Məhkəmə qərarları › İş №1(003)-418/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-418/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-418/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X2, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 1) xx xxxx 1991-ci il tarixdə Mingçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir körpə uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Qaradeyin kəndində qeydiyyatda olan, Bakı şəhəri Dərnəgül şosesi yeni sahədə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və 2) xx xxx 1981-cı il tarixdə ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2021-ci il tarixdən hesablanan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 18 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri Dərnəgül şosesində yerləşən təmir-tikinti malları mağazasından 550 ədəd dəmir dirəkləri və 152x152 sm ölçüdə olan 90 ədəd dikt lövhələri icarəyə götürmək adı ilə aldadaraq ondan qeyd olunan əmlakı Dərnəgül qəsəbəsindən Türkan qəsəbəsinə əmlak sahibinin özünə gətizdirməklə orada yerləşən bağ evinə boşaltdırıb Xəzər rayonunda ələ keçirmiş, səhəri gün həmin əmlakı Dərnəgül şosesində yerləşən bazarda sataraq Zərərçəkmiş şəxs2 ümumilikdə 12.000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 10 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Dərnəgül şosesində yerləşən təmir-tikinti malları mağazasından 670 ədəd dəmir dirəkləri və 152x152 sm ölçüdə olan 50 km2, 40x152 sm ölçüdə 50 km2 və 50x152 sm ölçüdə 20 km2 dikt lövhələri, 20 kq 60-lıq, 20 kq 70-lik mismar və 20 kq yanmış naqilləri icarəyə götürmək adı ilə aldadaraq ondan qeyd olunan əmlakı Dərnəgül qəsəbəsindən Türkan qəsəbəsinə əmlak sahibinin özünə gətizdirməklə orada yerləşən bağ evinə boşaltdırıb Xəzər rayonunda ələ keçirmiş, səhəri gün həmin əmlakı Dərnəgül şosesində yerləşən bazarda sataraq Zərərçəkmiş şəxs1 Səhrab oğluna ümumilikdə 19.000 (on doqquz min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 18 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri Dərnəgül şosesində yerləşən təmir-tikinti malları mağazasından 550 ədəd dəmir dirəkləri və 152x152 sm ölçüdə olan 90 ədəd dikt lövhələri icarəyə götürmək adı ilə aldadaraq ondan qeyd olunan əmlakı Dərnəgül qəsəbəsindən Türkan qəsəbəsinə əmlak sahibinin özünə gətizdirməklə orada yerləşən bağ evinə boşaltdırıb Xəzər rayonunda ələ keçirmiş, səhəri gün həmin əmlakı Dərnəgül şosesində yerləşən bazarda sataraq Zərərçəkmiş şəxs2 ümumilikdə 12.000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 10 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Dərnəgül şosesində yerləşən təmir-tikinti malları mağazasından 670 ədəd dəmir dirəkləri və 152x152 sm ölçüdə olan 50 km2, 40x152 sm ölçüdə 50 km2 və 50x152 sm ölçüdə 20 km2 dikt lövhələri, 20 kq 60-lıq, 20 kq 70-lik mismar və 20 kq yanmış naqilləri icarəyə götürmək adı ilə aldadaraq ondan qeyd olunan əmlakı Dərnəgül qəsəbəsindən Türkan qəsəbəsinə əmlak sahibinin özünə gətizdirməklə orada yerləşən bağ evinə boşaltdırıb Xəzər rayonunda ələ keçirmiş, səhəri gün həmin əmlakı Dərnəgül şosesində yerləşən bazarda sataraq Zərərçəkmiş şəxs1 Səhrab oğluna ümumilikdə 19.000 (on doqquz min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəlcədən tanışları Bayramov Namiq və Təqsirləndirilən şəxs1lə qurduqları plana əsasən Dərnəgül bazarında tikintidə istifadə olunan dəmir dirəklərin və dikt lövhələrin icarəsi ilə məşğul olan ayrı-ayrı şəxslərdən müxtəlif saylarda materiallar götürüb sataraq pul əldə etməyə razılaşmışlar. Bu məqsədlə Üzeyir özünü Zərərçəkmiş şəxs2 “Miryusif” adı ilə təqdim edərək onu aldatmış, ondan 18 mart 2021-ci il tarixdə 550 ədəd dəmir dirək və 90 ədəd dikt lövhə götürmüşdür. Sabahı gün həmin materialları o, sürdüyü yük maşınına yükləyib Dərnəgül bazarına aparıb Fizuli adlı şəxsin işçisi olan Samit adlı şəxsə satmış, Füzulidən 4.200 manat almışdır. Samitə və Füzuliyə malları cinayət yolu ilə əldə etdiklərini deməmişlər, onlar da ondan bu barədə soruşanda onlara demişdir ki, mallar onların özlərinindir. Bundan başqa, 10 aprel 2021-ci il tarixdə Namiq Zərərçəkmiş şəxs1 adlı şəxsdən 620 ədəd dəmir dirəkləri, diktlər, mismar və yanmış naqilləri icarəyə götürərək Türkan qəsəbəsində yerləşən bağ evinə boşaltmışlar. Sabahı gün həmin 670 ədəd dirəyi və digər malları maşınına yükləyərək 270 ədədini yenə də Dərnəgül bazarında Fizuli adlı şəxsin işçisi olan Samit adlı şəxsə satmış, sonra Füzulidən 3150 manat almış, malın qalan 400 ədədini isə Çermet körpüsünün altında tanımadığı şəxsə satmışdır. Bununla da aldadıb ələ keçirdikləri malları satmaqla cəmi 11350 manat qazanmışlar. Həmin puldan ona cəmi 1.800 manat qalmışdır. O, Ceyhunun malını satdığı adamdan, yəni Fizulidən aldığı 4.200 manatdan 1200 manatı götürüb qalan 3.000 manatı Namiqə verərək 1200 manatı götürdüyünü ona demişdir. Namiq isə əldə etdikləri pulun üçünün arasında bölünməli olduğunu deyərək həmin puldan 400 manatı Üzeyirə vermək üçün ona vermiş, o da həmin 400 manatı Üzeyirə vermişdir. Salehdən icarəyə götürdükləri 670 ədəd dirəyi ondan almamışdan əvvəl gedib tanıdığı Fizuli adlı mal alandan qabaqcadan 900 manat almışdır. Fizuliyə bir gün əvvəlcədən sabah nağd olaraq mal olacağını və ona gətirib satacağını demiş, Fizuli də inanıb pulu vermişdir. O, həmin 900 manatı Namiqə vermiş, Namiq də Salehə vermişdir. Namiq bir dəfə Salehə 900 manat icarə pulu vermişdir. Ceyhuna isə iki dəfə icarə pulu vermişlər, birinci dəfə o, 700 manat pulu Üzeyirə vermişdir ki, Ceyhuna versin, Üzeyir də pulu ona vermişdir. İkinci dəfə isə 710 manat icarə pulunu Ceyhuna özü vermişdir. Maddi vəziyyəti pis olduğuna görə Namiqin təklifi ilə razılaşmış və bu əməli törətməyə razılıq vermişdir. Dəmir dirəyin birini 90 qəpiyə Ceyhundan icarəyə götürmüşlər, o, 11 manat 70 qəpiyə satmış, diktin birini isə 5 manata icarəyə götürüb 10 manat satmışlar. Namiqi indiyə qədər tapa bilməmişlər, özlərinin isə maddi vəziyyəti pis olduğundan, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri ödəyə bilməmiş və onlarla barışıq əldə edə bilməmişdir. Mülki iddianı etiraf etmir, çünki, həmin məbləğin böyük hissəsini Namiq ödəməlidir. İlk dəfə törətdiyi əməllərdən peşmandır, himayəsində bir azyaşlı və bir körpə uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, tanışı Namiq Bayramovla birlikdə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən İslam adlı şəxsin pomidor istixanasında (parnikdə) fəhləlik etmişdir. Qış mövsümündə istixananı qızdırmaq üçün Namiqin tanışı Şadiman adlı şəxsin “Foton” markalı yük maşını ilə odun gətizdirmişdr. Həmin vaxtdan da Şadimanla münasibəti yaranmışdır. Şadimanla aralarında olan söhbət əsasında ona maddi vəziyyətinin pis olmasından şikayət edərək başqa bir işlər olduqda ona xəbər verməsini demişdir. Şadiman isə bir qədər fikirləşib demişdir ki, “axşam bir iş var” və demişdir ki, “Dərnəgül bazarında tikintidə işlədilən dəmir dirəkləri və diktləri icarəyə götürərək başqa şəxslərə baha qiymətə sataq və oradan öz payımızı götürək”. O, əvvəl tərəddüd etmiş, sonra Şadimanın təklifi ilə razılaşmışdır. Bu məqsədlə Şadiman həmin materialların icarəsi ilə məşğul olan Zərərçəkmiş şəxs2 mobil nömrəsini verib ondan tikintidə istifadə olunan materialları icarəyə götürməyi təklif etmiş və əlavə olaraq həmin şəxsə onun adını “Miryusif” kimi təqdim etmişdir. Şadiman “Miryusif” adını özündən ona demişdir, onda kiminsə vəsiqəsi olmuş, həmin adı ona demişdir ki, özünü “Miryusif” adı ilə təqdim edər. O da razılaşmış, Zərərçəkmiş şəxs2la danışıb 550 ədəd dəmir dirək və 90 ədəd dikt sifariş vermişdir. 18 mart 2021-ci il tarixdə sifariş verdiyi malları Zərərçəkmiş şəxs2 yük maşını ilə gətirib onların fəhləlik etdikləri həyətə boşaltmışdır. Əvvəlcədən Şadimanın dediyi kimi Ceyhuna işlədiyi həyətdə olan yarımtikilini göstərib onun ikinci mərtəbəsinə beton tökəcəyini bildirmişdir ki, ona inansın. Həmçinin həmin vaxt Şadimanın ona verdiyi 900 manat pulu Ceyhuna vermişdir. Bunun səhərisi günü Şadiman sürdüyü yük maşını ilə həmin materialları yükləyib aparmışdır. Sabahı gün, yəni 20 mart 2021-ci il tarixdə ona 400 manat pul vermişdir. İkinci ayın icarə pulunu da Şadiman yenə də öz cibindən vermişdir. İkinci aydan başlayaraq Ceyhun ona tez-tez zəng etməyə başlamış, o isə Ceyhunun zənglərinə cavab verməmişdir. Bu barədə o, Şadimana bildirdikdə Şadiman ona demişdir ki, “onun zənglərinə cavab vermə, telefonu söndür, bağa getmə, mən özüm bu məsələni yoluna qoyaram”. O da Şadimanın sözü ilə telefonunu söndürüb bir daha Türkana bağa getməmişdir. Bundan əlavə, Şadimanın təklifi ilə tanışı Namiq Bayramovla eynilə Dərnəgül bazarında Saleh adlı şəxsdən tikinti təmir materiallarını icarəyə götürərək işlədikləri Türkan qəsəbəsində yerləşən bağa boşaltmışlar. Səhərisi gün Şadiman yenə də sürdüyü yük maşını ilə gəlib həmin malları aparmışdır. O, Şadimanın mallarını boşaltmağa kömək etmiş və buna görə də Şadiman ona 50 manat vermişdir. Bu hadisə isə 10 aprel 2021-ci l tarixdə baş vermişdir. Maddi vəziyyəti pis olduğuna görə bu işə əl atmışdır. Onlar dəmir dirəyin birini 90 qəpiyə Ceyhundan icarəyə götürmüşlər, sonradan 11 manat 70 qəpiyə, diktin birini isə 5 manata icarəyə götürüb 10 manata satmışlar. Namiqi tapa bilmədiklərinə görə Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəyə və onunla barışa bilməmişlər. Mülki iddianı etiraf etmir, çünki, həmin məbləğin böyük hissəsini Namiq ödəməlidir, digər tərəfdən isə, o, Zərərçəkmiş şəxs2 dəymiş 12.000 (on iki min) manat maddi zərəri təkbaşına ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. İlk dəfə törətdiyi əməllərdən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, özü Dərnəgül qəsəbəsində tikintidə işlədilən dəmir dirəklərin istehsalı, həmçinin dəmir dirəklərin və qəlib altlıqlarının icarəsi ilə məşğul olur. 10 aprel 2021-ci il tarixində özünü “Namiq” adı ilə təqdim edən şəxs onunla ***-***-**-** mobil telefon vasitəsilə əlaqə saxlayıb ona məxsus Xəzər rayonu Türkan qəsəbəsindəki bağ sahəsində aparacağı tikintiyə 670 ədəd dəmir dirək, 152x152 sm ölçüdə 50m2, 40x152 sm ölçüdə 20m2, 50c152 sm ölçüdə 20m2 dikt lövhələri icarəyə istəmiş, əlavə olaraq materialları gətirərkən 20 kq 60-lıq, 20 kq 70-lik mismar və 20 kq yanmış naqil alıb gətirməsini xahiş etmişdir. O, deyilən malları maşına yükləyərək həmin şəxsin ona göstərdiyi Xəzər rayonu Türkan qəsəbəsində yerləşən bağ evinə gəlib özünü “Üzeyir” adı ilə təqdim edən şəxslə ***-***-**-** mobil telefon nömrəsilə əlaqə saxlayıb yükü bağ sahəsinə boşlatmışdır. Sifarişi çatdırdıqdan sonra özünü “Namiq” adı ilə təqdim edən şəxs mismarların, naqillərin, çatdırma xidmətinin pulunu və icarənin bir aylıq 720 manatını, ümumilikdə isə 900 manat pulu ödəmişdir. 10 may 2021-ci il tarixində növbəti ayın icarə pulunu almaq üçün materialları boşaltdığı ünvana gedərkən orada heç bir tikinti işlərinin aparılmadığını və icarəyə verdiyi materialların orada olmadığını müəyyən etmişdir. 10 may 2021-ci il tarixində göstərilən ünvanda olarkən “İslam” adlı şəxs həmin bağın ona məxsus olduğunu, “Namiq” və “Üzeyir” adlı şəxslərə icarəyə verdiyini, qeyd olunan materialları orada görmədiyi bildirmişdir. Bundan sonra “Namiq” və “Üzeyir” adlı şəxslərin etibarından sui-istifadə edərək aldatma yolu ilə 19.000 (on doqquz min) manat dəyərində əmlakını ələ keçirdiklərini bilmişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxslərlə barışmamışdır və onlardan şikayətçidir, onlara qarşı 19.000 (on doqquz min) manat pul tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunların nəzərə alınaraq mülki iddianın təmin edilib ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxslərə törətdikləri əmələ görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Dərnəgül qəsəbəsində tikintidə işlədilən dəmir dirəklərin və qəlib altlıqlarının icarəsi ilə məşğul olur. 18 mart 2021-ci il tarixində tanışı Şadiman adlı şəxsin vasitəsilə özünü “Miryusif” adı ilə təqdim edən şəxslə tanış olmuş, həmin şəxs onunla ***- ***-**-** mobil telefon vasitəsilə əlaqə saxlayıb ona məxsus Xəzər rayonu Türkan qəsəbəsindəki bağ sahəsində aparacağı tikintiyə 550 ədəd dəmir dirək və 152x152 sm ölçüdə 90 ədəd diktin icarəyə lazım olduğunu bildirmişdir. Onlar həmin tikinti materialların aylıq icarə haqqını 710 manata razılaşmışlar. O, deyilən materialları maşına yükləyərək həmin şəxslə birlikdə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən bağ evinə gəlib yükü bağ sahəsinə boşaltmışdır. Sifarişi çatdırdıqdan sonra özünü “Miryusif” adı ilə təqdim edən şəxs icarənin bir aylıq 710 manat pulunu ödəmişdir. 18 aprel 2021-ci il tarixində həmin şəxs ikinci ayın icarə pulunu ödəmişdir. Bu iki ay ərzində dəfələrlə həmin bağ sahəsinə gələrək tikinti materiallarının orada olub-olmamasını yoxlamışdır. 12 may 2021ci il tarixində növbəti dəfə materialları boşaltdığı ünvana gedərkən orada heç bir tikinti işlərinin aparılmadığını və icarəyə verdiyi materialların orada olmadığını müəyyən etmişdir. Özünü “Miryusif” adı ilə təqdim edən şəxsə dəfələrlə zəng vurmuş, lakin “Miryusif” telefon zənglərinə cavab vermədiyi üçün onun etibarından sui-istifadə edərək aldatma yolu ilə 12.000 manat dəyərində əmlakını ələ keçirdiyini başa düşmüşdür. Həmin ziyan hazırda ona Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənildiyi üçün o, təqsirləndirilən şəxslərlə barışmışdır və onlardan şikayətçi deyildir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Türkan qəsəbəsi Dənizkənarı küçəsi ev 26 ona məxsusdur. Həmin sahədən bağ kimi istifadə edir və əkinçiliklə məşğul olur. Namiq və Üzeyiri onunla dostu Niyazi tanış etmiş və onların əkinçilik işləri ilə məşğul olduqlarını demişdir. Buna görə də həmin şəxslər ona məxsus olan torpaq sahəsində yerləşən istixanada iki il ərzində əkinçiliklə məşğul olmuşlar, aralarında başqa hər hansı bir münasibətləri yoxdur. Namiq onunla 055 311-83-43, 050 444-44-51, 070 221-02-40, 077 220-01-58, 077 233-73-76, 050 328-27-15, 055 357- 86-48 mobil nömrələr vasitəsilə əlaqə saxlamışdır. Lakin onlar cinayət törətdikdən sonra bağ sahəsinə gəlmirlər və telefonlarına zəng çatmır. O, Namiqlə Üzeyirin dəqiq yaşadıqları ünvanları bilmir, onlar cinayət törətdikdən sonra dostu Niyazi ilə əlaqə saxlayıb danışanda Niyazi ona onların Suraxanı qəsəbəsi ərazisində yaşadıqlarını demişdir. Namiqlə Üzeyirin bağda işlədikləri zaman onların dələduzluq etdiklərini və vətəndaşları aldadaraq əmlaklarını ələ keçirdiklərini o, hadisədən sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, təxminən iyirmi ildir ki, Bakı şəhəri Dərnəgül ərazisində topdan tikinti materiallarını satışı bazarının direktorudur. Təqsirləndirilən şəxs2 təxminən 5-6 il bundan əvvəl onun direktoru olduğu tikinti bazarında “Foton” markalı yük maşınını sürmüşdür. Şadiman təxminən iki ilə yaxın bazarda sürücü işləmişdir. Təxminən bir ay bundan əvvəl Şadiman ondan 4.500 manat pul almışdır ki, material alıb satır, pul qazanmaq istəyir. Onun da Şadimana yazığı gəldiyi üçün ona bazardakı ofisdə pulu vermişdir. Sonradan Şadiman ona xırda-xırda pul qaytarmış, lakin pulun qalanını qaytarmamışdır. Buna görə də təxminən iyirmi gün bundan əvvəl o, Şadimanı bazarda görüb onu söymüşdür ki, pulunu qaytarsın. Şadimanın bu gün də ona 2000 manat borcu qalmışdır. 2021-ci ilin mart ayının təxminən ortalarında Şadiman bazara tikintidə istifadə olunan dirəklər gətirib vermişdir. Belə ki, onun bildiyinə görə bir dəfə Şadiman bazara gələrək Samit adlı işçisinə 200 dən bir qədər artıq sayda tikintidə işlədilən dirək vermiş və buna görə də o, ofisdə Şadimana 1500 manat vemişdir. Təxminən bir ay sonra isə yenə də Şadiman işçisi Samitə mal gətirib vermiş və yenə də o, Şadimana ofisdə pul vermişdir. Şadimanın satdığı hər bir dirəyə görə onun işçisi ilə razılaşmaya əsasən 11 manat 50 qəpik pul vermişdir. Bundan başqa, Şadiman ona hər hansı bir mal satmamışdır. O, Şadimana malların pulunu verəndə malların cinayət yolu ilə əldə edilməsini bilməmişdir. Onun işçisi də Şadimanın ona satdığı malları sonradan tanımadıqları ayrı-ayrı şəxslərə satmışdır. Həmin şəxsləri o və işçisi tanımırlar. O, Şadimana pulları verəndə ondan bir neçə dəfə soruşmuşdur ki, satmaq istədiyin mallar oğurluq deyil ki? Şadiman isə ona demişdir ki, narahat olmayın, mallar onların özlərinə məxsusdur, oğurluq yolu ilə əldə edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, iyirmi ildir ki, Bakı şəhəri Dərnəgül ərazisində topdan tikinti materiallarının satışı bazarında iş icraçısıdır. Təqsirləndirilən şəxs2 təxminən 5-6 il bundan əvvəl onların bazarında “Foton” markalı yük maşınını sürmüşdür. Şadiman təxminən iki ilə yaxın bazarda sürücü işləmişdir. Təxminən bir ay bundan əvvəl onda olan məlumata görə Şadiman bazarın direktoru olan Füzulidən 4.500 manat pul almışdır ki, material alıb satır, pul qazanmaq istəyir. Füzuli də ona yazığı gəldiyi üçün bazarda ofisdə pulu vermişdir. Sonradan Şadiman pulu xırda-xırda qaytarmış, lakin pulun qalanını ona qaytarmamışdır. Buna görə də təxminən iyirmi gün bundan əvvəl Füzuli Şadimanı bazarda görüb ona demişdir ki, pulunu qaytarsın. Şadimanın bu gün də Füzuliyə 2000 manat borcu qalmışdır. 2021-ci ilin mart ayının təxminən ortalarında Şadiman bazara tikintidə istifadə olunan dirəklər gətirib vermiş, o, Şadimandan həmin malları qəbul etmişdir. Malları, yəni dirəkləri Şadimandan qəbul edəndə ondan dəfələrlə soruşmuşdur ki, malları haradan əldə etmisən? Şadiman isə ona demişdir ki, həmin dirəklər onların özlərinə məxsusdur və cinayət yolu ilə əldə edilməmişdir. O da bu barədə bazarın direktoru olan Füzuliyə deyib Şadimandan malları qəbul etmiş, pulları isə Şadimana Füzuli vemişdir. Həmin pulların məbləği səhv etmirsə on min manata yaxın olmuşdur. Şadimanın onlara satdığı malları da sonradan tanımadıqları ayrı-ayrı şəxslərə satmışdır. O və yaxud da Füzuli Şadimanın onlara satdığı malların cinayət yolu ilə əldə edilməsini bilməmişlər və onlar ümumiyyətlə cinayət yolu ilə əldə edilmiş əmlak almırlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və “Namiq” adlı şəxsin zərərçəkmiş şəxslərə qarşı dələduzluq edərək ələ keçirdikləri əmlakı ünvan 2 ünvanına apardıqları və sonradan həmin əmlakı qeyd olunan ünvandan Nərimanov rayonu Dərnəgül şosesində yerləşən tikinti materiallarının satışı fəaliyyəti ilə məşğul olan “Grand” bazarda satdıqları bir daha öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə Şahid2 arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı tərəflər istintaq zamanı ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı deməklə istintaqa verdikləri ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, şahid X1 ifadəsinin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və “Namiq” adlı şəxsin zərərçəkmiş şəxslərə qarşı dələduzluq edərək ələ keçirdikləri əmlakı Bakı şəhəri Nərimanov rayonu Dərnəgül şosesində yerləşən tikinti materiallarının satışı fəaliyyəti ilə məşğul olan “Grand” bazarda satmaları bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 15 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı və bir körpə uşağı vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 31 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi isə məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı və bir körpə uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 25 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs Ceyhun Bayramova dəymiş ziyanı təkbaşına olmaqla tamamilə ödəyərək onunla barışıq əldə etməsini və həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-207/2021 saylı 27 may 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-234/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 25 may 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş 19000,00 (on doqquz) min manat maddi ziyanın Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər və mülki cavabdehlər mülki iddianı etiraf etmədilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia tələbini sübut etdi. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 19000,00 (on doqquz) min manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X4 və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 25 iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 20 iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 25 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 25 may 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 19000,00 (on doqquz min) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 cəmi 150,00 (bir yüz əlli) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 cəmi 120,00 (bir yüz iyirmi) manat, ümumilikdə 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar