Məhkəmə qərarları › İş №1(003)-421/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-421/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-421/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(003)-7/2025 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 221.2.1-ci maddəsi ilə 01 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonunun Separadi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Mərdəkan qəsəbəsində bağlarda kirayədə yaşayan, 19 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, əynindəki paltarları yarı açıq vəziyyətdə alkoqollu içkinin təsiri altında sərxoş halda 02 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Stansiya Mərdəkan” adlanan ərazidə avtobus dayanacağındakı “Zəfəran" aptekin yanında ictimai yer olan küçədə olduğu vaxt oradan keçən istintaqla şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayan kişi cinsli şəxsin arxasınca dayanacaqdakı şəxslərin gözü qarşısında uca səslə söyüşlər söymüş, bunu görən, azyaşlı uşaqları ilə birlikdə orada piyada hərəkətdə olan Zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirib Təqsirləndirilən şəxs intizama dəvət edərək ictimai qaydanın pozulmasının qarşısını almaqla ona ətrafdakı şəxslərdən utanmasını deyib təhqiramiz ifadələrini dayandırması kimi haqlı iradını bildirmiş, lakin buna məhəl qoymayan Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaradıb qarşılıqlı münasibətlərinin pozulması zəmnində Zərərçəkmiş şəxs tərəf sürətlə gələrək xuliqanlıq hərəkətlərinin davamı olaraq ona müqavimət göstərməklə ictimai yerdə azyaşlı uşaqlarının və oradakı digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs da ünvanına uca səslə təhqiramiz ifadələr işlədib qarşılıqlı davranış, əxlaq və mənəviyyat normalarına əməl etmədən xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə özünün müstəsna şəxsiyyət olmasını digərlərindən əsaslı fərqlənməsini göstərməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs itələyib yerə yıxaraq onun baş nahiyəsindən yumruq zərbələri ilə bir neçə dəfə vurub zor tətbiq edərək ona alın nahiyəsinin sıyrığı, sol gicgah nahiyəsinin fluktasiyaedici hematoması, sağ gözün bayır bucağının əzilmiş yarası ilə nəticələnən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ictimai qaydanın pozulmasının qarşısını alan şəxs kimi müqavimət göstərməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər xuliqanlıq cinayətinə görə məhkum olunmuşdur. Xəzər rayonu Mərdəkan qəsəbəsində müxtəlif ünvanlarda tək və ya dotlarından kimləsə kirayədə yaşayır, tikinti işlərində fəhləlik edir. Əvvəllər spirtli içki aludəçisi olmuşdur. Lakin son 2 ilə yaxındır ki, spirtli içki çox az hallarda qəbul edir. 02 yanvar 2025-ci il tarixdə evində problem olduğu üçün, yəni anası ağır xəstə olduğu üçün fikirli olmuşdur. Marketdən spirtli içki alıb Mərdəkanda parkda içmişdir. Mərdəkan qəsəbəsi “Stansiya” adlanan ərazidə yadında qalmayan tanımadığı bir şəxslə mübahisə etmişdir. Həmin vaxtı içkili və evində problem olduğu üçün əsəbi olmuşdur. Ətrafda kimlərin olduğu yadında deyil. Sərxoş olduğundan özündə olmamışdır. Nalayiq ifadə işlətməyi yadında qalmayıb. Zərərçəkmiş şəxs əsəbi olduğu üçün asta şəkildə əli ilə itələmişdir. Məqsədi ona ağır xəsarət yetirmək olmayıb. İçkili və əsəbi olduğu üçün aqressiv şəkildə qadına əl qaldırmışdır. Əməlindən peşmandır, zərər çəkmiş şəxsdən etdiyi hərəkətə görə dəfəlrlə üzr istəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 02 yanvar 2025-ci il tarixdə axşam saatlarında övladları ilə birlikdə Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə piyada hərəkət edən zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs əynində paltarı yarı açıq vəziyyətdə nalayiq ifadələr işlədə-işlədə kiminsə dalınca uca səslə söyüşlər söyürdü. Bu zaman ətrafda çoxlu insan var idi və o həmin şəxsə öz iradını bildirmişdir ki, "yanında azyaşlı uşaqlar var və ətrafda da insanlar var niyə uca səslə nalayiq söyüşlər söyürsən?". Elvar ona tərəf sürətli yerişlə gəlib onu “Zəfəran" aptekin yanında itələyərək uşaqlarının gözü önündə yerə yıxmış, yumruqla başından zərbələr endirmişdir. Zərbələrdən huşunu itirmiş və ətrafda olan insanlar ona köməyə gəlmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, Elvara qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid bildirmişdir ki, 02 yanvar 2025-ci il tarixdə axşam saatlarında işdən evə gedən zaman Xəzər rayonu Mərdəkan qəsəbəsi “Stansiya” adlanan ərazidə kiminsə içkili halda nalayiq söyüşlər söydüyünü eşidib, bir nəfər içkili şəxsin qadının üzərinə qaçaraq hücum etdiyini görmüşdür. Həmin şəxs qadını itələyib yerə yıxmış və əli ilə onun sifətindən yumruqla vurmuşdur. Ətrafdakı şəxslər köməyə gələrək həmin şəxsi əl-qolundan tutub qadından uzaqlaşdırmışdır. Ətrafda tanımadığı şəxslər olmuşdur. Həmin şəxsin əlində kəsici-deşici əşya olmamışdır. Onu ətrafdakı şəxslərin köməyi ilə oradan uzaqlaşdıran kimi DİN-nin 102 xidmətinə zəng edib polis çağırmış, lakin həmin şəxs yaranmış pərakəndə vəziyyətdən istifadə edib hadisə yerindən qaçmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2025-ci il tarixli, 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin sıyrığı, sol gicgah nahiyəsinin fluktasiyaedici hematoması, sağ gözün bayır bucağının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 5-6 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(003)-7/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(003)-7/2025 nömrəli hökmü ilə 01 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etməsi cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 221.2.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi cinayəti səmimi etiraf edib peşman olması, himayəsində iki azyaşlı uşağının olması və zərər çəkmiş şəxslə barışıq əldə edərək, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasıdır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir (CM-nin 16-cı maddəsinə əsasən CM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir). Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq bundan nəticə çıxarmayıb cəza çəkdiyi dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzalar toplanarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulur) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(003)-7/2025 nömrəli hökmünə əsasən CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, CM-nin 66.5-ci maddəsinə əsasən (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır) cinayətlərin məcmusu üzrə həmin cəzanın hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmasını, birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını, CM-nin 69.3-cü maddəsinə (hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır) əsasən birinci iş üzrə şübhəli şəxs qismində və həbsdə saxlandığı, eləcə də birinci hökmə əsasən çəkilmiş cəza müddətinin cinayətlərin məcmusu qaydasında təyin olunan qəti cəzadan çıxılmasını, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 06 avqust 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(003)-7/2025 nömrəli hökmünə əsasən CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulma hesabı ilə hesablanmaqla 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Birinci hökmə əsasən çəkilmiş 1 (bir) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulma hesabı ilə hesablanmaqla 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablansın. CM-nin 69.3-cü maddəsinə əsasən birinci iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 20 (iyirmi) gün, cəmi 21 gün, eləcə də birinci hökmə əsasən çəkilmiş cəza müddəti, yəni ümumilikidə 1 (bir) ay 16 (on altı) gün müddət təyin olunan qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 06 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar