Məhkəmə qərarları › İş №1(003)-435/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-435/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-435/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 10:25 X30 Məhəmməd oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs müdafiəçiləri - Alfa Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, H.Əliyev prospekti 147, mənzil 28-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Alballıq massivi, A.İsgəndərov küçəsi, yeni sahədə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan «KİA RİO» markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Buzovna-Maştağa avtomobil yolunun Maştağa qəsəbəsi istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən Albalılıq yaşayış massivi ərazisində yerləşən «Retro» şadlıq sarayının yaxınlığında olan «Albalı» marketin qarşısındakı yolda, işıqforun yaşıl işığının yanmasına baxmayaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə yolu sağdan sola doğru piyada keçən X11 yolun hərəkət hissəsində avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, daha sonra idarəetməni itirərək avtomobili qabaq hissəsi ilə qarşı tərəfdən gələn sürücü X8 idarə etdiyi «Mercedes» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə piyada X12 alın nahiyəsinin, burunun, sol gözün bayır bucağının, üst dodağın, alt çənənin, sol bazunun aşağı üçdə birinin əzilmiş yaraları; alın nahiyəsinin, sol üst göz qapağının, üst və alt dodağın, sol bazunun aşağı üçdə birinin iç səthinin, döş qəfəsinin orta üçdə birinin sol yarısının, sol çanaq nahiyəsinin sıyrıqları; sol gözün bayır bucağının, sifətin sol yarısının, sol bazunun aşağı üçdə birinin iç səthinin, sol çanaq nahiyəsinin qançırları; başın yumşaq toxumaların iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar; baş beyinin ağır dərəcəli əzilməsi; sol körpücük sümüyünün orta üçdə birinin və sol V, Vİ, Vİİ, qabırğaların orta körpücük xətt üzrə qapalı yerdəyişən sınıqları; sol bazu sümüyünün açıq, yerdəyişən sınığı; hər iki ağciyərin kontuzyası; hemopnevmotoraks; daxili qanitirmə ilə müşaiət olunan diafraqmanın sol yarısının və mədənin kordinal hissəsinin cırılması, dalağın cırılması, (splienoektomiya-dalağın cərrahı olaraq xaric edilməsi) küt əşya (əşyalar) təsirindən törənmişlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuş və nəticədə X9 aldığı xəsarətlərdən 19 aprel 2025-ci il tarixdə X24 X18 ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o xx.xx.2025-ci il tarixdə qəza törətmişdir. Həmin gün «KİA RİO» markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə səhər işə çıxmışdır. X19 manatlıq taksi işləyir. Axşam saat 11-ə işləmiş sonuncu müştərini düşürüb evə getmişdir. Buzovna-Maştağa avtomobil yolunun Maştağa qəsəbəsi istiqamətində saatda 55-60 km/saat arası sürətlə hərəkətdə olarkən işıqforun yaşıl işığı yandığından hərəkətini davam etdirmişdir. Bu zaman sağ tərəfdən kimsə qaçmış və onun maşınına dəymişdir. Bu zaman o hər sürücünün edə biləcəyi hərəkəti etmişdir. Dərhal tormozlama etmişdir. Öz həyatını təhlükəyə ataraq maşını qarşı tərəfə çəkmiş və qarşıdan gələn maşına dəymişdir. O tez maşından düşmüş telefonu qırıldığından kənardakılardan telefon istəmiş, bir nəfər telefonu ona uzadaraq kimə istəyirsənsə zəng et demiş, o da tez təcili yardıma zəng etmişdir. Təcili yardım gəlmiş, mərhumu təcili yardıma mindirmişlər. O da xəstəxanaya getmişdir. Orada yaxınlarına da nə lazımdırsa edə biləcəyini demişdir. Lakin yaxınları onu yaxın buraxmamışlar. Mərhumun ünvanını bilmədiyindən onlarla əlaqə saxlaya bilməmişdir. Hadisənin baş verməsində onun günahı yoxdur. Piyada qara paltar geyindiyindən və yol qaranlıq olduğundan onu görməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmadığını, həmçinin himayəsində bir azyaşlı uşağının olmasını, könüllü olaraq hərbi xidmətə gedərək vətən müharibəsində iştirak etdiyini, baş vermiş hadisədə onun günahı olmadığını, buna görə də ona bəraət verilməsini xahiş etdi. Məhkəmədə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum qızı X16 uzun müddətir ki, həyat yoldaşı Kamildən ayrılıb, üç övladı ilə birlikdə Bakı şəhərində yaşayırdı. Hadisə ilə bağlı onu bildirir ki, 18 aprel 2025-ci il tarixdə, saat 23 radəlrində ona məlumat verildi ki, qızı Vəfanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun kənarında yeləşən «Albalı» marketin qarşısında yolu keçərkən «KİA RİO» makalı avtomobil vurub və təcili yardımla Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıblar. O, da həmin vaxtı xəstəxanaya gedib qızının orada ağır vəziyyətdə olduğunu görüb. Səhəri gün isə yəni, 19 aprel tarixində qızı Vəfa xəstəxanada vəfat etmişdir. Bundan sonra qızının meyiti müayinə olunması üçün Mərdəkan qəsəbəsində, 26 saylı xəstəxananın həyətində yerləşən məhkəmə-tibbi ekspertizasına müayinə olunması üçün aparılmışdır. Zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs ilə barışmadığını, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o Ramizi şəxsən tanımır, hadisənin, piyadanın vurulmasının şahidi olmuşdur. Dörd nəfər dayanmışlar, yaxınlıqda söhbət edib yola baxırmışlar və görmüşlər ki, piyada (mərhum) işıqfor qırmızı yanan zaman yolu keçəndə balaca maşın tərəfindən vurulmuşdur. Maşınlar üçün yaşıl işıqfor yanmışdır. Hadisə yerinə dərhal yaxınlaşmışlar, Ramiz ondan X35 zəng vurmağı xahiş etmiş, o zəng vurmuş, gəlib aparmışlar və Ramizi o maşınına mindirib xəstəxanaya getmişlər. Mərhum piyadanın geyimi qara rəngdə olmuşdur. Ramiz piyadaya 2-3 metr çatmamış əyləci sıxmışdır. İşıqfor maşın üçün yaşıl, piyadalar üçün isə qırmızı yanmışdır. Ramizin sürdüyü maşının markasını bilmir, çünki maşınların markalarını tanımır. Onlar Albalı marketin qabağında dayanmış, işıqforun yanında, piyada aptekin yanından onlara tərəfə yolu keçmişdir. Ramizlə münasibəti olmamışdır, maşında nömrəsini vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizasının 13 may 2025-ci il tarixli, 66 saylı rəyindən görünür ki, mərhum X10 meyitində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin, burunun, sol gözün bayır bucağının, üst dodağın, alt çənənin, sol bazunun aşağı üçdə birinin əzilmiş yaraları; alın nahiyəsinin, sol üst göz qapağının, üst və alt dodağın, sol bazunun aşağı üçdə birinin iç səthinin, döş qəfəsinin orta üçdə birinin sol yarısının, sol çanaq nahiyəsinin sıyrıqları; sol gözün bayır bucağının, sifətin sol yarısının, sol bazunun aşağı üçdə birinin iç səthinin, sol çanaq nahiyəsinin qançırları; başın yumuşaq toxumaların iç səthinə, beyin toxumasına və beyinin yumuşaq qişasına geniş qansızmalar; baş beyinin ağır dərəcəli əzilməsi; sol körpücük sümüyünün orta üçdə birinin və sol V, Vİ, Vİİ, qabırğalar orta körpücük xətt üzrə qapalı yerdəyişən sınıqları; sol bazu sümüyünün açıq, yerdəyişən sınığı; hər iki ağciyərin kontuzyası; hemopnevmotoraks; daxili qanitirmə ilə müşaiyət olunan diafraqmanın sol yarısının və mədənin kordinal hissəsinin cırılması, dalağın cırılması, (splienoektomiyadalağın cərrahı olaraq xaric edilməsi) küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun X36 X31 müraciətindən əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 18 aprel 2025-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Mərhum V.N. Məmmədovanın ölümü xx.xx.2025-ci ildə, saat 04:15-də X36 X27 baş vermişdir (X36 X27 tərtib olunmuş C1419 saylı xəstəlik əsasən). Mərhum V.N. Məmmədovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 1518/K, xx.xx.2025). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 21 iyun 2025-ci il tarixli, 8/1191 saylı rəyindən görünür ki, «KİO RİO» markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Mercedes-Benz C180 markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tətqiq etməyə lüzum yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş ifadənin yerində yoxlanılması barədə 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılmış və o hadisə yerində Yol-Nəqliyyat hadisəsinin baş verdiyi yeri göstərərək istintaqa vermiş olduğu ifadəsini təsdiq etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs hadisə yerini göstərərək bildirmişdir ki, 18 noyabr 2025-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi texniki cəhətdən saz olan «Kia Rio» markalı, **- KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna-Maştağa yolu ilə Mastağa qəsəbəsi istiqamətinə saatda 60 km/saat sürətlə hərəkət edərək yaşadığı ünvana gedirmiş. «Retro» şadlıq sarayının yaxınlığında «Albalı» maketin qarşısındakı işıqforun yaşıl işığında işiqforu keçərkən qəflətən avtomobilin qabaq hissəsi orada - yerüstü piyada keçidindən yolu keçən piyadaya dəymişdir. Daha sonra avtomobil qarşı sol zolağa yəni əks yola çıxaraq oradan öz yolu ilə gələn «Mercedes» markalı avtomobilin sol yan hissəsinə qabaq sol küncü ilə toqquşmuşdur. Dərhal maşından düşüb həmin xəsarət alan piyada qadına kömək etdib və təcili yardım maşını ilə xəstəxanaya yola salmışdır. Həmin vaxtı piyada qadını görməsə də, sonradan hadisəni xatırlayarkən qadının yolu sağdan sola doğru piyada keçidi ilə keçdiyini xatırlamışdır. O, heç bir spirtli içki və narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Eyni zamanda hər istiqamətə yol 3 hərəkət zolağından, hər bir hərəkət zolağının 3,80 metr olmaqla, ümumilikdə yolun eni 22,80 metrdir. Yolu piyadaların keçməsi üçün nəzərdə tutulmuş nizamlayıcı piyada zolağı vardır. Piyadanın vurulduğu yer sağdan 3-cü hərəkət zolağında, piyada keçidində baş vermişdir. Yolun sağ kənarındakı şəkildən piyadanın vurulma yerinə qədər məsəfə 12,5 metr olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X44 İdarəsinin 08 may 2025-cü il tarixli, 3-13-16/2-94422/2025 saylı məktubundan görünür ki, DİN-nin Baş X44 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlı olan RC 1154Q5 nömrəli «B1 В C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. xx.xx.1980-cı il təvəllüdlü X13 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (Cinayət işinə əlavə olunmuş sürücülük vəsiqəsinin sürətindən görünür ki, sürücü X13 Gürcüstanda sürücülük vəsiqəsi verilmişdir.) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətə məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Daxili İşlər Nazirliyi X7 Xidmətindən əldə olunmuş 01 ədəd diskdə olan 30 dəqiqəlik video görüntüyə baxış zamanı video görüntüdən görünür ki, Buzovna qəsəbəsindən üzü Maştağa istqamətində sürətlə hərəkət edən «KİA RİO» markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili «Albalı» marketin qarşısındakı işıqforun yaşıl işığında, video görüntünün 12.05-ci dəqiqəsində yolu sağdan sola doğru keçən piyada qadını yolun orta hissəsində avtomobilin qabaq hissəsi ilə vurur və sonra isə qarşı zolağa çıxaraq qarşıdan gələn Mercedes-Benz C180 markalı avtomobilə dəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin Tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş şübhəli şəxsin tutulması haqqında 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə müvafiq yol nəqliyyat ekspertizasının və məhkəmə-tibbi ekspetizasının rəyləri alınmadığından şübhəli şəxs Təqsirləndirilən şəxs ittiham irəli sürmək mümkün olmadığından o, saxlanıldığı Xəzər RPİnin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş qətimkan tədbiri seçmək barədə 04 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZ-İV 193119 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 27 mart 2003cü ildə doğulmuşdur, X38, anası X14r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZ-İİİ 459356 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxxxxxx 2004-cü ildə doğulmuşdur, X38, anası X14r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZ-İV 193192 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 28 may 2008ci ildə doğulmuşdur, X38, anası X14r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş nikahın pozulması haqqında AZ-İ 301295 saylı şəhadətnamədən görünür ki, X22 ilə X23 arasında nikahın ləğvi 04 may 2013-cü ildə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZ-İV 997703 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2024-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X5r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Gəncə şəhəri Kooperativ Binalar üzrə Xidmət Sahəsinin xx.xx.2025-ci il tarixli 101 saylı xasiyyətnaməsindən görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri H.Əliyev prospekti, bina 151, mənzil 5-də yaşayır. Müsbət xarakterizə olunur. Türkiyə Anadolu Universitetinin 4-cü kursunda oxuyarkən hərbi xidmətə könüllü getmiş və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası MN-nin 47 nömrəli əmri ilə hərbi xidməti başa vurmuşdur. Ailəlidir, bir övladı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş N № li hərbi hissənin xidməti xasiyyətnaməsindən görünür ki, N № li hərbi hissənin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs N № li hərbi hissədə 1-ci divizionun 1-ci batereyasının 1ci taqımının idarəetmə manqasının (batareyanın baş zabiti) radiotelefonçu vəzifəsində xidmət etmişdir. Müsbət xidməti xasiyyətnamə ilə xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş yolnəqliyyat hadisələri ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair ifadəsinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsiri ekspert rəyi, video görüntü, məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 manat və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 4 saata görə 44 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 11 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 manat və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 4 saata görə 44 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar