Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-42/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rizvan Məmmədhüseynov küçəsi ev 27 mənzil 42-də qeydiyyatda olmaqla orada yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-42/2023 saylı 26 yanvar 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyul 2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X2 yerləşən nömrəsiz yarımtikli fərdi evin hasarından həyətə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin arxasındakı açıq plastik pəncərəsindən içəri keçərək evin ikinci mərtəbəsinin hamam, tualet və dəhlizinin hər birinin dəyəri 200 manat olan 3 (üç) ədəd plastik qapını gizli olaraq talamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 29 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Binə qəsəbəsi X3 ərazisində gəzərkən ikimərtəbəli bir ev görüb orada yaşayış olmadığını təxmin edəndən sonra hasardan həyətə, oradan da evin birinci mərtəbəsinin açıq olan arxa plastik pəncərəsindən evə daxil olmuşdur. Orada qiymətli bir əşya tapa bilməmiş, sonra ikinci mərtəbəyə qalxmış, oradakı hamam, tualet və dəhlizin plastik qapılarını çıxartmış və onları bir-bir həyətə düşürtmüş, vaxt itirmədən üç ədəd plastik qapını küçəyə çıxarmış, sonra yoldan keçən tanımadığı taksi saxladaraq onları həyətinə aparmışdır. Həmin qapılardan birini dəmir yığanlara 40 manata, digər iki qapını isə tanışı Nazimə hərəsi 20 manat olmaqla ümumilikdə 40 manata satmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o Binə qəsəbəsi X3 ərazisində yerləşən 117 nömrəli məktəbin yaxınlığında özünə məxsus ikimərtəbəli ev tikmişdir. Həmin ev təmirli olmadığına görə orada yaşayış yoxdur. 06 avqust 2022-ci il tarixdə təxminən saat 13:00-də həmin evə getmiş və görmüşdür ki, evin birinci mərtəbəsinin qabaq pəncərəsi açıq vəziyyətdədir, şübhələnmişdir ki, evə kimsə daxil olub. Oğlu Elnur da onun yanında olmuşdur. Onlar evin birinci mərtəbəsinə daxil olmuş və görmüşlər ki, evdə hər bir şey yerindədir. Sonra ikinci mərtəbəyə qalxmış və görmüşlər ki, evin ikinci mərtəbəsindəki hamam, tualet və dəhlizin 01 ədədinin dəyəri 200 manat olan plastik qapıları yerində yoxdur, yəni oğurlanmışdır. Bundan sonra evin hər yerinə baxmış və aşkar etmişdir ki, evin ikinci mərtəbəsindəki hamam, tualet və dəhlizin plastik qapılarının oğurlanmasından başqa ikinci mərtəbədə olan mətbəxin qapısının və birinci mərtəbənin girişinin seyf qapısının kilidi də sındırılmışdır. Oğlu Elnur tez DİN “102” zəng xidməti mərkəzinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları gələrək evə baxış keçirmiş və bundan sonra o, ərizə ilə oğurluq hadisəsi barədə müraciət etmişdir. Oğurlanmiş qapıların qiymətini hesablamış və müəyyən etmişdir ki, oğurlanmş qapılara görə 600 manat və kilidlərin sındırılmasına görə 70 manat, ümumilikdə isə 670 (altı yüz yetmiş) manat maddi ziyan dəymişdir. Hadisədən bir neçə gün sonra Binə qəsəbəsində fəaliyyət göstərən plastik qapı pəncərə satılan sexləri axtarmağa başlamışdır. 16 avqust 2022-ci il tarixdə adını sonradan bildiyi Zaur adlı şəxsin həyətindəki plastik qapı-pəncərə sexinə getmiş və vəziyyəti ona danışdıqdan sonra Zaur ondan qapıların əlamətlərini soruşmuşdur. O, Zaura qapıların əlamətlərini dedikdən sonra Zaur onu sexin içərisinə aparmış və iki ədəd qəhvəyi rəngli plastik qapını göstərib demişdir ki, təxminən iki həftə bundan əvvəl iki nəfər gətirib ona özününkü deyərək 80 manata satmışdır. O, həmin qapıları görən kimi tanımış və bu barədə polisə məlumat vermiş, polis əməkdaşları gedib ona məxsus qapıları oradan maddi sübut kimi götürmüşlər. Hazırda həmin iki ədəd plastik qapı ona qaytarılmış, qalan ziyan məbləği isə ödənilməmişdir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın tamamilə ödətdirilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Təqsirləndirilən şəxslə qonşuluqda yaşayır. 29 iyul 2022-ci il tarixdə saat 17 radələrində küçəyə çıxıb görmüşdür ki, qonşusu Mirzənin Farizlə söhbət etdiyini görmüşdür. O, onlara yaxınlaşıb görüşmüş, Fariz ona demişdir ki, həyətində özünə məxsus iki ədəd qəhvəyi rəngli plastik qapı var və ucuz qiymətə satır. Ondan qiymətini soruşmüş, Fariz ona bildirmişdir ki, pula ehtiyacı olduğu üçün bir ədədinə 20 manat verən olsa satacaq. O, qapıları almağa razılaşmış və həmin qapıları ondan ümumilikdə 40 manata almışdır. Sonra həmin qapıları qapı-pəncərə yerində işləyən Zaur adlı şəxsə 80 manata satmış, Zaur onun şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və ona 80 manat pul vermişdir. 15 gün sonra polis əməkdaşları Farizlə birlikdə gəlmişlər və həmin vaxt qapıların oğurluq olmasını bilmişdir. Şahid3 19 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Binə qəsəbəsi, Bakavtomat yolu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, öz yaşadığı evin həyətində tikdiyi sexdə plastik qapı-pəncərə düzəltməklə məşğul olur. İşlənmiş qapı-pəncərə satan olanda ucuz qiymətə alır və xarab olan yeri olanda düzəldib satır. 29 iyul 2022-ci il tarixdə işlədiyi sexdə olduğu zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb iki ədəd qəhvəyi rəngli plastik qapı satmaq istədiyini bildirmişdir. Qiyməti danışıb hər birini 40 manata razılaşmışlar. Həmin şəxslər onun tanımadığı taksi ilə gəlmiş və qapılar də həmin taksinin yük yerində olmuşdur. O, həmin şəxsləri tanımadığı üçün qapıları onlardan alanda onların birinin şəxsiyyət vəsiqəsinin şəklini çəkib özündə saxlamışdır. Həmin şəxs Şahid1 olmuşdur. Ümumilikdə Nazim adlı şəxsə 80 manat pul verib qapıları taksinin yük yerindən götürüb öz sexində saxlamışdır. 16 avqust 2022-ci il tarixdə adını Elman kimi təqdim edən şəxs onun sexinə gələrək bildirmişdir ki, evinin plastik qapıları oğurlanmışdır və indi qapı-pəncərə sexlərini gəzib həmin qapıları axtarır. Ondan qapıların əlamətlərini soruşmuş və onu sexin içərisinə apararaq əvvəl aldığı qapıları ona göstərmişdir. Elman qapıları görən kimi tanımış, həmin qapıların ona məxsus olduğunu və oğurlanmış qapıların üç ədəd olduğunu bildirmişdir. O, Elmana ona iki ədəd qapı gətirildiyini, həmin şəxsləri tanımadığını və həmin şəxslərın qapıların özününkü olduğunu dediklərini və qapıları onlardan 80 manata aldığını demişdir. Elman ona bildirmişdir ki, gedib polisə məlumat verəcək ki, qapıları burada tapmışdır. O da ona demişdir ki, qapılar buradadır, ona görə də narahat olmasın. Bundan təxminən bir saat sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları Elman ilə birlikdə onun işlədiyi sexə gələrək ona 29 iyul 2022-ci il tarixdə iki nəfərin oğurlanmış plastik qapı satdıqlarını bildirmişdir. O, polis əməkdaşlarının dediyini təsdiqləmiş və onlara bildirmişdir ki, iki nəfər 29 iyul 2022-ci il tarixdə işlədiyi sexə gəlib ona iki ədəd qəhvəyi rəngli plastik qapını özlərinə məxsus olduğunu deyərək birini 40 manata satmışlar, o da onlara 80 manat verib iki ədəd plastik qapını almışdır. O, həmin qapıları polis əməkdaşlarına göstərmiş və bundan sonra polis əməkdaşları həmin qapıları maddi sübut olduğundan götürmüşlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 79-da ailəsi ilə birlikdə yaşayır, bir ayağı amputasiya edilmişdir, İİ qrup əlildir. 29 iyul 2022-ci il tarixdə saat 17 radələrində məhəlləsində sinif yoldaşı Nazimin həyətinin qarşısında qonşuluqda yaşayan Farizlə rastlaşmışdır. Fariz ona demişdir ki, həyətində iki ədəd plastik qapısı var, ehtiyacı olduğuna görə satmaq istəyir, ona təklif etmişdir ki, əgər istəsə ona çox ucuz qiymətə verəcək. O da Farizə bildirmişdir ki, ona qapı lazım deyil, həm də ona maddi imkanı da yoxdur. Bu zaman Nazim küçəyə çıxmış və onlara yaxınlaşıb görüşmüşdür. Fariz ona da təklif etmişdir ki, həyətində iki ədəd plastik qapı var, onları satır, əgər istəsə birini 20 manata ona satacaq. Nazim onunla razılaşaraq yoldan keçən tanımadığı taksi saxlamış və ona demişdir ki, onunla birlikdə yol yoldaşı kimi getsin və qapıları Farizin həyətindən götürsün. O da onunla yol yoldaşı kimi Farizin həyətinə getmişdir. Orada iki ədəd qapını Fariz gətirib taksinin yük yerinə qoymuş və Nazim ona 40 manat pul vermişdir. Sonra Nazim və o, taksi ilə Binə qəsəbəsində Bakavtomat yolu deyilən ərazidə fəaliyyət göstərən plastik qapı pəncərə düzəldilən və işlənmiş plastik qapı pəncərə satışı olan sexə getmişlər. Orada Nazim həmin qapıları adını sonradan bildiyi Zaur adlı şəxsə ümumilikdə 80 manata satmışdır. Zaur ondan şəxsiyyət vəsiqəsini tələb etdiyinə görə Nazim öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Zaur onun şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və özündə saxlamışdır. Sonra birlikdə piyada evə qayıtmışlar. Farizin Nazimə satdığı plastik qapıların oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir, biləcəyi halda Nazimə həmin qapıları almağı qoymayacaqdı. Nazim qapıları satdıqdan sonra əldə etdiyi puldan ona heç nə verməmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Səfa Usubov tərəfindən tərtib edilmiş 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yerləşən evindən oğurlanmış 03 ədəd plastik qapıdan iki ədədi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ərazisində yerləşən plastik qapı-pəncərə sexində işləyən Şahid3 satılmış və sübut əhəmiyyəti kəsb etdiyindən Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Səfa Usubov tərəfindən götürülmüş və istintaqa təqdim edilmişdir. İş materiallarında olan əşyaların mütəxəssisə təqdim edilməsi haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təyin edilmiş mütəxəssis X4 ona təqdim olunmuş 02 ədəd hər birinin ölçüsü 65x200 sm olan qəhvəyi rəngli plastik qapıların bir ədədinin qiyməti orta bazar qiyməti ilə 180 (yüz səksən) manat dəyərində qiymətləndirildiyini bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarından görünür istintaqa təqdim edilmiş 02 ədəd qəhvəyi rəngli plastik qapı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, mütəxəssis rəyi alındıqdan sonra məhkəmənin qərarınadək saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-586/2023 saylı 16 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, Xəzər RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət rədd edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-42/2023 saylı 26 yanvar 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının məhkəməyə ünvanladığı 16 fevral 2023-cü il tarixli 3-16-17/40/2-780 saylı məktubdan göründüyü kimi, barəsində 07 fevral 2023-cü il tarixdə axtarış işi açılmış Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 fevral 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 93.1.2, 66.5 və 68.1.1-ci maddələrinə əsasən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 16 noyabr 2022-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə Qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilməsi, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1335/2023 saylı 16 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə tədbiri ləğv edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə uyğun olaraq, Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli sonuncu dəfə tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - 02 ədəd plastik qapının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 26 iş saatına görə (ibtidai istintaq zamanı 11 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 156,00 (yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 15 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 02 ədəd plastik qapının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 156,00 (yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-42/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-42/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver