Məhkəmə qərarları › İş №1(003)-433/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-433/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-433/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyzüyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroruDövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü ildə Bərdə şəhərində anadan olan, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Laçın rayonu, Şəlvə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikili yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 mart 2025-ci il tarixdə saat 22:50 radələrində öz mülkiyyətində olan, texniki cəhətdən saz və istismara yararlı “VAZ 21102” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 km/saat sürətlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən üzü Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinin tələblərinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, həmin “VAZ 21102” markalı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Atçılıq yaşayış massivində «Ordubad» mağazasının qarşısında idarə etdiyi vaxt mövcud yol şəraitinə uyğun 20 metr aralı məsafədə irəlidə avtomobil yolunun hərəkət hissəsində yolu sağdan-sola piyada keçən X5 gördüyü və bununla da təhlükə yarandığını bildiyi halda avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmamış, səs siqnalı verib hərəkətini davam etdirərək onun yanından ötüb keçəcəyi ehtimalına güvənməklə ehtiyatsızlıqdan piyada X5 “VAZ 21102” markalı avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə piyada Xatirə Qasımovaya ehtiyatsızlıqdan burunun, sol saidin orta üçdə birinin bayır səthinin əzilmiş yaraları, sağ və sol dirsək nahiyyəsinin, sağ və sol əlin arxa səthinin, sol dizin ön səthinin, sağ ayağın iç topuğunun sıyrıqları, sol dirsək iahiyyəsinin, sağ əlin arxa səthinin, sol dizin, sağ ayağın iç topuğunun, bel nahiyyəsinin qançırları, ağır travmatik şokla müşayiət olunan sol bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı, sol said sümüklərinin açıq, yerdəyişən sınıqları, sağ said sümüklərinin, qapalı, yerdəyişən sınıqları, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları ilə nəticələnməklə həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərərvurma kimi onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan bədən xəsarətləri yetirməsinə və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X.Qasımovanın almış olduğu travma kompleksi nəticəsində ağır travmatik şok kimi ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 həmin gün X9 X8 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 22:50 radələrində o, idarə etdiyi avtomobillə sərnişin olaraq qabaq sərnişin oturacaqda Şahid2 Nürəddin oğlu, arxa sağ sərnişin oturacaqda isə qardaşı Şahid1 olduğu zaman yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi nömrəsiz evinə gedən zaman Xəzər rayonu, Atçılıq yaşayış massivində üzü Buzovna qəsəbəsi istiqamətində saatda 50 km/saat sürətlə hərəkətdə olarkən həmin yolda “Ordubad” mağazasının qarşısında onun istiqaməti üzrə olan yolun hərəkət hissəsində dövlət nömrə nişanını və markasını yadında saxlamadığı avtomobil dayanmışdır. Məcbur olub hərəkətini davam etdirmək üçün yolun qarşı hərəkət istiqamətinə çıxdığı anda təxminən 20 metr irəlidə qarşıda həmin avtomaşının arxasından çıxan, yolu sağdan-sola qaçaraq keçən piyada qadını görmüş və səs siqnalından istifadə etmiş, dərhal sükanı sağa döndərsə də, yolun sol hissəsinin kənarında idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə həmin piyadanı vurmuşdur. O, qadını vurduqdan sonra avtomaşını bir qədər getdikdən sonra saxlamışdır. O və avtomaşında sərnişin olan qardaşı Elçin, eləcə də Rauf avtomobildən düşərək həmin qadının yanına getmişlər. Orada o, həmin qadının nəbzini yoxlamış və tez onun özünə gəlməsi üçün su vermişdir, Rauf isə X14 zəng etmişdi. X16 gəldikdən sonra onlar xəsarət almış piyadanı TTY avtomaşınına qoyaraq özü də xəstənin yanında “X15” X17 getmişlər. Orada olan zaman həkimlər xəstəni içəri apardıqdan təxminən 15 dəqiqə sonra xəstənin öldüyünü onlara bildirmişlər. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.1964- cü il təvəllüdlü X7 onun doğma bacısı idi. Bacısı ailə qurmamışdır. Bacısı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində işlədiyi çörək sexinin yanında kirayə tutaraq orada yaşayırmış. xx.xx.2025-ci il tarixdə təxminən saat 23 radələrində ona qohumu zəng edərək bildirdi ki, Xatirəni Atçılıq massivində işlədiyi çörək sexinin qarşısından yolu keçən zaman avtomaşın vurmuşdur. O, tez Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən xəstəxanaya getmişdir. Orada olan zaman bildirmişlər ki, bacısı avtoqəza zamanı aldığı xəsarətlərdən ölmüşdür.. Sonradan hadisəni törədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı ödənilmişdir. Təqsirləndirilən şəxs cavan olmasını nəzərə alaraq onu bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 22:50 radələrində o, Natiqin idarə etdiyi avtomaşınla sərnişin olaraq qabaq sərnişin oturacaqda yeznəsi Şahid2 Nürəddin oğlu, arxa oturacaqda isə o, əyləşmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi nömrəsiz evdə gedən zaman Atçılıq yaşayış massivində üzü Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolda “Ordubad” mağazasının qarşısında digər avtomaşının arxasından çıxan, yolu sağdan sola qaçaraq keçən piyada qadını Natiq idarə etdiyi avtomaşının qabaq sol hissəsi ilə vurmuşdur. Dərhal avtomaşından düşərək həmin qadının yanına getmişlər. Orada Natiq həmin qadının nəbzini yoxlamış və tez onun özünə gəlməsi üçün su vermiş, Rauf isə X14 zəng etmişdi. X16 gəldikdən sonra xəsarət almış piyadanı TTY avtomaşınına qoyaraq özü də xəstənin yanında “X15” X17 getmişdir. Orada olan zaman həkimlər xəstəni içəri apardıqdan təxminən 15 dəqiqə sonra xəstənin öldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində X6 ilə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Hadisə yerinə baxış keçirilməsi haqqında 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 30 mart 2025 tarixdə saat 22-50 radələrində X.Qasımovanın adi piyada addımlarıyla yolu sağdan- sola keçməsi və N.Qəhrəmanovun idarə etdiyi avtomobilin hərəkət edib piyadanı vurması müəyyən edilmiş və həmin görüntü diskə köçürülərək işə əlavə edilmişdir. Hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində SOrdubad Mağazasının qarşısında olan yoldur; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli, 1/384saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 54 saylı rəyindən görünür ki, X.H.Qasımovanın meyitində aşkar edilmiş xəsarətlər - burunun, sol saidin orta üçdə birinin bayır səthinin əzilmiş yaraları, sağ və sol dirsək nahiyyəsinin, sağ və sol əlin arxa səthinin, sol dizin ön səthinin, sağ ayağın iç topuğunun sıyrıqları, sol dirsək nahiyyəsinin, sağ əlin arxa səthinin, sol dizin, sağ ayağın iç topuğunun, bel nahiyyəsinin qançırları, ağır travmatik şokla müşayiət olunan sol bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı, sol said sümüklərinin açıq, yerdəyişən sınıqları, sağ said sümüklərinin, qapalı, yerdəyişən sınıqları, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törəmişlər, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığa ağır zərərvurmaya uyğun gəlir və ğlümlə birbaşa səbəbli əlaqəlidirlər. X.H.Qasımovanın ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma nəticəsində ağır travmatik şok olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs verilmiş sürücülük vəsiqəsi aktivdir və heç bir məhdudiyyəti yoxdur; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 13 iyun 2025-ci il tarixli “8/1089” nömrəli rəylə müəyyən edilmişdir ki, VAZ 21102 markalı, **-BE-*** dövlət qeydiyyat niışanlı avtomobilin sürücüsü X3 hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi O.Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş maddi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (59.1.1), əməlindən səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (59.1.12), vurulmuş maddi ziyanı ödəməsini (CM- 59.1.13) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 100 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), maddi sübut kimi tanınmış 01 ədəd dvd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar