Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-417/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində ünvan 1 ünvanda yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs qeyri-rəsmi arvadı Şahid2 ilə birlikdə yaşadığı evə nə məqsədlə gəldiyini soruşarkən aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs yumruqla qəsdən vurub sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol üst göz qapağının, alt çənənin qançırları, alt çənədə diş ətinin qansızması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, bunun ardınca Zərərçəkmiş şəxs Şahid2 ilə 15 manat pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə evə gəldiklərini etiraf etdməsi ilə bağlı Zərərçəkmiş şəxs Şahid2 ilə telefonla danışıb-danışmamasını dəqiqləşdirmək məqsədilə üzərində olan mobil telefonu istəmiş, sonuncu mobil telefonunun üzərində olmadığını bildirərkən ona inanmayaraq üzərində olan mobil telefonu axtarmağa başlamış və həmin vaxt Zərərçəkmiş şəxs əynində olan gödəkçənin iç cibindən tapdığı 70 manat pulu sahibinə qaytarmaq əvəzinə öz cibinə qoyub açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 12 il olar ki, Şəbnəmi tanıyır. Onunla təsadüfən kafedə tanış olmuşlar və təxminən 1 il olar ki, ər-arvad münasibətində yaşayırlar. Onunla birlikdə Mahmud adlı şəxsə məxsus ünvan 2 ünvanda yerləşən evdə yaşamışlar. Belə ki, onların maddi imkanları yaxşı olmadığına görə Mahmud onlara hörmət edərək öz evini müvəqqəti yaşamaqları üçün onlara vermiş, özü də çox vaxt onlarla bir evdə qalmışdır. Bildirmişdir ki, Şəbnəmin ayrı-ayrı kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olması barədə məlumat almış, bunu dəqiqləşdirmək məqsədilə 06 aprel 2022-ci il tarixdə Şəbnəmə yalandan rayona gedəcəyini bildirmiş, əslində isə rayona getməyərək Şəbnəmi güdməyə başlamışdır. Təxminən saat 15 radələrində görmüşdür ki, Şəbnəm bir nəfər təxminən 50 yaşlı kişi ilə birlikdə yaşadıqları evə gəlmiş və evə daxil olub qapını örtmüşdür. Təxminən 5 dəqiqə sonra Mahmudla bərabər onların arxasınca o, evə getmiş və qapını açıb içəriyə daxil olmuşdur. İçəri daxil olan kimi qaçmaqlarının qarşısını almaq məqsədilə qapını arxadan bağlamış, əvvəlcə Şəbnəmin sifət nahiyyəsindən bir dəfə sillə ilə vurub gözləməsini bildirmiş, ardınca yaşlı kişidən evdə nə gəzdiyini soruşmuşdur. O, da bildirmişdir ki, kirayə evə baxmaq üçün gəlmişdir. O, onu aldatmamasını demiş, ona yaxınlaşarkən sərxoş vəziyyətdə olduğunu hiss etmiş və bir daha düzünü danışmasını tələb etmişdir. O, düzünü demədiyinə görə yumruqla başına iki zərbə vurmuş, lakin o, yenə də etiraf etməmiş, o, ondan Şəbnəmlə telefonla danışıb-danışmalarını soruşmuş, o, danışmadığını bildirmiş, o da əgər belədirsə, yəni düz danışırsa, telefonu ona göstərməyini istəmişdir. O, isə telefonunun kafedə qaldığını bildirmiş, lakin etiraf edib Şəbnəmə 15 manat pul verdiyini, onunla cinsi əlaqə olmaq üçün evə gəldiklərini demişdir. Onun bu sözündən sonra Şəbnəm evdən qaçıb getmiş, o, onun telefonunun üzərində olmadığını deməsinə inanmamış və üzərini yoxlamağa başlamışdır. Həmin vaxt onun üzərindən telefon tapmasa da, pencəyinin iç cibini yoxlayarkən 70 manat pul tapmış və həmin pulu ona qaytarmaq əvəzinə öz cibinə qoymuşdur. Bundan sonra Mahmudun istəyilə o, evdən çıxıb getmiş, o, gedəndən sonra həmin şəxs də evdən çıxıb getmiş və hadisə barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Gədəbəy rayonu Alnabat kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə Gəncə şəhəri Gülüstan qəsəbəsi Akt 6 küçəsində nömrəsiz fərdi evdə yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 06 aprel 2022-ci il tarixdə təxminən saat 09 radələrində işləmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinə gəlmiş, həmin gün təxminən saat 15 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə kafedə oturub yemək yeyərkən kafeni işlədən ağsaqqal kişidən buralarda harada kirayə ev tapa biləcəyini soruşmuş, kişi cavab verməmiş kafedə olan sonradan adının Şəbnəm olduğunu bildiyi qadın yaxınlıqda kirayə verilən ev olduğunu bildirmiş və ona birlikdə gedib həmin evə baxmaqlarını təklif etmişdir. O, da sevinə-sevinə onunla razılaşmış, təxminən saat 15 radələrində o, Şəbnəm adlı qadınla ünvan 1 ünvanda yerləşən həmin evə baxmağa getmişlər. Evin qapısı açıq vəziyyətdə olmuş, əvvəlcə Şəbnəm evə daxil olmuş, onun ardınca o, da evə girmişdir. Evin giriş hissəsinin bərbad vəziyyətdə olduğunu görüb evi bəyənmədiyini demiş, o, da yan tərəfdəki otağın təmir olunduğunu və yaxşı vəziyyətdə olduğunu demiş, ona həmin otağa baxmağı təklif etmişdir. O, həmin otağa baxmaq üçün keçərkən evin giriş qapısı açılmış və içəriyə iki nəfər cavan oğlan daxil olaraq qapını içəri tərəfdən bağlamışlar. Həmin oğlanlardan boyca hündür olan ondan həmin evdə nə gəzdiyini soruşmuş, o, da kirayə evə baxmağa gəldiyini demişdir. Bu zaman o, onun üstünə qışqıraraq əli ilə Şəbnəm adlı qadını göstərib onun həyat yoldaşı olduğunu bildirmiş, o, da ona inanmırsa, gedib kafedən soruşa biləcəyini, onu həmin yerə Şəbnəmin özünün kirayə evə baxmaq adı ilə gətirdiyini demişdir. Bu söhbətdən sonra Şəbnəm digər otağa keçmiş, həmin oğlan yumruqla baş nahiyyəsinə bir neçə zərbə vurmuş və ondan düz danışmağını tələb etmişdir. O, da olduğu kimi bir daha demiş, o, ondan Şəbnəm adlı qadınla telefonla əlaqə saxlayıb-saxlamamağını soruşmuş, o, da əlaqə saxlamadığını demişdir. Onun bu sözündən sonra o, bunu ayırd etmək üçün telefonuna baxmasından ötrü mobil telefonunu istəmiş, o, da ona telefonunun kafedə qaldığını bildirmişdir. Lakin o, Fərmana inanmamış və üzərini axtarmağa başlamışdır. Qeyd etmişdir ki, mobil telefonu həqiqətən kafedə qalmış və o, üzərində telefonun olmadığını görmüşdür. O, telefon axtararkən əynində olan gödəkçənin iç cibində olanda 70 manat pulu tapıb götürərək öz cibinə qoymuş, bundan sonra onu bıçaqla vuracağı ilə hədələmişdir. Həmin vaxt həmin yerdə olan digər şəxs ondan onu buraxıb evdən getməsini istəmiş, o, da onunla razılaşmış və onu buraxıb çıxıb getmişdir. O, gedəndən sonra həmin şəxs ona da evdən getməyini bildirmiş, o, da evdən çıxıb getmişdir. Daha sonra kafeyə gələrək həmin yerdə olan mobil telefonu ilə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, həmin şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sifət, çənə, göz və baş nahiyyələrində xəsarətləri var, həmin xəsarətləri ona hündür boy oğlan yetirmişdir. Hadisə təxminən 15-20 dəqiqəyə yaxın müddətdə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, ailəsilə birlikdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvan 3 ünvanda yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə “Şüvəlan kafe” deyilən kafeni icarə əsasında işlədir. 06 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində kafedə yemək yeyən iki nəfər əvvəllər tanımadığı şəxs ondan buralarda harada kirayə ev tapa biləcəklərini soruşmuş, o, cavab verməmiş kafedə olan Şəbnəm adlı qadın yaxınlıqda kirayə verilən ev olduğunu bildirmiş və həmin şəxsə birlikdə gedib həmin evə baxmaqlarını təklif etmişdir. Həmin şəxs də onunla razılaşmış, təxminən saat 15 radələrində birlikdə evə baxmağa getmişlər. Təxminən 1 saatdan çox müddət keçəndən sonra Şəbnəmlə birlikdə kirayə evə baxmağa gedən kişi kafeyə qardaşının yanına geri qayıtmış, döyüldüyünü demiş, bundan sonra kafedə şarja qoyduğunu telefonu götürüb qardaşı ilə birlikdə kafedən çıxıb getmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, əvvəllər bir dəfə məhkum olunmuş və 14 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Şəbnəm və Rac adlı şəxsləri təxminən 2021-ci ilin dekabr ayından tanıyır. Belə ki, onlar ona ər-arvad münasibətində olduqlarını və maddi imkanlarının yaxşı olmadıqları bildirmişlər və o, ünvan 2 ünvanda yerləşən evini müvəqqəti yaşamaları üçün onlara vermişdir. Onlarla razılaşmışlar ki, o, özü də istədiyi vaxt həmin evdə yaşaya bilər. Bildirmişdir ki, o, azad olunandan sonra heç vaxt heç kəsə qarşı heç bir cinayət hadisəsi törətməmişdir, eləcə də hər hansı cinayətin törədilməsində iştirak etməmişdir. Qeyd olunan hadisə ilə bağlı bildirmişdir ki, Rac Şəbnəmin ayrı-ayrı kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmasından şübhələnirmiş, bunu dəqiqləşdirmək məqsədilə 06 aprel 2022-ci il tarixdə Şəbnəmə yalandan rayona gedəcəyini bildirmiş, əslində isə rayona getməmişdir. 06 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində görmüşlər ki, Şəbnəm bir nəfər təxminən 50 yaşlı kişi ilə birlikdə yaşadıqları evə gəlmiş və evə daxil olub qapını örtmüşdür. Təxminən 5 dəqiqə sonra əvvəlcə Rac, onun arxasınca isə o, evə getmiş və qapını açıb içəriyə daxil olmuşlar. İçəri daxil olandan sonra Rac onların qaçmaqlarının qarşısını almaq məqsədilə qapını arxadan bağlamış, bunun ardınca əvvəlcə Şəbnəmin sifət nahiyyəsindən bir dəfə sillə ilə vurub gözləməsini bildirmiş, daha sonra yaşlı kişidən evdə nə gəzdiyini soruşmuş, o, da bildirmişdir ki, kirayə evə baxmaq üçün gəlmişdir. Rac ona onu aldatmamasını, düzünü danışmasını bildirmiş, o, düzünü demədiyinə görə Rac yumruqla həmin kişinin başına iki zərbə vurmuşdur. Lakin o, yenə də etiraf etməmiş, o, ondan Şəbnəmlə telefonla danışıbdanışmasını soruşmuş, o, danışmadığını bildirmiş, bu zaman Rac ondan əgər belədirsə, yəni düz danışırsa, telefonu ona göstərməyini istəmişdir. O, isə telefonunun kafedə qaldığını bildirmiş, lakin etiraf edib Şəbnəmə 15 manat pul verdiyini və onunla cinsi əlaqə olmaq üçün evə gəldiklərini demişdir. Onun bu sözündən sonra Şəbnəm evdən qaçıb getmiş, Rac onun telefonunun üzərində olmadığını deməsinə inanmamış və üzərini yoxlamağa başlamışdır. Həmin vaxt onun üzərindən telefon tapmasa da, pencəyinin iç cibini yoxlayarkən pul tapmış və həmin pulu ona qaytarmaq əvəzinə öz cibinə qoymuşdur. O, Raca kişinin pulunu özünə qaytarmasını və ondan əl çəkməsini bildirmiş, o, pulu geri qaytarmasa da, onun sözü ilə həmin kişidən əl çəkmiş və evdən çıxıb getmişdir. O, gedəndən sonra o, həmin kişiyə evdən çıxıb getməsini demiş və o, da çıxıb getmişdir. Daha sonra eşitmişdir ki, həmin kişi hadisə ilə bağlı Polisə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan hadisə ilə əlaqədar nə onun, nə də Şəbnəmin heç bir günahı olmamışdır. Rac həmin kişini qısqanclıq zəminində döyüb xəsarət yetirmiş, ilkin olaraq onun həmin kişinin pulunu ələ keçirmək niyyəti olmamış, Şəbnəmlə telefonla əlaqə saxlayıb saxlamamasını öyrənmək üçün mobil telefonunu üzərində axtararkən təsadüfən pul tapmış və həmin vaxt ona qarşı əsəbi olduğuna görə həmin pulu ona qaytarmaq əvəzinə öz cibinə qoymuşdur. Rac qeyd olunan hadisəni tək törətmiş, heç kəslə, o cümlədən də onunla onun arasında qeyd olunan hadisənin törədilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 06 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə kafedə olarkən həmin vaxt kafedə yemək yeyən bir nəfər kişi kafeni işlədən ağsaqqal kişidən buralarda harada kirayə ev tapa biləcəyini soruşmuş, ona pul lazım olduğuna görə kişi cavab verməmiş həmin şəxsə öz yaşadığı evi nəzərdə tutub yaxınlıqda kirayə verilən ev olduğunu bildirmiş və birlikdə gedib həmin evə baxmaqlarını təklif etmişdir. O, da onunla razılaşmış, bundan sonra o, həmin kişini ünvan 1 ünvanda yerləşən yaşadığı evə gətirmiş, yolda gələrkən ona verəcəyi 15 manat pul müqabilində onunla cinsi əlaqədə olmaqlarını təklif etmiş, o, da onun təklifini qəbul etmiş və ona 15 manat pul vermişdir. Bundan sonra onlar yaşadığı evə gəlmişlər, o, həmin evi ona kirayə verilən ev kimi təqdim etmişdir. O, evin giriş hissəsinin bərbad vəziyyətdə olduğunu görüb evi bəyənmədiyini demiş, Şəbnəm də yan tərəfdəki otağın təmir olunduğunu və yaxşı vəziyyətdə olduğunu bildirmişdir. Ona həmin otağa baxmağı təklif etmiş, o, həmin otağa baxmaq üçün keçərkən evin giriş qapısı açılmış və ər-arvad münasibətində yaşadığı Racla həmin evin sahibi olan Mahmud içəriyə daxil olaraq qapını içəri tərəfdən bağlamışlar. Rac evə gətirdiyi kişidən həmin evdə nə etdiyini soruşmuş, o, da kirayə evə baxmağa gəldiyini demişdir. Bu zaman Rac onun üstünə qışqıraraq əli ilə Şəbnəmi göstərib onun həyat yoldaşı olduğunu bildirmiş, o, da demişdir ki, əgər ona inanmırsa, gedib kafedən soruşa bilər, onu evə Şəbnəm kirayə evə baxmaq adı ilə gətirmişdir. Bu söhbətdən sonra Rac ona onu aldatmamasını, düzünü danışmasını bildirmiş və yumruqla həmin kişinin başına iki zərbə vurmuşdur. Lakin o, yenə də yalnız kirayə evə baxmağa gəldiyini bildirmiş, Rac ondan Şəbnəmlə telefonla danışıb-danışmamasını soruşmuş, o, da danışmadığını bildirmiş, bu zaman Rac ondan əgər belədirsə, yəni düz danışırsa, telefonu ona göstərməyini istəmişdir. O, isə telefonunun kafedə qaldığını bildirmiş, lakin etiraf edib Şəbnəmə 15 manat pul verdiyini, onunla cinsi əlaqədə olmaq üçün evə gəldiyini demişdir. Onun bu sözündən sonra Şəbnəm Racın onu döyəcəyindən qorxub evdən qaçıb getmişdir. Bundan bir neçə gün sonra eşitmişdir ki, həmin şəxs onların hər üçünün barəsində Polisə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan hadisə zamanı o, heç kimə xəsarət yetirməmiş, heç bir xəsarət almamışdır. Həmin hadisənin baş verməsində heç bir iştirakı olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla qardaşı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində nömrəsiz fərdi evdə kirayədə yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə 06 aprel 2022-ci il tarixdə təxminən saat 09 radələrində işləmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinə gəlmişlər. Həmin gün təxminən saat 15 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə kafedə oturub yemək yeyərkən kafeni işlədən ağsaqqal kişidən buralarda harada kirayə ev tapa biləcəklərini soruşmuşlar. Kişi cavab verməmiş kafedə olan sonradan adının Şəbnəm olduğunu bildiyi qadın yaxınlıqda kirayə verilən ev olduğunu bildirmiş və Fərmana birlikdə gedib həmin evə baxmaqlarını təklif etmişdir. Fərman da onunla razılaşmış, təxminən saat 15 radələrində Şəbnəm adlı qadınla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən həmin evə baxmağa getmişlər. O, isə kafedə oturub Fərmanın qayıtmasını gözləmişdir. Təxminən 1 saatdan çox müddət keçəndən sonra Fərman kafeyə geri qayıtmış, o, Fərmanın döyüldüyünü, üz-başının şiş vəziyyətdə olduğunu görmüş, ondan nə baş verdiyini soruşmuş, o, da kafedə olan Şəbnəm adlı qadının onu aldadıb evə apardığını və evdə bir nəfər kişinin Fərmanı döyərək üzərində olan 70 manat pulu əlindən aldığını bildirmişdir. Qeyd etmişdir ki, Fərman evə baxmağa gedərkən telefonu kafedə şarja qoymuş və qayıdandan sonra telefonu götürüb 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizasının 06 aprel 2022-ci il tarixli, 366 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol üst göz qapağının, alt çənənin qançırları, alt gicgah oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsinə uyğundur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 tərəfindən keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 05 iyul 2022-ci il tarixli, 1767 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müaliəcəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Biləsuvar rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Ramil Mehdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Ramil Mehdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 181.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 181.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 06 avqust 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsindən həmin Məcəllənin 128 və 180.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Ramil Mehdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 128 və 180.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 128 və 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni 26 avqust 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-417/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-417/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver