Məhkəmə qərarları › İş №1(003)-42/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-42/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-42/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Qəbələ rayonunun Böyük Əmili kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 494/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 23 oktyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş və təkrarən oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək olan müddət ərzində kirayə olaraq yaşadığı Zərərçəkmiş şəxs1 məxsus Nizami rayonu R.Rüstəmov küçəsi ev 76 mənzil 107 ünvanında yerləşən 3 otaqlı mənzildən sonuncunun evdə olmamasından istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 400 manat dəyərində 1 ədəd masa və 6 ədəd stuldan ibarət masa dəstini, 1 ədəd 800 manat dəyərində künc divanını, 1 ədəd 600 mana dəyərində “LG” markalı soyuducunu, 1 ədəd 650 manat dəyərində “Samsung” markalı 108 diaqonallı televizoru, 1 ədəd 400 manat dəyərində “LG” markalı paltaryuyanı, 1 ədəd 650 manat dəyərində “Opman” markalı 40 kv.metrlik kondisioneri gizli olayaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 3500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 28 avqust 2022-ci il tarixdə saat 23 radələrində tanışı Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 məxsus Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq oradan 01 ədəd qiyməti 220 manat olan 2019-cu il istehsallı, 32 sm diaqonallı “LG” markalı televizoru, 01 ədəd qiyməti 270 manat olan 2001-ci il istehsallı, 32 sm diaqonallı “LG” markalı televizoru, 01 ədəd qiyməti 120 manat olan 2012-ci il istehsallı 50 sm diaqonallı “Samsung” markalı televizoru, 01 ədəd qiyməti 300 manat olan “Optima M 5” markalı “Led” proyektoru, 01 ədəd qiyməti 850 manat olan “BAR 5.1” markalı səsucaldan aparatı, 01 ədəd qiyməti 250 manat olan “Mitsubishi” markalı maqnitafonu, 01 ədəd qiyməti 60 manat olan “Canon” markalı durbini və 01 ədəd qiyməti 100 manat olan “İrişman” markalı 750 ml miqdarda viski içkisini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2170 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 04 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində tanışı Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq yataq otağından 01 ədəd qiyməti 240 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 3 qram çəkidə sırğanı, 01 ədəd qiyməti 240 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 3 qram çəkidə sırğanı, 01 ədəd qiyməti 504 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 6,3 qram çəkidə qolbağını, 01 ədəd qiyməti 1040 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 13 qram çəkidə boyunbağını, 01 ədəd qiyməti 400 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 5 qram çəkidə halqa şəkilli üzüyü, 01 ədəd qiyməti 320 manat təşkil edən rus qızılı materialından olan 583 əyarlı 4 qram çəkidə halqa şəkilli üzüyü, 01 ədəd qiyməti 800 manat təşkil edən rus qızılı materialından olan 583 əyarlı 10 qram çəkidə halqa şəkilli 5 rubl qəpiyi, 01 ədəd qiyməti 20 manat təşkil edən sadə alüminium materialından olan təxmini çəkisi 1 qram olan sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 3564 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 29 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba prospektində yerləşən evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan 500 manat dəyərində qızıl-ziynət əşyalarını və 150 manat dəyərində televizoru, cəmi 650 manat məbləğində özgə əmlakını gizli olaraq talamaq istəmiş, həmin vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs4 evə gəldiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin avqust ayının 9-da işləmək üçün Bakı şəhərinə gəlmiş, Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 1 ünvanda kirayədə yaşamışdır. Həmin zamanlarda maddi sıxıntılar keçirdiyi üçün kirayə yaşadığı mənzildə olan məişət əşyalarını satmaq qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin avqust ayının 12-də internet saytlarının birində məişət əşyaları alan elanı tapmış və ona zəng edərək işlənmiş kondisioner satdığını demiş, razılaşdıqdan sonra Zərərçəkmiş şəxs1 məxsus olan mənzildəki kondisioneri həmin şəxsə 55 manata satmışdır. Daha sonra yenə həmin üsulla 21 avqust 2022-ci il tarixdə soyuducunu 230 manata, divan və stol-stul dəstini 220 manata, paltaryuyanı isə 120 manata satmışdır. Həmin əşyaları satdığı şəxslərin kim olduğunu bilməmişdir, yəni onları əvvəlcədən tanımamışdır. Həmin əşyaları satdıqdan sonra 30 sentyabr 2022-ci il tarixdə oradan birdəfəlik çıxaraq yaşadığı Qəbələ rayonuna getmiş, orada yaşamağa başlamışdır. Bundan başqa, Qəbələ rayonu ərazisindən iki dəfə oğurluq etmiş, həmin oğurluğun hər ikisini həmkəndlisi Şahid5 ilə birikdə etmişdir. 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhəri Nizami rayonunda kirayədə yaşadığı binanın məhləsində olan zaman Zahidə maddi imkanı olmadığından və pula ehtiyacı olduğundan Qəbələ rayon Vəndam qəsəbə sakini Hilal adlı şəxsin evindən oğurluq edib pul əldə etməyi təklif etmiş, Zahid də onunla razılaşıqdan sonra birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən qohumu Çingizin evinin yaxınlığında olan Hilal adlı şəxsin evinin qarşısına getmiş, hər ikisi həyətə divardan aşmaqla daxil olmuşlar. Zahid balkondan çıxaraq evin pəncərəsini açmış, daha sonra pəncərədən içəri daxil olub evdən qiymətli əşya va pul axtarmağa başlamışlar. Lakin pul və qızıl-ziynət əşyaları tapa bilməmişlər. Evdə ikisi “LG” markalı olmaqla 3 ədǝd televizoru, daha sonra qutunun içərisində olan proyektoru, səsgücləndiriciləri, bir ədəd durbini və bir ədəd də visikini içkisini götürüb yaxınlıqda olan tanımadığı qonşunun həyətinə yığmışlar. Həmin həyətdə yaşayış olmadığını əvvəldən bilmişdir. Daha sonra Zahid həmin yerə taksi çağırmış, oğurladıqları əşyaları taksiyə yığaraq ünvan 2 ünvanına aparmışlar. Həmin əmlakları oğurladıqdan sonra səhərisi gün internet vasitəsi ilə televizor alan şəxslərin nömrələrini taparaq onlara zəng etmiş, nəticədə 3 ədəd televizoru yaşadığı evdə tanımadığı şəxsə 600 manata satmışlar. Televizoru alan şəxslər həmin televizorun oğurluq olduğunu bilməmişlər. Əldə etdikləri 600 manatı 300-300 manat olmaqla Zahidlǝ aralarında bölmüşlər. Bundan təxminən 2 gün sonra səsgücləndiricləri 200 manata satmışdır. Həmin puldan Zahidə verməmişdir. Viski içkisini özü içmiş, yerdə qalan durbin və proyektoru isə Rüstəm Rüstəmov küçəsində yaşadığı binanın zirzəmisində saxlamışdır. Bundan təxminən 10 gün sonra o, Zahidə məlumat verərək Qəbələ rayonunun Vəndam qəsəbəsində qohumu Çingiz Hidayatovun evinin boş olduğunu, evdə qızıl-ziynət əşyaları olduğunu demiş, yenidən oğurluq etmək üçün birlikdə Qəbələ rayonuna getmişlər. Çingizin həyətinə divardan aşmaqla daxil olub sonra evin qarşısında olan zirzəmidən evə daxil olmuşlar. Evdən müxtəlif adda qızıl-ziynət əşyalarını oğurlayaraq birlikdə evdən çıxmış və Bakı şəhərinə qayıtmışlar. “20 Yanvar” metrostansiyasının içərisində olan qızıl dükanına həmin qızıl-zinət əşyalarını 680 manata satıb həmin pulu da yarı yarıya bölmüşlər. Bunan başqa, Zahid 2022-ci ilin sentyabr ayında işləmək üçün Bakı şəhərinə gəlmiş və onu Buzovna qəsəbəsində tikintisi başa çatmamış evlərdən birinə aparmış, Zahid orada bir neçə gün qalmışdır. 29 sentyabr 2022-ci il tarixdə Zahid ona həmin evin qonşuluğunda yerləşən evdə yaşayış olmadığını deyib oradan oğurluq etməyi təklif etmiş və onlar həmin evdən qızıl, pul və ya qiymətli hər hansı bir əşya oğurlamaq üçün evə daxil olmağı qərarlaşdırmışlar. Bu məqsədlə evin həyətinə hasardan aşmaqla düşmüşlər. Zahid evin arxa tərəfindən yerləşən pəncərənin dəmir barmaqlığını çıxarmış və evə daxil olmuşdur. O, evə girmək istədikdə evin qarşı tərəfindən səs-küy gəldiyini eşidib evə girməmişdir. Ətrafa baxıb hasardan tullanaraq Zahidin qaldığı yarımçıq tikiliyə getmiş, tikilinin 3-ü mərtəbəsinə çıxıb baxdıqda həmin evə bir neçə nəfərin daxil olduğunu görmüşdür. Ona görə də oradan çıxıb 1 manatlıq taksi ilə yaşadığı evə getmişdir. Zahidin aqibətindən, orada nə baş verməsindən məlumatı olmamışdır. 19 oktyabr 2022-ci il tarixdə Nizami rayonu R.Rüstəmov küçəsi ev 76 mənzil 107 ünvanında olarkən bir neçə polis işçisi evə daxil olmuş, polislərin onu tutmamaları və qorxmaları üçün masanın üzərində olan bıçaqla öz qarın nahiyəsinə xəsarət yetirmişdir. Buna baxmayaraq polislər onu tutub xəstəxanaya aparmış, xəstəxanada həkimlər ona tibbi yardım göstərmiş, vəziyyəti yaxşı olduqdan sonra Qəbələ rayonu ərazisində etdiyi oğurluq cinayətinə görə Qəbələ rayonundan polislər gəlib onu rayona aparmışlar. Törətdiyi əməlləri etiraf edir və peşmançılıq çəkir, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəyərək onunla barışıq əldə etmişdir, hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəyərək onunla barışmağa cəhd etmiş, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı isə ödəyərək onunla barışıq əldə etmişdir, hazırda onun da ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, lakin maddi imkanı olmadığı üçün digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ünvan 3 ünvanında yerləşən evini tanışı vasitəsi ilə onun qohumu Təqsirləndirilən şəxs yaşaması üçün kirayəyə vermişdir. 12 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək olan müddət ərzində Rusif həmin evdə olan ona məxsus müxtəlif ev əşyalarını oğurlayaraq satmışdır. Belə ki, Rusif evdən 400 manat dəyərində 1 ədəd stol və 6 ədəd stuldan ibarət masa dəstini, 1 ədəd 800 manat dəyərində künc divanını, 1 ədəd 600 manat dəyərində “LG” markalı soyuducunu, 1 ədəd 650 manat dəyərində “Samsung” markalı 108 diaqonallı televizoru, 1 ədəd 400 manat dəyərində “LG” markalı paltaryuyanı, 1 ədəd 650 manat dəyərində “Opman” markalı 40 kv.metrlik kondisioneri oğurlayaraq satmışdır. Həmin oğurluq nəticəsində ona 3500 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs1 27 oktyabr 2023-cü il tarixdə məhkəməyə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və ya digər tələbinin olmadığını, ona dəymiş ziyanın qismən ödənildiyini, səhhəti ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməməyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini, Təqsirləndirilən şəxs hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində bir neçə il bundan əvvəl torpaq sahəsi alıb orada hǝyǝt evindən ibarət 2 mərtəbəli yaşayış evi inşa etdirmiş və aradabir Bakı şəhərindən gələrək həmin evdə yaşamışdır. Həmin evdə daimi yaşayış olmamışdır. 17 sentyabr 2022-ci il tarixdə evinə gələndə 1000 manat dəyərində aldığı 50 diaqonalında “Samsung” markalı plazma televizorun yenidən sökülərək götürüldüyünü görmüş, 370 manata aldığı 32 diaqonalında “LG” markalı plazma telelevizorun, evin ikinci mərtəbəsindəki birinci yataq otağında olan 2021-ci ilin dekabr ayında 500 manata aldığı digər 32 diaqonalında “LG” markalı televizorun, evin 2-ci mərtəbəsinin dəhlizində “JBL” markalı 2000 manat dəyəri olan səs ucaldan aparatların, digər ikinci yataq otağındakı 350 manat dəyərində olan “Optoma” markalı proyektorun, 100 manat dəyərində olan durbinin, 200 manat dəyəri olan “İrishman” markalı içkinin, 500 manat dəyəri olan “Mitsibushi” markalı avtomobilə aid maqintafonun yerində olmadığını, yəni oğurlandığını müəyyən etmiş və bu barədə dərhal Qəbələ RPŞ-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2000 manat ziyan dəymişdir. Bu ziyanın 1000 manatı ödənilmiş, yerdə qalan 1000 manatı isə ödənilməmişdir. Həmin məbləğin ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 11 may 2023-cü il tarixdə məhkəməyə Ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş 1000 (min) manat məbləğində qalıq zərərin ödənilməsini ondan tələb etdiyini, işi ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməməyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini, Təqsirləndirilən şəxs hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində qardaşı oğlu onu çağıraraq Buzovna qəsəbəsi Zuğulba prospektində yerləşən ona məxsus yaşayış olmayan evin arxa tərəfindəki pəncərənin dəmir barmaqlığının çıxarıldığını bildirmişdir. Qardaşları Rabil, Zabil və oğlu Səid ilə birlikdə evdən hər hansı bir oğurluq hadisəsi baş veribverməməsini müəyyən etmək məqsədi ilə çıxıb həmin evə getmişlər. Onlar bayırda dayanıb onu gözləmiş, evin giriş qapısını açarla açıb içəri daxil olduqda tanımadığı bir nəfər, adı sonradan mənə məlum olan X4 qapının arxa tərəfindən çıxaraq əlindəki bıçaqla onun sol qarın nahiyəsinə vurmuş, Zahidin bıçaqla onu vurmasına haxmayaraq həmin vaxt bunu hiss etməmiş, bıçağı görməmişdir. Onunla əlbəyaxa olduqda təkrar 2 dəfə qarın nahiyəsinə vurmuşdur. Əynində ağ rəngli köynək olduğu üçün üzərində qan ləkələri gördükdə artıq Zahidin onu bıçaqla vurduğunu bilmiş, bu səbəbdən onu kənara itələmiş, özü isə yerə yıxılmışdır. Mübahisə zamanı eyni zamanda da qışqıraraq kömək çağırmış, yerə yıxılı vəziyətdə olmasına baxmayaraq Zahid əlində bıçalqa üstünə gəlmiş, özünü qorumaq üçün ayağa durmuş, yenə də əlbəyaxa olmuşlar. Hər ikisi evdə olan taxtın üstünə yıxılmış, ayaqları ilə onu təpikləməyə başlamış, bu zaman Zahid bıçaqla bir neçə dəfə baldır, bud, diz nahiyələrinə xəsarətlər yetirmişdir. Bundan sonra səs-küyə qardaşları gəlmiş, Zahidi tutub saxlamış, onu isə taksi ilə xəstəxanaya aparmışlar. Həmin vaxt Zahid dostu Rusif adlı şəxslə gəldiyini, bu evə onu Rusifin gətirdiyini demişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Zərərçəkmiş şəxs4 11 may 2023-cü il tarixdə məhkəməyə Ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş 1500 (min beş yüz) manat məbləğində ziyanın ödənilməsini tələb etdiyini, törətdiyi əmələ görə Təqsirləndirilən şəxs ağır cəza verilməsini tələb etdiyini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş və mobil telefon vasitəsilə əlaqə saxlanılmış Zərərçəkmiş şəxs3 Əbşirim oğlu 15 may 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, öna dəymiş ziyanın ödənilməsini təsdiq etdiyini, heç bir şikayətinin və ya digər tələbinin olmasını, Mirzəliyev Rusif Aydın oğluna cəzanın verilibverilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, hal-hazırda rayonda yaşadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyini göstərmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Həmin zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Əbşirim oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, yaşadığı Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evdən 01 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində, daha dəqiq 04 sentyabr 2022-ci il tarixdə oğurluq hadisəsi baş vermişdir. Belə ki, 04 sentyabr 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində ailə üzvləri “Düymə” adlı istirahət mərkəzinin yuxarı hissəsinə dağlıq çay sahəsinə istirahət etmək üçün getmişlər. Qudası İsbəndiyar da Vəndam qəsəbə sakinidir, İsbəndiyar oğlu Elnur qızları Zümrüd və Bahar, öz arvadı Saqibə, öz qızı Gülü adlı şəxslə birlikdə gəlmişdir. 17 sentyabr 2022-ci il tarixdə oğlu Röyal evdən oğurluq hadisəsi baş verdiyini ona demişdir. Belə ki, yaşadığı evin yataq otağında yerləşən termo dəstinin alt hissəsində qutuda saxladığı iki ədəd rus qızıl materialından olan hər ikisi 585 ayarlı, ayrı-ayrılıqda çəkiləri 3 qram və 3 qram olan sırğaların, bir ədəd rus qızılı materialından olan 585 ǝyarlı 6,3 qram çəkidə qolbağın, bir ədəd rus qızılı materialından olan 585 əyarlı 13 qram çəkidə boyunbağının, bir ədəd rus qızılı materialından olan 585 ayarlı 5 qram çəkidə halqa şəkilli üzüyün, bir ədəd rus qızılı materialından olan 583 əyarlı 4 qram çəkidə halqa şəkilli üzüyün, bir ədəd rus qızılı materialından olan 583 əyarlı təxminən 10 qram çəkidə halqa şəkilli 5 rubl qəpiyin yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Qeyd etdiyi qızıl-ziynət əşyalarından əlavə olaraq sadə 3 manat dəyərində alüminium materialından olan təxmini çəkisi 1 qram olan sırğa da həmin termonun daxılındən oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2753 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 15 may 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmamasını, dəymiş ziyanın ödənilməsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, hazırda rayonda yaşadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən ikinci əl malların alışı və satışı adlanan yerin qarşısında idarə etdiyi “Opel” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı maşınla taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin avqust ayında qeyd etdiyi yerdə maşında dayanıb müştəri gözləyərkən həmin yerdə olan obyektin müdürü Babək adlı şəxs istifadə etdiyi telefona zəng vurub ***-***-**-** nömrəsini verərək soyuducu satıldığını və gedib baxmasını demiş, həmin nömrəyə zəng vurduqda özünü Rusif kimi təqdim edən şəxs hazırda Nizami rayonu R.Rüstəmov küçəsi ev 76 mənzil 107 üvanında yaşadığını demişdir. Ünvana getdikdə həmin şəxs onu evə dəvət etmiş, evdə olan 1 ədəd soyuducunu göstərib satmaq istədiyini bildirmişdir. Soyuducuya baxmış, internetdə qoyulan soyuducu olmadığını görmüş, ona görə də həmin şəxsə soyuducunu 200 manata ala biləcəyini demişdir. O, övladının xəstə olduğunu, müalicəsi üçün pul lazım olduğuna görə məcbur olub özünə məxsus həmin soyuducunu satdığını bildirdiyi üçün bunları nəzərə alıb 230 manata razılaşmışdır. Soyuducunu maşının yük yerinə qoyaraq qeyd etdiyi obyektə aparıb obyektin icarədarı Babəkə təhvil vermiş, o da xidmət haqqına görə ona 10 manat vermişdir. Sonradan Nizami RPİ-nin işçiləri ona Təqsirləndirilən şəxs həmin soyuducunu oğurlayaraq satdığını demişlər. Məhkəmə iclasında şahid qismində dindirilən – Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirləndirilən və hazırda Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Şahid5 Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, hal-hazırda Bakı şəhəri Azadlıq prospekti 19 ünvanında yerləşən "Proektor.Az" adlı mağazada proektorların və səs-sistemlərinin alqısatqısı ilə məşğul olur. Bu işlə 10 ildən artqı müddətdir ki, məşğul olduğu üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini “Tap.az” saytında yerləşdirmişdir ki, müştəri olduğu təqdirdə mobil telefon nömrəmə zəng vurub bu barədə məlumat versin. 01 sentyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən tanımadığı naməlum şəxs “WhatApp” sosial şəbəkəsində ona yazaraq, eləcə də səs göndərərək onda satılası səs gücləndirici aparat olduğunu bildirib onu alıb-almamasını soruşmuş, səs-gücləndiricinin fotoşəkilini də mobil telefona göndərib hansı qiymətə almasını soruşmuşdur. Həmin səs gücləndiricini almaq üçün ona 200 manat təklif etsə də, o, qiymətdə razılaşmamış, sonda həmin şəxslə 250-300 manat arası qiymətə razılaşmışdır. Bundan sonra həmin şəxs ona satası olduğu səsgücləndiricini özü tərəfindən idarə etdiyi köhnə şəkildə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi boz rəngli minik avtomobili ilə mağazaya gətirmiş, onda televizorlar olduğunu, lakin həmin televizorları başqa şəxsə satdığını, bundan başqa, 1 ədəd proyektor olduğunu və onu da satmaq istədiyini deyərək fotoşəkilini göndərmişdir. Lakin həmin proyektor Çin istehsalı olduğu üçün onu bəyənməyǝrǝk almamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Bakı şəhəri, “20 Yanvar” yeraltı keçid ticarət mərkəzində yerləşən qızıl mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla heç bir münasibəti olmamışdır. İşlədiyi mağazaya Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş çəkisi 6,4 qram olan qızıl-ziynət əşyasını 410 manata, çəkisi 6,5 qram olan qızıl-ziynət əşyasını isə 360 manata almış, lakin həmin qızıl-ziynət əşyalarının nədən ibarət olduğunu tam olaraq xatıramır, onların oğurluq olmasından məlumatı olmamışdır. Onları da lom şəklində “Moskva Univermağı”nda tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Allaverən oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Bakı şəhəri Q.Qarayev prospekti 39 ünvanında yerləşən məişət avadanlıqlarının alqı-satqısı məntəqəsinin müdiri işləyir, vətəndaşlardan istifadə olunmuş, köhnə və sair məişət avadanlıqlarını, o cümlədən soyuducu, paltaryuyan maşın, qaz sobası, kondisioneri istər məntəqədə, istərsə də vətəndaşların müraciəti ilə onların mənzillərinə gedib satmaq istədikləri avadanlıqlara baxıb alaraq məntəqəyə gətirir, sonradan onları digər alıcılara satırlar. 2022-ci ilin avqust ayının ortalarında internet vasitəsi ilə işlənmiş avadanlıqları onlayn vasitəsi ilə satan Nizami rayonu R.Rüstemov küçəsi ev 76, mənzil 107-də yaşayan şəxsin soyuducu satdığını bilmiş, ona görə də daim məntəqənin qarşısında dayanan taksi fəailyyəti ilə məşğul olan Şahid4 həmin ünvanı bildirib soyuducuya baxması və gedib oradan satılan soyuducunu alıb gətirməsini demişdir. Məzahir gedib ona dediyi ünvandan bir ədəd "LG" markalı soyuducunu alıb məntəqəyə gətirmiş və soyuducunu 230 (iki yüz) otuz manata aldığını demişdir. Ona həm soyuducuya görə 230 manat, zəhmət haqqı olaraq isə 10 manat vermişdir. Həmin soyuducu istifadəyə yararlı olduğu üçün onu 275 (iki yüz yetmiş) manata tanımadığı başqa müştəriyə satmış, soyuducunun oğlurluq olmasından məlumatı olmamışdır. İş materiallarından görünür ki, təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Rusif Mirzaılyev və Şahid5 ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı söyləməklə ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, iş üzrə əldə olunmuş maddi sübutlar zərərçəkmiş şəxslərə təhvil verilmişdir. İş materiallarında olan Ödəniş qəbzinin surətindən görünür ki, 08 oktyabr 2023-cü il tarixdə saat 18:47:52-də “Azərbaycan Beynəlxalq Bankı”na məxsus 16057 nömrəli terminalından “Milliön” elektron ödəmə sistemi vasitəsilə 1000,00 (bir min) manat ödənilmişdir (əməliyyat nömrəsi: ********** İBAR8 – **********). İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən 27 oktyabr 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış Ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Ona dəymiş ziyan qismən ödənilmişdir. Səhhəti ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməməyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasına etiraz etmir, Təqsirləndirilən şəxs hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən 11 may 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış Ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı ona dəymiş 1000 (min) manat məbləğində qalıq zərərin ödənilməsini öndan tələb edir, işi ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməməyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasına etiraz etmir, Təqsirləndirilən şəxs hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən 11 may 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış Ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir, ona dəymiş 1500 (min beş yüz) manat məbləğində ziyanın ödənilməsini tələb edir, törətdiyi əmələ görə Təqsirləndirilən şəxs ağır cəza verilməsini tələb edir, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. İş materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən 15 may 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, dəymiş ziyanın ödənilməsini təsdiq edir, Təqsirləndirilən şəxs hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır, hazırda rayonda yaşadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 9/7800 saylı, 02 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki: Zərərçəkmiş şəxs3 dəymiş ziyanın məbləği aşağıdakı kimidir: Bir ədəd qiyməti 240 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 3 qram çəkidə sırğa; Bir ədəd qiyməti 240 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 3 qram çəkidə sırğa; Bir ədəd qiyməti 504 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 6,3 qram çəkidə qolbağı; Bir ədəd qiyməti 1040 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 13 qram çəkidə boyunbağı; Bir ədəd qiyməti 400 manat təşkil edən rus qızılı materialından olan 585 əyarlı 5 qram çəkidə halqa şəkilli üzük; Bir ədəd qiyməti 320 manat təşkil edən rus qızılı materialından olan 583 əyarlı 4 qram çəkidə halqa şəkilli üzük; Bir ədəd qiyməti 800 manat təşkil edən rus qızılı materialından olan 583 əyarlı 10 qram çəkidə halqa şəkilli 5 rubl qəpik; Bir ədəd qiyməti 20 manat təşkil edən sadə alüminium materialından olan təxmini çəkisi 1 qram olan sırğa. Ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-ziynət əşyalarının 2022-ci ilin sentyabr ayına nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3564,0 manat müəyyən edilir. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın məbləği aşağıdakı kimidir: Bir ədəd qiyməti 220 manat olan 2019-cu il istehsallı, 32 sm dioqanallı “LG” markalı televizor; Bir ədəd qiyməti 270 manat olan 2001-ci il istehsallı, 32 sm dioqanallı “LG” markalı televizor; Bir ədəd qiyməti 120 manat olan 2012-ci il istehsallı 50 sm dioqanallı “Samsung” markalı televizor; Bir ədəd qiyməti 300 manat olan “Optima M 5” markalı “Led” proyektor; Bir ədəd qiyməti 850 manat olan “BAR 5.1” markalı səsucaldan aparat; Bir ədəd qiyməti 250 manat olan “Mitsubishi” markalı maqintafon; Bir ədəd qiyməti 60 manat olan “Canon” markalı durbin; Bir ədəd qiyməti 100 manat olan “İrişman” markalı 750 ml miqdarda viski içkisi. Ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-ziynət əşyalarının 2022-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2170,0 manat müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 12 iyun 2023-ci il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə inizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası indiki cəzaya tam birləşdirilərək qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmiş, 14 sentyabr 2016-cı il tarixdə cəzasının sonu azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə və 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, 26 dekabr 2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə tövsif edilmiş və 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 mart 2018-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 3500 (üç min beş yüz) manat miqdarda cərimə və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 09 sentyabr 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarı ilə 1 (bir) ay 19 (on doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, 28 oktyabr 2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmış, 29 yanvar 2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qərarı ilə hökmün icra müddəti keçdiyi üçün cəzasının qalan hissəsinin çəkilməsindən azad edilmiş, 23 fevral 2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxrılmış, barəsində Qəbələ RPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi 24 mart 2023-cü il tarixdə məhkəməyə göndərilmiş, barəsində Bakı şəhəri Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı 23 yanvar 2023-cü il tarixdə məhkəməyə göndərilmiş, barəsində Bakı şəhəri Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə istintaqı aparılan 230010044saylı cinayət işi 24 mart 2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzovun Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 177.2.2, 29.177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi, X2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2011-ci il tarixli 1(025)- 07/2011 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş və hazırda Qəbələ rayon İcra və Probasiya şöbəsinin qeydiyyatında olan Təqsirləndirilən şəxs ittiham hökmünün icra müddəti keçməsi ilə əlaqədar 3500 (üç min beş) manat cərimə cəzasının çəkilməmiş 2156 (iki min yüz əlli altı) manat 10 (on) qəpik hissəsindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusuna Qəbələ RPŞ-nin 23 fevral 23/3/-13-89/2-6722 saylı cavab məktundan görünür ki, Qəbələ rayonunun Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs3 Əbirişim oğlunun 17 sentyabr 2022-ci il tarixli müraciəti əsasında Qəbələ RPŞ-nin İB-də Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi başlanmış, həmin cinayət işi üzrə 22 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ********* nömrəli cinayət işi 24 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, Qəbələ RPŞ-nin İB-də Şahid5 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, X1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilmiş ********* nömrəli cinayət işi 05 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də həmin şəxslər barəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi və təkrarən oğurluğa cəhd etməsi cinayətlərini törətməsi məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərk peşmançılıq çəkməsini, zərərçəkmişlərin bir neçəsi ilə barışaraq maddi ziyanı birinə tam, ikisinə isə qismən ödəməsini və həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 23 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutların zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 200,00 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili X5 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının iibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 30 (otuz) iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatına görə 240,00 (iki yüz qırx) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 200,00 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240,00 (iki yüz qırx) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar