Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-43/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yaşamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 7,84 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsinə qədər saxlamaqla daşımış, 17 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yaşadığı evin yanında Xəzər RPİnin CAŞ- nin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 5 ədəd kağıza bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 1,09 qram, 1,47 qram, 1,91 qram, 1,39 qram, 1,98 qram, ümumi çəkisi 7,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əvvəlki məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir ki, narkoitik vasitə olan qurudulmuş marixuananı siqaret kimi çəkərək qəbul edir. Tutulmamışdan bir neçə gün əvvəl Mərdəkan qəsəbəsində tanımadığı şəxsdən 6 bükümdə narkotik vasitə olan marixuana alıb üzərində saxlamışdır. Bundan sonra bükümlərdən birini istifadə etmiş, qalan 5 bükümü özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yaşadığı evin yaxınlığında iki nəfər polis əməkdaşı onu tutaraq Xəzər RPİ-nə gətirmişlər. Sonra video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Baxış zamanı o, da əynində olan şalvarın cibində saxladığı 5 ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Rasim oğlu bildirdi ki, 17 aprel 2024-cü il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində olduğu bildirilmişdir. Bundan sonra o və əməliyyat qrupunun digər üzvü Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və sonuncunu ifşa etmək məqsədi ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsinə getmişlər. Təxminən saat 16:30-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq Xəzər Rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməmişdən qabaq üzərində qeyriqanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən beş ədəd kağıza bükülmüş maddəni təqdim edərək həmin maddənin marixuana olduğunu və öz şəxsi istifadəsi üçün Mərdəkan qəsəbəsi ərazisindən aldığını bildirmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ İstintaq Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid2 Rasim oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli hesab etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-7/591 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Abbasov R “ yazısı və imzalar olan kağız paketdəki 05 (beş) ədəd kağız büküldə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,09 qram; 1,47 qram; 1,91 qram; 1,39 qram; 1,98 qram; olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 7,84 qramdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 3262 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 17:30-17:40 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 05 ədəd kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içində spesifik iyə məxsus, yaşıl rəngli, quru ot şəkilli narkotik vasitə olan nəşə olduğunu, şəxsi istifadəsi üçün bir neçə gün əvvəl Mərdəkan qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Rüstəm İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan video görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Rüstəm İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, AZ-İİ seriyalı, 473006 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 1956 nömrə ilə qeyd edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınması ilə bağlı onun yaxın qohumlarına məktub ünvanlanmışdır. - Təqsirləndirilən şəxs qardaşı X8 tərəfindən, arvadı X6 tərəfindən və atası X9 tərəfindən ayrı-ayrılıqda məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən müəyyən edilir ki, onlar cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi varis qismində tanınmaq istəmədiklərini bildirmişlər; - Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, AZ-İİ seriyalı, 473006 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları xəstəliyindən ölmüşdür. Onun yaxın qohumlarına hüquqi varis qismində tanınma barədə bildiriş göndərilmiş, lakin yaxın qohumları tərəfindən məhkəməyə göndərilmiş ərizədə cinayət işi üzrə mərhum Təqsirləndirilən şəxs hüquqi varis qismində tanınmaq istəmədikləri bildirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-nin 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir (başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı, məhkəmə məsrəfi olan 78 manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 7,59 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və cinayət işinin icraatına Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 7,59 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 78 manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 22 saat vaxta görə 132 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 isə sərf etdiyi 13 saat vaxta görə 78 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-43/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-43/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver