Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-431/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 01 dekabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs Tarıverdi oğluna məxsus ünvan 1 ünvanında yerləşən evə pəncərə üzərində olan şüşəni çıxarmaqla pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq 200 manat dəyərində 01 ədəd odun samovarı, 200 manat dəyərində 01 ədəd benzinlə işləyən əl otbiçəni, hər bir metrəsinin dəyəri 1 manat olan 50 metr uzunluğunda mis elektrik naqili gizli olaraq talamaqla Zərərçəkmiş şəxs Tarıverdi oğluna 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, hadisə baş verən gün evdə olmuşdur. Nə işlə məşğul olmasını xatırlamır. Lakin həmin gün oğurluq etməmişdir. X8 ilə dostdur. Həmin gün o, Elçinlə birlikdə olmuşdur. Kiminsə oğurluq etməsindən xəbəri yoxdur. Ona edilən təzyiqlərə dözməyərək oğurluq etməsini etiraf etmişdir. Bundan sonra heç bir orqana şikayət etməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən evindən oğurluq olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində evdən çıxmışdır. Evin dəmir qapısını bağlayıb getmişdir. Səhər evə gələndə aşkar etmişdir ki, qapının qulpu sınmış vəziyyətdədir. Naməlum şəxslər evin dəmir qapısını sındırıb açmağa cəhd etmişlər. Lakin aça bilməmişlər. Sonra görmüşdür ki, evin giriş qapısının yanında olan pəncərənin üzərindəki dəmir barmaqlıq qoparılmış, həmin pəncərənin aşağı sol şüşəsini çıxarıb yerə qoymuşlar. Həmin yerdən daxil olub evin içərisində olan 200 manat dəyərində 01 ədəd odun samovarı, 200 manat dəyərində 01 ədəd benzinlə işləyən əl otbiçəni, hər bir metrəsinin dəyəri 1 manat olan 50 metr uzunluğunda mis elektrik naqili oğurlanmışdır. O, dərhal DİN-in 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Baxış zamanı oğruların çıxarıb yerə qoyduqları pəncərənin şüşəsindən əl-barmaq izləri götürülmüşdür. Təxminən bir ay sonra polis əməkdaşları bildirmişlər ki, oğurluq Etiram və Elçin adlı şəxslər tərəfindən törənmişdir. Belə ki, həmin şəxslərin əl izləri həmin şüşədən aşkar olunmuşdur. Sonradan Etiramın atası zəng vurub xahiş etmişdir ki, oğlundan şikayətçi olmasın və ona dəymiş maddi ziyanı ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi 4-də yerləşən X5 məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası DİN-dən daxil olmuş 3-13-11/2-14963/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs Tarıverdi oğluna məxsus evdə baş vermiş oğurluq faktı ilə flaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 06 ədədi X2 əlinin ovucu, sağ əlinin isə ovucu, şəhadət və orta barmaqları, digə 08 ədədi isə Təqsirləndirilən şəxs sağ əlinin ovucu, sol əlinin isə ovucu və orta barmağı ilə eynilik təşkil edir. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi R.İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi R.İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa onun barəsində ********* nömrəli cinayət işi məhkəmənin icraatındadır. - Azərbaycan Respublikası ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. - İş üzrə təyin olunmuş məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/438 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs Tarıverdi oğluna məxsus evə baş vermiş oğurluq faktı ilə flaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 14 ədəd kağız parçasının üzərinə yapışdırılmış 14 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərindəolan əl izlərindən 04 ədəd əl-barmaq və 12 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.
2. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqayisəli tədqiqat üçün yararlıdır.
3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 07 ədədi xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş X3 əlinin şəhadət orta barmaqları, sağ əlinin ovuc(02 dəfə) və sol əlinin ovuc (03 dəfə) əksləri ilə; Digər 07 ədədi isə (ADİS-in məlumat bankına təqdim olunmuş) xx.xx.1992-ci ildə cəbrayıl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük, orta barmaqları, sağ əlinin ovuc (02 dəfə) və sol əlinin ovuc (03 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir.
4. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs ovuc əksi ilə eynilik müəyyən edilməmişdir. - Cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -qabaqcadan əlbir olan bir qrup halında və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə cəzadan azad edilib) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fariz oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Sədrlik edən Ramilə Xəzri