Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-427/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi yeni sahədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə saat 19 radələrində arvadı Şahid məxsus idarə etdiyi “X11 Prado” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi C.Əliyev küçəsi ilə Bakı-Pirallahı yolu istiqamətində 30 km/saat sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublkası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda heç bir tədbir görməyərək, Qanunun həmin maddəsinin tələblərini pozub, öz hərəkət istiqamətinə görə yolun sağ tərəfindən yolu keçmək istəyən piyada X3 avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun alın nahiyəsinin, burunun, sifətin sol yarısının, sağ və sol dirsək nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol dizin bayır səthinin, sol dizaltı çuxurun, sol baldırın bütün bayır-ön səthinin sıyrıqları, sağ qulaq seyvanının, sağ çənəaltı nahiyənin, sağ qoltuqaltı nahiyənin, sağ qalça darağı, proyeksiyasının qançırları, ağır travmatik və hemorragik şokla ilə müşayiət olunan kəskin daxili qanitirmə ilə nəticələnmiş dalağın cırılması, ağ ciyərlərin kontuziyası, iki tərəfli pnevmotoraks, periton arxası hematoma, arxa parietal peritonun cırılmış yarası, böyrəklərin kontuziyası və qansızması, sağ böyrəkətrafının hematoması kimi sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər alaraq 3 saylı Bakı şəhəri Kliniki Xəstəxanasına daxil olmasına və 22 may 2021-ci il tarixdə həmin xəstəxanada ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 187 saylı marşrut xəttində avtobus sürücüsü işləyir. Həyat yoldaşının adına 1996-cı ildə istehsal edilmiş “X11 Prado” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilə etibarnaməsi yoxdur, lakin işdən sonra hara getsə avtomobillə həyat yoldaşı ilə birgə gedir. Ona görə də etibarnaməyə ehtiyac da olmur. Onun “BE” “CE” “DE” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 21 may 2021-ci il tarixdə evə gəldikdən sonra Zirə qəsəbəsində olan “Araz” marketə gedib alış-veriş etməyi qərara almışlar. Saat 20 radələrində o, idarə etdiyi avtomobillə Zirə qəsəbəsi C.Əliyev küçəsində Bakı-Pirallahı avtomobil yolu istiqamətində hərəkətdə olduğu zaman, qarşısında hərəkət edən hündür bir avtomobil yolun sol tərəfində yerləşən “çay evi” istiqamətində dönmə əməliyyatı etmək üçün dayanmış, gələn maşına yol verdikdən sonra hərəkətini davam etdirmişdir. O da sonradan hərəkətini davam etdirmişdir. Təxminən 10-20 metr irəlilədikdən sonra, qəfildən yolda qaraltı görmüş, lakin tormozlama aparmağa da imkanı olmamış və avtomobilinin qabaq sağ hissəsi ilə həmin qaraltını vurmuşdur. Həyəcanlı şəkildə dərhal avtomobildən düşmüş və avtomobillə piyada, balaca bir uşaq vurduğunu görmüşdür. Zərbənin təsirindən uşaq onun hərəkət istiqamətinə görə yolun sağ tərəfinə yıxılmışdır. Anası da orada səkidə dayanmış və uşağın vurulduğunu görüb ağlamağa başlamışdır. Hadisə vaxtı avtomobildə olan həyat yoldaşı Şahid da avtomobildən düşmüş və onun maşınla uşaq vurduğunu görüb özündən getmişdir. O isə buna görə özünü itirmişdir. Hadisə vaxtı orada avtomobilini saxlayan tanımadığı şəxs həyat yoldaşına köməklik edəcəyini demiş, o isə uşağı avtomobilinə götürmüşdür. Uşağın anası da avtomobilinə əyləşmişdir. O, dərhal uşağı kənddə olan X13 Mərkəzinə aparmış, lakin orada avtomobil olmadığı üçün uşağı xəstəxanaya aparmaqdan ötrü yenidən dönüb qayıtmışdır. Yolda hərəkətdə olduğu zaman X13 avtomobili ona çatmış və o, avtomobilini saxlayaraq uşağı X13 avtomobilinə keçirmiş, anası da uşaqla əyləşmişdir. O da həmin avtomobilin arxası ilə xəstəxanaya getmişdir. Xəstəxanada ona uşağın vəziyyətinin ağır olduğunu bildirmişlər. Səhəri gün, yəni 22 may 2021-ci il tarixdə ona həmin uşağın xəstəxanada vəfat etdiyini bildirmişlər. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməldən bərk sarsılaraq peşman olmuşdur, mənəvi sarsıntı keçirir. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də hazırda onun ondan heç bir şikayəti və tələbi yoxdur. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Qızı Səmayə əlin və barmağın (barmaqların) anadangəlmə olmaması, sol əlin anadangəlmə olmaması diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Astara rayonunun Şümrüd kəndində qeydiyyatda olsa da, hal-hazırda Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində kirayədə yaşayır, subaydır və istixanalarda işləyib dolanır. Əvvəllər nikahda olub boşanmış, oğlu X6 isə onun himayəsində qalmışdır. 2-ci sinif şagirdi olmuş oğlu Ümidi tək saxlamışdır. 21 may 2021-ci il tarixdə oğlu Ümid ilə birlikdə saçını düzəltdirməsi üçün evdən çıxmışdır. Qayıdan zaman isə yolda dükan olduğunu görüb yolu keçərək Ümid üçün ayaqqabı almışdır. Ertəsi gün oğlunun “sünnət” toyu olacağı üçün işdən də icazə almışdır və toya hazırlaşmışdır. Ayaqqabı aldıqdan sonra isə yenidən yolu keçib evə getmək istəmişdir. Yolda maşın olduğu üçün onun fikri yolda olmuş və maşın gələn tərəfə baxmışdır. Oğlunun əli isə onda olmamışdır. Yolun boşaldığını görüb yolu keçmək istəyən zaman çönüb oğluna baxmış, lakin oğlunun yanında olmadığını görmüşdür. Sonra isə yola çönüb baxmış və oğlunun yolun yarısından maşın gəldiyi üçün yenidən çönüb onun tərəfə qaçdığını görmüşdür. Həmin zaman isə bir hündür maşın oğlunu vurmuş və oğlu onun alt hissəsində qalmışdır. Oğluna yaxınlaşdıqda onun ağzından və qulağından qan gəldiyini görmüşdür. Avtomobilin sürücüsü – sonradan adını bildiyi Təqsirləndirilən şəxs yerə düşərək dərhal oğlunu götürüb maşına qoymuş və Zirə qəsəbəsində olan xəstəxanaya getmişlər. Lakin orada oğlunu qəbul etmədikləri üçün onu Sabunçu xəstəxanasına aparmışlar. Yolda olan zaman TTYS-nın avtomobili onlarla rastlaşmış və oğlunu həmin avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Lakin oğlu səhəri günü xəstəxanada vəfat etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 tərəfindən yazılaraq notarial qaydada təsdiq olunmuş ərizədən göründüyü kimi, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid da Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 21 may 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi C.Əliyev küçəsi ilə Bakı-Pirallahı yolu istiqamətində baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş AF seriyalı 039470 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BE” “CE” “DE” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “BE CE DE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş 21 may 2021-ci il tarixli 1/1464 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş “MTE və PA” Birliynin Xəzər rayon şöbəsinin 01 iyun 2021-ci il tarixli 66 saylı rəyinə əsasən X10 meyitində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin, burunun, sifətin sol yarısının, sağ və sol dirsək nahiyəsinin, sağ əlin arxa səthinin, sağ və sol dizin bayır səthinin, sol dizaltı çuxurun, sol baldırın bütün bayır-ön səthinin sıyrıqları, sağ qulaq seyvanının, sağ çənəaltı nahiyənin, sağ qoltuqaltı nahiyənin, sağ qalça darağı, proyeksiyasının qançırları, ağır travmatik və hemorragik şokla müşayiət olunan kəskin daxili qanitirmə ilə nəticələnmiş dalağın cırılması, ağ ciyərlərin kontuziyası, iki tərəfli pnevmotoraks, periton arxası hematoma, arxa parietal peritonun cırılmış yarası, böyrəklərin kontuziyası və qansızması, sağ böyrəkətrafının hematoması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 21 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X10 ölümünə yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. X10 ölümü 22 may 2021-ci il tarixdə saat 18:20-də 3 saylı şəhər kliniki xəstəxanasında baş vermişdir (3 saylı şəhər kliniki xəstəxanasında tərtib olunmuş C2615 saylı xəstəlik tarixinə əsasən). X10 adına 3 saylı şəhər kliniki xəstəxanasında tərtib olunmuş C2615 saylı xəstəlik tarixinə əsasən xəstəxanaya daxil olarkən sərxoş olub-olmaması barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 12 iyul 2021-ci il tarixli 8/1452 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X11 Prado” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 26 iyul 2021-ci il tarixli 055- 15084-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 aktiv məlumatları yoxlanılarkən AF № 039470 seriyalı sürücülük vəsiqəsinin 10 may 2020-ci il tarixdə verilməsi, 10 may 2030-cu il tarixədək yararlı olması, həmçinin, Təqsirləndirilən şəxs Məmmədrərsul oğlunun sürücülük hüququndan məhrum edilməməsi məlum olmuşdur. İş materiallarından görünür ki, “X11 Prado” markalı **-UB-*** dövlət qeydiyyat nışanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibi Şahid qaytarılmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin texniki vəziyyətinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X11” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən öncə texniki cəhətdən təhlükə yarada biləcəyi nasazlığı olmamışdır. İş materiallarında olan Xəzər RİHB-nin Zirə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən 02 iyun 2021-ci il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi yeni sahədə yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi formada ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 mart 2009-cu il təvəllüdlü X4 və 06 yanvar 2014-cü il təvəllüdlü X5 adlı bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair 12 dekabr 2017-ci il tarixli məlumatından görünür ki, X4 əlin və barmağın (barmaqların) anadangəlmə olmaması, sol əlin anadangəlmə olmaması diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 05 iyun 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan – sağlamlıq imkanları məhdud bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - “X11 Prado” markalı **-UB-*** dövlət qeydiyyat nışanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - “X11 Prado” markalı **-UB-*** dövlət qeydiyyat nışanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-427/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-427/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver