Məhkəmə qərarları › İş №1(003)-431/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-431/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-431/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1998-ci il tarixdə Astara rayonunun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 1(003)-431/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 11 noyabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə saat təxminən 21 radələrində Xəzər rayonu Zirə qəsəbəsi YYM-də yerləşən parkın yaxınlığında Zərərçəkmiş şəxs ilə ona olan 30 manat borc məsələsi ilə bağlı şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən əl və ayaq zərbələri ilə vuraraq ona sağ əlin sıyrığı, sağ baldırın əzilmiş yarası və sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayət olunan sağ baldırın yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Tahir Hüseynovun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, dolanışıq məqsədi ilə yaşadığı Astara rayonundan Bakı şəhərinə müxtəlif iş yerlərinə fəhləçilik etmək üçün gəlib, işləyib əmək haqqını götürüb geri qayıdır. Xəzər rayonu Zirə qəsəbəsi Bağlar massivində onun bibisi Gülnarın evi var və o, Bakıya işləməyə gələndə onların evində qalır. Əmisi Elnur da Astara rayonunda yaşayır və o da işləməyə gələndə bacısı Gülnargilin evində qalır. Zərərçəkmiş şəxs da o, Astaradan Bakıya idarə etdiyi “Mersedes-Vito” markalı taksi avtomobili ilə gələrkən 8 aydır ki, tanımışdır, aralarında düşmənçilik və ədavətləri yoxdur. Hüseynin taksi avtomobili ilə bir neçə dəfə ailəsi ilə birlikdə Zirə qəsəbəsinə nisyə gəlib getmiş və sonradan yol haqqını ona ödəmişdir. 2021-ci ilin aprel ayının ortalarında o, yenə Hüseynin həmin avtomobili ilə Zirə qəsəbəsinə həyat yoldaşı Nəcimə ilə birlikdə gəlmişdir, lakin pulu olmadığı üçün işlədiyi parnikdən pulu alıb ona verəcəyini demiş, o da razılaşmışdır, yəni, həmin vaxt Hüseynə 30 manat borcu qalmışdır. Lakin o, parnikdən pulunu ala bilmədiyi üçün Hüseynə olan 30 manat borcunu ödəyə bilməmişdir. 19 aprel 2021-ci il tarixdə saat 21 radələrində Hüseyn iş yoldaşı Asimlə birlikdə onun işlədiyi Zirə qəsəbəsindəki parnikin qarşısına gəlmiş və o, bayıra çıxanda Hüseyni görmüşdür. Hüseyn ondan 30 manat borcunu istəmiş, o da 2 günə verəcəyini demiş və Hüseyn razılaşmışdır. Sonra Hüseyndən xahiş etmişdir ki, onun özünü və yüklərini bibisi Gülnarın Zirə qəsəbəsindəki evinə aparsın. Hüseyn də razılaşmış və Nəcimə ilə birlikdə yüklərini Hüseynin avtomobilinə yerləşdirib bibisinin Zİrə qəsəbəsindəki evinə çatmışlar. Orada Hüseyn əsəbiləşərək ondan borcunu istəmiş, bu zaman o da yüklərini Hüseynin avtomobilindən boşaltdıqda əsəbiləşdiyi üçün qapını möhkəm çırpmış və qapı yerindən çıxmışdır. Bunu gördükdə Hüseyn daha da qızışaraq onun üstünə gəlib əl-qol atmaq istədikdə, o, Hüseynin sifətinə 1-2 dəfə yumruqla və ayağına bir dəfə təpiklə vurmuş və özünü müdafiə etmişdir. Səs-küyə bibisi Gülnar və əmisi Elnur bayıra çıxaraq onları aralaşdırmışlar. Daha sonra Asim Hüseyni avtomobilə əyləşdirərək sürüb çıxıb getmişlər. Həmin münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, hadisə zamanı ətrafda kənar adamlar olmamış, ancaq bibisi, əmisi və ailə üzvləri olmuşlar. Himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edib barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, fərdi qaydada etibarnamə ilə idarə etdiyi 8 sərnişin daşıya bilən “X3” minik markalı **-KH-*** dövlət nömrə nişanlı avtmobili idarə edərək Astara rayonundan Bakı şəhərinə taksi kimi sərnişin daşımaqla məşğul olur və adam başı 15 manat yol haqqı alır. Astara rayonundan da gələn müştərilərin hamısı bunu bilir və onları birbaşa işləmək üçün Zirə qəsəbəsindəki iş yerlərinə, məsələn parniklərə, daş karxanalarına gətirib düşürür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin Asiman 2021-ci ilin mart ayında onun avtomobilindən müştəri kimi istifadə etdikdən sonra onu tanımışdır. Asimanı birinci dəfə 2021-ci ilin mart ayının əvvəllərində Zirə qəsəbəsindən müştəri kimi idarə etdiyi “X3” minik markalı **-KH-*** dövlət nömrə nişanlı avtmobili ilə götürüb Astara rayonu Şahağacı qəsəbəsinə adını bilmədiyi arvadı ilə birlikdə aparmış və həmin vaxt adam başı ona 15 manat yol haqqını ödəmişdir. 2021-ci ilin mart ayının təxminən 27-də Novruz bayramı bitdikdən sonra Asimanın onun mobil nömrəsinə zəng edərək sifariş verməsinə əsasən onu Astara rayonunun Şahağacı qəsəbəsindən adını bilmədiyi arvadı ilə birlikdə götürüb Zirə qəsəbəsinə işlədiyi parnikə gətirmiş və obyektin qabağında Asiman həyat yoldaşı ilə birlikdə düşərək guya obyektdən pul götürüb ona pulunu verəcəyini bildirib parnikə girmiş, təxminən 5-6 dəqiqə sonra bayıra çıxıb pul ala bilmədiyini və onun 30 manat yol haqqını 2 gün sonra pul alanda verəcəyini bildirmiş, o da razılaşmışdır. O, 2 gün sonra Asimanın işlədiyi parnikə gələrək ona zəng edib pulunu istəmiş, Asiman bayıra çıxıb pulu olmadığını, sonra verəcəyini bildirmiş, bu zaman o, ona narazılıq bildirmişdir. Naəlac qalıb gözləmiş, Asimana mesaj yazıb zənglər etmiş, lakin o, onunla görüşməkdən yayınmışdır. Sonradan parnikə də gedərək Asimanı axtarmış, tapa bilməmişdir. Aradan 1 ay keçməsinə baxmayaraq, Asiman yenə də onun pulunu verməmişdir. Sonuncu dəfə, 19 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində iş yoldaşı Şahid1lə birlikdə Zirə qəsəbəsinə Asimanın işlədiyi parnikə gedib maraqlandıqda Asiman orada olmamışdır. Asimanın ***- ***-**-** mobil nömrəsinə zəng etmiş, Asiman onu Zirə qəsəbəsində yanacaq doldurma məntəqəsinə çağırmışdır ki, gəlib onun pulunu verəcəkdir. O həmin yerə getmişdir, Asiman oradan benzin götürmüşdür, çünki müdirinin “VAZ-2106” markalı avtomobilinin yolda qalmasını və Zirə qəsəbəsinə parnikin qarşısına sürməyini demişdir. O da onu idarə etdiyi “X3” minik markalı **-KH-*** dövlət nömrə nişanlı avtomobillə işlədiyi parnikin qarşısına gətirmişdir. Asiman avtomobildən düşüb yenə onunla Astara rayonuna qayıdacağını deyərək bütün borcunu ödəyəcəyinə söz vermiş, o da buna inanmışdır. Asimin yanında Asiman əşyalarını, yüklərini onun avtomobilinə yerləşdirmiş, oradan Asiman və onun arvadı ilə birlikdə Zirə qəsəbəsindən çıxaraq hərəkətə başlamışlar. Avtomobili həmin vaxt Asim sürürmüş, yolda Asiman maşını Zirə qəsəbəsində Türkan yolunda ara məhləyə sürdürüb saxlamağı xahiş etmiş, Asim də avtomobili dayandırmışdır. Həmin vaxt Asiman arvadı ilə birlikdə avtomobildən düşərək yüklərini boşaltmağa başlamış, o da ona narazılıq etmişdir ki, bəs Astara rayonuna getmirdisə nə üçün onu aldadır, bu səbəbdən ondan borcunu ödəməsini tələb etmişdir. Asiman isə onun avtomobilinin qapısını çırparaq sındırmışdır. Daha sonra Asimanın arvadı da avtomobildən düşmüşdür. Asiman onu söyüb təhqir etməyə başlamış, bu vaxt ora Asimanın əmisi Elnur oraya yaxınlaşmışdır. Asiman onun üstünə hücum edərək onu təpik və yumruqla vurmağa başlamışdır, yanındakı qohumu isə onu tutmağa çalışmışdır. O, sifətini tutaraq onlardan uzaqlaşmağa çalışmışdır. Asim onu onlardan qoruyaraq, onları aralaşdırıb, sakitləşdirməyə çalışmışdır. Münaqişə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt ətrafda səs-küyə orada yaşayan Zirə sakinlərindən tanımadığı 4-5 nəfər yığılmışdır. Münaqişənin böyüməməsi üçün Asim avtomobilə əyləşmiş və onu da yanında əyləşdirərək sürüb oradan uzaqlaşmışdır. Asiman tərəfindən döyülməyi nəticəsində başından, ayağından, sağ əlindən müxtəlif xəsarətlər almışdır. Hadisədən sonra öz mobil telefonu ilə DİN “102” xidmətinə zəng edərək məlumat vermiş və Xəzər RPİ 1-ci PŞ-nə gedərək ərizə və izahat vermiş, daha sonra məhkəmə tibbi-ekspertizasından keçmişdir. Hazırda Asiman ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur, bunun nəzərə alınaraq Asimana yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, X1 Astara rayonundan həmyerlisi kimi və taksi faəliyyəti ilə məşğul olan iş yoldaşı kimi 6-7 ildir ki, tanıyır. Hüseyn atasından qalmış 8 sərnişin tutan “X3” minik markalı **-KH-*** dövlət nömrə nişanlı avtmobili idarə edərək Astara rayonundan Bakı şəhərinə taksi kimi sərnişin daşımaqla məşğul olur, o da onunla birlikdə işləyir və bəzən həmin avtomobili idarə edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və 2021-ci ilin mart ayında Hüseynin avtomobili ilə müştəri kimi istifadə etdikdən sonra tanımışdır. Asiman birinci dəfə 2021-ci ilin mart ayının əvvəllində Zirə qəsəbəsindən müştəri kimi Hüseynlə birlikdə idarə etdikləri həmin avtmobillə Astara rayonunun Şahağacı qəsəbəsinə arvadı ilə birlikdə getmiş və həmin vaxt adam başı 15 manat yol haqqını ödəmişdir. 2021-ci ilin mart ayının təxminən 27-də Novruz bayramı bitdikdən sonra Asiman Hüseynin nömrəsinə zəng edərək onu Astara rayonu Şahağacı qəsəbəsindən arvadı ilə birlikdə götürüb Zirə qəsəbəsinə işlədiyi parnikə gətirməsini demiş, onlar onu oraya gətirmiş və obyektin qabağında Asiman həyat yoldaşı ilə birlikdə düşərək güya obyektdən pul götürüb verəcəyini bildirib parnikə girmiş, təxminən 5-6 dəqiqə sonra bayıra çıxaraq pul ala bilmədiyini və 30 manat yol haqqını 2 gün sonra verəcəyini bildirmiş, Hüseyn də razılaşmışdır. Bundan iki gün sonra Hüseyn ilə birlikdə Asimanın işlədiyi parnikə gəlmişlər, Hüseyn Asimana zəng edib ondan pulunu istəmişdir. Asiman bayıra çıxıb pulu olmadığını, sonra verəcəyini bildirmiş, Hüseyn də ona narazılığını bildirmiş və çıxıb getmişlər. Sonradan Hüseyn zənglər etsə və mesajlar yazsa da Asiman görüşməkdən yayınmağa başlamışdır. Parnikə gedərək Asimanı axtarsalar da tapa bilməmişlər. 19 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində Hüseyn və o, birlikdə Zirə qəsəbəsinə Asimanın işlədiyi parnikə gedib maraqlandıqda Asiman orada olmamışdır. Hüseyn Asimanın mobil nömrəsinə zəng etmiş və Asiman onu Zirə qəsəbəsində yanacaq doldurma məntəqəsinə çağırmışdır ki, orada onun pulunu verəcəkdir. Onlar da həmin yerə getmişlər. Asiman oradan benzin götürmüş və Zirə qəsəbəsinə parnikin qarşısına sürməyi demişdir. Onlar onu işlədikləri parnikin qarşısına gətirmişlər. Asiman avtomobildən düşüb yenə Hüseynə Astara rayonuna qayıdacağını demiş və bütün borcunu ödəyəcəyinə söz vermiş, Hüseyn də ona inanmışdır. Onun yanında Asiman əşyalarını, yüklərini avtomobilə yerləşdirmiş, sonra Asiman arvadı ilə birlikdə avtomobilə əyləşmiş, onlar Zirə qəsəbəsindən çıxaraq hərəkətə başlamışlar. Avtomobili həmin vaxt o sürmüş, yolda Asiman avtomobili Zirə qəsəbəsində Türkan yolunda ara məhləyə sürdürərək saxlamağı xahiş etmiş, o da həmin yerdə avtomobili dayandırmışdır. Asiman arvadı ilə birlikdə avtomobildən düşərək yüklərini boşaltmağa başlamış, Hüseyn də ona narazılıq etmişdir ki, bəs Astara rayonuna getmirdisə nə üçün onu aldadır, bu səbəbdən ondan borcunu ödəməsini tələb etmişdir. Bu zaman Asiman onun avtomobilinin qapısını çırparaq sındırmışdır. Daha sonra Asimanın arvadı da avtomobildən düşmüşdür. Asiman Hüseyni söyüb təhqir etməyə başlamış, bu vaxt ora Asimanın əmisi Elnur yaxınlaşmışdır. Asiman Hüseynin üstünə hücum etmiş və onu təpik və yumruqla vurmağa başlamış, yanındakı qohumu isə onu tutmağa çalışmışdır. Hüseyn sifətini tutaraq onlardan uzaqlaşmağa çalışmışdır. O da Asimanı aralaşdırıb, Hüseyni qoruyaraq, onları sakitləşdirməyə çalışmışdır. Münaqişənin böyüməməsi üçün o, avtomobilə əyləşib, Hüseyni də yanında əyləşdirərək oradan uzaqlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 2021-ci ilin aprel ayının ortalarında əri Asiman və o, Hüseynin “Mersedes-Vito” markalı avtomobili ilə Astaradan Zirə qəsəbəsinə birlikdə gəlmişlər, lakin pulları olmadığı üçün əri işlədiyi parnikdən pulu alıb Hüseynə verəcəyini demiş, o da razılaşmışdır. Lakin sonradan Asiman parnikdən pulunu ala bilmədiyi üçün Hüseynə olan 30 manat borcunu ödəyə bilməmişdir. 19 aprel 2021-ci il tarixdə saat 21 radələrində Hüseynin iş yoldaşı Asimlə birlikdə onların işlədiyi parnikin qarşısına gəlməsini və Asimanla bayırda söhbət etməsini görmüşdür, lakin həmin vaxt o, onlara yaxınlaşmamışdır. Bir qədər sonra Asiman onu çağırmış və onlar birlikdə yüklərini Hüseynin həmin avtomobilinə yerləşdirmişlər. Bildiyi qədər Asiman bibisigilə gedəcəyini Hüseynə demişdir. Hüseyn yenə yolda Asimandan borcunu istəmiş, Asiman da verəcəyini demişdir. Bir qədər sonra Zirə qəsəbəsinə Asimanın bibisi Gülnargilin evlərinə çatmışlar. Asiman avtomobildən düşüb yüklərini avtomobildən boşaltmağa başlamış, lakin, Hüseyn qapını bağladığı üçün, o, avtomobildən düşə bilməmişdir. Asiman da qapını açıb onu düşürmüş və möhkəm çırpdığı üçün qapı yerindən çıxmışdır. Bunu gördükdə Hüseyn daha da qızışaraq Asimanın üstünə gəlib əl-qol atmaq istədikdə, o, qışqıraraq kömək çağırmışdır ki, onları ayırsınlar. Asiman həmin vaxt özünü qorumaq üçün Hüseynin sifətinə yumruq atmışdır. Səs-küyə Asimanın bibisi Gülnar və əmisi Elnur bayıra çıxıb onları aralaşmışlar. Daha sonra Asim Hüseyni avtomobilə əyləşdirib sürüb çıxıb getmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Xəzər rayonu Zirə qəsəbəsi YYM-də Türkan yolunun yaxınlığında fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Asiman onun qardaşı Balamirzənin oğludur. Elnur isə onun doğma qardaşıdır. Asiman və Elnur Astara rayonunun Şahağacı kəndində yaşayırlar. İşləməkdən ötrü Asiman həyat yoldaşı Nəcimə ilə birlikdə Zirə qəsəbəsinə parnikə gedirlər. Bəzən Elnur da Asimangillə Zirə qəsəbəsinə parnikə işləməyə birlikdə gəlir. Həmin vaxtlarda isə Asimangil və Elnur onun evində bir neçə gün qonaq qalır və işləri bitdikdən sonra Astaraya geri qayıdırlar. O, Hüseyni “X3” minik markalı avtomobili idarə edərək Astara rayonundan Bakı şəhərinə taksi kimi sərnişin daşımaqla məşğul olan şəxs kimi tanıyır və Asimangil çox vaxt həmin avtomobillə Zirə qəsəbəsinə işləməyə gəlirlər. 19 aprel 2021-ci il tarixdə saat 21 radələrində o, evində olarkən Elnur da onun evində olmuşdur. Həmin vaxt bayırdan Asimanın həyat yoldaşı Nəcimənin qışqırıq səsini və Hüseynin mübahisə etmə səslərini eşidib o və Elnur birlikdə tələsik darvaza qapısının qarşısına çıxdıqda orada avtomobilinin yanında Asimanla Hüseynin tutaşaraq dava etməsini görmüşlər. Elnur tez onlara yaxınlaşıb Hüseyni tutub aralaşdırmış, Hüseynin tanışı olan oğlan da Asimanı tutub aralaşdırmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadə yerində yoxlanılmış və bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 aprel 2021-ci ilo tarixli 363 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ əlin sıyrığı, sağ baldırın əzilmiş yarası və sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldırın yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri 19 aprel 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan və 29 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 10 (on) ay müəddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 06 (altı) ay müəddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması faktı özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edib barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar