Məhkəmə qərarları › İş №1(003)-416/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-416/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-416/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 11:30 X10 məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Ağdam rayonu Güllücə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Güllücə ərazi dairəsi, Güllücə kəndində qeydiyyatda olan, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Yeni yaşayış sahəsindəki nömrəsiz evdə yerləşməklə Zərərçəkmiş şəxs məxsus “N 1” ərzaq mağazasında qarşılıqlı razılaşma əsasında fəhlə işlədiyi vaxt Zərərçəkmiş şəxs yanğın olduğu vaxt dərhal müdaxilə etməsi üçün mağazanın giriş qapısının açarını ona verib nəzarət etməsini tapşırmasından sui-istifadə edərək Zərərçəkmiş şəxs icazəsi və razılığı olmadan xx.xx.2021-ci il tarixdə saat 00:33-dən həmin gün saat 01:31 radələrinədək olan müddət ərzində işlədiyi həmin mağazanın giriş qapısının kilidini özündə olan açarla açmaqla Zərərçəkmiş şəxs məxsus əmlakların və pulların saxlanc yeri olan ticarət salonuna bir neçə dəfə qanunsuz daxil olaraq orada kassa aparatının yanındakı rəflərdə satış üçün qoyulmuş Zərərçəkmiş şəxs məxsus olmaqla hər birinin dəyəri 3.4 manat olan 30 ədəd “Davidov” markalı siqreti, hər birinin dəyəri 3.70 manat olan 190 ədəd “Sobranie” markalı siqareti, hər birinin dəyəri 3.40 olan 230 ədəd “Kent” markalı siqareti, hər birinin dəyəri 2.80 manat olan 250 ədəd “Rotmans” markalı siqareti, hər birinin dəyəri 3.40 manat olan 140 ədəd “Vinston” markalı siqareti, hər birinin dəyəri 2.80 manat olan 120 ədəd “LD” markalı siqareti, hər birinin dəyəri 2.70 manat olan 160 ədəd “Vinçester” markalı siqareti, hər birinin dəyəri 135 manat olan 2 ədəd 1 litrlik “Chivas 18” markalı və hər birinin dəyəri 98 manat olan 3 ədəd 0.5 litrlik “Chivas 18” markalı viskiləri, hər birinin dəyəri 76 manat olan 3 ədəd 1 litrlik “Chivas 12” markalı viskini, dəyəri 365 manat olan 1 ədəd 1 litrlik “Henisi” markalı konyakı, hər birinin dəyəri 68 manat olan 4 ədəd 1 litrlik “Aneqin” markalı araqları götürməklə, eyni zamanda həmin mağazanın ticarət salonunda yerləşməklə digər saxlanc yeri olan kassa aparatını açıb qanunsuz daxil olmaqla oradakı Zərərçəkmiş şəxs məxsus 1.600 manat məbləğində nağd pulu götürməklə mağazadan vahid niyyətlə əhatə olunmuş qəsdlə aparıb həmin əmlakları dəyərindən ucuz qiymətə satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 6.560 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqdirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ona 900 manat borcu olmuşdur. Ona görə də mağazadan 230 manat pul, 2 paçka sobranie siqareti götürmüşdür. Bundan başqa heç nəyə əl vurmamışdır. Oradan da götürdüyü mallar onun öz mallarıdır. Çünki o mağazanı Zərərçəkmiş şəxs ilə şərik işlətmişdir. VÖEN onun adına olmuşdur. Buna görə də onun təqsiri yoxdur. Zərərçəkmiş şəxs onunla əmək müqaviləsi bağlamadan onu işə götürmüşdür. Həmçinin vergidən yayınmaq üçün VÖEN onun arvadı Şahid3 adına rəsmiləşdirilmişdir. Onun Zərərçəkmiş şəxs ilə şərik işləməsini arvadı Şahid3 və Zərərçəkmiş şəxs atası təsdiq edə bilər. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 2019-cu ildən 2021-ci il tarixədək Binə qəsəbəsində yerləşən marketdə mühafizəçi kimi 500 manat müqabilində çalışmışdır. 2021-ci il tarixdə həmin mağazanın sahibi Zərərçəkmiş şəxs ilə aralarında problemlər yaranmışdır. xx.xx.2021-ci il tarixdə axşam saat 23:00 radələrində qeyri-rəsmi olaraq yaşadığı Şahid3 taksi ilə Oğuz rayonuna yola saldıqdan sonra marketə qayıdıb qapısını açaraq müştərilərə satış etmişdir. Bundan sonra mağazanı bağlayaraq kassadan da 230 manat nağd pul və 2 paçka “Sobranie” siqareti götürmüş və bundan başqa heç bir əşya oğurlamadığını bildirmişdir. Ona cinayət işinə əlavə olunmuş videogörüntüyə baxış zamanı onun bir neçə blok siqaret və kassadan xeyli miqdarda pul götürməsinin görüntülərdə əks olması barədə sual verildikdə o, əlavə heç bir şey söyləməyərək yuxarıda qeyd etdiklərindən başqa bir şey oğurlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq y/mdə yerləşən mağaza və tikinti materiallarının satışı kimi fəaliyyət göstərən obyekti vardır. O, həmin mağazaları özü işlədir. Təxminən 1 il yarım olar ki, Təqsirləndirilən şəxs ona məxsus mağazaya gələrək iş axtardığını və dolanışığının çətin olduğunu bildirdiyindən onu özünə məxsus “N 1” marketə və onun yanında yerləşən tikinti materiallarının satışı olan adsız mağazaya fəhlə və mühafizəçi kimi 500 manat əmək haqqı müqabilində işə götürmüşdür. İşə götürərkən onunla rəsmi əmək müqaviləsi bağlamamışdır. Bildiyinə görə Rafayıl Binə qəsəbəsi ərazisində gündəlik evlərdə qaldığından, təxminən 10 gündən sonra ona yazığı gəldiyindən özünə məxsus “N 1” marketin üstündə olan 2 otaqlı və mətbəxi olan yaşayış sahəsində qalmasını təklif etmişdir. Rafayıl da onunla razılaşıb ona təşəkkür etmişdir. Qeyd etmişdir ki, market saat 07:00-dan 23:00-dək işləyir. Bir müddət işlədikdən sonra etibar qazandığından Rafayıla mağazanın açarlarını vermişdir ki, içəridə hər hansı yanğın təhlükəsi olarsa dərhal müdaxilə etsin. Bundan sonra ona marketin qarşısında olan mühafizəçilər üçün nəzərdə tutulmuş kabinədə oturaraq obyektləri mühafizə etməsini tapşırmışıdr. Təxminən 3-4 ay onunla işlədikdən sonra Rafayıl ona bildirmişdir ki, həyat yoldaşı rayonda yaşıyır. Həmin qadını da ona verdiyi həmin marketin üstündə olan yaşayış sahəsində yaşamasına icazə verməyi xahiş etmişdir. Bundan sonra Xumar adlı qadın da onunla bir evdə yaşamağa başlamışdır. Bir müddət sonra Rafayıl ona təklif etmişdir ki, həmin mağazanın yanında yerləşən tikinti mallarının satışı mağazasında çalışdığı üçün VÖEN-i onun adına alsın. Rafayıl bildirmişdir ki, o, müharibə iştirakçısıdır. VÖEN onun adına olarsa onların vergi ilə bağlı çətinlikləri olmayacaqdır. O da onunla razılaşmışdır. Bir neçə ay keçdikdən sonra ona məxsus “N 1” marketi də Rafayılın yoldaşı Şahid3 adına VÖEN açdırmağı təklif etmişdir. Onunla da razılaşmışlar. Hər şeyin normal davam etdiyi bir vaxtda xx.xx.2021-ci il tarixdə saat 08 radələrində mağazaya gələrək qapını açan zaman mağazanın qapısının bağlı olduğunu görmüş və təəcüblənmişdir. Çünki, həmin saatlarda Rafayıl mağazanı açmış olurdu. Bu zaman onun yaşadığı mağazanın 2-ci mərtəbəsində yerləşən evinə gedərək onu çağıran zaman onun yaşadığı evin qapısının açıq olduğunu və evdə heçkəsin olmadığını görmüşdür. O, evə baxan zaman masanın üzərindəki mağazaya məxsus açarı tapmış və həmin açar vasitəsi ilə mağazanın qapısını açmışdır. O, mağazaya daxil olduqdan sonra kassaya yaxınlaşmış və orada olan 1600 manat nəğd pulun yerində olmadığını görmüşdür. Ətrafa baxan zaman orada olan 30 ədəd hər birinin dəyəri 3,40 manat olan “Davidov” markalı siqaretin, 190 ədəd hər birinin dəyəri 3,70 manat olan “Sabraniya” markalı siqaretin, 230 ədəd hər birinin dəyəri 3,40 manat olan “Kent” markalı siqaretin, 250 ədəd hər birinin dəyəri 2,80 manat olan “Rotmans” markalı siqaretin, 140 ədəd hər birinin dəyəri 3,40 manat olan “Vinston” markalı siqaretin, 120 ədəd hər birinin dəyəri 2,80 manat olan “LD” markalı siqaretin, 160 ədəd hər birinin dəyəri 2,70 manat olan “Vinçester” markalı siqaretin, 2 ədəd hər birinin dəyəri 135 manat olan 1 litrlik “Civas 18” markalı və 4 ədəd hər birinin dəyəri 98 manat olan 0,5 litirlik “Civas 18” markalı viskilərin, 3 ədəd hər birinin dəyəri 76 manat olan 1 litirlik “Civas 12” markalı viskinin, 1 əddə dəyəri 365 manat olan 1 litirlik “Henisi” markalı konyakın, 4 ədəd hər birinin dəyəri 68 manat olan 1 litirlik “Aneqın” markalı araqların yerində olmadığını görmüş və dərhal mağazada quraşdırılmış kameraya baxmışdır. Kameralara baxan zaman saat xx.xx.2021ci tarxidə saat 23:00 radələrində mağazada satıcı işləyən Kamal Kəngərli mağazanın işıqlarını söndürərək qapını açarla bağlamış və orada mühafizəçi işləyən Rafayıla təqdim edib getmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat təxminən 01:00 radələrindən 02:00 radələrinədək Rafayıl mağazada yuxarıda qeyd etdiyi pulu və malları oradan götürdüyü karopkaya yığaraq mağazanın ikinci mərtəbəsində yerləşən yaşadığı evə aparmışdır. Bu hal iki dəfə təkrarlanmışdır. Bundan sonra xx.xx.2021-ci il saat 02:17 radələrində mağazanın qarşısına “VAZ 21011” markalı taksi yaxınlaşmışdır. Rafayıl yaşadığı ona məxsus yaşayış sahəsindən əlində bir ədəd qara rəngli böyük idman çantası ilə çıxaraq taksiyə minərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs marketin açarlarını mağazanın gecələr soyuducuları elektrik xəttinə qoşulu olduğundan hər hansı yanğın təhlükəsi olsa dərhal müdaxilə etməsi üçün vermişdir. Bundan başqa Rafayıla mağazada heç bir digər səlahiyyət verməmişdir. Ona oğurluq nəticəsində ümumilikdə 6.560 manat ziyan dəymişdir. Bundan əlavə Təqsirləndirilən şəxs marketdən oğurluq etdiyi anın görüntülərinin bir qismini yaddaş kartına köçürə bilməmiş, bir qismini isə mobil telefonundan “DVD” diskə köçürüb təqdim etmişdir. Marketi kassasında daim 500 manat xırda əskinas pul avans formasında olmuşdur. Həmin günün satışına kompyuterdə sistem üzərindən satışın 1.100 manat olduğunu görmüşdür. Kassada da 500 manat avans olmuşdur. Bu səbəbdən də ona məxsus mağazanın kassasından cəmi 1.600 manat nəğd pulun oğurlanmasını bilmişdir. O ilk olaraq bəzi malların oğurlandığını və dəqiq sayını bilmədiyini, daha sonra videogörüntülərə baxış keçirən zaman oğurlanmış malları dəqiqləşdirmiş, ümumi oğurlanmış əmlakın dəyəri 4.960 manat olmaqla ona ümumilkidə 6.560 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan 6.560 manat puldan Rafail ona heç bir ödəniş etməmişdir. Onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, AzTVdə təsərrüfat departamentinin rəis müavini vəzifəsində çalışır. 2019-ci ilin noyabr ayından 2024-cü ilədək Zərərçəkmiş şəxs məxsus “N 1” marketdə malların qəbulu vəzifəsində çalışmışdır. Həmin vaxtlarda Zərərçəkmiş şəxs məxsus “N 1” marketə Bakıxanov qəsəbəsində və Binə qəsəbəsində yerləşən topdan yerlərdən ərzaq və müxtəlif məhsulları sifariş etmişdir. Həmin marketin sahibi kimi Zərərçəkmiş şəxs tanıyır. Çünki, topdandan alınan bütün məhsulların qaimələri onun adına yazılmış və o həmin malları kompyuterə işləmişdir. Həmin məhsulların pulunu da Yunis vermişdir. Bəzən ödənişləri onun adından özü, bəzən də Yunisin özü etmişdir. Mağazanın VÖEN-nin Şahid3 adına rəsmiləşməsindən xəbəri olmamışdır. O bütün malların Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2020-ci ilin yanvar ayında qeyri-rəsmi olaraq birlikdə yaşadığı Rafayıl ona yeni tapdığı iş yerində müdirin işlədiyi mağazanın üstündəki iki otaqlı mənzildə yaşamaqları üçün icazə verdiyini bildirmişdir. Bundan sonra o da həmin ünvana köçüb bir yerdə yaşamağa başlamışlar. Həmin mağazanın müdiri Yunis adlı şəxs təklif etmişdir ki, “N 1” marketin VÖEN-i onun adına olsun. O da onunla razılaşmışdır. Qeyd edir ki, həmin marketin VÖEN-i onun adına olsa da mallar Yunisin özünə məxsus olmuşdur. Bir müddət işlədikdən sonra bir gün Rafayıl ilə münasibətləri pozulduğundan o, taksi çağıraraq onu rayona yola salacağını bildirmişdir. Təxminən yanvar ayının sonlarına yaxın axşam saatlarında Rafayıl onu yaşadığı Oğuz rayonuna yola salmışdır. Zərərçəkmiş şəxs onlara yaşayış sahəsi vermiş, onlar üçün şərait yaratmışdır. Lakin Təqsirləndirilən şəxs buna qiymət verməmişdir. Təqsirləndirilən şəxs heç zaman Zərərçəkmiş şəxs ilə şərik işləməmişdir, orada mühafizəçi olmuşdur. Yəni, Zərərçəkmiş şəxs işçisi olmuşdur. Açar isə yanğın olarsa müdaxilə olunması üçün Zərərçəkmiş şəxs tərəfindən Rafayıla verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 bildirmişdir ki, uzun müddətdir həmin mağazada gələn məhsulları aidiyyatı üzrə vitrinə yerləşdirmək və satışa nəzarət etmək vəzifəsində çalışmışdır. Mağazaya gələn bütün məhsullar Zərərçəkmiş şəxs adına gəlmişdir. Həmin mağazada 2019-cu ildən 2024-cü ilin avqust ayına qədər yuxarıda qeyd etdiyi vəzifədə çalışmış və o müddət ərzində həmin malların Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. Çünki, bütün qaimələr onun adına rəsmiləşmiş qaydada gəldiyinin şahidi olmuşdur. Ona həmin mağazanın VÖEN-nin Şahid3 adına rəsmiləşməsindən xəbərinin olub- olmaması sualı verildikdə Xəzər Şıxəliyev bu faktdan xəbərinin olmadığını və həmin marketdəki bütün malların Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyini bildirmişdir. Bütün bunların ətrafdakı insanların da təsdiq edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlunun mağazasında fəhlə kimi işləmişdir. Ona hər hansı təsir olmamışdır. Oğlu Zərərçəkmiş şəxs işlətidiyi obyektdə onu qarovulçu işçinə götürmüşdür. Təqsirləndirilən şəxs onlara demişdir ki, əsirlikdən qaçmışdır. Müharibədə olmuşdur. Bu səbədən ona yazığı gəlmiş. Ona obyektin yerləşdiyi yerdə ikinci mərtəbədə yaşamağa da yer vermişdir. Lakin bunlara baxmayaraq, Təqsirləndirilən şəxs oğlunun mağazasından oğurluq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş CD diskdə olan videogöüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, həmin mağazada qeyri-rəsmi olaraq müfafizəçi kimi işləyən X5 xx.xx.2021-ci il tarixdə saat 00:33 radələrində mağazanın içərisində olan kassaya yaxınlaşaraq kassanın yanındakı şkafın alt hissəsindən siqaret bloklarına bənzəyən əşyları qoyulduğu yerdən götürərək qutunun içərisinə yığır. Həmin gün saat 01:11 radələrində həmin qutunu götürərək marketdən çıxıb yaşadığı evə aparır. Növbəti videgörüntüyə baxış zamanı cinayəti törətməkdə təqsirləndirilən şəxs X3 həmin tarixdə saat 01:31 radələrində yenidən həmin mağazanın kassasına yaxınlaşaraq kassanı açıb oradan seçilərək yığılmış xeyli miqdarda pulu götürür. Bundan sonra həmin pullarla birlikdə mağazadan çıxır. Həmin gün saat 03:23 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdən əlində nisbətən böyük tünd rəngli idman çantası ilə çıxaraq naməlum istiqamətə getdiyi görünür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş uş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkumluğu olmuşdur. Sonuncu dəfə Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzası 3 ilə endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Xəızər RPİ 2-ci Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildikdən 2 il müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarada ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünümüdafiə xarakteri daşıyır, onun təqsirli olması və ittiham olunduğu cinayət əməlini törətməsi, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, videogörüntü və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 176 manat məbləğində pul vəsaiti, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 88 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar