Məhkəmə qərarları › İş №1(003)-435/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-435/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-435/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, onun nümayəndəsi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, müdafiəçi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi ev 58-2E mənzil 34-də qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablanan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 fevral 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 iyul 2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yerləşən “Xəyalə” şadlıq sarayında Zərərçəkmiş şəxs1 xarici bazardan bir ədəd buraxılış ili 2015-ci il olan “Mersedes Benz” markalı “E class” modelli avtomobili orta bazar qiymətindən ucuz qiymətə alıb gətizdirəcəyi və ona təhvil verəcəyi barədə yalan vəd verərək aldatma yolu ilə 22.000 ABŞ dolları ekvivalentində 37.400 AZN pulunu alıb ələ keçirərək verdiyi vədi yerinə yetirməyib zərərçəkmiş şəxsə 37.400 AZN məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu il dekabr ayında Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yerləşən “Xəyalə” şadlıq sarayında Zərərçəkmiş şəxs1 onun üçün xarici bazardan bir ədəd buraxılış ili 2015-ci il olan “Mersedes Benz” markalı “E class” modelli avtomobili orta bazar qiymətindən ucuz qiymətə alıb gətizdirəcəyi və ona təhvil verəcəyi barədə yalan vəd verərək aldatma yolu ilə 22.000 ABŞ dolları ekvivalentində 37.400 AZN pulunu alıb ələ keçirərək verdiyi vədi yerinə yetirməyib zərərçəkmiş şəxsə 37.400 AZN məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospektində yerləşən 53 saylı notariat ofisində Zərərçəkmiş şəxs4 sonuncuya məxsus buraxılış ili 2014-cü il olan “Toyota” markalı, “Camri” modelli avtomobili 41.990 Azərbaycan manatına ekvivalentdə olan 24.700 ABŞ dollarına satıb pulun ona çatdıracağını yalan vəd etməklə aldadaraq bu məqsədlə həmin avtomobilə dair aldığı etibarnamədən sui-istifadə etməklə göstərilən tarixdə avtomobili həmin qiymətə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə sataraq əldə etdiyi pulu özünün şəxsi məsrəflərinə xərcləməklə ələ keçirib, zərərçəkmiş şəxsə 41.990 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzlq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 fevral 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nizami rayonu Babək prospektində “AK Petrol” yanacaq doldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avtosalonuna gələrək oradakı sonuncuya məxsus, X1 adına qeydiyyatdan keçmiş 22.000 manat dəyərində bir ədəd “Mersedes Benz” markalı “E clas-220” modelli avtomobili guya qardaşı üçün aldığını və pulunu bir həftəyə ödəyəcəyi barədə yalan vəd verməklə aldatma və Zərərçəkmiş şəxs3 ona etibarından sui istifadə etmə yolu ilə almış və həmin tarixdə istintaqa məlum olmayan şəxsə 17.000 manata satıb həmin pulu özünün şəxsi məsrəflərinə xərcləyərək zərərçəkmiş şəxsə 22.000 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 fevral 2020-ci il tarixdə tanışı Bakı şəhəri Xəzər rayon ərazisində yerləşən Heydər Əliyev adına X5 giriş hissəsindəki yol kənarından Zərərçəkmiş şəxs2 sonuncu üçün hərracdan bazar qiymətindən ucuz qiymətə “Nissan” markalı, “Sentra” modelli avtomobil alacağı barədə yalan vəd verərək aldatma yolu ilə ondan 5000 manat pulu almış və verdiyi vədi yerinə yetirməyərək qeyd olunan məbləğdəki pulu özünün şəxsi məsrəflərinə xərcləyərək Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2017-ci il fevral ayının 1-dən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İstehlak Mallarının X3 ekspert vəzifəsində çalışmağa başlamış, öz işindən əlavə qazanc əldə etmək üçün 2018-ci il yanvar ayından etibarən yerli və xarici bazarlardan münasib qiymətə avtomobillər alaraq satıb əlavə gəlir əldə etmişdir. İlk 5 ay ərzində heç kimdən sifariş götürmədən yalnız özünün xoşuna gələn və qiyməti aşağı olan avtomobillər tapıb yerli bazara çıxardaraq satmış, təxminən 5 (beş) ay belə davam etdikdən sonra ətrafındakı yaxın adamlar avtomobil alqı-satqısı ilə məşğul olduğunu gördükdən sonra ondan avtomobil isdədiklərini bildirmişlər. İlk öncə avtomobil alqı-satqısı ilə əlavə məşğuliyyət olaraq məşğul olduğundan razılaşmamışdır. Sonra isə 2018-ci ilin avqust ayından etibarən sırf sifarişlər üzərinə avtomobil axtarıb taparaq sifarişçiyə çatdırmışdır. 2019-cu ilin sentyabr ayı ərəfəsində atasının xalası oğlu İlqar Əliyev ondan xahiş etmişdir ki, onun üçün ucuz qiymətə “Toyota Prado” markalı maşın tapsın. Bir neçə gündən sonra o, İlqar üçün Gürcüstanın Poti şəhərindən 31.000 manata “Toyota” markalı “Prado” modelli maşın tapmış və özü də bu qiymətin üzərinə qazancı olaraq 2000 manat əlavə edərək digər xırda xərcləri ilə birlikdə İlqara 34.000 manata təklif etmişdir. İlqar razılıq verib pulu bir həftə ərzində verəcəyini vəd etdiyinə görə, o, Potiyə maşının sahibinə öz hesabından 18.000 manat ilkin ödəniş etmişdir. Lakin 1 həftədən 3 gün keçsə də İlqar pulu verməmiş və məcbur olub özünün maşınını satıb əldə etdiyi pula həmin “Prado” modelli maşını alıb Bakıya gətirərək satmışdır. Hətta maşını Bakıya gətirəndən sonra İlqar pulu düzəltdiyini desə də, həmin maşını ona satmamışdır. Lakin bir neçə gündən sonra atasının yanında İlqar ondan oğlu üçün “Hunday” markalı “Sonata” modelli maşın təşkil etməyi xahiş etmiş və razılaşaraq bir neçə gün ərzində İlqarın oğlu İlkin üçün bazarda satış qiyməti 15000 manat və bundan yuxarı olan maşını 13200 manata tapıb İlkinə göstərmiş, sonuncu da bəyənib pulunu satıcıya özü ödəyərək maşını aparmışdır. Bundan sonra İlqar onun həqiqətən ucuz qiymətə maşın tapa bildiyini görüb ona İlkinlə birlikdə bu işlə məşğul olmaq üçün pul təklif etmişdir. O, razılıq vermiş vəİlqar əvvəlcə ona 19500 manat vermişdir. Bir neçə gündən sonra xarici bazardan hazırda markalarını xatırlamadığı bir neçə maşın alıb satmış, İlqarın qazanc paylarını İlkinin verdiyi 19500 manatın üzərinə özü də pul qoyub almış və maşınları satdıqca özünün və İlqarın mayasını və qəlir paylarını ayırmışdır. Sonuncu maşını satandan sonra İlqarın pulunun miqdarı əvvəl verdiyi 19500 manat və qazanc payları ilə birlikdə 34500 manat olmuşdur. Sonuncu maşını satarkən İlkinə zəng edib maşının 5000 manat behini aldığını, qalan pulu da alacağını bildirib onda olan 34500 manatı götürməyə çağırdıqda İlkin demişdir ki, “Mersedes” markalı “ML” modelli maşina müştərisi var, onun üçün bu maşından tapsın, öz aralarında pulun miqdarını sonra hesablaşarlar. O, bir neçə gündən sonra xarici bazardan 38.800 manata “ML” modelli maşın tapıb ona məlumat vermiş, İlkin maşını bəyənib sifariş veriməsini tapşıraraq onda olan 34500 manatın üzərinə 4300 manat da əlavə verib onunla hesablaşaraq maşını götürəcəyini bildirmişdir. Bundan sonra maşının Bakıya çatdırılmasını sifariş vermişdir. Həmin maşın gələnədək, xatırlmadığı tarixdə İlkin ona boş dayanmayıb başqa maşınlar tapmasını və alıb satmaq üçün pul təklif etmiş və Bakı şəhərində Nərimanov parkının yanında 40000 EURO, bundan bir neçə gündən sonra isə Nazirlər Kabinetinin yanında əlavə 40000 EURO vermişdir. O, həmin pulların dəyərində İlqar və ya İlkinlə müştərək qaydada alıb sataraq qazancı yarı bölmək məqsədi ilə xarici bazardan 2 ədəd “Lexsus” markalı maşın sifariş etmişdir. Həmin ərəfədə İlkin həmçinin ona 15200 manat verib özünün dostu üçün də ucuz qiymətə “Hunday” markalı “Sonata” modelli maşın sifariş etmiş, o, həmin maşını da xarici bazardan tapıb gətirilməsini sifariş vermişdir. Həmin ərəfədə artıq Avropa öləkələrində “Covid-19” pandemiyası başlanmış, sərhədlər bağlanmış və bu da sifariş edilən maşınların gətirilməsini ləngitmişdir. Həmin maşınları yalnız 2020-ci ilin aprel-may ayları ərəfəsində gətirdə blimişdir. Əvvəlcə “Lexus” markalı maşınların gətirilmə xərcləri daxil olmaqla ona 80.000-90.000 manata başa gələcəkdisə, artıq daşınma xərcləri qalxdığına, həmçinin, bəzi digər sərfiyyatlar ortaya çıxdığına görə maşınlar ona 105.000-110000 manata başa gəlmişdir. Həm də maşınlar su yolu ilə gəmilərdə uzun müddətdə gəldiyindən duzlu suda qalıb keyfiyyətləri aşağı düşmüş, əvvəlki dəyərlərini itirmişdilər. Məhz bu səbəbdən də “ML” modelli maşını Bakıya gətizdirmədən Poti şəhərində aldığından 10.800 manat ucuz - 28.000 manata satmağa məcbur olmuşdur. “Lexus” markalı maşınları isə Bakı şəhərində birini 80.000 manata, digərini isə 78.000 manat satmışdır. Beləliklə, əlində cəmi 170.000 manat pulu qalmış, həmin pulun 70.000 manatını “Lexus” markalı maşınların gömrük rəsmiləşdirilməsi üçün götürdüyü borcuna qaytarmışdır. İlqar və ya İlkinə ona inanmayacaqlarını və aldandıqlarını deyib ondan təcili pullarını istəyəcəklərini düşünüb onlara düşdüyü vəziyyət barədə məlumat verməmişdir. Ona görə də, əlində olan 100.000 manatla yenidən maşın gətirib satmaqla gəlir əldə edib ziyandan çıxmağı qərara almış və həmin pulu xarici bazardan “Hunday Santafe”, “Mersedes E klass” və “Land Gruzer” markalı maşınlara vermişdir. İlqara və ya İlkinə isə əvvəlcə maşınların gecikdiyini, sonra isə gələn maşınların xoşuna gəlmədiyinə görə geri qaytardığını demişdir. Lakin yenə də sifariş etdiyi maşınlar da pandemiya səbəbindən gec gəlib çıxdıqlarına və keyfiyyətlərini itirdiklərinə görə çətinliklə maya dəyərinə və ya bir qədər ucuz qymətə satdığından, gəlir əldə edə bilməmişdir. Həmin ərəfədə artıq onunla əvvəllər müştərək şəkildə maya qoyub maşınlar alaraq satıb gəlirlərini böldüyü Seymur Həsənov, Rəşad Hüseynzadə, Orxan Hacyev, Elşən Mustafayev ondan müxtəlif hüquq-muhafizə orqanlarına şikayət etmişlər ki, guya o, onları da aldadaraq pullarını ələ keçirmişdir. Buna görə də əlindəki pullarla İlqarın vediyi və yaxud gəlir payları ilə birlikdə təşkil edən 80.000 EURO, 15200+34000 manat məbləğində pulu ona qaytara bilməmişdir. Sonradan halhazıradək İlkinə təxminən 3000 manata yaxın pul qaytarmaşdır. Lakin etiraf edir ki, 2020ci ilin fevral ayında İlqarın oğlu ondan özü üçün “Nissan” markalı “Sentra” modelli maşın təşkil etməsini istəyərək əvvəlcə 5000 manat təklif etdikdə, o, qaytarmalı borcları olduğuna görə Zərərçəkmiş şəxs2 tezliklə belə maşın təşkil edəcəyini yalan vəd edərək “Hava Limanı”nın yanında ondan 5000 manat alıb özünün digər işləri üçün xərcləmişdir. Bundan başqa, o, iş yoldaşı və yaxın dostluq etdiyi Zərərçəkmiş şəxs4 əvvəllər pul götürüb maşın alıb satmış, qazanclarını bölmüşlər. Hətta onun vasitəsi ilə Orxan adlı şəxslə də eyni qaydada müştərək işlər görüb, bir neçə dəfə Orxanın ona verdyi müxtəlif miqdarlarda pullardan maya kimi istifadə edib müxtəlif markalı maşınlar alıb sataraq qazancı bölmüşlər. 2019-cu ilin sentyabr ayınının sonlarında və payızının əvvəllərində İlqar, İlkin, Seymur, Orxan və digər şəxslərdən müxtəlif miqdarlarda pullar alıb sifarişlərini verdiyi maşınlarin çatdırılması, gələn maşınların bir neçəsinin aşağı keyfiyyətdə olması səbəbindən əməliyyatları ziyanla nəticələnmiş, artıq bəzi müştəriləri ondan pullarını qaytarmağı tələb etmişldər. Bir tərəfdən də yeni əməliyyatlar etməklə ziyandan çıxmaq istədiyinə görə pulu az olduğundan, 26 noyabr 2021-ci il tarixdə Fikrətlə yaşadığı evin yanında görüşüb ondan 6500 ABŞ dolları borc alaraq tezliklə sifariş etdiyi maşınlar gələn kimi satıb onun pulunu qaytaracağını vəd etmişdir. Bundan təxminən iki ay sonra Fikrət ona özünün “Toyota” markalı “Camri” modelli maşınını satmaq istədiyini deyərək müştəri tapmasını xahiş etmişdir. O da 2020-ci ilin yanvar ayının15-də tapdığı müştəriləri Fikrətin yaşadığı evin yanına gətirərək maşını göstərmişdir. Fikrətdən ayrıldıqdan sonra müştərilər maşina 24700 ABŞ dolları təklif etmiş və o, qərara almışdır ki, Fikrətin maşınını bu müştərilərə özü verib pulu alaraq bir müddət əlində saxlayıb maya kimi istifadə etsin. Bu məqsədlə də Fikrətə zəng edib demişdir ki, guya müştərilər maşını yoxlatmaq istəyirlər, əgər özü olmasa, onu aldadaraq maşından yalançı nasazlıqlar tapıb qiymətini saldırarlar. Ona görə də Fikrət ona etibarnamə versin, maşını o, özü satsın, pulunu alıb Fikrətə çatdırsın. Fikrət də həmin gün ona etibarnamə vermiş və ertəsi gün, yəni 16 yanvar 2020-ci il tarixdə maşını müştərilərə 24700 ABŞ dollarına satıb pulu özündə saxlamışdır. Axşam Fikrət ona zəng edib pulu istədikdə ona yalandan bildirmişdir ki, guya pulu özünün maşınına qoymuş, həmin maşınla da, atası rayona gedib, ertəsi gün gələndən sonra pulu götürüb ona verəcəkdir. Ertəsi gün isə Fikrət yenidən ona zəng edib pulunu istədikdə, o, onunla evlərinin yanında görüşüb, yalandan guya şəhər ərazisində yeni avtosalon açdığını və onun pulunu bu işlərin tamamlanmasına sərf etdiyini demişdir. Sonrakı günlərdə də müxtəlif bəhanələr gətirərək onu aldatmış, buna görə də Fikrət ondan şikayət etmişdir. Buna baxmayaraq, Fikrətdən borc aldığı 6500 ABŞ dollarının 4000 ABŞ dollarını 2020-ci ilin fevral ayında qaytarmışdır. Fikrətin maşınını sataraq götürdüyü 24700 ABŞ dollarını xaricdən gətirdiyi maşınların gömrük rüsumlarına, dayanacaq-saxlanma xərclərinə, habelə digər müştərilərə vəd etdiyi işlərin tamamlanmasına sərf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 ilə bir neçə dəfə maşın alveri etmişlər. Hətta Rabil ona işlədiyi salondan maşınları nisyə, pulun qabaqcadan almadan vermiş, maşını satıb sonra pulunu ödəmişdir. Bu minvalla bir-birilərinə etibar yaranmışdır. 2020-ci ilin fevral ayında yenə də pul lazımı olduğuna görə qərara almışdır ki, Rabilin avtosalonuna gələrək oradakı “Merseds Benz E” markalı maşını guya qardaşı üçün istədiyini deyərək nisyə alıb ondan belə maşın istəyən müştərilərindən birinə satıb pul əldə etsin. Beləliklə, o, 2020-ci ilin fevral ayının ortalarında dəqiq xatırlmadığı tarixdə Rabilin işlədiyi, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən avtosalona gəlib 22000 manata “Mersede Benz E” markalı maşın guya qardaşı üçün aldığını deyərək götürüb pulunu tezliklə ödəyəcəyini vəd etmişdir. Rabil də razılaşıb maşını ona vermiş, sonra maşını texpasportu onun adına olan, Rabilin əmisi Vəliyyətlə birlikdə noratriat kontoruna gəlmişlər. Orada isə etirabrnaməni həmin maşını 17000 manata satdığı müştərisinin adına verdirib ayrılmışdır. Ertəsi gün yenə də Rabilin yanına gəlib başqa maşın almaq istəyəndə, Rabil dünənki maşının pulunu istəmiş, o, həmin puldan yalnız 1200 ABŞ dolları və 500 manat pul verib, qalanını tezliklə gətirəcəyini söz versə də, Rabil yeni maşın verməkdən imtina etmişdir. Bundan sonra ayrılıb getmiş, daha sonra Rabil hər dəfə pulu istəyəndə müxtəlif bəhanələrlə onu aldatmışdır. Bundan daşqa, 2019-cu ilin iyun ayının sonlarında o, “Xəyalə” restoranında olarkən atasının qohumu Zərərçəkmiş şəxs1 ora gələrək ondan ucuz qiymətə 2013- 2014-cü il buraxılışlı “Mersedes Bens E” markalı maşın təşkil etməsinı xahiş etmişdir. O, bu cür maşının təxminən 22.000 ABŞ dollarına başa gələcəyini demiş və iyul ayının 1-də növbəti dəfə Rəfail həmin restoranda görüşərkən ona 22.000 ABŞ dolları verərək 2015-ci il buraxılışlı “Mersdes Benz E” markalı maşın sifariş etmişdir. O, maşını 2-3 ay ərzində götürəcəyini vəd edərək pulu alsa da, həmin pulu özünün başqa işlərinə xərcləmişdir. 2-3 aydan sonra Rəfail ondan maşınını soruşanda ona yalandan demişdir ki, qohum olduqlarına görə ən yaxşı vəziyyətdə olanını axtarır, lakin tapa bilmir, buna görə vəd etdiyi vaxtda maşını gətirə bilməmişdir, nəhayət 1-2 gün bundan əvvəl ikisini birdən tapıb almış, 1 aya gələcəkdir. Bu zaman Rəfail ikinci maşını da oğlu üçün almaq istədiyini deyib, onun da qiymətini 22.000 ABŞ dollarına razılaşaraq ona ikinci dəfə 22.000 ABŞ dolları vermişdir. O isə söz vermişdir ki, maşınların ikisini də 1 aya gətirəcək. Lakin həmin pulu da alıb başqa müştərilərinin borclarının qaytarılmasına və yaxud maşınlarının gətirilməsinə sərf etmişdir. 1 aydan sonra Rəfail yenə də maşınların nə üçün gəlmədiyini soruşanda ona demişdir ki, onu aldadıblar, aldığı “Mersedes” markalı maşınlar istədiyi vəziyyətdə olmadığından onları qaytarmışdır, ancaq başqa müştərilər üçün sifariş etdiyi maşınlar yoldadır. Bu zaman Rəfail artıq gözləmək istəmədiyini deyib, gələn maşınların arasında olan “Toyota” markalı “Land Gruser” modelli avtomobili 75000 manat dəyərləndirib ona verməsini istəmişdir. O da razılaşıb bu maşını ona verəcəyini vəd etmiş, lakin vədinə əməl etməmişdir. İlk dəfə törətdiyi əməllərindən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməyə çalışır və hamısını da ödəyəcəkdir. Məhkəmənin gedişində xaricdən bir neçə avtomobil gətizdirmişdir, lakin onları sataraq zərərçəkmiş şəxslərin pullarını qaytarmaqdan ötrü ona bir qədər də vaxt lazımdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiasını etiraf edir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, atası İlqarın xalası oğlu Elxan Quliyev işlətdikləri “Elçin” adı ilə fəaliyyət göstərən restoranın yaxınlığındakı “Xəyalə” şadlıq evini işlədir. 2019-cu ilin əvvəllərindən Elxanın və oğlu Elçinin bahalı avtomobillər idarə etməyə başladığını görmüşdür. Həmçinin, onlar idarə etdikləri avtomoibilləri tez-tez dəyişib başqa bahalı avtomobillər idarə etmişlər. X10 həmin avtomobilləri hansı yolla əldə etdiyini və tez-tez dəyişdiyini soruşmuş, Elxan da atasına demişdir ki, oğlu X8 Nazirliyində şöbə müdiri vəzifəsində işləyir. Nazirlikdə bahalı avtomobillər hərraca çıxarılır və o da oğlu Elçinin vasitəsi ilə həmin avtomobilləri ucuz qiymətə əldə edə bilir. Atası bunu bildikdən sonra Elxandan xahiş etmişdir ki, böyük qardaşı İlkinə Elçin avtomobil alsın. Atası ilə Elxan razılaşmış və 2019-cu ilin may ayının təxminən ortalarında qardaşı İlkin 13500 manat pulu Elxana vermişdir. Təxminən 2019-cu ilin iyun ayının ortalarında Elxan oğlu Elçinin vasitəsi ilə qardaşı İlkinə 13500 manat müqabilində “Hundai Sonata” markalı avtomobil satmış, İlkin həmin avtomobili bazar qiymətindən təxminən 3000 manat ucuz qiymətə əldə etmişdir. Bundan bir qədər sonra Elçin ona məxus mobil nömrəsinə bir neçə avtomobil şəkli göndərmiş və demişdir ki, öz avtomobilini satıb pulunu ona versin ki, onun üçün “Nissan Sentra” markalı avtomobili hərracdan 9000 manata alıb versin. O isə Elçinə demişdir ki, öz avtomobilini 5000 manata sata bilər, başqa pulu yoxdur. Bu zaman Elçin ona demişdir ki, pulun qalanını özü düzəldib avtomobili alıb ona verəcək, sonra isə o, onun pulunu qaytaracaq. O da Elçinə inanmış və özünə məxsus olan “Azsamand Runna” markalı avtomobilini 5000 manata satmış və 2020-ci ilin fevral ayının 10-da H.Əliyev adına Hava Limanının girəcək hissəsindəki yol kənarında Elçinə görüşərək vermişdir. Həmin zaman Elçin ona demişdir ki, 3 günə ona vəd verdiyi “Nissan Sunni” markalı avtomobili hərracdan alıb verəcək. Lakin buna baxmayaraq, Elçin onun 5000 manat pulunu ələ keçirmiş və verdiyi vədi yerinə yetirməyərək pulları qaytarmaqdan imtina etmişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, Elçindən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və Elçinə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “AK Petrol” yanacaq doldurma məntəqəsində fərdi qaydada icarəyə götürdüyü avtomobil salonunda müxtəlif şəxslərə məxsus xarici markalı avtomobillərin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımış və ondan 2020-ci ilin fevral ayına qədər müxtəlif avtomobillər almışdır. Bəzi hallarda Elçinə avtomobili nisyə vermiş və Elçin vəd etdiyi vaxtda pulu gətirib ödəmişdir. Sonuncu dəfə isə 2020-ci ilin fevral ayının 5-də Elçin onun işlədiyi avtosalona gəlmiş və orda satışa qoyduğu, özünə məxsus olan, lakin əmisi Vəliyyət Səfərovun adına qeydiyyatdan keçirtdiyi 22000 manat qiymətində “Mersedes Benz E 220” markalı avtomobili bəyənmiş və həmin avtomobili qardaşı üçün almış, pulunu 1 həftə müddətində verəcəyini vəd etmişdir. Elçin avtomobili Vəliyyətlə birlikdə notariat kontoruna aparıb, orada Vəliyyətə başqa bir şəxsin adına etibarnamə verdirib, Vəliyyətdən ayrılmışdır. Bir həftə keçdikdən sonra maşının pulunu istəməsi üçün Elçinə zəng etdikdə isə o, onun zənglərinə cavab verməmiş, sonra isə məlum olmuşdur ki, Elçin ondan aldığı maşını əmisinin etibarnamə verdiyi həmin şəxsə satıb onun adına rəsmiləşdirmişdir. Sonradan isə Elçin ona ödəməli olduğu 22.000 manatın 1200 ABŞ dolları şəklində 2040 manatını və 500 manatını ödəmiş, hazırda 19000 manatını qaytarmamaqla ona qarşı dələduzluq etmişdir. Buna görə də o, Elçinə qarşı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Bunların nəzərə alınaraq mülki iddiasının təmin edilməsini, ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və Elçinə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2019-cu ilin iyun ayının sonlarında Elçinlə onun atasının işlədiyi “Xəyalə” şadlıq sarayında görüşərkən Elçinin ucuz qiymətə maşınlar gətirib satdığını öyrənmiş, sonra Elçinə özü üçün 2013-2014-cü illərin buraxılışı olan “Mersedes Bens E” markalı maşın təşkil etməsini xahiş etmişdir. Bir neçə gündən sonra 01 iyul 2019-cu il tarixdə Elçin onu şadlıq sarayına çağırıb onun üçün 22.000 ABŞ dollarına 2015-ci ilin buraxılışlı “Merseds Benz E Class” markalı maşın tapdığını bildirmiş, maşını 1 ay müddətinə təhvil verəcəyini vəd etmişdir. O, razılaşıb Elçinə həmin yerdə 22.000 ABŞ dolları vermiş, Elçin ona vəd etmişdir ki, maşını oktyabr ayının 1-dək çatdıracaq. Oktyabr ayının 1-dək gözləmiş, sonra Eliçinlə “Xəyalə” restoranında görüşüb maşının nə üçün gəlmədiyini soruşmuşdur. Elçin bildirmişdir ki, maşının ən yaxşısını axtardığına görə bir az gec tapıb almış, 1-2 gün bundan əvvəl isə ikisini birdən tapmış və birini onun üçün almışdır, 1 aya Bakıya çatdırılacaqdır. Sonra o, Elçinə tapdığı ikinci “Mersedes” markalı maşını da özü üçün gətirməsini tapşırmış və həmin maşının da qiymətini 22.000 ABŞ dollarına razılaşaraq pulu ona vermişdir. Noyabr ayının 1-dək gözləmiş, Elçindən bir xəbər çıxmadığını görüb ondan işlərin nə yerdə olduğunu soruşanda Elçin demişdir ki, guya onu aldadıblar, sən demə, ona göstərilən maşınları deyil, aşağı səviyyədə maşın göndəriblərmiş. O da maşınları geri qaytarıb, lakin digər müştəriləri üçün sifariş etdiyi “Land Gruser” və başqa markalı maşınlar yoldadır. O, buna narazılıq edib Elçinə demişdir ki, əgər belədirsə, onun işinin uzanmağını istəmir, onda 44.000 ABŞ dolları pulu vardır, həmin pulun əvəzində gətirdiyi “Land Gruser” markalı maşının birini ona verərsə, onunla hesablaşmış olar. Elçin də ona vəd etmişdir ki, gətirdiyi maşınların içində 1 ədəd 2018-ci il buraxılışlı “Land Gruser” markalı maşın var, onu 75000 manata verəcək. O da razılaşmış, lakin bir ay da keçməsinə baxmayaraq, Elçin nə onun maşınını, nə də pulunu verməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələrində Elçinə birbaşa “Toyota” markalı “Land Gruser” modelli maşın gətirməsi üçün 75000 manat pul verməsini onunla razılaşmalarını daha dəqiq və xırdalığı ilə izah etməyə lüzum bilməməsi səbəbindən göstərmiş, həmçinin 75000 manatı Elçinə deyil, onun atası Elxana verməsini isə həmişə sonuncunun oğlunun verdiyi vədləri təsdiq etməsini, Elxanın da onu aldatması kimi qəbul etdiyinə görə göstərmişdir. Həqiqətdə isə, Elçin tərəfindən ona 75000 manat məbləğində maddi ziyan vurulması məsələsi sonuncu ifadəsində göstərdiyi şəkildə olmuşdur. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, Elçindən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və Elçinə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Təqsirləndirilən şəxslə 2017-ci ildən bir yerdə İqdisadi İnkişaf Nazirliyində ekspert işləmiş, aralarında yaxın dostluq münasibətləri olmuşdur. Elçinin xaricdən avtomobillər gətirdib satmaqla da məşğul olduğunu bilmişdir. 26 noyabr 2019-cu il tarixdə Elçin ondan bir qədər pul istəmiş və vəd etmişdir ki, 1 ay ərzində Gürcüstandan avtomobil gətirib sataraq verdiyi pulu və əldə etdiyi gəlirin bir hissəsini ona verəcəkdir. O da razılaşıb həmin tarixdə İnşaatçılar prospektində yerləşən İncəsənət universitetinin yanında Elçinə 6500 ABŞ dolları vermişdir. Sonra o, Elçinə özünün 2014-cü il buraxılışlı “Toyota” markalı “Camry” modelli avtomobilini satmasını tapşırmış, 15 yanvar 2020-ci il tarixdə Elçin tanımadığı iki nəfər şəxsi maşina baxması üçün Yasamal rayonunda olan evinin həyətinə gətirmişdir. Həmin şəxslər avtomobilə baxıb getdikdən 1 saat sonra Elçin saat 13 radələrində İnşaatçılar prospektində onunla görüşərkən müştərilərin avtomobilə 24.700 ABŞ dolları təklif etdiklərini demişdir. O, razılııq verdikdə Elçin avtomobili satması üçün baş etibarnamə istəmiş və satdıqdan sonra pulu gətirib ona verəcəyini bildirmişdir. O da Elçinlə ailəvi gediş-gəlişləri olduğundan, eləcə də bir yerdə işlədiklərindən, inanıb ona baş etibarnamə vermişdir. Ertəsi gün onlar evlərinin yanında görüşərkən Elçindən avtomobilinin pulunu istəmiş, o, pulun özünün digər avtomobilində qaldığını və atasının həmin avtomobillə rayona getdiyini deyərək sabah saat 15 radəsində pulu çatdıracağını bildirmişdir. Ertəsi gün saat 16 radəsində Elçinə zəng edib pulunu istədikdə Elçin demişdir ki, pul ondadı, axşam görüşüb verəcək. Axşam saat 22 radəsində Elçin onun yaşadığı məhəlləyə gəlib demişdir ki, guya avtomobil salonu açır, buna görə onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırıb orada ondan pul istəmişlər. O da avtomobilin pulunu dediyi yerə vermişdir. Həmin vaxtdan Elçin müxtəlif bəhanələrlə onun pulunu verməmişdir. O, Elçindən şikayətlər etdikdən sonra isə Elçin əvvəlcə aldığı 6500 ABŞ dollarının 4000 ABŞ dollarını 2020-ci ilin fevral ayının axırlarında qaytarmışdır. Hazırda Elçin ona 27.200 ABŞ dolları, yəni Azərbaycan manatı ekvivalentində 46.240 manat pul verməlidir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, Elçindən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və Elçinə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakınıələ keçirmə cinayətini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 fevral 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 20 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mülki iddianın təmin edilməsini, cinayət hadisəsi nəticəsində ona dəymiş 19460 (on doqquz min dörd yüz altmış) manatın və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manatın Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etdi. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməli, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 dəymiş ziyana görə 19460 (on doqquz min dörd yüz altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 19490 (on doqquz min dörd yüz doxsan) manat tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 20 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia tam təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 dəymiş ziyana görə 19460 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 19490 (on doqquz min dörd yüz doxsan) manat tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar