Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-427/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Naxçıvan MR anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olan, Naxçıvan MR, Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası ƏN PX 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu X4 Hallar Nazirliyində işə düzəltmək adı ilə vəd edib aldatma yolu ilə xx.xx.2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 31 saylı notariusun qarşısında 2000 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 Naib oğlunu Fövqaladə Hallar Nazirliyində işə düzəltmək adı ilə vəd edib aldatma yolu ilə ayrı-ayrı vaxtlarda sonuncunun Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektində yerləşən 2 saylı Doğum evinin qarşısında xx.xx.2022-ci il tarixdə 5000 manat, ünvan 2 ünvanında yerləşən «Sizin Marketdən» «E-manat» vasitəsi ilə xx.xx.2022-ci il tarixdə göndərdiyi 420 manat, cəmi 5420 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 Mürsəl oğlunu Fövqaladə Hallar Nazirliyində işə düzəltmək adı ilə vəd edib aldatma yolu ilə ayrı-ayrı vaxtlarda sonuncunun Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektində yerləşən 2 saylı Doğum evinin qarşısında xx.xx.2022-ci il tarixdə 1500 manat, Xəzər rayonu Qala qəsəbəsi ərazisində yerləşən «Rahat Marketin» qarşısında xx.xx.2022-ci il tarixdə 250 manat, cəmi 1750 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ailəlidir, ailəsi ilə birlikdə yaşayır, 2 azyaşlı övladı var, övladının biri xəstədir, daim müalicə olunur. Əvvəllər məhkum olunmuş, hazırda isə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 312-ci maddələri ilə 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkir. Həbs olunana qədər özünə məxsus nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olmuş, həmin ərəfədə müştəri kimi Vüqar adlı şəxslə tanış olmuşdur. Həmin vaxtlarda Vüqar ona tanıdığı və işə düzəlmək istəyən Baris, Tapdıq və Şöhrət adlı 3 nəfər şəxs olduğunu, onları işə düzəldə biləcəklərini demişdir. Bu məqsədlə Vüqar ilə birlikdə onların hərəsindən ayrı-ayrılıqda müəyyən miqdarda pul almış və işə düzəldəcəyinə söz vermişdir. Bu hadisədən təxminən 3-4 ay keçməsinə baxmayraq iş düzəlməmiş, həmin şəxslər ona dəfələrlə zəng vurub maraqlanmış, hətta evinə də gedib pullarını istəmişlər. Onların pullarını qaytarmaq üçün məcbur olub başqa şəxsləri aldadıb pul alaraq həmin şəxslərin pulunu qaytarmış, ona görə də 2021-ci ilin dekabr ayında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 aldadaraq pul almışdır. Belə ki, həmin ərəfədə Binə qəsəbəsinə çəkilən su işində işlədiyi üçün bələdiyyədən tez-tez arayışlar götürmüş, həmin vaxtlarda Zərərçəkmiş şəxs1 tanımışdır. Onunla aralarında olan söhbət əsnasında oğlunu işə düzəltmək istədiyini demişdir. 2021-ci ilin dekabr ayında ona təcili pul lazım olduğu üçün və Zərərçəkmiş şəxs1 da tanıdığı üçün ondan borca pul istəmək fikrinə düşmüş, lakin Zakirin ona borca pul verməyəcəyini bilib Zərərçəkmiş şəxs1 Fövqaladə Hallar Nazirliyinə işə adam düzəldə bildiyini demişdir. Zərərçəkmiş şəxs1 ondan oğlu Nahid Sərxoşovun işsiz olduğunu, onu işə düzəltməkdə köməklik etməsini xahiş etmiş, ona maraqlanıb məlumat verəcəyini demiş, bir neçə gündən sonra Zakir ilə görüşdükdə ona oğlu üçün iş tapdığını bildirmişdir. Belə ki, 600- 700 manat maaş qarşılığında Fövqaladə Hallar Nazirliyində sürücü kimi işə düzəldə biləcəyini, Qarabağ bölgəsinə işçiləri aparıb və ya həmin idarədə çilingər işləyəcəyini demişdir. Bunun qarşılığında isə ondan 5000 manat və müəyyən sənədləri istəmiş, Zakir ona dediyi sənədləri, narkoloji dispanserdən arayış, «Asan» xidmətdən məhkumluq barədə arayış, sağlamlıq haqqında arayış, yaşayaş yerindən arayış və oğlu Nihad Sərxoşovun hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surətini gətirmiş, xx.xx.2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı notariusun qarşısında onunla görüşüb həmin sənədləri və 2000 manat pulu ondan almışdır. Zakir qalan 3000 manatı da iş düzəldikdən sonra verəcəyinə söz vermişdir. Bundan başqa, 2022-ci ilin iyun ayında tanşı Emin Talışxanov ona bir nəfər tanışı olduğunu və işə düzəlmək istədiyini, ona köməklik etməsini, yəni işə düzəlməkdə köməklik etməsini xahiş etmiş, bu məqsədlə adı sonrdan ona məlum olan Zərərçəkmiş şəxs2 Nayib oğlu ilə telefon vasitəsi ilə danışaraq, Xətai metrosunun qarşısında görüşməyə razılaşmışlar. X13 Nazirliyin tikinti idarəsində sürücü kimi işə düzəldə biləcəyini, 1300 manat maaş alacağını, rayonlara ezamiyyətə gedərkən əlavə olaraq 100 manat da alacağını demiş, işə düzəlmək üçün isə 5000 manat və müəyyən sənədləri düzəltməsini demişdir. Bir neçə gün sonra Nail ona dediyi sənədləri, narkoloji dispanserdən arayış, «Asan» xidmətdən məhkumluq barədə arayış, sağlamlıq haqqında arayış, yaşayaş yerindən arayışı aldığını və görüşüb vermək istədiyini demiş, xx.xx.2022-ci il tarixdə Nail ilə Nizami rayonu Q.Qarayev prospektinə yerləşən 2 saylı doğum evinin yanında görüşmüşlər. Orada Nail ona 5000 manatı və sənədəri vermiş, xx.xx.2022-ci il tarixdə maşınının turbosu xarab oldubu üçün pul lazım olmuş, ona görə də Nailə təkrar zəng vurub işin düzəldiyini, təcili olaraq 420 manatı kart hesabına göndərməsini demiş, həmin gün Nail ona göndərdiyi kart hesabına 420 manat göndərmişdir. Lakin kart hesabının kimə məxsus olmasını hazırda xatırlamır. Bundan başqa, 2022-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində çayxanada oturub çay içərkən yaxınlıqdakı masada əyləşən bir neçə nəfər şəxsin iş barəsində, yəni işə düzəlmək istəmələri barədə danışdıqlarını eşitmiş, bir qədər sonra onlardan biri adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 Mürsəl oğlu ona yaxınlaşıb harada işlədiyini, işsiz olduğunu və işə düzəlmək istədiyini demiş, ona harada işləməsi barədə nə dediyini xatırlamasa da onu Fövqaladə Hallar Nazirliyinin Nəzarət Bölməsində sürücü kimi işə düzəldə biləcəyini demişdir. Razılaşdıqda sonra ona Qarabağ bölgəsinə işçiləri, rəisləri aparıb-gətirəcəyini, bunun qarşılığında, yəni işə düzəlmək üçün 1500 manat, forma pulu olaraq da 250 manat pul verməli olacağını demişdir. Bir-birilərinin nömrələrini götürmüş, təxminən 2 ay sonra, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 zəng vurub təcili Nizami rayonu Q.Qarayev prospektinə yerləşən 2 saylı doğum evinin yanına gəlməsini demişdir. Orada Murad ilə görüşüb ondan 1500 manat pul, şəxsiyyət vəsiqəsini, hərbi biletini və sürücülük vəsiqəsini almışdır. Bir gün sonra isə yəni xx.xx.2022-ci il tarixdə zəng vurub işin düzəldiyini və formanın da pulunu verməsini demişdir. Bu məqsədlə Murad ilə Xəzər rayonu Qala qəsədəsində yerləşən «Rahat» marketin yaxınlığında görüşüb ondan forma pulu olaraq əlavə 250 manat da almışdır. Bu hadisələrdən sonra pul verən şəxslər işlərin nə vaxt düzələcəyini, hansı mərhələdə olduğunu soruşsalar da onları hər dəfə müxtəlif bəhanələrlə aldadaraq vaxt qazanmağa çalışmış və şikayət etməmələri üçün pul əldə etdiyi təqdirdə həmin şəxslərin pullarını qaytarsın və işin düzəlmədiyini desin. Lakin bu müddət ərzində də pul tapa bilmədiyi üçün onların pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 2000 manat pulu Binə qəsəbəsində yerləşən 31 sayıl notariusun qarşısında özündən, Zərərçəkmiş şəxs2 sonuncu 420 manat pulu ona göndərdiyim kart hesabından xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs3 isə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Xəzər rayonu Qala qəsədəsində yerləşən «Rahat» marketin yaxınlığında özündən aldığını, Nail Məmmdovun göndərdiyi pulu isə harada çıxardığını xatırlamadığını, həmin kartın özünə məxsus olduğunu, hesab nömrəsini hazırda xatırlamadığını, kartı da hazırda istifadə etmədiyini, zərəçəkmiş şəxslərə Fövqalada Hallar Nazirliyndə işləməsi barədə demədiyini, sadəcə onları Fövqalada Hallar Nazirliyndə işə düzəldə biələcyini deyib aldatdığını, ola bilsin ki, səhv başa düşdüklərini, Zərərçəkmiş şəxs1 forma pulunu olaraq əlavə 300 manat istədiyini xatırlamadığını bildirmişdir. O, söz verdiyi işləri Mahir Məmmədovun köməyi ilə düzəltməli idi, lakin M.Məmmədov onu aldatmış, o da bilmədən zərərçəkmiş şəxsləri aldatmışdır. Törətdiyi əməli səmimi etiraf edir. əməlindən peşman olduğunu bildirir. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyəcəyinə söz verir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Xəzər rayonu Binə qəsəbəsində yaşadığı və əvvələr işlədiyi bəldiyyəyə gəlib-getdiyi üçün tanımış, belə ki, Ramin Su İdarəsində podratçı təşkilatda işləmiş, bələdiyyədən tez-tez arayışlar götürmüşdür. Lakin sonrdan Su İdarəsindən çıxıb Fövqaladə Hallar Nazirliyinədə işlədiyini demiş, həmin ərfərdə, yəni 2021-ci ilin dekabr ayında Ramin ona lazım olarsa Fövqaladə Hallar Nazirliyinə işə adam düzəldə biləcəyini demiş, oğlu Nahid Sərxoşov da işsiz olduğu üçün Raminə oğlunu işə düzəltməsini xahiş etmişdir. Ramin ona oğlunu Fövqaladə Hallar Nazirliyində sürücü kimi işə düzəldə biləcəyini ayda 600-700 manat maaş alacağını, Qarabağ bölgəsinə işçiləri aparacağını və ya həmin idarədə çilingər işləyəcəyini demiş, bunun qarşılığında ondan 5000 manat və müəyyən sənədləri istəmişdir. Oğluna aid Raminin dediyi sənədləri, narkoloji dispanserdən arayış, «Asan» xidmətdən məhkumluq barədə arayış, sağlamlıq haqqında arayış, yaşayaş yerindən arayış alıb oğlunun hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surətini çıxarıb xx.xx.2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 sayıl notariusun qarşısında görüşüb həmin sənədləri 2000 manat pulu ona vermişdir. Qalan 3000 manatı da iş düzəldikdən sonra verməli imiş. Belə ki, həmin vaxt pulu olmadığı üçün kredit götürməli olsa da Ramin ona oğlu Nahid Sərxoşovun 13 yanvar 2022-ci il tarixdə işə çıxacağını demiş, Lakin həmin vaxt çatsa da heç bir xədəb olmadığı üçün Ramin ilə əlaqə saxlamış, o, hər dəfə müxtəlif bəhanələr deyərək onu aldatmağa başlamış, hətta bundan əvvəl oğlumnun işə çıxması üçün 300 manat da forma pulu istəmişdir. Həmin vaxt da pulu olmadıığ üçün 300 manatı verməmiş, Təqsirləndirilən şəxs artıq onu aldağtdığını bilib ondan pulunu tələb etdikdə o, müəyyən vaxtlar deyərək uzatmağa başlamış, ona görə də bu barədə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs 2020-2021-ci ildə Xəzər rayonu Su İdarəsininin işçisi kimi və Binə qəsədbəsində yaşadığı üçün tanımış, pulu və sənədləri ona verərkən yanımda oğlu Nahid Sərxoşov da olmuş, Raminin yanında isə heç kim olmamış, Ramin özü X13 Nazirliyində işlədiyini demiş, ona görə də onun həmin yerdə işlədiyi zənn etmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 Nayib oğlu göstərmişdir ki, o, 2022-ci ilin iyun ayında işdə olarkən onunla eyni məhldə yaşayan tanışı X1 ona zəng vuraraq Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tanıdığını, işə adam düzəltiyini demişdir. Eminin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışıb Xətai metrosunun qarşısında görüşmüş, X9 Nazirliyinin binasında işlədiyini, həmin Nazirliyin tikinti idarəsində sürücü kimi işə düzəldəcəyini, 1300 manat maaş alacağını, rayonlara ezamiyyətə gedəcəyini, ezamiyyətə getdikdə əlavə 100 manat alacağını demiş, işə düzəlmək üçün isə 5000 manat və müəyyən sənədlər istəmişdir. Onun dediyi sənədləri, narkoloji dispanserdən arayış, «Asan» xidmətdən məhkumluq barədə arayış, sağlamlıq haqqında arayış, yaşayaş yerindən arayış almış, xx.xx.2022-ci il tarixdə hərbi biletini də götürb xalası oğlu X8 ilə birlikdə Raminin ona bildirdiyi Nizami rayonu Q.Qarayev prospektinə yerləşən 2 saylı doğum evinin yanına getmiş, orada Raminlə görüşmüş, ona deyilən 5000 manatı və sənədərini ona vermiş, xx.xx.2022-ci il tarixdə evdə olarkən Ramin ona zəng vurub işin düzəldiyini, təcili forma pulu olaraq 420 manat pulu kart hesabına göndərməsini demiş, ona görə də həmin gün ünvan 3 ünvanında yerləşən «Sizin Marketdən» e-manat vasitəsi ilə Raminin ona göndərdiyi kart hesabına 420 manat göndərmişdir. Bundan sonra maraqlanmış və öyrənmişdir ki, Fövqaladə Hallar Nazirliyində forma pul ilə verilmir. Ona görə də Raminə zəng vurmuş, Ramin hər dəfə müxtəlif bəhanələr deyərək onu aldatmağa aldatmışdır. Artıq işə düzəldəcəyinə də inanmayıb daha dəqiq maraqlandıqda ona məlum olmuşdur ki, Ramin ona yalan deyərək pulunu alıb aldatmışdır. Onu əvvəllər tanımasa da tanışı Emin Talışxanovun vasitəsi ilə tanımış, pulu və sənədləri ona verərkən Ramin tək olmuş, öz yanında isə dayısı oğlu Bəhruz Əliyev olmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs 420 manat pulu ünvan 4 ünvanında yerləşən «Sizin Marketdə» e-manat vasitəsi ilə Raminin ona göndərdiyi kart hesabına göndərmişdir. X7 Nazirliyində işləməsini bilmir, lakin Ramin özü X13 Nazirliyinin Xətai rayonu ərazisində yerləşən binasında işədiyini demişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs3 Mürsəl oğlu göstərmişdir ki, o, işsiz olduğu üçün bir neçə dosta tanışa ona iş tapması üçün xahiş etmiş, 2022-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində çayxanada tanışları ilə oturub iş barəsində söhbət edən zaman çayxanda bir nəfərin əlində vəsiqə ilə oturub onlara qulaq asdığını görmüşdür. Ona yaxınlaşıb harada işlədiyini soruşmuş, o, Fövqaladə Hallar Nazirliyinin Nəzarət Bölməsində işlədiyini, adının Ramin olduğunu, onu həmin nazirlikdə sürücü kimi işə düzəldə biləcəyini demişdir. Belə ki, sürücü kimi Qarabağ bölgəsinə işçiləri, rəisləri aparıb-gətirməli imiş. Bunun qarşılığında, yəni işə düzəlmək üçün 1500 manat, forma pulu olaraq da 250 manat pul istəmişdir. Onunla razılaşmış, nömrələrini bir-birilərinə vermişlər. Ramin ona bir qədər gözləməsini, yer boşalan kimi əlaqə saxlayacağını və həmin vaxt pulu verəcəyini demişdir. Bundan təxminən 2 ay sonra, xx.xx.2022-ci il tarixdə Ramin ona zəng vurub təcili Nizami rayonu Q.Qarayev prospektinə yerləşən 2 saylı doğum evinin yanına gəlməsini demiş, təcili həmin yerə getmiş, Ramin ilə orada görüşüb ona 1500 manat pul, şəxsiyyət vəsiqəsini, hərbi biletini və sürücülük vəsiqəsini də vermişdir. Bir gün sonra isə yəni xx.xx.2022-ci il tarixdə Ramin zəng vurub işin düzəldiyini və formanın da pulunu verməsini demiş, belə ki, Pirallahı rayonuna getdiyini, Xəzər rayonu Qala qəsədəsində yerləşən «Rahat» marketin yaxınlığında Ramin ilə görüşmüş, forma pulu olaraq ona 250 manat vermişdir. Bundan təxminən 4-5 gün sonra Raminə zəng vurub işin nə yerə olduğunu soruşmuş, o, narahat olmamasını, işin yüz faiz düzələcəyni demiş, lakin bir neçə dəfə ona zəng vursa da hər dəfə müxtəlif bəhanələr deyərək onu aldatmışdır. Ona grə növbəti dəfə Raminə zəng vurduqda işin nə vaxt düzəlcəyinə baxmayaraq sənədlərini qaytarmasını demiş, bunda bir neçə gün sonra Q.Qarayev metrosunun yanında olarkən taksi ilə sənədlərini geri qaytarmışdır. Bundan sonra ona zəng vurmamış, artıq aldandığını dəqiq bilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, birinci dəfə Mərdəkan qəsəbəsinə çayxanda görüb tanımışdır. Pulları ona verərkən yanlarında heç kim olmamışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs 250 manat pulu Xəzər rayonu, Xəzər rayonu Qala qəsədəsində yerləşən «Rahat» marketin yaxınlına vermiş, Fövqaladə Hallar Nazirliyinin Nəzarət Bölməsində işlədiyini dediyi üçün onun həmin yerdə işlədiyini zənn etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X5 göstərmişdir ki, işsiz olduğu üçün iş axtarırmışdır. 2021-ci ilin dekabr ayında atası ona demişdir ki, tanışı Ramin adlı şəxs onu Fövqaladə Hallar Nazirliyində sürücü kimi işə düzəldəcək, aylıq 600-700 manat maaş alacaq, Qarabağ bölgəsinə işçiləri aparıb-gətirəcək. Bunun qarşılığında isə 5000 manat və müəyyən sənədləri istəmişdir. Onlara deyilən sənədləri, narkoloji dispanserdən arayış, «Asan» xidmətdən məhkumluq barədə arayış, sağlamlıq haqqında arayış, yaşayaş yerindən arayış alıb hərbi biletini və şəxsiyyət vəsiqəsinin surətini hazır etdikdən sonra xx.xx.2021-ci il tarixdə atası ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı notariusun qarşısında Raminlə görüşmüşlər. Orada atası Zərərçəkmiş şəxs1 həmin sənədləri, 2000 manat pulu Raminə vermiş, qalan 3000 manatı da iş düzəldikdən sonra verəcəkmiş. Ramin onun 13 yanvar 2022-ci il tarixdə işə çıxacağına söz vermiş, həmin vaxt çatmışd, heç bir xədəb olmadığı üçün atası bir neçə dəfə Ramin ilə əlaqə saxlamış, hər dəfə müxtəlif bəhanələr deyərək onları aldatmışdır. Hətta bundan əvvəl atasından 300 manat da forma pulu istəmişdir. Təqsirləndirilən şəxs artıq atasını aldağtdığını bilib ondan pullarını tələb etdikdə o, müəyyən vaxtlar deyərək uzatmağa çalışmış, ona də görə atası bu barədə polisə müraciət etdi. Atası Təqsirləndirilən şəxs pulu verərkən yanlarında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Nayib oğlu onun xalası oğludur, münasibətləri yaxşıdır. 2022-ci ilin iyun ayında Nail işsiz olduğu üçün iş axtarırmış. Həmin vaxtlarda tanışı vasitəsi ilə öznə iş tapdığını, lakin işin düzəlməsi üçün müəyyən qədər pul lazım oluğunu və hazırda da pulu olmadığını, belə ki, onu işə düzəldən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs Naili işə düzəltmək üçün ondan 5000 manat pul istədiyini demişdir. Həmin vaxt da Nailin pulu olmadığı üçün ondan borc istəmişdir. Ona görə də Nailə 5000 manat borc vermişdir. Nail Raminlə görüşüb pulu ona verəcyini və birlikdə getməsini ondan xahiş etmiş, xx.xx.2022-ci il tarixdə Nail ilə birlikdə müəyyən sənədlərin surətlərini də götürüb Raminin bildirdiyi Nizami rayonu Q.Qarayev prospektinə yerləşən 2 saylı doğum evinin yanına getmişlər. Orada Raminlə görüşmüş, Nail onun yanında 5000 manatı və sənədəri Raminə vermişdir. Bundan bir müddət sonra Naildən işin nə yerdə olduğunu soruşduqda Ramin onu aldadıb, iş düzəlmir, pulunu ala bilmir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xalası oğlu Naili aldadıb. Bu hadisədən bir müddət sonra Nail ona borc olaraq verdiyi 5000 manat pulu ona qaytarmış, ona görə də həmin faktla bağlı ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun aylarında Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən «Mübariz İbrahimov» adına idman kompleksinə gedib-gəlmişdir. Həmin vaxt ora sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs da öz uşağını aparmışdır. Bir neçə dəfə onu orada görmüş, təsadüfən aralarında yarnmış münasibət zamanı Təqsirləndirilən şəxs X13 Nazirliyndə işlədiyini və həmin nazirliyə işə adam düzəldə biləcəyini demişdir. Ona görə də Təqsirləndirilən şəxs telefon nömrəsini götürmüş və məhlədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 işsiz olduğunu bildiyi üçün və ona kömək və yaxşılıq etmək məqsədi ilə zəng vurub Təqsirləndirilən şəxs telefon nömərsini ona vermişdir. Bundan sonra nə olduğundan xəbəri olmamışdır. Sonradan Nail ona Təqsirləndirilən şəxs onu aldadıb pulunu qaytarmadığını, onu tapa bilmədiyini demişdir. Bundan sonra maraqlanmış və Təqsirləndirilən şəxs Nnaildən başqa digər şəxsləri də aldatığını öyrənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pul almasından xəbəri olmadığını, onu aldadacağını bilmədiyini, həmin hadisədə iştirak etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-458/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinmiş və CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 02 il sınaq müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1433/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinmiş və CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-417/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1433/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinmiş və CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti məhkum etmə sayılmaqla 02 il sınaq müddət müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinmiş və CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü müstəqil icra edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə təkrarən dələduzluq etməsi faktı məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddəsi ilə təyin olunmuş 06 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində «həbs» qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası ƏN PX 2 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müəyyən məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddəsi ilə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası ƏN PX 2 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 66 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-427/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-427/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver