Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-432/2024 02.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Saitdin oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 16:10 radələrində ünvan 2 ünvanında yerləşən Xəzər rayon İcra Hakimiyyətinin inzibati binasının 1-ci mərtəbəsində vətəndaşların qəbulu zalında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ucadan Xəzər rayon İcra Hakimiyyətinin bütün əməkdaşların ünvanına nalayiq sözlər işlətməklə onları vurub xəsarət yetirəcəyi ilə hədələmiş, həmçinin zaldakı Xəzər rayon İcra Hakimiyyətinin balansında olan dövlət mülkiyyətinə aid masanın üstündəki dəyəri 50 manat təşkil edən mikrofonu götürüb yerə çırparaq, dəyəri 1.300 manat təşkil edən masanı əlləri ilə qaldırıb aşırtmaqla, habelə bir ədədinin dəyəri 50 manat olan ümumilikdə 250 manat təşkil edən oturacaqları götürüb bir-birinə vuraraq sındırmış, həmin oturacaqlardan birinin dəmir materialdan olan sınmış ayağını silah qismində istifadə edərək ictimai yer sayılan dəhlizə çıxmış və ucadan səs-küyə dəhlizə toplaşmış bütün işçilərin ünvanına və ünvansız nalayiq ifadələr işlədərək təhqir edib yaxın gələni vuracağı ilə hədələmiş və nəticədə Xəzər rayon İcra Hakimiyyətinin iş rejimini 30 dəqiqə ərzində pozmaqla İcra Hakimiyyətinə məxsus dövlət mülkiyyətinə 1.600 (min altı yüz) manat maddi ziyan vuraraq şəxslər üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmuşdur, veterandır. Maddi cəhətdən vəziyyəti pis oduğuna görə dəfələrlə Xəzər RİH-nə işlə təmin olunmağı ilə əlaqədar müraciət etmişdir. 2022-ci ilin oktyabr ayında Xəzər rayonu, Qala qəsəbəsində sosial işlə təmin olunmuşdur. Sonra bir müddət işsiz qalmış və yenidən Xəzər RİH-nə işlə təmin olunmağı barədə müraciət etmişdir. Sonra gedib DOST xidmətinə müraciət etmiş və sonra Xəzər RİH-nin əməkdaşı olan Şahid1la əlaqə saxlamışdır. Bir müddət keçdikdən sonra işdən xəbər çıxmamışdır, ona dörə Şahid1la telefon əlaqəsi saxlamış, Şahid1 ona bildirmişdir ki, “sənin adın siyahıda əvvəldədir, növbə sənə çatanda səni çağıracaqlar". Bu səbəbdən yenə də gözləməli olmuşdur. Artıq dözə bilməmiş və əsəbləşib xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Xəzər RİH-nə gedib Şahid1la görüşmək istəmişdir. Şahid1 onu RİH-nin birinci mərtəbəsindəki zalda qəbul etmiş və ona işindən bir xəbər olmadığını bildirmişdir. Bu səbəbdən ani olaraq əsəbləşmiş və zalda olan masanın üstündəki mikrofonu götürüb yerə çırpıb sındırmış, masanı əli ilə qaldıraraq aşırtmış, oturacaqları götürüb bir- birinə vurub sındırmışdır. Sonra orada xidmət aparan polis əməkdaşı yaxınlaşaraq sakitləşdirmək üçün onu həyətə çıxarmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsin ondan şikayətçi olmamasını və “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, Xəzər Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs müharibə iştirakçısı olduğuna və heç bir yerdə işləmədiyinə görə, Xəzər RİH tərəfindən Xəzər rayonu Qala qəsəbəsi ərazisində sosial işlə təmin olunmuş və təxminən 6 aydan çox orada işləyib əmək haqqı almışdır. Eyni zamanda ailə vəziyyəti ilə əlaqədar olaraq ona maddi yardımlar da verilmişdir. Nurlan sonradan ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad edilməsini xahiş etmişdir. Daha sonra Nurlan yenidən Xəzər RİH-nə gəlib müraciət edərək işlə təmin olunmasını xahiş etmişdir. Xəzər RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 tərəfindən Nurlana izah olunmuşdur ki, sosial işlə təmin olunma üçün hazırda fəaliyyət göstərən DOST xidmətinə müraciət olunmalıdır. Bundan sonra özü gedib həmin xidmətə ərizə ilə müraciət etmişdir. Müraciətdən sonra Şahid1 ona köməklik etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazsində yerləşən Regional Məşğulluq İdarəsinə onu şəxsən özü aparmışdır ki, orada işə düzələcək şəxslərin siyahısında ilk sıralara adını yazdırsın. Orada ona müxtəlif işlər təklif olunsa da o, heç bir işi qəbul etməmişdir. Ondan sonra dəfələrlə Xəzər RİH-nə gəlmiş, işlə və maddi yardımla təmin olunmasını tələb etmişdir. Nurlan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində yenidən Xəzər RİH-nə gələrək Xəzər RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şahid1 tərəfindən qəbul edilməsini xahiş etmişdir. Şahid1 RİH-nin birinci mərtəbəsində yerləşən akt zalında onu qəbul etmişdir. Şahid1 zalda Nurlanla eyni məzmunda izahedici söhbətlər etdiyi zaman heç bir əsaslı səbəb olmadan səs-küy yaratmağa və nalayiq ifadələrlə Şahid1 təhqir etməyə başlamış, orada olan masanı aşırdaraq sındırmış, eyni zamanda masanın üstündə olan mikrofonu götürüb yerə çırparaq və oradakı oturacaqları bir-birinə vuraraq sındırmışdır. Sonra da sındırdığı oturacaqlarının birinin sınmış ayağını əlinə götürərək dəhlizə çıxmış, dəhlizdə RİH-nin bütün əməkdaşlarına qarşı nalayaiq ifadələr işlədərək təhqir etmiş və kim yaxın gəlsə vuracağı ilə hədələmişdir. RİH-nin əməkdaşları da səs-küyə dəhlizə çıxmışlar. Bundan sonra Xəzər RİH-də xidmət aparan polis əməkdaşı yaxınlaşaraq onu inzibati binadan uzaqlaşdırmışdır. Hadisə nəticəsində RİH-nə dəymiş maddi ziyan müvafiq olaraq hesablanmış və dəymiş ziyan 1.600 manat təşkil etmişdir. Halhazırda Təqsirləndirilən şəxs etdiyi əməlindən peşman olmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq onunla barışmışlar, Nurlana qarşı heç bir şikayət və tələbləri yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edərək şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2020-ci ilin aprel ayından etibarən Bakı şəhəri, Xəzər RİH-nin, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır, heç bir yerdə işləmədiyinə görə, Xəzər RİH tərəfindən Xəzər rayonu Qala qəsəbəsi ərazisində sosial işlə təmin olunmuş və təxminən 6 aydan çox orada işləyib əmək haqqı almışdır. Eyni zamanda ailə vəziyyəti ilə əlaqədar olaraq ona maddi yardımlar da verilmişdir. Sonradan öz təşəbbüsü ilə işdən azad edilməsini xahiş etmişdir. Buna baxmayaraq o, yenidən Xəzər RİH-nə gəlib müraciət edərək işlə təmin olunmasını xahiş etmiş və tərəfindən ona izah olunmuşdur ki, hazırda sosial işlə təmin olunma üçün DOST xidmətinə müraciət olunmalıdır. Sonra Nurlan özü gedib həmin xidmətə ərizə ilə müraciət etmişdir. Sonra Nurlan dəfələrlə Xəzər RİH-nə gəlmiş, işlə və maddi yardımla təmin olunmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə Nurlan yenidən Xəzər RİHnə onun qəbuluna gəlmişdir. Bu zaman o, birinci mərtəbədə yerləşən akt zalında Nurlanı qəbul etmişdir. Həmin zalda onunla eyni məzmunda izahedici söhbətlər etdiyi zaman heç bir əsaslı səbəb olmadan Nurlan səs-küy yaratmağa və nalayiq ifadələrlə təhqir etməyə başlamış, orada olan masanı aşırdaraq sındırmış, orada olan oturacaqları bir-birinə vuraraq sındırmışdır. Səs- küyə Xəzər RİH-nin əməkdaşları gəlmiş, bundan sonra RİH-nin inzibati binasında xidmət aparan polis əməkdaşı yaxınlaşmış və Nurlanı inzibati binadan uzaqlaşdırmış və dərhal Xəzər RPİ-nin 1-ci PŞ-nə zəng edərək məlumat vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər Şahid3 qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyətində baş mütəxəssis, komendant vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyətnin inzibati binasında işdə olmuşdur. Saat təxminən 16:10 radələrində RlH-nin birinci mərtəbəsindən səs-küy eşitmişdir. Həmin vaxt Xəzər RİH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahid4 iş otağında olmuşdur. Hər biri səs-küyə birinci mərtəbəyə düşmüşlər. Bu zaman görmüşdür ki, Xəzər RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 dəhlizdədir və yanında qəbuluna gələn Təqsirləndirilən şəxs zaldakı oturacaqların birinin sınmış ayağını əlində tutaraq RİH-nin bütün əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək təhqir edir və vuracağı ilə hədələyir. Bu zaman RİH-nin inzibati binasında xidmətdə olan mühafizə polisinin əməkdaşı yaxınlaşıb onu sakitləşdirmək üçün inzibati binadan uzaqlaşdırmış, sonra da Xəzər RPİ-nin 1-ci PŞ-nə zəng edərək hadisə barədə məlumat vermişdir. Ondan sonra zala daxil olub görmülər ki, Təqsirləndirilən şəxs zalda olan masanı aşırdaraq sındırmış, masanın üstündəki mikrafonu və orada olan oturacaqları yerə çırpıb yararsız vəziyyətə salaraq sındırmışdır. Ona görə də baş vermiş hadisəni aktlaşdırıb RİH-nə dəymiş maddi ziyanı müəyyələşdirmişlər. İbtidai istintaq zamanı şahid qismində ifadələri alınmış şahidlər Şahid4 və Şahid2 məhkəmə iclasında iştirak etmədikləri üçün onların ifadəsi elan edilmişdir. Şahid4 və Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilmiş ifadələrində Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, baxış keçirilən yer Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən akt zalıdır. Zalın eni 6 metr, uzunluğu 20 metrdir. Beş pəncərə və iki qapıdan ibarətdir. Giriş qapısının qarşısında taxtadan hazırlanmış dörd metr uzunluğunda masa aşırdılmış və qırılmış vəziyyətdədir. Masanın üzərində olmuş mikrofon sınmış halda yerdədir. Bundan başqa zalda olan oturacaqların əksəriyyəti dağınıq vəziyyətdə, onlardan beş ədədi sınmış haldadır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Bakı şəhəri Xəzə Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, cü il tarixdə saat 16:10 radələrində İİ Qarabağ Müharibəsi iştirakçısı, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan vətəndaş Təqsirləndirilən şəxs Xəzər RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 tərəfindən RİH-nin akt zalında qəbul edilərkən heç bir əsaslı səbəb olmadan bütün işçilərin ünvanına nalayiq ifadələr işlətmiş, masanı, masanın üstündəki mikrofonu və orada olan oturacaqları sındıraraq yararsız hala salmış, bu hərəkətləri ilə RİH-nin iş rejimini yarım saat ərzində pozmuşdur; - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, baş vermiş hadisə zamanı Xəzər RİH-nin balansında olan dövlət mülkiyyətinə aid dəyəri 50 manat olan mikrofon, ümumi dəyəri 250 manat olan oturacaqlar və ümumi dəyəri 1.300 manat olan masa avadanlıqlarının yararsız hala düşməsi nəticəsində dəymiş maddi ziyanın 1.600 (min altı yüz) manat təşkil etmişdir; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Xəzər RİH zərərçəkmiş hüquqi şəxs qismində, Zərərçəkmiş şəxs isə zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixdə verilmiş 131075 nömrəli vəsiqədən aydın olur ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-45-1/2-7437/2024 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasına əsasən göstərilən əməl - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), “Vətən müharibəsi” veteranı olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, barışıq əldə etməsi və “Vətən müharibəsi” iştirakçısı olmasını, onun şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən digər halları nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Sınaq müddəti ərzində yaşayış yeri üzrə probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 saat vaxta görə 102 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-432/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-432/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver