələb etməyə başlamışdır. Pulu verməyəcəyi təqdirdə bu propaqandalarını davam etdirəcəyini və ona “hücum edənlər ona maraqlı deyil, onun işi Bəhrəmlədir” bildirmişdir. “Sədran: Sabah gələcəm Karlar Cəmiyyətinə çəkiliş qrupu ilə polis də gətirəcəm. Cəmiyyətin prezidentinin boğazından ilişdirəcəm. Mənə hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir, mən ondan əl çəkməyəcəm, anamın yarasının xərcini ödəsin, 70000 ödəsin (təkrar təkrar deyir). Ödəməsə 70000 onun başına oyun açacam, gözləyirəm. 70000(təkrar) ödəsin. Hamınız soruşursuz məndən niyə Bəhrəm? Siz hamınız kişi deyilsiz məndə sübütlar var”. Bu da bir daha sübut edir ki, Sədran bu məsələləri onun nüfuzuna ləkə gətirmək, şərəf və ləyaqətini alçaltmaq üçün qurduğu bir senaridir. Bundan əlavə Sədran Baxşıyev “instaqram sosial platformasında onun şəklini yuxarı ekranın sağ küncünə yerləşdirərək şəklin aşağı hissəsinə “Tpyc” sözü yazaraq, işlətdiyi ifadələrlə - “Sədran: Bu şəkildə gördüyünüz adam yəni Bəhrəm (trusdur) qorxaqdır. Sizin hamınıza söz verirəm Bəhrəmi cəmiyyətin rəhbərliyindən rüsvay edib rədd elətdirəcəm göndərəcəm onu söyüş söyür (Karlar cəmiyyətin rəhbəri Bəhrəm Hüseynovun ünvanına söyüş söyür). Şəkilə diqqqətnən baxın bunu birdə təkrar etməyəcəm bu insan yəni Bəhrəm (trusdur) qorxaqdır.”. Onu təhqir etmiş Karlar Cəmiyətinin rəhbəri olaraq tanınmış bir şəxs kimi onu cəmiyyətin üzvləri, cəmiyyətin lal və kar olan əlilləri arasında onun ləyaqətini alçaltmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə yenidən Baxşıyev Sədran digər bir video görüntüdə: “Sədran: Hamısının səbəbkarı onlardı. Onlar Eminin tərəfini tutdular. Emin mənim qohumum olan qızı narahat edirdi məndə zəng etdim Bəhrəmə ki, mənə dəstək olsun o isə dedi ki, bu kimi mövzular ona aid deyil və çizgi qoydu bu məsələyə dedi ki, get polisə müraciət et. Ondan sonra mən hirsləndim hamısı ilə ona görə savaşdım. Bəhrəm ki, çizgi qoydu bu məsələyə məndə onu söyüş soyur (Bəhrəmin ünvanına ) süründürəcəm əl çəkən deyiləm ilişdirəcəm Bəhrəmi. Dayansın hələ yadda saxladım bunu (sakitlik)”. Digər videoda Sədran Baxşıyev dahada irəli gedərək onun və ailəsinin ünvanına nəlayiq ifadələr işlətmişdir. “Sədran: Gəlsin görüşsün mənimlə ora bura şikayət etməsin Bərəm deyirəm gəlsin görüşsün mənimlə p... (nəcis) tökərəm onun başına (söyüş söyür ( Bəhrəmin ünvanına ) gəlsin yanıma. Bəhrəmi söyüş söyür.... edərəm..... (Bəhrəm Hüseynovun ünvanına söyüş söyür) mənə kömək etmədi məndə gedim evinə Bəhrəmin ailəsinin başına oyun açım görüm xoşuna gələcək... Bəhrəm heç kimdir, ondan Cəmiyyətin prezidenti olmaz”. Bundan əlavə Sədran Baxşıyev xx.xx.2024-cü il tarixdə təkrarən davamlı olaraq sosial şəbəkədə onun barəsində nəlayiq ifadələr işlədərək işgüzar nüfuzuna, şərəf və ləyaqətini alçaldaraq video vasitəsi ilə söyləyərək yayımlamış və yuxarıda göstərdiyi nüanslarla onun şəxsiyyətini təhqir etmişdir. “Sədran: Mən çox rahatam. O Bəhram rahat olmasın çünki sizə söz verirəm Bəhramın g...nü s...cəm yadınızda saxlayın və əmin olun onu s...cəm daldan, qabaqdan hər yerdən s...cəm (son sözü bir neçə dəfə təkrarlayır) bir iki daha video var onları hələ ki, paylaşmıram ama o Bəramı s...cəm.”. Bundan əlavə X13 adlı şəxlə Whatsapla danışan zaman onun ünvanına nəlayiq söyüşlər söyərək onun şərəfinə, ləyaqətinə, Cəmiyyətin prezidenti olaraq nüfuzuna xələl gətirmişdir. Bildirmək istiyirki, Sədran Baxşıyevin özünə aid bir neçə instaqram sosial platformasında “sedran_007”, “sedran.007off’ “sedran.ofical” və. sprofıllər açaraq Azərbaycan Karlar Cəmiyyətinin prezidenti olaraq şərəf və layqətini alçaldan videolar yerləşdirmişdir. Dörd aya yaxındır ki, Sədran Baxşıyev onun barəsində videolar çəkərək İnstaqram sosial şəbəkəsində yerləşdirərək 70000 ( yetmiş min) manat pul tələb edərək onun şərəf və ləyaqətini alçatmışdır və bu cür videolarala da davam etdirir. Bundan əlavə Sədran Baxşıyevin yaydığı videolarla bağlı “Xəbər_a” sayıtının əməkdaşlarına məcbur qalıb müsahibə vermişdır. Bir sözlə Sədran Baxşıyev onu hal-hazıradək sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldaraq Karlar Cəmiyyətinin prezidenti olaraq nüfuzdan salmağa cəhd göstərir. Baxşıyev Sədran bununlada yetinmir. O, “Azərbaycan Karlar Cəmiyyəti” X3 Adına Bankdan kredit götürmüşdür. Həmin şəxslərin pullarını ödəmir. X12 Pullarını tələb etdik də Sədran onları bıçaqla hədə-qorxu gəlir. X10 anadangəlmə lal və kardır. Sədran Baxıyevin sosial şəbəkərdə açdığı canlı yayımlarda onun adına işlətdiyi ifadələr onun Azərbaycan Karlar Cəmiyyətinin prezidenti olaraq Cəmiyyətin üzvləri və onu tanıyan şəxslərin yanında şərəfini, ləyaqətini ləkələmişdir. X17, Moskva şəhərində yaşayır. O da onun kimi lal və kardır. Ona zəng vuraraq Sədranın onun barəsində təhqir etməsinin səbəbini soruşur və videoların artıq sosial şəbəkələrdə yayıldığını və onunda dost-tanış yanında nufuzunun aşağı düşdüyünü bildirərək böyük narahatçılıq hissləri keçirdiyini bildirir. Əslən Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Moloja kəndində qeydiyyatda olan, X10 hal-hazırda Xəzər rayon Binə qəsəbəsində kirayəşin yaşayır, anadan gəlmə lal- kardır və heç bir yerdə işləmir. Azərbaycan Karlar Cəmiyyətinin üzvlərinin adına Bankdan pullar götürür və ödəmir. Pulun tələb edən şəxslərə isə bıçaqlayacağını bildirərək hədə qorxu gəlir və pulu verməkdən imtina edir Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8, onun nümayəndəsi və vəkili X9 şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X6 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X10, məhkmə hazırlıq iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də CMP-nin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayətin verildiyi tarix ( ay və gün) qeyd olunmamışdır. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Bundan başqa şikayətçi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayət haqqında da məlumatlar verilmişdir. Belə ki, şikayətçi barəsində şikayət verilmiş şəxsin ondan 70000 manat pul tələb etdiyini, ödəməyəcəyi təqdirdə başına oyun acaçağını və propaqandaların davam edəcəyini bildirmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərarın təsviri hissəsində göstərilən əsaslara görə xüsusi ittiham qaydasında şikayətdə olan bütün məlumatlar dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar