Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-426/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Süleymanova (Hüseynova) Ruslanə Nemət qızının, Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 28 fevral 2017-ci il tarixdən başlayaraq 29 iyul 2007-ci il tarixdə anadan olmuş X6, 25 aprel 2009-cu il tarixdə anadan olmuş X7 və 25 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 120,00 manat, ümumilikdə 360,00 manat məbləğində alimentin tutularaq Süleymanova (Hüseynova) Ruslanə Nemət qızına ödənilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(003)-1586/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 3(003)-1224/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 08 noyabr 2021-ci il və 09 sentyabr 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 sentyabr 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Süleymanova (Hüseynova) Ruslanə Nemət qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 19440,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəkəmə aktını qərəzli olaraq qəsdən icra etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, bir müddətdir ki, “üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla” diaqnozundan əziyyət çəkir və bu səbəbdəndə xəstəliyi ilə əlaqədar 31 oktyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək qeydiyyatda olduğu Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Müalicə almadığı vaxtlarda yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində işlənmiş politilen torbaları və işlənmiş plastik qabları yığaraq qəbul yerlərinə təhvil verərək gündəlik gəliri orta hesabla 10 (on) manat müqabilində təşkil edir. 2005-ci ilin iyul ayının 7-də X10 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları həmin ilin avqust ayının 4-də Şamaxı Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 29 iyul 2007-ci il tarixdə Amin adlı, 25 aprel 2009-cu il tarixdə Səid adlı və 25 avqust 2011-ci il tarixdə Gülmaya adlı üç övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Ruslanə Hüseynova ilə aralarında ailə münasibətlərinin pozulması zəminində o, 2016-cı ilin avqust ayında sonuncu ona heç bir söz demədən üç azyaşlı övladlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Ruslanə Hüseynova ondan boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən aralarında qeydə alınmış rəsmi nikahları pozularaq 28 fevral 2017-ci il tarixdən başlayaraq 29 iyul 2007-ci il tarixdə anadan olmuş Amin Hüseynovun, 25 aprel 2009-cu il tarixdə anadan olmuş Səid Hüseynovun və 25 avqust 2011-ci il tarixdə anadan olmuş Gülmaya Hüseynovanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 120,00 manat, ümumilikdə cəmi 360,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı X4 ödənilməsinə dair 30 iyun 2017-ci il tarixli, 2(003)-1586/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Ruslanə Hüseynovaya ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Ruslanə Hüseynovaya məhkəmə qətnaməsi üzrə 09 aprel 2018-ci il tarixədək alimentə görə borclu olduğu 4680,00 manat məbləğində pulu ödəmədiyi üçün icra şöbəsi tərəfindən barəsində toplanmış materiallar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş və barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtarandan sonra icra dövründə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə yenidən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə olaraq Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən aidiyyəti üzrə məhkəmənin qərarı ilə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Keçmiş həyat yoldaşı Ruslanə Hüseynovaya məhkəmə qətnaməsi üzrə alimentə görə heç bir ödəniş etməmiş və məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlb edilənədək 4680,00 manat, cinayət məsuliyyətinə cəlb olunduqdan sonra isə 19440,00 manat, 21 sentyabr 2022-ci il tarixədək ümumilikdə 24120,00 manat aliment borcu yaranmışdır. O, alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Ruslanə Hüseynovaya tam olaraq ödəməməyinə səbəb xəstəliyi ilə əlaqədar bir müddət işsiz olmağı və sonuncunun üç azyaşlı uşaqları ilə görüşə icazə verməməsi üçün ödəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Süleymanova (Hüseynova) Ruslanə Nemət qızı bildirdi ki, o, 2005-ci ilin iyul ayının 7-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları həmin ilin avqust ayının 4-də Şamaxı Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşdıqları dövr ərzində qanuni nikahlarından 29 iyul 2007-ci il tarixdə Amin adlı, 25 aprel 2009-cu il tarixdə Səid adlı və 25 avqust 2011-ci il tarixdə Gülmaya adlı üç övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması zəminində sonuncu övladlarının taleyi ilə maraqlanmadığı üçün o, məcburiyyət qarşısında qalaraq 2016-cı ilin avqust ayında üç azyaşlı övladlarını götürüb gəlin getdiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir ata kimi azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq sonuncudan boşanmağa görə və az yaşlı övladlarını saxlamaqdan ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan rayon məhkəməsi tərəfindən aralarında qeydə alınmış rəsmi nikahları ləğv olunaraq 28 fevral 2017-ci il tarixdən başlayaraq 29 iyul 2007-ci il tarixdə anadan olmuş X6, 25 aprel 2009-cu il tarixdə anadan olmuş X7 və 25 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 120,00 manat, ümumilikdə cəmi 360,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 30 iyun 2017-ci il tarixli, 2(003)-1586/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Bütün bunlara baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə ona 09 aprel 2018-ci il tarixədək alimentə görə borclu olduğu 4680,00 manat məbləğində pulu ödəmədiyi üçün barəsində toplanmış materiallar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş və istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarandan sonra alimentə görə borclu olduğu məbləği ona qərəzli olaraq ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə olaraq Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən aidiyyəti üzrə məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. O, məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə alimentə görə ona heç bir ödəniş etməmiş, 09 aprel 2018-ci il tarixədək alimentə görə borclu olduğu 4680,00 manat məbləğində pul daxil olmaqla 21 sentyabr 2022-ci il tarixədək ümumilikdə 24120,00 manat məbləğində qalıq borcu qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən yaranmış aliment borcundan ona heç bir məbləğ ödənilməmiş və hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(003)- 1586/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2017-ci il tarixdən başlayaraq 29 iyul 2007-ci il tarixdə anadan olmuş X6, 25 aprel 2009-cu il tarixdə anadan olmuş X8 və 25 avqust 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 120,00 manat, ümumilikdə 360,00 manat məbləğində alimentin tutularaq X4 ödənilməlidir. İcra vərəqəsi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq 13 iyul 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədində X6 adı qeyd olunmadığı üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(003)-1586/2017 saylı qərdadı ilə icra vərəqəsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq icra vərəqəsi verilmişdir. Borclu Təqsirləndirilən şəxs borcun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aliment ödəməkdən yayınmışdır. 08 noyabr 2017-ci il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 3(003)-798/2017 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 8(003)-58/2018 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu inzibati məsuliyyətə cəlb edildikdən sonra aliment ödəməkdən qərəzli olaraq yayınmağa davam etmiş və 09 aprel 2018-ci il tarixədək 4680,00 manat aliment borcu yaranmış və qeyd edilən tarixdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 1(003)- 8/2019 saylı hökmü ilə borclu Təqsirləndirilən şəxs bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Borclu Təqsirləndirilən şəxs cəzadan azad olunduqdan sonra dəfələrlə ünvanına xəbərdarlıqlar göndərilməsinə baxmayaraq çağırışlara şöbəyə gəlməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 3(003)-1224/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 21 oktyabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs işlə təmin olunması üçün Bakı Şəhəri Xəzər Rayon Məşğulluq Mərkəzinə müraciət olunması tələb edilməsinə baxmayaraq məşğulluq mərkəzinə müraciət etməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(003)-1586/2017 saylı qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(003)-1586/2017 saylı qətnaməsində yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq Təqsirləndirilən şəxs Ruslanə Hüseynovanın xeyrinə 29 iyul 2007-ci il təvəllüdlə Amin Hüseynovun, 25 aprel 2009-cu il təvəllüdlə Səid Hüseynovun və 25 avqust 2011-ci il təvəllüdlü Gülmayə Hüseynovanın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 28 fevral 2017-ci il tarixdən başlayaraq hər bir uşağa görə hər ay 120,00 manat, ümumilikdə cəmi 360,00 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti izah olunmaqla bir daha xəbərdarlıq edilmiş, lakin tələb yenidən icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs izahatında 880,00 manat məbləğində pulu iş üzrə tələbkar Zərərçəkmiş şəxs ödəniş etməsini qeyd etsə də, lakin ödənişlə bağlı hər hansı bir sənəd icra şöbəsinə təqdim etməmişdir. Borcun məcburi ödətdirilməsi üçün görülən tədbirlər nəticə verməmiş və cinayət məsuliyyətinə cəlb edildikdən sonra tələbkar Zərərçəkmiş şəxs Nemət qızına heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilənədək 4680,00 manat məbləğində, cinayət məsuliyyətinə cəlb olunduqdan sonra isə 19440,00 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(003)-3124/2017 saylı icra vərəqəsi üzrə ümumilikdə 24120,00 manat borcu yaranmışdır. Tələbkar ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən aliment borcunun tam olaraq ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 306.1 və 69.3-cü maddələrinə əsasən təqsirli bilinərək, barəsində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 2(003)-1586/2017 saylı, 30 iyun 2017-ci il tarixli icra sənədi üzrə tələbi icra etmədiyi üçün onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 3(003)-1224/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra Şöbəsinin (icra məmuru Şahid1) 21 oktyabr 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-1586/2017 saylı, 30 iyun 2017-ci il tarixli icra sənədi üzrə tələbin icrası məqsədi ilə Təqsirləndirilən şəxs “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən 10 gün müddətinə yeni icra müddəti təyin edilmişdir. Əks halda onun Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat veriləcəyi qeyd edilmişdir. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən 21 oktyabr 2021-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik X12 Hüquqi Şəxsi tərəfindən keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 3163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Prossesual fəaliyyət qabiliyyətlidir.Əmək qabiliyyətlidir, cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. İş materiallarına əlavə olunmuş 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129.1 və 129.2-ci maddələrinə əsasən “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsininAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, məhkəmə qərarlarının icra edilməməsi uzanan cinayətdir. Uzanan cinayət müəyyən cinayət tərkibinin uzun müddət ərzində fasiləsiz olaraq həyata keçirilməsində ifadə olunur və cinayət əməlinin törədilməsi ilə bitmir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012ci il tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırki İXM-nə əsasən 528.1-ci) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 2(003)-1586/2017 saylı, 30 iyun 2017-ci il tarixli icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra məmuru tərəfindən onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Xəzər rayon Məhkəməsinin 3(003)-1224/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından həmçinin görünür ki, Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən 21 oktyabr 2021-ci il tarixli bildiriş əsasında Xəzər rayon Məhkəməsinin 2(003)-1586/2017 saylı, 30 iyun 2017-ci il tarixli icra sənədi üzrə tələbin icrası məqsədi ilə Təqsirləndirilən şəxs “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən 10 gün müddətinə yeni icra müddəti təyin edilmişdir. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən 21 oktyabr 2021-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. Göründüyü kimi Xəzər rayon Məhkəməsinin 2(003)-1586/2017 saylı, 30 iyun 2017ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi üçün təyin edilmiş yeni icra müddəti 01 noyabr 2021-ci il tarixdə bitmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmilş yeni icra müddəti ərzində icra sənədi üzrə tələbin icrasından qərəzli olaraq yayınaraq, aliment borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə cinayət əməlinin törədilmə anı məhkəmə aktının icrası ilə bağlı qanunla müəyyən edilmiş müddət bitdiyi tarix, yəni 01 noyabr 2021-ci il tarixi hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən 01 noyabr 2021-ci il tarixdən etibarən icra sənədini yenidən qərəzli olaraq icra edilmədiyi müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsinə əsasən təqsirli bilinərək, barəsində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 01 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs islah edilməsi və cəzanın məqsədinə nail olmaq üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-426/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-426/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver