Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-43/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi – X3, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2, 178.2.4 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləriquraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozmuş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Xəzər Dənizinin sahilində yerləşən, dövlət mülkiyyətində olan 0.25 ha torpaq sahəsində 2020-cı ildən başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tikinti işləri aparmaqla orada qeyri-yaşayış obyekti tikmiş və hazırki dövrə qədər davam edən qəsdən cinayətlə əhatə olunan quraşdırma işləri apararaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncuya məxsus Abşeron rayonu Türkan üzümçülük sovxozunda yerləşən 0,04 ha ölçüdə 7000 manat dəyərində torpaq sahəsini notarius vasitəsi ilə nağd ödəniş şərti ilə alacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs1 da 14 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində altı-satqı müqaviləsi bağlayaraq həmin torpağı sonuncudan almış, lakin verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 7000 manat ödəniş etməyib həmin 7000 manat dəyərində torpaq sahəsini ələ keçirərək, zərərçəkmiş şəxsə 7000 (yeddi min) manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsi satacağını və həmin torpaq sahəsində 10*10 təşkil edən 120 santimetr hündürlükdə olan kürsü üzərində yerləşən iki mərtəbəli evi xx.xx.2022-ci ilədək ev tikəcəyini vəd edərək inandırıb inam və etibarını qazandıqdan sonra ondan xx.xx.2020-ci il tarixdən 2021-ci ilinin yanvar ayı ərzində olan müddətə ümumilikdə vahid niyyətlə əhatə olunan 12400 (on iki min dörd yüz) manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxs və mülki iddiaçının, zərəçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.4 və 188.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Türkan qəsəbəsində dəniz kənarında fəaliyyət göstərən ona məxsus “Eldar” adlı balıq evinin rəsmi sənədi yoxdur. Həmin obyektin ərazisi təxminən 0.50 ha təşkil edir. O, həmin obyekti 2010-cu ildən inşa etmişdir. Təxminən 3 il bundan əvvəl iki dənə 6*7 ölçüdə otaq tikmişdir. 2022-ci ilin sonlarında o, həmin tikililərin damını vurmaq istəyən zaman Əliyar Musayevin çox saylı şikayətləri əsasında tikintini dayandırılmışdır. “Eldar” kafesinin dövlət tərəfindən verilmiş hər hansı sənədi yoxdur, dəniz qırağına görə sənəd verilmir. Nicat adlı şəxsə torpaq sahəsi satmamışdır. Nicatın onun kafenin yaxınlığında evi vardır, lakin həmin torpaq sahəsini Nicata o, satmamışdır. X5 adına verilmiş həmin sənəd başqa yerə aiddir, onun “Eldar” kafesinə hər hansı aidiyyəti yoxdur. Bir daha bildirir ki, dövlət tərəfindən verilmiş mülkiyyət sənədi yoxdur. O, dənizlə adanın arasında olan torpaq sahəsini təmizlətdirmiş, səbəb isə ora yosun yığılırmış, dəniz çirklənirmiş, buna görə o, aranı açdırmışdır ki, dəniz oranı yusun. Bundan sonra dəniz çəkilmiş və həmin yer artıq torpaqla birləşmişdir. Bundan sonra o, həmin yerə torpaq töküb orada ağac əkdirmişdir. Həmin torpaqlar Eldar babasının olmuşdur. O, dənizdən 50-60 metrlikdə orada toyuq hini tikmiş, orada toyuq-cücə saxlayır. Bundan başqa, o, dənizin 20-30 metrliyində 4 ədəd dəmir və taxta konstruksiyadan kotec tikmişdir. Kababxana isə dənizdən 100 metrlik məsafədədir. Bundan başqa, 2016-cı ildə Zərərçəkmiş şəxs1 Abşeron rayonu ərazisində yerləşən Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0,04 ha torpaq sahəsini Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi ilə 6400 manata satmışdır. Həmin torpaq sahəsi qardaşı oğlu X8 adına olduğu üçün sənədləşmə onun adından və onun iştirakı ilə aparılmışdır. 2016-cı ilədək Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış və qeyri-yaşayış obyektləri tikiləndə Abşeron rayon İcra Hakimiyyəti bir söz deməmiş və həmin tikintiyə mane olmamışdır. O, arxayın olub Liliyaya torpağı satanda Liliyanı arxayın etmişdir ki, baxmayaraq ki, satdığı torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır, Liliya problemsiz tikinti tikə bilər. Liliya torpağı ondan alandan sonra yeni bir qərara çıxmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti tikmək qəti qadağandır. Bu səbəbdən də həmin torpaq sahəsinə Liliya hasar çəkdirərkən Abşeron rayon İcra Hakimiyyətinin işçiləri tikinti aparmağa icazə verməmişlər. Ona görə də, 2020-cı ilin oktyabr ayında Liliya tanışı Şükür adlı şəxslə Türkan qəsəbəsinə gəlib "Eldar" kafesində onunla görüşmüş və torpağı geri qaytarmaq istədiklərini bildirmişdir. Liliya bildirmişdir ki, tikintiyə icazə verilmir, ona görə də, torpağı geri qaytarmaq istəyir, torpaq üzərində hasar tikdirdiyinə və pul xərclədiyinə görə torpağın qaytarılması üçün ondan 7000 (yeddi min) manat pul tələb etmişdir. Həmin vaxt tanışı Şükür Liliyanın anası vəfat edərkən onun dəfn xərclərini çəkmişdir, ona pul lazımdır. O, razılaşmış və bir neçə gündən sonra Liliya Şükürlə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı Notariat Kontoruna gəlmişlər. Həmçinin, o, tanışı Seymurla birlikdə notariat kontoruna gəlmişdir. Torpağı yenidən öz adına keçirmək üçün icarə hüquqlarının alqı-satqısına dair müqavilə tərtib olunması üçün Notariat kontoruna zəruri sənədləri təqdim etmişlər. Notarius sənədlərin hazırlanması üçün bir neçə gün vaxt vermişdir. Həmin arada Liliya Şükürlə birlikdə onun həyətinə gəlib, həyətində saxladığı qapıları, pəncərələri və şiferləri aparmışdır. Liliya ona satmış olduğu torpaqda tikinti etmək istəyən zaman orada tikinti materialları olmuşdur. Tikintiyə icazə verilmədiyi üçün ona satmış olduğu torpağa yığdığı qapıları, pəncərələrı və şiferləri onun həyətinə yığıb orada saxlayırmış. Liliya qapıları, pəncərələri və şiferləri apararkən o, evdə olmamışdır. Liliya ona zəng edib, ondan torpağın alınması üçün ilkin olaraq min manat pul istəmişdir. O, həyat yoldaşına telefonla danışıb tapşırmışdır ki, Liliyaya min manat pul versin. Həyat yoldaşı dostu Seymura min manat vermiş, Seymur da həmin min manat pulu Liliyaya vermişdir. Notariat Kontorunda alqı-satqı müqaviləsi tərtib olunduqdan sonra Liliya, Şükür və o, Xırdalan şəhərində yerləşən 2 saylı Notariat kontorunun yaxınlığında olan çayxanada oturub çay içmişlər və həmin vaxt o, 6000 (altı min) manat pulu sayaraq Liliyaya vermişdir. Liliya və Şükür hər ikisi pulu iki dəfə saymışlar və pulu Liliya öz əl çantasına qoymuşdur. Sonra Notariat Kontoruna gəlib alqı-satqı müqaviləsinə imza etmişlər. Onlar Şükürlə birlikdə getmişlər, o, isə öz maşınına minib evinə getmişlər. Həmçinin, dəniz kənarından 80-100 metrlikdə tikinti işləri aparmış, həmin iki ədəd otaqları orada tikmiş, bundan əlavə, ağac əkmişdir. Bundan başqa, dənizin təxminən 30 metrliyində 16 ədəd çətirlik düzəltmişdir. Həmin çətirlərin üzəri taxtadır. Lakin tikinti olan yerdə həmçinin kafe olan yerə dair heç bir tikinti yoxdur. O, həmin torpaq sahəsində qeyd etdiyi tikililəri tikmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 2020-ci ildə Türkan qəsəbəsində 0.12 ha torpaq sahəsində 12*13 fərdi yaşayış evini tikəcəkmiş, bunun müqabilində Atakişi ona Yasamal rayonu ərazisində yeni tikilidə ev verəcəkmiş. Bunun müqabilində o, evin özülünü tökmək üçün ondan 2000 manata yaxın pul almışdır. O, özülü tökmüş və Atakişiyə demişdir ki, “10.000 manat pul ver, sabah sən deyəndə ki, mən evi istəmirəm, mən ziyana getməyim”. Atakişi özü layihə vermişdir ki, həmin layihə əsasında ev tiksin. Lakin sonradan Atakişi Əlyarla yola getməmiş və çıxıb getmiş, ona demişdir ki, “mənə ev lazım deyil”. Atakişiyə satacağı torpaq sahəsinə görə onun 1991-ci ildə o vaxtkı Əzizbəyov RİH-dən müqavilə almışdır. Atakişi özü evi istəmədiyinə görə o, torpaq sahəsini sənədləşdirib onun adına keçirtməmişdir. Həmçinin, Atakişi Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində yerləşən yeni tikili evinin açarlarını ona vermişdir. Səbəb isə ona tikəcəyi evi onun adına keçirəcək, Atakişi isə yeni tikilidə olan evi ona verəcəkmiş. X20 qəsəbəsində onun tikəcəyi evi istəməmişdir. Həmin evə ara-sıra oğlu Eldar gedib-gəlirmiş, həmin evi kirayə vermişdir. Atakişi ona Türkan qəsəbəsində ev tikmək üçün 2000 və ya 2200 manat vermiş, ola bilsin ki, Elyar qalan pulu makler kimi götürmüşdür. Həmçinin, Atakişi üçün tikəcəyi evə gələcəkdə işıq və su çəkdirmək üçün 35 saylı notariat ofisində ərizə verərək guya Atakişinin oğlu Tofiq 2018-ci ildən bu günkü günə qədər ailə üzvləri ilə birlikdə Türkan qəsəbəsi Yeni sahə adlanan ünvanda yerləşən özəl tikilikdə pasport qeydiyyatsız yaşayırlar. Məhkəmə iclasının sonunda təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs göstərdi ki, törətdiyi əməllərdən peşmandır, hazırda o, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ona qarşı mülki iddiadan imtina etmişdir. Bundan başqa, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş cəmi 19400 (on doqquz min dötd yüz) manat ziyanın 25 (iyirmi beş) faizi miqdarında (cəmi 4850 (dörd min səkkiz yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddələrlə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası CPM-nin 188.2-ci maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2016-cı il tarixdə Türkan üzümçülük sovxozunun ərazisində yerləşən 0.046 sot torpaq sahəsinin icarə hüqüqlarının alqı-satqısı vasitəsilə Abşeron rayonu 2 saylı notariat konturunda 6400 (altı min dörd yüz) manata almışdır. Həmin torpaq sahəsində tikinti aparmağa icazə olmadığı üçün (torpaq sahəsində yalnız bağçılıqüzümçülüklə məşğul ola bilərdi) torpaq sahəsini satmaq qərarına gəlmişdir. 14 oktyabr 2020-ci il tarixdə həmin torpaq sahəsini yenə də Abşeron rayonu 2 saylı notariat ofisində 7000 (yeddi min) manata Təqsirləndirilən şəxs satmışdır. Torpağın hər iki alqı-satqı müqavilələri 2 saylı notariat ofisinin notariusu Şahid3 tərəfindən icra olunmuşdur. Torpaq sahəsini Təqsirləndirilən şəxs satarkən alqı-satqı müqaviləsi elə dəhlizdə aparılmışdır. Alqısatqı müqaviləsi tərəfindən imza olunan kimi alıcı Təqsirləndirilən şəxs və tanışı Şahid2 ona “gedək yaxınlıqdakı çayxanaya və orada onlar mənə pul verəcəklər” demişlər. O, hər iki şəxsi tanıdığına görə onlara inanmış və həmin şəxslərlə birlikdə notariat ofisindən çıxmışdır. Bundan başqa, o, notarius hərəkətlərinin necə aparılmasını və digər prosesləri bilmədiyindən onlarla çölə çıxmağa razılaşmışdır. Bundan sonra onlar müxtəlif bəhanələr gətirərək ona pul verməkdən imtina etmişlər. Belə ki, onlardan nə vaxt pulunu verəcəklərini soruşduqda onlar bir müddət gözləməyini bildirmişlər. Həmin günün sabahı o, yenidən notariusa getdikdə notarius Günay yaxın vaxtlarda onların pulu verəcəklərini bildirmiş, hətta lazım olsa, videogörüntüləri təqdim edəcəyini demişdir. Sonra onların notariusla birlikdə əlbir olaraq onu aldatdıqlarını anlamış və 03 dekabr 2020-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PB-nə şikayət ərizəsini yazmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək 2 saylı notariat oftisində alqı-satqı tarixinə, yəni xx.xx.2020-ci il tarixə olan video görüntülərinin ona təqdim olunmasının təmin edilməsini xahiş etmişdir. Lakin sonralar ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə torpaq sahəsini Təqsirləndirilən şəxs satdıqdan sonra Mollağanın ona ödədiyi 7000 (yeddi min) manat pulu guya o, Şahid2 notarial qaydada borca vermişdir. Əslində isə Şükürə borc pul verməmişdir. Bundan başqa, Mollağa ona zəng edərək şikayət etdiyinə və pulu geri tələb etdiyinə görə hədə-qorxu gələrək onu və ailəsini şərləyəcəyini bildirmişdir. Seymur adlı şəxsi tanımır, o, 1000 manat pul verməyibdir, həmçinin Mollağa ona nə çayxanada, nə də 2 saylı notariat ofisində heç bir pul verməmişdir. O, aldadıldığını başa düşüb polisə şikayət etmiş, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı 2322,63 manat məbləğində dəymiş maddi ziyanın, Abşeron rayonu 2 saylı Notariat ofisində Türkan Üzümçülük sovxozunda yerləşən 0,04 ha torpaq sahəsi üzrə bağlanmış alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin satış məbləğini təşkil edən 7000 manat məbləğində pul vəsaitinin, 3000 manat məbləğində dəymiş mənəvi ziyanın, ümumi 12322,63 manat məbləğində pul vəsaitinin və 127,40 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda Mollağa onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Mollağadan heç bir şikayəti və ya tələbi yoxdur, həmçinin Mollağaya qarşı mülki iddiadan imtina edir. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi, həmçinin öz xətti ilə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, fərdi yaşayış evinin tikinti üçün torpaq sahəsi məqsədilə Türkan qəsəbəsində Təqsirləndirilən şəxsla tanış olmuşdur. Mollağa ona Türkan qəsəbəsində 0.12 ha torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsi onun xoşuna gəlmişdir. Həmin vaxt Mollağa onu aldatmaq üçün Türkan Bələdiyyəsindən və İcra nümayəndəliyindən müxtəlif sənədlər gətirmişdir. Bundan sonra ona inanmış və razılaşmışlar ki, Mollağa onun üçün 0.12 ha torpaq sahəsində 16.5*10 kv ev tikəcək, evin və torpaq sahəsinin sənədlərini ona verəcək və bunun müqabilində o, Mollağaya 71.000 manat pul verəcəkdir. Bundan sonra Mollağaya ilkin olaraq xx.xx.2020-ci ildə 3.000 manat vermiş, həmin vaxt notariat ofisində müqavilə bağlamışlar və şərtləşmişlər ki, xx.xx.2022-ci il tarixdək Mollağa evi tikib sənədlə birlikdə verəcək və o, pulun qalan hissəsini hissə-hissə verəcəkdir. 2020-ci ilin dekbar ayının ortalarında Mollğanın yaşadığı evdə 1500 manat, təxminən 5 gün sonra yenidən 5000 manatı Mollağaya ona satacağı torpaq sahəsinin yanında vermiş, 2021-ci ilin yanvar ayının əvvəllərində 2000 manatı yenə də Mollağanın satacağı torpaq sahəsində vermişdir. Bundan 3 gün sonra o, yenidən Mollağaya həmin torpaq sahəsinin yanında 600 manat vermişdir. Bundan sonra 2021-ci ilin yanvar ayının ortalarında Mollağa 300 manat öz kafesində almışdır ki, sənədləri İcra hakimiyyətinə təqdim etsin. O, Mollağaya pul verən zaman Şahid1 yanında olmuşdur. Bundan sonra dəfələrlə ailəsi ilə Türkan qəsəbəsinə gedib-gəlirmiş, bu səbəbdən də Mollağa ilə yaxın münasibəti yaranmışdır, dəfələrlə ailəvi birlikdə Mollağanın “Eldar” adlı kafesində oturub nahar etmişlər, həmçinin onun öz evində də dəfələrlə olmuşlar. Bu səbəbdən də yaxın münasibəti yaranmışdır. Bir gün ailəvi nahar edən zaman Mollağa demişdir ki, oğlunu nişanlamışdır, onu evləndirmək istəyir, lakin yaşamağa evi yoxdur. O, həmin vaxt Mollağaya demişdir ki, “mənim Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yeni tikilidə 2 otaqlı tam təmirli evim var, gəl həmin evi verim sənə, verim oğlun müvəqqəti yaşasın”. Bundan sonra o, evin açarlarını Mollağaya vermişdir. Bir müddət sonra Mollağanın hər hansı iş görmədiyini görmüş, sadəcə evin bünövrəsini tökmüş və başqa iş görməmişdir. Dəfələrlə ondan tələb etmişdir ki, “sənə 12400 manat vermişəm, sən isə yalnız evin özülünü vurmusan”. Mollağa isə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Mollağadan torpaq sahəsinə görə sənədləri tələb etməyə başlamış, lakin müəyyən olunmuşdur ki, heç torpaq sahəsinin sənədi də yoxdur. Həmin vaxt Mollağadan ona verdiyi 12.400 manatı geri istəməyə başlamışdır. Lakin Mollağa yenə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Mollağaya oğlunun müvəqqəti yaşaması üçün verdiyi Yeni Yasamal qəsəbəsində yerləşən evinə getmişdir. Həmin evdə başqa şəxslərin yaşadığını görmüş, həmin şəxslər ona demişlər ki, biz 8 aydır aylıq 400 manat olmaqla Mollağaya kirayə pulu veririk. Bundan sonra ona məlum olmuşdur ki, Mollağa ondan dələduzluq yolu ilə aldığı 12400 manatdan başqa evinidə kirayə verib 3200 manatı mənimsəmişdir. Hazırda Mollağa onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi, həmçinin öz xətti ilə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsinin əməkdaşları, aparıcı məsləhətçi X13 və məsləhətçi X4 və onun iştirakı ilə Xəzər rayonu ərazisində monitorinq həyata keçirilərkən Türkan qəsəbəsində, 39T 433365, ******* koordinatlarda dövlət mülkiyyətində olan Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağının altında yerləşən 0,25 ha torpaq sahəsinin kənardan gətirilmiş torpaqla doldurularaq hamarlama işlərinin aparılması aşkar edilmişdir. Araşdırma zamanı həmin ərazidə işlərin Təqsirləndirilən şəxs tərəfindən müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədləri olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçibkeçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Qeyd olunan faktla bağlı xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs dəniz kənarını zəbt edərək orada qanunsuz tikinti quraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Belə ki. Təqsirləndirilən şəxs dənizin müfafizə zolağında qanunsuz olaraq taxta və dəmir materialdan çətirlər, dənizin kənarında restoran üçün kabinet və iki ədəd qanunsuz olaraq fərdi evin inşa edilməsi faktı aşkar edilmişdir. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə qanuna uyğun olaraq tədbir görülməsindən ötrü 12 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət göndərmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə məhkəməyə Ərizə ünvanlayaraq bildirmişdir ki, Xəzər dənizinin 20- 50 metrlik mühafizə zolağında Təqsirləndirilən şəxs tərəfindən aparılmış tikinti işləri və eyni zamanda Xəzər dənizinin doldurulması ilə bağlı heç bir dəyişiklik yoxdur. Obyekt satılmayıb, dəniz torpaq və digər tullantılardan təmizlənməmişdir. Aparılmış tikinti işlərinin sökülərək və Xəzər dənizinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmasını və dövlətə məxsus torpaq sahəsinin geriyə qaytarılmasını xahiş edir. Təqsirləndirilən şəxsə hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Türkan qəsəbəsində dəniz kənarında 1 ha yaxın torpaq sahəsini qanunsuz olaraq zəbt edərək orada qanunsuz obyekt tikib, həmin obyektin adı “Eldar” balıq evi adlanır. Hazırda isə Təqsirləndirilən şəxs Xəzər dənizinin sahilində olan adanın sahilnən olan ərazini daş tökərək oranı doldurmuş, həmin adada bir ədəd böyük restoran üçün otaq və dəmir materialdan estakada tikmişdir. Bundan başqa, o, həmin restoranın həyətində sağ tərəfində iki ədəd ev tikmişdir. Həmin evin bir ədədini artıq inşa edib bitirib və orada yaşayır, diğəri isə çox saylı şikayətlərdən sonra Xəzər rayonu İH-nin əməkdaşları tərəfindən sökülmüşdür. Həmçinin Mollağa dəniz kənarının 5 metrliyində ferma, 4 ədəd kotec və kababxana tikmişdir. Hazırda isə Mollağa dənizi doldurmaqla məşğul olur, səbəb isə dənizi onun oyektlərdən uzaqlaşdırıb oranı satmaq istəməsidir. Bundan başqa, Mollağa restoranın sağ tərəfindən dövlətə məxsus torpaq sahəsinin təxminən 0.12 ha ərazini Nicat adlı şəxsə (kolbasa Nicat) satmışdır. Nicat da həmin ərazini hasarlayaraq orada ev tikmiş, həmçinin dənizə olan yolu kəsmişdir. Hazırda həmin tikiliyə görə insanlar dənizə gedə bilmirlər. Həmçinin X1 adına olan sənədi əldə edib, həmin sənədi hər yerdə göstərir və bildirir ki, guya həmin sənəd “Eldar” kafesinə aiddir. Lakin həmin sənəd Türkan qəsəbəsinin cənub-qərb hissəsinə verilib. Həmin sənəddə qeyd olunub ki, 48 illik olaraq sahibkarlıqla məşğul olmaq üçün X5 adına verilmiş həmin sənəd Türkan qəsəbəsində “Qaratəpə” adlanan yerə düşür. Mollağanın isə qanunsuz zəbt edərək tikdirdiyi və hazırda tikinti işləri apardığı “Eldar” balıq evi Türkan qəsəbəsində cənub hissəsində yerləşir. Bundan başqa, Mollağa xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Türkan qəsəbəsində kanalın üstündə 0.12 ha torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsinə görə Atakişi Mollağaya ümumilikdə 12400 manat pul vermişdir. Mollağa Atakişiyə söz vermişdir ki, ona ev tikəcək və həmin torpaq sahəsinin sənədlərini onun adına verəcək. Onlar ev və torpaq sahəsini 71000 manata razılaşmışdılar. Mollağa evi tikəcəkmiş, ona torpaq sahəsinə görə sənəd verəcəkmiş. Bundan sonra onlar dostaşmış, dəfələrlə birlikdə ailəvi Mollağanın kafesində çörək yemişlər. Bir dəfə çörək yeyən zaman Mollağa Atakişiyə demişdir ki, oğlunu evləndirir, lakin yaşamağa evi yoxdur. Həmin vaxt Atakişi Yasamal rayonunda yerləşən yeni tikilidə olan 2 otaqlı evi ona vermişdir ki, qoy oğlu yaşasın. Mollağa da həmin evi aylıq 400 manata 8 ay ərzində kirayə vermişdir. Atakişi 12400 manatı Mollağaya verəndən sonra o, ancaq torpağın özülünü tökmüş, iki mişar daşı ilə tikmiş və dayanmışdır. Bundan sonra Atakişi Mollağadan torpaq sahəsinin sənədini tələb etməyə başlamışdır. Lakin məlum olmuşdur ki, torpaq sahəsinin sənədi yoxdur, həmçinin Mollağa Atakişidən aldığı pula görə tikintini davam etmir. Bundan sonra Mollağa yalandan Türkan Bələdiyyəsindən arayış alaraq oğlu Tofiqə vermişdir ki, guya X6 Türkan qəsəbəsində yeni sahədə 0.12 ha torpaq sahəsində evi var və həmin evdə yaşayır. Lakin orada heç bir ev yoxdur. Məhkəməyə ərizə ilə müraciət edən Şahid2 ərizəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 10 il olar ki, tanıyır, onunla normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs1 da 6 ilə yaxındır ki, tanıyır, onunla da normal münasibəti olmuşdur. Dəfələrlə Liliya ilə birlikdə Mollağanın Türkan qəsəbəsində dəniz qırağında olan restoranında oturub çörək yemişlər. Həmin ərəfədə Mollağa Liliyaya torpaq sahəsi satmışdır. Sonradan onların arasında söz-söhbət olmuş, Liliya Mollağadan pulu tələb etməyə başlamışdır. Bundan sonra birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı Notariat ofisinə gəlmişlər. X2 torpaq sahəsini Mollağanın adına keçirtmişdir. X16 aldadaraq torpaq sahəsini öz adına keçirtsə də, ondan aldığı 7000 manatı ona qaytarmamışdır. Bundan sonra Mollağa ondan xahiş etmişdir ki, “mən Liliyanın pulunu qaytaracağam, hazırda mənim pula ehtiyacım var, işlərimi görüm, onun pulunu qaytaracağam. Səni polisə çağıranda de ki, guya Liliya Mollağadan aldığı 7000 manat pulu mənə borc olaraq verib”. Onun Mollağa ilə yaxın münasibəti olduğundan, ona inandığından onunla razılaşmış və bu formada Abşeron RPİdə izahat yazmışdır. Bundan başqa, Mollağa demişdir ki, “Notariusa tapşırmışam, get orada borc müqaviləsinə imza at ki, guya sənin Liliyaya borcun var”. Həmin vaxt o, heç nə fikirləşmədən Mollağanın dediklərini eləmiş, lakin əsil həqiqətdə Liliya ona hər hansı borc pul verməmişdir. O, Mollağanın sözü ilə Abşeron RPİ-də bu formada izahat yazmışdır, həmçinin Mollağanın sözü ilə Xırdalan şəhərində 2 saylı Notariat ofisində borc müqaviləsi bağlamışdır. Əsil həqiqətdə Liliya ona pul verməmiş, Mollağa onu və Liliyanı da aldatmış, o, Mollağaya inandığı üçün bu hərəkətlərə yol vermişdir. Lakin səhv etmişdir və səhvini etiraf edir. Bir daha bildirir ki, Mollağa 2 saylı Notariat ofisində Liliyaya satdığı torpaq sahəsini öz adına keçirən zaman 7000 manatı ona qaytarmamış, hər ikisini aldatmışdır. Onun Abşeron RPİ-də verdiyi izahatını əsassız saymağı xahiş edir. Hazırda göstərdikləri doğrudur. Xahiş edir ki, hazırkı ifadəsi doğru hesab edilsin. Mollağanın sözü ilə ilkin olaraq Notariat ofisinə gedib borc müqaviləsi bağladıqdan sonra Abşeron RPİ-də guya Liliyaya borcunun olması barədə izahat vermişdir. Əlavə olaraq bildirir ki, Mollağa sənədi öz adına keçirəndən təxminən 2 ay sonra Mollağanın xahişi ilə borc müqaviləsi bağlamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Abşeron rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Şahid3 göstərdi ki, 14 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs işlədiyi Notariat ofisinə gəlmişlər, Zərərçəkmiş şəxs1 ona aid icarədə olan torpaq sahəsinin istifadə hüquqlarını Təqsirləndirilən şəxs satmaq istədiyini bildirmişdir. Təqdim olunmuş sənədlər öyrənilmiş və müraciət üzrə hüquqların satılması qanuni olduğu üçün Notariat ofisində icarə hüquqlarının alqı-satqı müqaviləsi tərtib edilmiş və hər iki tərəf müqavilənin şərtləri ilə tanış olduqdan sonra alqı-satqı müqaviləsini imzalamışlar. Həmin müqavilə dörd nüsxədə tərtib olunub Notariat ofisində qeydə alınaraq təsdiq olunmuş və bir nüsxə ofisdə saxlanılmış, bir nüsxə satıcıya, iki nüsxə - nüsxələrdən biri DƏDRX-nə təqdim olunmaq üçün alıcıya verilmişdir. Alıcı və satıcı arasında alqı-satqıya görə ödənişdə, yəni pulun verilməsində onun və Notariat ofisinin işçilərinin iştirakı olmamışdır. Çünki, Notariat haqqında Qanunun tələbinə əsasən yalnız daşınmaz əmlakın alqı-satqısı zamanı beş min manatdan yuxarı məbləğ olduqda vəsait notariusun bankda olan depozit hesabı vasitəsilə həyata keçirilir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs1 sonra dəfələrlə müraciət etmiş və Mollağadan ona çatası 7000 manat pulun ona verilmədiyini bildirmiş, ona görə də müqavilənin ləğv edilməsini xahiş etmişdir. O, Liliyaya dəfələrlə izah etmişdir ki, bu məsələ ilə əlaqədar mülki iddia ilə məhkəməyə müraciət etsin. Liliya ilə birlikdə işlədiyi ofisə onun yanında Şükür adlı şəxs dəfələrlə gəlmiş və o, Liliyaya bildirmişdir ki, Mollağanın Liliyaya verdiyi 7000 manat pulu Liliya ona vermiş, o da maşını təmir etdikdən sonra pulu Liliyaya qaytarmağı ona vəd etmişdir. Hətta Şahid2 sonradan 16 dekabr 2020-ci il tarixdə Liliyadan 7000 manat borc pul aldığını səlahiyyətli orqanlara ərizə yazaraq həmin ərizədə olan imzanın ona məxsus olmasının təsdiqi üçün Abşeron rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş və onun həmin ərizədəki imzası notarial qaydada təsdiq olunmuşdur. İş materiallarında olan 27 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə şübhəli şəxs Şahid2ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli 4305 nömrəli və 22 iyul 2024-cü il tarixli 18541 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş cəmi 19400 (on doqquz min dörd yüz) manat ziyanın 25 (iyirmi beş) faizi miqdarında (cəmi 4850 (dörd min səkkiz yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş, həmçinin əlyazması şəklində yazılmış 16 iyul 2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır, buna görə də onların ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Eyni zamanda, iş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2024-cüil tarixli ərizəsində mülki iddiasından imtina etdiyini bildirmişdir. Barışmalarının nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RPİ-nin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 143.4-cü maadələri təqsirli bilinmiş və xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verimişdir. Həmçinin Ağır Cinayətlərə X23 Məhkəmənin xx.xx.2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu müddət nəzərə alınmaqla qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün saxlanılmış və xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri-quraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozmuş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi zərərçəkmiş şəxs və mülki iddiaçının, zərəçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxs və mülki iddiaçının, zərərçəkmiş şəxsin, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq həmçinin qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 188.2-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2024cü il tarixli 1(003)-43/2024 saylı qərarı ilə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəyərək onlarla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda özünü təqsirli bilərək törətdiyi əməllərdən peşmançılıq çəkməsini bildirməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, həmçinin zərərçəkmiş şəxslərə vurduğu ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2023-cü il tarixdə onun əməlləri CMnin 178.2.2, 178.2.4 və 188.2-ci maddələrinə tövsif edilərək ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 ümumilikdə 20 iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiadan imtina etməsinə görə mülki iddiaya xitam verilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 120,00 bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-43/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-43/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver