Məhkəmə qərarları › İş №1(003)-434/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-434/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-434/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Şirvan şəhəri M.Aydınov küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan Şəhər Məhkəməsinin 4(032)-70/2021 saylı 18 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 aprel 2021ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və metadonu əldə edərək saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış möəqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 0,160 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 17 aprel 2021-ci il tarixdə saat 03:40 radələrində Şirvan ŞPŞ CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri Ordubadi küçəsində saxlanılaraq Polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,16 qram olan narkotik vasitə metadonu əldə edərək ünvan 1 ünvanındakı evində mətbəxdə olan bişmiş un məmulatının içində gizlədərək saxlamış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq altında olan müddətdə 19 aprel 2021-ci il tarixdən 3 saylı İstintaq Təcridxanasından “COVİD-19” diaqnozu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 dispanser şöbəsində müalicə alarkən 25 may 2021-ci il tarixdə ögey qardaşı Şahid4 narkotik vasitə gizlətməsini xəbər vermədən sovqatla birlikdə həmin un məmulatlarını gətirməsini tapşırdığı üçün Şahid4 sovqatı Şirvan şəhərindən istintaqa məlum olmayan taksi ilə Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan qohumu Şahid3 X2 saxlanılan Təqsirləndirilən şəxs ötürməsi üçün göndərmiş və 26 may 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs içində narkotik vasitə olmasını bilmədən həmin sovqatı gətirən qohumu Şahid3 üstünə və şəxsi əşyalarına müəssisənin X6 baxış keçirilərkən gətirdiyi sovqatın içində olan bişmiş un məmulatının içindən 04 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə təsir maddəsinin ümumi çəkisi 0,16 qram olan (1 ədəd həbdə 0,04 qram) narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər bir dəfə 2019-cu ildə Şirvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiri bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 16 aprel 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı məhəllədə piyada gəzərkən yerdə bir ədəd sellofan bükümü görmüş və həmin bükümü yerdən götürüb açıb içərisinə baxdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüş və onu özü ilə götürmüşdür ki, sonra istifadə etsin. 17 aprel 2021-ci il tarixdə saat 03 radələrində Şirvan şəhəri Ordubadi küçəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitə saxlamaqda şübhəli şəxs olmağını bildirmiş və onu Şirvan şəhər Polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə PŞ-nə gəlmişdir. PŞ-də olarkən ona üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs olmağı bildirilmiş, sonra vəkillərin siyahısı təqdim edilmişdir. O, siyahıdakı X7 hüquqlarını müdafiə etməsini istəmiş, buna görə vəkil Ulduzə Əhmədova PŞ-nə dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilərək buna etirazı olub-olmadığı soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşları üzərində qanunsuz əşya, predmet və maddə varsa könüllü təqdim etməyi təklif etmiş, o da əynindəki göy rəngli şalvarının arxa sol cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Polis əməkdaşları ondan həmin bükülüdəki kütlənin nə olduğunu soruşduqda, o, həmin maddənin narkotik vasitə heroin olduğunu və onu yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış davam etdirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya, predmet və maddə aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar olunmuş 1 ədəd bükümdəki maddə qablaşdırılmış, bu barədə tərtib edilmiş protokolu o və iştirakçılar imzalamışlar. Şirvan ŞPŞ tərəfindən o, 2021-ci ilin aprel ayının 18-də cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən və barəsində məhkəmə tərəfindən 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra Şüvəlan qəsəbəsində yerləşən 03 saylı İstintaq Təcridxanasında saxlanılmış, lakin bir müddət sonra “COVİD-19” virusuna yoluxduğu üçün müalicə məqsədi ilə Penitensiar Xidmətin X1 dispanser şöbəsinə yerləşdirilmişdir. O, həmin müəssisədə müalicə olunan müddət ərzində ögey qardaşı Şamxal Şirvan şəhərindən həmin müalicə müəssisəsinə gələrək ona sovqat gətirirmiş. Sonuncu dəfə isə o, 25 may 2021-ci il tarixdə İMM-dən telefonla Şamxalın ***-***-**-** nömrəsinə zəng edərək danışmış və söhbət əsnasında evin mətbəxindəki şkafda özünün tutulmamışdan qabaq alıb 1 ədəd sellofanda oraya qoyduğu buruq formalı şirniyyatları ona gətirməyini istəmişdir. Belə ki, o, tutulmamışdan 2 gün əvvəl Şirvan şəhərində üzdən tanıdığı şəxsdən 30 manata aldığı 4 ədəd narkotik tərkibli metadon həblərini heç kimin xəbəri olmadan həmin şirniyyatların içində gizlətmişdir ki, sonradan istifadə etsin. Şirniyyatları da evin mətbəxindəki şkafda elə yerə qoymuşdur ki, heç kim təsadüfən götürüb yeməsin. O, Şamxala həmin şirniyyatı gətirməsini bildirərkən içində narkotik tərkibli “metadon” həblərinin olmasını bildirməmişdir, çünki, bilirmiş ki, ona bunu desə gətirməyəcəkdi, həm də o da məsuliyyət altında qalmasını istəmədiyi üçün bu barədə heç bir şey deməmişdir. Şamxal da ona özünün gəlməsinin alınmadığını, lakin sovqatı göndərəcəyini bildirmişdir. 26 may 2021-ci il tarixdə o, nə qədər gözləsə də, həmin sovqatı ona nəzarətçilər gətirməmişlər, daha sonra isə ona məlum olmuşdur ki, Şamxal sovqatın içində dediyi şirniyyatı da qoyaraq qohumu, Lökbatan qəsəbəsində yaşayan Şahid3 vasitəsilə müəsisəyə göndərtdirmiş, lakin yoxlama zamanı həmin sovqatda olan şirniyyatların içində 4 ədəd metadon həbləri aşkar edilmişdir. Bu səbəbdən ona intizam tənbehi də verilmiş, müalicəsi başa çatdıqdan sonra isə o, 03 saylı İstintaq Təcridxanasına geri qaytarılmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2göstərdi ki, 17 aprel 2021-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlamaqla məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmişdir. 17 aprel 2021-ci il tarixdə saat 03 radələrində o, Şirvan şəhər PŞ CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şirvan şəhəri Ordubadi küçəsinə getmişdir. Həmin küçədə Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib Şirvan PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparmağa başlamış və yayınıb getmək istəmiş, lakin əməkdaşlar onu Şirvan ŞPŞyə dəvət etmişlər və o da etiraz etməyərək onlarla birlikdə PŞ-nə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs Şirvan Regional Vəkil bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, o, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Əhmədova Ulduzə Mehdi qızını seçmişdir. Vəkil Ulduzə Əhmədova gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa, könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd polietilen sellofana bükülmüş bükümu çıxarıb təqdim etmişdir. Həmin bükümün içinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, onu yerdən taparaq öz istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamış, aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq üzəri möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokolu və zərfi o və digər iştirakçılar birlikdə imzalamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şirvan şəhər PŞ CAB-nin əməliyyat müvəkkili Şahid1 elan olunmuş ifadəsi ilə onun da Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 25 may 2021-ci il tarixdə saat 07 radələrində Şirvan şəhərində yaşayan qohumu Şamxal ***-***-**-** nömrəsindən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək hal-hazırda Binə qəsəbəsində yerləşən Penitensiar Xidmətinin X2 müalicə olan və həbsdə saxlanılan qardaşı Təqsirləndirilən şəxs üçün sovqat göndərmək istədiyini, Şirvan şəhərindən Bakıya gələn taksini Lökbatan qəsəbəsində qarşılayıb sovqatı ondan alıb Binə qəsəbəsinə həmin müalicə müəssisəsinə Elgünə çatdırmağı xahiş etmiş, o da razılaşmışdır. Həmin gün səhər onun mobil nömrəsinə Şirvan şəhərindən Bakı şəhərinə gələn adını bilmədiyi taksi sürücüsü zəng etmiş və qohumu Şamxalın ona verdiyi sovqatı Bakıya gətirməsini bildirmiş, o da Bakıya çatanda ona xəbər verməsini tapşırmışdır. Bundan sonra, həmin sürücü günorta ona zəng edərək unudaraq Nəsimi rayon ərazisinə getməsini və ordan gəlib sovqatı götürməyini xahiş etmiş, o isə ona taksi faəliyyəti ilə məşğul olduğu üçün axşam işi qurtaranda onunla görüşüb götürəcəyini bildirmişdir. 25 may 2021-ci il tarixdə saat 23 radələrində həmin sürücü ilə danışıb Lökbatan qəsəbəsində dairədə görüşüb ondan iki ədəd göy sellofan torbada Şamxalın göndərdiyi sovqatı götürmüşdür. Artıq gec olduğu üçün, o, sovqatları idarə etdiyi “Kia-Rio” markalı **-OG-*** dövlət nömrə nişanlı avtomobilin saxlanc yerinə qoymuş və evə getmişdir. 26 may 2021-ci il tarixdə saat 11 radələrində İxtisaslaşmış Müalicə müəssisəsinə (Tubzon) yaxınlaşmışdır. O, artıq 3-cü dəfə imiş ki, həmin müəssisədə müalicə alan və həbsdə olan qohumu Elgünə sovqat gətirirmiş. X6 Samir adlı ədliyyə işçisinə yaxınlaşmış və qohumu Elgünə sovqat gətirməyini demişdir. Orada o, gətirdiyi sovqat barədə iltizama imza etmiş və iki ədəd göy rəngli sellofan torbada Şamxal tərəfindən göndərilmiş sovqatı Samirə təqdim etmişdir. Müəssisənin NBM-də onun, Samirin və digər ədliyyə işçilərinin, həmçinin dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə açıb sovqatdakı ərzaqların içinə baxdıqda 1 kiloqrama yaxın çəkidə bişmiş şirniyyatların içindən 4 ədəd qəhvəyi rəngli dərman həblərinə bənzər maddə aşkar edilmiş və götürülərək sənədləşdirilmişdir. O, özü çaş-baş qalmışdır, sorğu-sual edilərkən ədliyyə işçilərinə həmin həblərdən xəbəri olmadığını, narkotik olub-olmamasını bilmədiyini, qohumu Şamxalın qardaşı Elgün üçün göndərdiyini demiş və orada tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, ögey qardaşı Təqsirləndirilən şəxs əvvəllər də bir dəfə 2019-cu ildə Şirvan Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiri bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Elgün Şirvan şəhər Polis şöbəsi tərəfindən 2021-ci ilin aprel ayının 18-də cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmə tərəfindən 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Elgün həbs edildikdən sonra Şüvəlan qəsəbəsində yerləşən 03 saylı İstintaq Təcridxanasında saxlanılırmış, lakin bir müddət sonra “COVİD-19” virusuna yoluxduğu üçün, müalicə məqsədi ilə Binə qəsəbəsində yerləşən Penitensiar Xidmətin X3 yerləşdirilmişdir. Elgün həmin müəssisədə müalicə olunan müddət ərzində o özü 3 dəfə Şirvan şəhərindən həmin müalicə müəssisəsinə gələrək ona sovqat vermiş, sonuncu dəfə isə Elgün 2021-ci ilin may ayının təxminən 20-də müalicə müəssisəsindən xatırlamadığı 012 ilə başlayan nömrədən onun ***-***-**-** nömrəsinə zəng edərək şirniyyat istəmiş və evdə mətbəxdə şkafda özünün alıb 1 ədəd sellofanda oraya qoyduğu buruq formalı şirniyyatları ona gətirməyini istəmişdir. O da razılaşmış, ancaq ona özü gələ bilməyəcəyini və taksi ilə göndərəcəyini demişdir. Daha sonra o, Bakı şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid3 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Şirvandan qardaşı Elgün üçün sovqat göndərəcəyini və sovqatı Bakıda qarşılayıb Elgünün saxlanıldığı X3 çatdırmasını xahiş etmiş, Cavad da razılaşmışdır. 25 may 2021-ci il tarixdə saat 9 radələrində o, Elgün üçün süd, çiyələk, banan, alça, konfet, qənd, pryanik, 30 ədəd yumurta və Elgünün ona tapşırdığı tutulmamışdan əvvəl özünün alıb mətbəxə qoyduğu buruq-kətə formalı şirniyyatları iki ədəd göy rəngli böyük sellofan torbaya yığıb Şirvan şəhərindən tanımadığı taksi avtomobilinin sürücüsünə verərək göndərmiş və Bakıda qohumu Cavad adlı şəxsin sovqatı qarşılayıb götürəcəyini bildirərək Cavadın mobil nömrəsini taksi sürücüsünə vermişdir. Sonra isə Cavada zəng edərək ona da bu barədə məlumat vermiş, həmin gün Cavad sovqatı axşam tərəfi taksi sürücüsündən Lökbatan qəsəbəsində görüşərək götürməsini ona gecə saat 23 radələrində bildirmiş və növbəti gün Binə qəsəbəsinə gedib sovqatı Elgünə çatdıracağını demişdir. 26 may 2021-ci il tarixdə saat 12:30 radələrində Cavadın mobil nömrəsinə zəng etdikdə onun nömrəsinə zəng çatmamışdır. Həmin gün axşam radələrinə ona Xəzər RPİ-nin hansısa Polis bölməsindən zəng gəlmiş və Şahid3 X3 orada həbsdə saxlanılan qardaşı Təqsirləndirilən şəxs narkotik vasitə sayılan metadon həblərini sovqatın içində keçirmək istəyərkən ədliyyə işçiləri tərəfindən yoxlama zamanı aşkar edilməsi bildirilərək onun da Xəzər RPİ-nin İstintaq şöbəsinə gəlib ifadə verməli olması bildirilmişdir. O da razılaşmış və Şirvan şəhərindən özü könüllü olaraq ifadə vermək üçün Xəzər RPİ İŞ-nə gəlmişdir. Elgün onunla telefonla danışarkən və ona evdəki şirniyyatı gətirməyini tapşırarkən həmin şirniyyatların içində metadon həblərini gizlətməyi bildirməmişdir. Onun cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinin və ötürülməsinin cinayət olması barədə məlumatı vardır, o, həmin narkotik tərkibli metadon həblərinin həbsdə olan qardaşı Elgün üçün göndərdiyi şirniyyatın içində olmasını bilsəymiş, bu hərəkəti qətiyyən etməzmiş. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 17 aprel 2021-ci il tarixində 18/440 saylı rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,160 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: heroinin təmiz çəkisi 0,160 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq-0,110 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir, doxsan beş) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 6/2090 saylı 26 may 2021-ci il tarixli arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X5 Zərflər üçün” dairəvi möhür əksi olan, “Götürülmüş qadağan olunmuş əşya” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə ümumi sayı 4 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Qeyd: Metadon həblərinin sayı – 4 ədəd, tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 3 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 6/2433 saylı 02 iyul 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tədqiqat obyekti № 65” ştamp əksi olan paketdəki, 3(üç) ədəd “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 03 (üç) ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 0,12 qramdır (həblərin üzərindəki göstəricisinə əsasən 1 həbdə 0,04 qram metadon olmaqla) İlkin tədqiqat zamanı 4 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olmuşdur (26 may 2021-ci il tarixli 6/2030 saylı ekspert arayışı). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizanın 24 iyun 2021-ci il tarixli 2049 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,160 qram olan narkotik vasitə heroinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 götürülmüş 0,16 qram olan (1 ədəd həbdə 0,04 qram) narkotik vasitə metadon cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,110 qram narkotik vasitə heroin, 2 ədəd narkotik tərkibli metadon həbləri Xəzər RPİ-nin saxlancına təhvil verilmiş və baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi subut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ərazi Nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 aprel 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə şərti sınaq müddəti müəyyən edilmiş, Şirvan Şəhər Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3, 71.5 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli qərarı ilə 04 (dörd) ay 04 (dörd) gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və 13 fevral 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və metadonu əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 17 aprel 2021-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,110 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq – 2 ədəd narkotik tərkibli metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 210,95 (iki yüz on, doxsan beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 17 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,110 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq – 2 ədəd narkotik tərkibli metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 210,95 (iki yüz on, doxsan beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar