Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-42/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1971-ci ildə Kəlbəcər rayonu, Ağcakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna Bağlar massivində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə təxminən 2019-cu ilin avqust ayının 15-də tanışı Zərərçəkmiş şəxs Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərdən iki otaqlı ev almaq vədi ilə aldadıb cəmi 3800 manat pulu Xəzər rayonu, Şüvəlan qəsəbəsində alıb ələ keçirirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, 2019-cu ilin yay ayında dostu Zərərçəkmiş şəxs ona müraciət edərək Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün dövlət tərəfindən tikilmiş evlərdən özünün ev növbəsinə durmasını, lakin, məcburi köçkün sənədləri qaydasında olmadığından ona imtina edilməsini və evdən çıxarılmasını demiş və ondan köməklik edib edə bilməyəcəyini soruşmuşdur. O da maraqlanıb ona cavab deyəcəyini demişdir. O həmin ərəfədə tanışı keçmiş İcra Hakimiyyəti işçisi olan ev alqı-satqısı ilə məşğul olan uzun müddət, 20 ildən çox tanıdığı tanışı X3 müraciət etmişdir. Mehdi də ona bildirmişdir ki, tanışı Təşəkkül adlı onun da tanıdığı şəxsin vasitəsi ilə bu məsələni həll edə bilər və 4000 manat pul evin saxlanılmasına görə xərci vardır. O da bu barədə Mobilə bildirmişdir və Mobil ona cəmi 3800 manat pulu olmasını bildirmiş və o da onunla münasibəti olduğu üçün razılaşmışdır. 2019-cu ilin təxminən avqust ayının 15-də Mobil onunla zəngləşib Şüvəlan qəsəbəsində parkda bir nəfər öz tanışı ilə birlikdə görüşmüş və orada Mobil ona Kürdəxanı qəsəbəsində dövlət tərəfindən tikilən evlərdən 2 otaqlı evi Mobilin adına verilməsi üçün 3800 manat pulu sayıb ona vermişdir. O da ona həmin pulu lazımı yerə çatdırıb 1 ay ərzində ona Kürdəxanı qəsəbəsində tikilən evlərdən 2 otaqlı ev təşkil edib onun adına sənədləşdirəcəyinə söz vermişdir. O tanışı Mehdi Bayramova 2019-cu ilin yay aylarında Kürdəxanı qəsəbəsində qeyri-yaşayış sahəsi almaq üçün 32000 manat da pul vermişdir və əlavə olaraq 2019-cu ilin avqust ayında Mobilin ev məsələsinin də həll olunması üçün ona 3800 manat pul da vermişdir və Mehdi ona 1 ay ərzində Mobilin də Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlərdən 2 otaqlı evlə təmin ediləcəyinə əmin etmişdir. Lakin, bundan sonra 4-5 ay keçsə də, Mehdi onu müxtəlif bəhanələrlə yubatmağa başlamış və o da artıq Mobilə söz verdiyi vədi yerinə yetirə bilməmişdir və ona özünün də aldadılaraq 32000 manat pulunun Mehdi Bayramov tərəfindən ələ keçirilməsini bildirmişdir. Mobil bir müddət gözləmiş, o nə qədər çalışsa da Mehdidən pulunu ala bilməmişdir və maddi olaraq çox çətin vəzyətdə qalmışdır. 2020-ci ilin sentyabr ayında 1000 manat pulu Mobillə görüşüb ona qaytarmışdır. Lakin sonradan maddi vəziyyəti düzəlmədiyi üçün Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir, o da Xəzər RPİ-nin 1-ci PŞ-nə 21.08.2021-ci il tarixdə ərizə ilə müraciət edərək şikayət etmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs aldatmaq olmamışdır, onun özü aldanmışdır və Mehdi barədə özü şikayətçi olacaqdır, indiyədək başı ailə vəziyyəti ilə bağlı qarışıq olduğundan müraciət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O Təqsirləndirilən şəxs 2016-cı ildə Qala qəsəbəsi sakini kimi tanımış və onunla normal dostluq münasibətləri yaranmışdır. Valeh əvvəllər Qala bələdiyyəsində işləmişdir. 2019-cu ildə o, Kürdəxanı qəsəbəsində qaçqınlar üçün tikilən evlərdən ev almaq qərarına gəlmişdir və dövlət tərəfindən onun adına ev verilmişdir, lakin bir müddət sonra onun məcburi köçkün vəsiqəsi olmadığından ona ayrılan evdən imtina ediləcəyi barədə X4 üzrə Dövlət Komitəsi tərəfindən məlumat verilmişdir, yəni artıq ona ev verilməmişdir. 2019-cu ilin yay aylarında söhbət əsnasında o bu barədə Valehə dedikdə Valeh ona öz əlaqələri vasitəsi ilə həmin Kürdaxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlərdən onun adına ev sənədləşdirəcəyinə vəd vermiş və bunun üçün 4000 manat pul lazım olduğunu demişdir. O da çoxdan tanıdığı üçün ona inanmışdır və pulu düzəldikdən sonra onunla görüşəcəyini demişdir. 2019-cu ilin təxminən avqust ayının 15-də o Təqsirləndirilən şəxsla zəngləşib Şüvəlan qəsəbəsində parkda dostu Rəşidlə birlikdə görüşmüşdür və orada o Valehlə danışdığı kimi ona Kürdəxanı qəsəbəsində dövlət tərəfindən tikilən evlərdən 2 otaqlı ev onun adına verilməsi üçün 3800 manat pulu sayıb Valehə Rəşidin yanında vermişdir. Valeh də ona həmin pulu lazımı yerə çatdırıb 1 ay ərzində ona Kürdəxanı qəsəbəsində tikilən evlərdən 2 otaqlı ev təşkil edib onun adına sənədləşdirəcəyinə söz vermişdir. Bundan sonra 4-5 ay keçsə də, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq ev barədə maraqlandıqda, o müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Bu səbəbdən o ondan xoşluqla pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Təxminən 1 il sonra, 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ondan aldığı 3800 manat puldan 1000 manatını qaytarsa da, daha sonra zənglərinə cavab verməmiş və pulunu geri qaytarmayaraq onu aldatmaqda davam etmişdir. Bu səbəbdən o da Təqsirləndirilən şəxs ona yalandan məcburi köçkünlər üçün ev təşkil edəcəyi vədi ilə aldadaraq 3800 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etməsi barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə 21.08.2021-ci il tarixdə ərizə ilə müraciət edərək şikayət etmişdir. Onun Təqsirləndirilən şəxs məcburi köçnüklər üçün tikilən evlərdən ev təşkil etmək adı ilə 3800 manat pul verməyinə bir başa dostu Şahid olmuşdur, lakin ailə üzvlərinə o hədiyyə etmək istədiyi üçün atasına bu barədə məlumat verməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs həmyerlisi kimi uzun müddətdir ki, tanıyır və aralarında dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs tanışı kimi tanımıdır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2019-cu ildə dostu Zərərçəkmiş şəxs Kürdəxanı qəsəbəsində qaçqınlar üçün tikilən evlərdən ev almaq qərarına gəlmişdir və bu istəyindən onun də xəbəri olmuşdur. Dövlət tərəfindən Mobilin adına bir ev verilmişdir, lakin bir müddət sonra onun məcburi köçkün vəsiqəsi olmadığından ona ayrılan evdən imtina ediləcəyi barədə X4 üzrə Dövlət Komitəsi tərəfindən məlumat verilmişdir. Mobil də 2019-cu ilin yay aylarında bu barədə tanışı Valehə dedikdə, Valeh ona öz əlaqələri vasitəsi ilə həmin Kürdaxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlərdən onun adına ev sənədləşdirəcəyinə vəd vermiş və bunun üçün 4000 manat pul lazım olduğunu demişdir. Onların bu barədə danışıqlarına o da şahid olmuşdur. Bir müddət sonra 2019-cu ilin təxminən avqust ayının 15-də Mobil Təqsirləndirilən şəxsla zəngləşib Şüvəlan qəsəbəsində parkda onunla birlikdə görüşmüş və orada Mobil Valehlə danışdığı kimi ona Kürdəxanı qəsəbəsində dövlət tərəfindən tikilən evlərdən 2 otaqlı ev onun adına verilməsi üçün 3800 manat pulu sayıb Valehə onun yanında vermişdir. Valeh də Mobilə həmin pulu lazımı yerə çatdırıb 1 ay ərzində ona Kürdəxanı qəsəbəsində tikilən evlərdən 2 otaqlı ev təşkil edib onun adına sənədləşdirəcəyinə söz vermişdir. Bundan sonra 4-5 ay keçsə də, Təqsirləndirilən şəxsla Mobil əlaqə saxlayaraq ev barədə maraqlandıqda, o müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Bu səbəbdən Mobil ondan xoşluqla pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Təxminən 1 il sonra, 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ondan aldığı 3800 manat puldan 1000 manatını qaytarsa da, daha sonra Mobilin zənglərinə cavab verməmiş və pulunu da geri qaytarmayaraq onu aldatmaqda davam etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs ona yalandan məcburi köçkünlər üçün ev təşkil edəcəyi vədi ilə aldaraq 3800 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etməsi barədə polisə şikayət etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 28 oktyabr 2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, xx.xx.1971-ci ildə Kəlbəcər rayonu, Ağcakənd kəndində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 178.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 08.04.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 15 avqust 2019-cu ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 15 avqust 2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRAR VERDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-42/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-42/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver