Məhkəmə qərarları › İş №1(003)-425/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-425/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-425/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi ev 70A-da yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-126/2023 saylı 04 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin oktyabr ayının ortalarından 2023-cü ilin yanvar ayının sonlarına qədər olan müddət ərzində Zərərçəkmiş şəxsnn yşadığı ünvan 1 ünvanında yerləşən fərdi evinə qapını açmaqla qanunsuz daxil olaraq oradan 30 manat dəyərində olan 1 ədəd intenet modemini, 20 manat dəyərində olan istifadə olnmuş 1 ədəd qol saatını, 20 manat dəyərində olan istifadə olunmuş 1 ədəd “Sitizen” markalı qol saatını, 15 manat dəyərində, 1 ədəd istifadə olunmuş “Kumtel” markalı 2 spiiallı elektrik qızdırıcısını, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində 2 ədəd istifadə edilməmiş 1,77x3 m ölçüdə xalçanı, hər biri 13 manat qiymətində olmaqla ümumilikdə 26 manat dəyərinə istifadə olunmuş bagema güldanlarını, 5 manat dəyərində 1 ədəd istifadə edilmiş elektron tərəzini, 15 manat dəyərində 1 ədəd istifadə olunmuş tüneri, 50 manat dəyərində 1 ədəd 48 ölçüdə istifadə olunmuş “Gigıdı” markalı kişi kostyum dəstini, 10 manat dəyərində 1 ədəd istifadə olunmuş qalstuku, 550 manat dəyərində 1 ədəd istifadə olunmuş “VMF” markalı qol saatını, 250 manat dəyərində 1 ədəd istifadə olunmuş elektrik ətçəkənini, 300 manat dəyərində 1 ədəd istifadə olunmuş elektrik şirəçəkənini, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində olan 3 ədəd böyük ölçülü alüminium metaldan olan qazanı, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd istifadə olunmuş stolustü çilçırağı, 150 manat dəyərində olan 1 ədəd istifadə olunmuş saç qurudan feni, 240 manat dəyərində 1 ədəd gümüş boyunbağını, 30 manat dəyərində 1 ədəd gümüş klonu, 50 manat dəyərində 1 ədəd kişi köynəyini götürməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 2611 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, əvvəllər bir dəfə narkotik vasitələri qanunsuz olaraq əldə edib saxladığına görə azadlığın məhdədlaşdırılması cəzasına məhkum edilmişdir. Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi ev 70A ünvanında atası ilə birlikdə yaşayır və yenə də narkotik vasitələrdən istifadə edir. Yaşadığı evin həyətində qardaşı Cavanşir Rzayevin həyat yoldaşı Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə yaşadğı ev vardır. Cavanşir həbs olunandan sonra Raifə övladları ilə bilrikdə özünün atasının yanında yaşayır və ara-sıra öz evlərinə gəlib- gedərək nəzarət edir. O, işləmədiyi və gündəlik narkotik vasitə almağa pul əldə etmək etmək üçün oğurluq etmək niyyətinə düşərək 2022-ci ilin oktyabr ayında dəqiq xatırlmadağı tarixdən başlayaraq sonuncu dəfə 2023-cü ilin yanvar ayının ortalarınıdakı dəqiq xatırlamadığı tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda Cavanşirin evinin qapısını özünün evinin açarı ilə açaraq içəri daxil olub oradan 1 ədəd “Orient” markalı qol saatı, 1 ədəd “Sitizen” markalı qol saatı, 1 ədəd ət çəkən maşın, 1 ədəd şirəçəkən maşın, 3 ədəd qazan, 2 ədəd çilçıraq, 1 ədəd qarışdırıcı, 1 ədəd saş qurudan fen, 1 ədəd tok peçi, 2 ədəd xalça, 2 ədəd güldan, 1 ədəd elektron tərəzi, 1 ədəd tüner, 1 ədəd internet modemi, 1 ədəd gümüş sep, 1 ədəd gümüş klon və geyim əşyalarını, həmçinin hazırda xatırlmadığı digər əşyaları götürüb satmış və əldə etdiy pulları özünün ehtiyaclarına, o cümlədən narkotik vaistələrin əldə olunmasına xərcləmişdir. Cavanşirin evindən ilk dəfə modem oğurlamış və bunu atası bilib Raifəyə də xəbər vermişdir. O, atasına və Raifəyə bir daha oğurluq etməcəyini söz versə də, sonradan yenə də yuxarıda göstərilən əşyaları oğurlamışdır. Sonuncu dəfə atası yenə də bundan xəbər tutmuş və Raifəyə xəbər verdikdən sonra Raifə bu barədə şikayət etmişdir. Oğurladığı əşyaları satmış olduğu şəxslərin heç birini tanımır, bu əşyaları həmin şəxslərə özünə məxsus olduğu kim təqdim etdiyinə görə həmin şəxslər aldıqlar əşyaları onun oğurladığını bilməmişlər. Əməlindən peşmandır, ziyanı ödəməsə də, Raifə ilə barışıq əldə etmişdir, hazırda Raifənin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 12 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxsə cəza verilməsini istəməməsini, hazırda Bakı şəhərindən kənarda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, həyat yoldaşı Cavanşir Rzayev və uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən edə yaşayır. Hazırda əri azadlıqdan məhrum olundğuna görə, o, uşaqları ilə birlikdə atası evində yaşayır. Ara-sıra öz evinə gedib nəzarət edir. Həmin evin açarının bir nüsxəsini onlarla eyni həyətdə ayrı evdə yaşayan qaynatası Şahid vermişdir ki, mütəmadi nəzarət etsin. Qaynı Təqsirləndirilən şəxs də qaynatası ilə bir evdə yaşayır. Bir müddət bundan əvvəl qaynatası ona Babəkin evdən oğurluq etdiyini bildirmişdir. O, evə gəlib 30 manat dəyərində 1 ədəd internet modeminin oğurlandığını aşkar etmiş və Babəkdən bu barədə soruşarkən Babək oğuruq etməsini etiraf edərək bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. 21 fevral 2023-cü il tarixdə qaynatası yenidən ona zəng edib Babəkin evdən oğurluq etdiyini xəbər verəndən sonra evə gələrkən aşkar etmişir ki, evdən 1 ədəd 20 il müddətində istifadə olunan 2000 manat dəyərində «Orient» markalı qol saatı, 1 ədəd 20 il müddətində istifadə olunan 1000 manat dəyərində «Sitizen» markalı qol saatı, 1 ədəd 550 manat dəyərində 5-6 ay müddətində istifadə olunan «VMF» markalı qol saatı, 250 manat dəyərində 1 ədəd 3-4 il müddətində istifadə olunan elektrik ətçəkən, 300 manat dəyərində olan 1 ədəd 3-4 il müddətində istifadə olunmuş elektrik şirəçəkən, hər biri 50 manat dəyərinlə olan 3 ədəd böyük ölçülü alüminium qazan, hər biri 50 manat dəyərində olan 2 ədəd 2-3 il müddətinə istifadə olunmuş stolüstü çilçıraq, 150 manat dəyərində olan 1 ədəd saç feni, 150 manat dəyərində olan 1 ədəd “Kumtel” markalı 2 spirallı elektrik qızdırıcısı, hər biri 150 manat dəyərində olan 2 ədəd bagema güldanı, 100 manat dəyərində olan 1 ədəd 2-4 il müddətinə istifadə olunmuş mikser, hər biri 300 manat dəyərində olan 2 ədəd istifadə olunmayan 1,7mX3m ölçüdə xalça, 50 manat dəyərində 1 ədəd istifadə olunmuş elektron tərəzi, 45 manat dəyərində 1 ədəd tüner, 240 manat dəyərində 1 ədəd gümüş boyunbağı, 30 manat dəyərində 1 ədəd gümüş klon, ərinə məxsus olan 250 manat dəyərində 1 ədəd 48 ölçüdə “Gıgılı” markalı kişi kostyum dəsti, 50 manat dəyərində 1 ədəd kişi köynəyi, 35 manat dəyərində 1 ədəd qalstuk oğurlanmışdır. Bundan sonra o, Xəzər RPİ-nin 1-ci PŞ-nə evindən oğurluq olması barədə ərizə vermişdir. Onu da əlavə olaraq bildirir ki, oğurlanmış əşyalarının ekspertza tərəfindən qiymətləndirilməsi ilə razılaşır, ərizəsində, izahat və ilkin ifadəsində “Oriyent” və “Sitizen” markalı saatların qızıl olmasını onların yalnız əqrəblərinin qızıl metalından olması ilə bağlı olaraq qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, oğlu ünvan 3 ünvanında yerləşən evdə yaşayır. Həmin evin həyətindəki digər evdə oğlu Cavanşir, gəlini Raifə və nəvələri yaşayır. Cavanşir 2020-ci ildə azadıqdan məhrum etmə cəzasına məhkum olunaraq hazırda cəza çəkir. Cavanşir həbs ediləndən sonra Raifə ilə nəvələri atası evində yaşayırlar. Lakin oğlunun və gəlininin əşyaları hamısı öz evndə qalmışdır. Raifə evə nəzarət etməsi üçün açarın birini ona vermişdir. 2022-ci ilin oktyabr ayının ortalarında xatırlamadığ tarixdə Babəkin Cavanşirin evindən 1 ədəd internet modeminin oğurladığını bilmiş və bu barədə Raifəyə xəbər vermişdir. O və Raifə Bəbəkdən bu barədə soruşarkən Babək oğurluğu etiraf edərək gələcəkdə bir daha oğurluq etməyəcəyinə söz vermişdir. lakin 2023-cü ilin fevral ayının 21-də növbəti dəfə Cavanşirin evinə baxarkən evdən bir neçə əşyaların oğurlandığını görüb bu barədə Raifəyə məlumat vermişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/2180 saylı 18 aprel 2023-cü il tarixli rəyində göstərilmişdir ki, 2022-ci ilin okytabr ayından 2023-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində istismar intensivliy, orta bazar qiymətləri və ümumi dəyəri nəzəri hesablanma yolu ilə Raifə Rzaevanın evindən oğurlanmış 1 ədəd 20 il müddətinə istifadə olunan “Orifent” markalı qol saatı 20 manat, 1 ədəd 20 il müddətinə istifadə olunan “Sitizen” markalı qol saatı 20 manat, 1 ədəd 2-3 il müddətinə istifadə olunmuş “Kumtel” markalı 2 spirallı elektrik qızdırıcısının qiyməti 15 manat, istifadə olunmayan 1,7X3 m ölçüdə xalçaların 1 ədədinin qiyməti 300 manat, 2 ədədinin qiyməti 600 manat, istifadə olunmuş 2 litr həcmli bagema güldanların 1 ədədinin qiyməti 13 manat, 2 ədədinin qiyməti 26 manat, 1 ədəd elektron tərəzinin qiyməti 5 manat, 1 ədəd tünerin qiyməti 15 manat, 1 ədəd 48 ölçüdə “Gigıdı” markalı kişi kostyum dəstinin qiyməti 50 manat, 1 ədəd qalstukun qiyməti 10 manat müyyən edilir, lakin 1 ədəd 5-6 ay müddətində istifad olunmuş “VMF” markalı qol saatının, 1 ədəd 3-4 il müddətinə istifadə olunmuş elektrik ətçəkəninin, 1 ədəd 3-4 il müddətinə istifadə olunmuş elektrik şirəçəkənin, 3 ədəd böyük ölçülü alüminium metaldan olan qazanın, 2 ədəd 2-3 il müddətində istifadə olunmuş stolustü çılçırağın, 1 ədəd istifadə olunmuş saç qurudan fenin, 1 ədəd intenet modeminin, 1 ədəd gümüş boyunbağının, 1 ədəd gümüş klonun və 1 ədəd kişi köynəyinin qiyməti müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 12 iyul 2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyanın ödənilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 20 mart 2023-cü il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın mədudlaşdırlması cəzasına məhum olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona cəza təyin edilməməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 03 mart 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə baxışı zamanı 15 saat) ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar