Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-432/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1979-cu ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı olmaqla üç uşağı olan, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-332/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 ay 1 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun Sabirabad kəndində qedyiyyatda olmaqla, Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş X5 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: X8 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,498 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 20 may 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Ə.İsazadə küçəsi 4 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında kimi daşımış, o, həmin gün orada saat 16:50 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə videoçəkilişlə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,498 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən uzun müddətdir istifadə edir, narkotikdən istifadəyə görə dəfələrlə məhkum olunmuşdur. Buna baxmayaraq 20 may 2025-ci il tarixdə Ruslan və Elcan adlı polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamış, onlar tərəfindən polis şöbəsinə aparılaraq Elcan tərəfindən polis şöbəsində döyülmüş, ona hədə-qorxu gəlmişlər ki, üzərində narkotik olmasını inkar etsə, daha çox narkotik vasitə üzərinə qoyub tutduracaqlar. Məhz bu səbəbdən məcbur qalıb guya üzərindən narkotik vasitə aşkar olunmasına dair etirafedici fikirlər söyləməklə çəkilişə razı olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, o, müvəqqəti saxlama yerinə qəbul edilərkən üzərində xəsarətlər olmuş, polis əməkdaşları tərəfindən daha da ağır maddə ilə ittiham olunmasından şərlənməkdən qorxaraq polis əməkdaşlarının qanunsuz əməlləri barədə şikayət etməmişdir. Qeyd edilən ifadədən fərqli olaraq ibitida istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində X8 CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10 ildir ki narkotik vasitədən istifadə edir, evlidir, himayəsində 1-i azyaşlı olmaqla 3 övladı var, fəhlə kimi işləyir. 19 may 2025-ci il tarixdə saat 12 radələrində əvvəllər də bir neçə dəfə psixotrop maddə aldığı, üzdən tanıdığı, adını bilmədiyi şəxslə Bakı şəhəri. Suraxanı rayonu, Suraxanı qəsəbəsində dəqiq ünvanını bilmədiyi küçədə görüşərək həmin şəxsdən 10 manat qarşılığında 01 ədəd bükümdə “patı’ adlanan psixotrop maddə almış, həmin maddəni sonra istifadə etmək üçün üzərində saxlamışdır. 20 may 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsi. Ə.İsazadə küçəsində yerləşən 4 saylı Birləşmiş Şəhər Xəstəxanasının yaxınlığında olarkən 1 nəfər mülki geyimdə digəri isə xidməti formada olmaqla 2 nəfər şəxs ona yaxınlaşıb telefonla videoçəkiliş apararaq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olmağını bildirib üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan “patı” adlanan maddəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin kütləni qablaşdırdıqdan sonra üzəri yoxlayıb Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Şöbədə ona müdafiəçi dəvət edildikdən sonra yenidən üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xəzər RPİ-nin 3cii PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Qrupun digər üzvü isə şöbənin sahə inspektoru polis baş leytenantı Şahid2 təyin olunmuşdur. 20 may 2025-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində, 4 saylı BŞX-nin yaxınlığında olarkən Təqsirləndirilən şəxs görüb videoçəkilişlə yaxınlaşaraq polis əməkdaşı olmalarını bildirərək özünü təqdim etməsini istmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını bildirib üzərində narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan ağ rəngli kristal şəkilli maddəni çıxarıb təqdim etmiş, həmin maddəni hardan nə məqsədlə əldə etməsi soruşulduqda isə Təqsirləndirilən şəxs həmin maddəni tanımadığı şəxsdən Suraxanı qəsəbəsindən alaraq istifadə üçün saxlamasını demişdir. Ardınca aşkar edilmiş büküm qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Şöbədə olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmiş, baxış zamanı təhqiqatçı tərəfindən qablaşdırılmış büküm açılaraq baxış keçirilmiş və yenidən Təqsirləndirilən şəxs nə olması soruşulduqda sonuncu “patı” adlanan maddə olmasını, şəxsi istifadəsi üçün almasını deyib bir daha təsdiqləmişdir. Ardınca büküm qablaşdırılıb möhürlənmiş, Təqsirləndirilən şəxs üzərinə bir daha baxış keçirilmiş lakin hər hansı əşya aşkar edilməmişdir. Davamında digər əşyaları özünə qaytarıldıqdan sonra çəkiliş bitmiş, sonra protokol tərtib edilib və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və təsir göstərilməmiş, onu döyən və xəsarət yetirən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji məzmundə ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. 20 may 2025-ci il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində yerləşən 4 saylı BŞX-nin yanında saxlanılmış, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. 20 may 2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, üzərindən başqa qanunsuz əşya və predmet aşkar edilməmiş, ilkin araşdırma zamanı aşkar edilmiş bükümə baxış keçirildikdə Təqsirləndirilən şəxs həmin bükümdə olanın “patı” adlanan maddə olmasını bildirərək şəxsi istifadəsi üçün əldə etməsini qeyd etmişdir. Keçirilmiş əməliyyat tədbiri və istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD-R disk protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 may 2025-ci il tarixli, 6/1891 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN ‘‘Arayışlar üçün №244’* dairəvi möhür əksləri olan, “1) “imza" Şahid1; 2) “imza” Şahid2; 3) “imza” Təqsirləndirilən şəxs; 4) “imza” Bəhruz Səfərov; Tərtib etdi: “imza” Səfa Usubov” yazıları qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,498 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,498 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,448 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİnin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2025-ci il tarixli. 3614 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılması və əşyanın götürülməsinin və Xəzər RPİ-nin 3-cü PŞ-də üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R formatlı diskə baxış keçirilmiş, baxış zamanı 20 may 2025-ci il tarixdə Xəzər RPİ-nin 3-cii PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, həmin tarixdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılması zamanı aşkar edilmiş bükümə yenidən baxış keçirilməsi, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin şəffaf sellofanda olan maddənin “patı" adlanan maddə olmasını bildirərək həmin maddəni şəxsi istifadəsi üçün 10 manat qarşılığında əldə etməsini deməsi, aşkar edilmiş həmin kütlənin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılması və əşyanın götürülməsinin və Xəzər RPİ-nin 3-cü PŞ-də üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü 01 ədəd CD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, X8 20 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun 22 may 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə X5 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamış, həmin tarixdə X5 bərəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlmədiyi, məhkəmə istintaqından yayınıb gizləndiyi və olduğu yer müəyyən olnmadığı üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-432/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Sorğu əsasında Bakı şəhəri Xəzər RPİ-dən alınmış sənədlərdən görünür ki, X8 20 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə (MSY) qəbul edilərkən bədənində hər hansı xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, X8 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-332/2022 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 ay 1 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs X5 məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli bilməyib özünü müdafiə edmək məqsədilə üzərində narkotik vasitənin olmaması, təzyiq və təsir nəticəsində həqiqətə uyğun olmayan videoçəkilişin aparılmasını bildirsə də, məhkəmə qeyd edilən ifadəyə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin ona verilmiş ittihamı inkar etməsinə dair ifadəsi cinayət işinin materiallarında olan sübutlarla üst-üstə düşməməklə yanaşı təsdiq olunmur. Əksinə, X6 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, onun MSY-ə daxil olarkən hər hansı bir xəsarətinin olmaması barədə sənədlər, ekspertiza rəyi, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərlə ona verilmiş ittiham üzrə cinayət əməli təsdiq olunur, qeyd edilənlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlaması və daşıması özünün səmimi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspert rəyləri, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. X5 törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən X5 cəzasını yüngülləşdirən hal onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olması, CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq məhkumluğu olduğu dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxs X5 əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz) tələblərini rəhbər tutub təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 29 oktyabr 2025-ci il tarixdən hesablanmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış X3 götürülmüş, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan, tədqiqat zamanı qalıq ümumi təmiz çəkisi 0,448 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd CD-R formatlı diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 89 (səksən doqquz) manat məbləğində pul təqsirləndirilən şəxs X3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 143 (bir yüz qırx üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: X8 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. X7 CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və X5 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,448 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD-R formatlı diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti X3 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 143 (bir yüz qırx üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X7 isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(003)-432/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-432/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver