Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-437/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1976-cı ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər hərbi qulluqçu olmuş, hazırda işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah tapançanı, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 7,62X25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların 01 ədəd darağını və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 01 ədədi 1946-cı ildə, 01 ədədi 1950ci ildə, 03 ədədi 1951-ci ildə istehsal olunmuş, 7,62X25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 05 ədəd ştat patronu əldə edib keçmiş hərbi qulluqçu kimi onların həqiqi odlu silah və döyüş sursatı olduğunu bilib üzərində gəzdirərək özündə saxlamaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda fərdi yaşayış evinə qədər daşıyaraq evin yataq otağındakı çarpayının üstündə olan döşəyin altında özü yatdığı hissədə gizlənib saxlamış, 24 noyabr 2023-cü il tarixdə, saat 13:37 radələrində Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evində saxlanılaraq qeyd olunan ünvanda hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış, habelə saat 14:50-dən 15:00-dək olan müddət ərzində götürmə aparılarkən evin yataq otağındakı çarpayının üstündə olan döşəyin altında Təqsirləndirilən şəxs özü yatdığı hissədə gizlənib saxladığı həmin zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah tapança, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 7,62X25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 01 ədədi 1946-cı ildə, 01 ədədi 1950-ci ildə, 03 ədədi 1951-ci ildə istehsal olunmuş, 7,62X25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 05 ədəd ştat patron aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, 24 noyabr 2024-cü il tarixdə, saat 12:30 radələrində yaşadığı evdə imiş. Neçə müddət imiş ki, çölə çıxmırmış. O, həyətə çıxmış və yoldaşı həyət qapısını açan zaman 3-4 nəfər polis əməkdaşı yoldaşına hücum etmişdir. Bu zaman o, həyətdə dayanmış, yoldaşı isə həyətin qapısını bağlamaq istəsə də, lakin alınmamışdır. Onun yoldaşını kənara çəkərək qolunu burub aparmış, sonradan onun üstümə düşmüşlər. Nə qədər çalışsalar da, qolunu bura bilməmişlər. Sonra onu həyətdə olan stola oturtmuşlar. Bundan sonra təxminən 6 nəfərə yaxın adam evinə daxil olmuşdur. Evdə onun və həyat yoldaşının telefonunu, həyat yoldaşına məxsus noutbukunu götürmüşlər. Təxminən 5-6 dəqiqədən sonra həmin adamlar çölə çıxaraq ondan kameranın harada olduğunu soruşmuşdur. O da bildirmişdir ki, ümumiyyətlə kamera qoymamışdır. Bir müddət kameraları axtarıblar, lakin heç nə tapa bilməyiblər. Daha sonra ona evlə tanış olmağı bildirmişdirlər. O da razılaşmışdır. Bundan sonra onlarla birlikdə evə daxil olmuş və bu zaman müstəntiq Şahid5 gəlmişdir. Müstəntiq gəldikdən sonra ondan evdə qanunsuz əşya saxlayıb-saxlamamağı barədə suallar vermiş, o da cavabında evində heç bir qanunsuz əşya və ya predmet saxlamadığını bildirmişdir. Bundan sonra Şahid5 ona evə baxış keçirəcəklərini bildirmişdir. O da onlardan bununla bağlı məhkəmə qərarının olub-olmamasını soruşmuşdur. Müstəntiq belə bir qərarın olmadığını ona bildirmişdir. Sonra bildirmişdir ki, evə onlar baxış keçirəcək. Baxış keçirən zaman baxış keçirən insanların heç birinin üzü görünmürmüş. Həmin şəxslərin polis əməkdaşları olub-olmadığı məlum olmamışdır. Həmin adamlar çoxluq təşkil edirdi. O isə tək imiş. İlk öncə həmin şəxslər mətbəxi axtardılar. Sonradan evində hər yeri axtarmış, lakin heç nə tapa bilməyiblər. Sonra həmin şəxslər digər yataq otağına daxil olmuşdurar. Ordada axtarış keçirsələr də, lakin heç nə aşkar edə bilməmişdirlər. Daha sonra onun yoldaşı ilə birlikdə yaşadığı yataq otağına daxil olmuşlar. Həmin otağı da axtarmışlar. Həmin vaxt çarpayının üzərindəki matrası qaldırmışdırılar. O həmin zaman ümumiyyətlə matrasa baxmırmış. Matrası qaldırdıqdan sonra bildirdilər ki, həmin yerdə tapança vardır. Həmin şəxslərin üzərində gələn şəxs hal şahidlərini çağırmış və hal şahidləri də gəlmişdirlər. Ondan həmin predmetin nə olduğunu soruşanda o da gülərək “su tapançası” olduğunu bildirmişdir. Daha sonra bildirmişdir ki, “Bunun nə olduğunu siz bilərsiniz. Çünki bunu bura qoyan siz olmusuz, mən haradan bilə bilərəm nə olduğunu”. Onu həmin zaman çarpayıdan 3-4 metr məsafədə saxlamışlar. Onun da gözü zəif gördüyü üçün həmin predmetin dəqiq olaraq nə olduğunu görə bilməmişdir. Ona həmin predmetin tapança olduğunu bildirmişlər. O da cavabında onlara “siz qoymusuz, siz də yaxşı bilərsiz tapançadır ya yox.”. Daha sonra o həmin şəxslərə həmin tapançaya əl vurmamağı və onu birbaşa ekspertizaya göndərməyi demişdir. Ona cavabında bildirmişdilər ki. “onu biz bilərik.” Bundan sonra həmin şəxslərdən biri əlcək geyinərək tapançanı götürmüş və açıb patronu saymışdır. Həmin zaman tapançanın və patronun şəklini çəkmişlər. Bundan sonra ona həmin şəxslərlə birlikdə getməli olduğunu bildirmişlər. Onu məcburi şəkildə polis maşınına əyləşdirmiş və polis idarəsinə aparmışlar. Polis idarəsində onu 3-cü mərtəbəyə qaldırmışlar. Orda Xəzər RPİ-nin cinayət axtarış şöbəsinin rəisi Şahid11 ona həmin tapançanı boynuna götürməli olduğunu, sənədlərə də qol çəkməli olduğunu bildirmişdir. O da nə tapançanı boynuna götürəcəyini, nə də ki, həmin sənədlərə qol çəkəcəyini bildirmişdir. O ictimai fəal olduğu üçün onu idarəyə gətirən bəzi polis işçilərini də tanımışdır. Çünki aksiyada iştirak edən zaman həmin polis işçilərini görmüşdür. Həmin polis işçiləri AR DİN-in Bakı şəhər Baş Polis İdarəsinin işçiləri imişlər. Ancaq qeyd etmişdir ki, həmin .şəxslərə başçılıq edən Şahid11 idi. Şahid11 ordakı polis işçilərinə bildirmişdir ki, həyat yoldaşını polis idarəsinə gətirmələrini bildirmişlər. Bu zaman o Şahid11 “kişisiz, adamsız ə. Yoldaşımı bura gətirmək nədir?” deyə bildirmişdir. Elnur yenidən təkidlə polis əməkdaşlarına həyat yoldaşını idarəyə gətirmələri barədə əmr etmişdir. O da bundan sonra Elnura bildirmişdir ki, “yoldaşımı idarəyə niyə gətirirsiz?”, “Mənim yoldaşımı idarəyə gətirməyin.” “Nə sənəd desəniz, gətirin hamısına imza atacam.”. “Yoldaşımı buraxın, hansı sənədlərə desəniz həmin sənədlərə qol çəkəcəm.” O idarəyə gətirilən zaman üzü qapalı olmuşdur və üzümü açmamışdırlar. Həmin vaxtı o həmin şəxslərdən bir neçəsini tanımışdır. Həmin şəxslərdən biri Şahid11, digəri, yəni əməliyyatçıların üzərində gələn adam isə Bakı şəhər Baş Polis İdarəsindən gəlmişdir. Bundan sonra gətirilən bütün sənədlərə imza etmişdir. Hansı sənədə qol çəkdiyini bilməmişdir. Ondan sonra ona bildirdilər ki, burada yazaq ki, “sən guya hərbidə olan zaman bunu gizlətmisən artıq neçə illərdir ki, gizli olaraq saxlayırsan”, o isə cavabında bildirmişdir ki, “əgər elədirsə, mən həmin sənədlərə qol çəkməyəcəm.” Daha sonra o demişdir ki, “bu barədə yazın ki, guya mən 10 gün bundan qabaq evimin yaxınlığında olan zibil qutusundan tapmışam”. Şahid11 da ona dedi ki, “elə olsa mənə söz deyəcəklər. Mən axı CAŞ-ın rəisiyəm.” O da Elnura bildirmişdir ki, “o artıq sənin problemindir.” Həmin sənədləri onun dediyi formada tərtib etdilər. Bundan sonra o həmin sənədləri imzalamışdır. Sonda qeyd etmişdir ki, həmin sənədləri onu həyat yoldaşi ilə təhdid etdiyi üçün imza etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, noyabr ayının axırlarında Təqsirləndirilən şəxs yaşadığı Südçülük sovxozunda yerləşən evində qanunsuz olaraq odlu silah saxlanılması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupunda o, Şahid2 və kiçik inspektor Şahid3 olmuşdur. Əməliyyat tədbiri keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evinə getmişlər. Onun evinə baxış keçirən zaman həm onun, həm də hal şahidlərinin iştirakı yatacaq yerində yastığının altında bir ədəd odlu silaha bənzər silah və qonaq otağının pəncərəsinin altında isə ağ rəngli, kristalşəkilli, metamfetamin maddəsinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş əşyalarla bağlı o, rəhbərliyə məruzə etmişdir. Əməliyyat qrupunun digər üzvləri isə hadisə yerində qalmışdır. Aşkar edilmiş maddi sübutun götürülməsi müstəntiq Şahid5 həvalə edilmişdir. Onunla birlikdə maddi sübutun götürülməsi üçün hadisə yerinə getmişdir. Müstəntiq tərəfindən maddi sübut götürüldükdən sonra Təqsirləndirilən şəxs müstəntiq tərəfindən sorğu-sual olunmuş və Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silaha bənzər silahla bağlı sual verildikdə,o, bildirmişdir ki, silahı evinin yaxınlığında zibil yeşiyinin yanından tapıb evinə gətirmişdir. Lakin xəstə olduğu üçün onu təhvil verə bilməmişdir. Lakin 10 gündən sonra həmin odlu silaha bənzər silahı təhvil verəcəkdir. Daha sonra maddi sübut hal şahidlərinin iştirakı ilə sənədləşdirilmiş və qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, noyabr ayının 24-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evində qanunsuz olaraq odlu silah saxlanılması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupunda o, Mahir müəllim və Emin olmuşdur. Əməliyyat tədbiri keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evinə getmişlər. Evə baxış keçirən zaman yataq otağında yastığın altında bir ədəd odlu silaha bənzər silah və qonaq otağının pəncərəsində isə ağ rəngli metamfetamin maddəsinə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş əşyalarla bağlı Şahid1 rəhbərliyə raportla məruzə etdi. Aşkar edilmiş maddi sübutun götürülməsi müstəntiq Şahid5 tərəfindən götürüldü. Müstəntiq tərəfindən maddi sübut götürüldükdən sonra Təqsirləndirilən şəxs müstəntiq tərəfindən sorğu-sual olundu. Sonradan ifadənin yerində yoxlanması üçün silaha bənzər predmeti götürdüyü zibilliyi göstərdi. Daha sonra bildirdi ki, təxminən 10 gün qabaq zibil atan zaman həmin predmeti aşkar etmişdir. O, hərbçi olduğu üçün həmin predmetin silah olduğunu bilmiş və onu polisə təhvil vermək üçün evə gətirmişdir. Lakin səhhətində problemlər olduğu üçün həmin predmeti təhvil verə bilməmişdir. Bundan sonra maddi sübutlar, silaha bənzər predmet və ağ rəngli metamfetaminə bənzər kütlə qablaşdırılaraq müstəntiq tərəfindən sənədləşdirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 24 noyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin Cinayət Axtarış şöbəsinə silahla bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatına əsasən qeyri-qanuni silah saxladığına görə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşlar. Evə baxış keçirən zaman evin yataq otağından bir ədəd silah aşkar edildi. Bütün otaqlar gəzildi. Pəncərənin qırağında metamfetaminə bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs özünün dediyinə görə həmin kütlə tarakan dərmanı idi. Həmin gün, saat təxminən 03 radələrində müstəntiq hadisə yerinə çağırılmışdır. Onlar orada təxminən bir saata yaxın müddətdə olmuşdurlar. Daha sonra aşkar edilmiş predmet və metamfetaminə bənzər kütlə müstəntiq tərəfindən maddi sübut kimi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs istintaqa təhvil verilmiş və öz dediyinə görə silaha bənzər predmeti zibil atan zaman zibillikdən tapmışdır. Tapdığı silahı təhvil vermək məqsədilə götürmüşdür. Lakin xəstə olduğuna görə silahı təhvil verə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu tərəfə getmişdir. Oraya getməkdə məqsədi şəxsi məsələ ilə əlaqədar olmuşdur. Şəxsi görüşlə bağlı Südçülük sovxozu tərəfdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq vətəndaş kimi kömək lazım olduğunu bildirmişlər. Tədbirlə bağlı polis əməkdaşlarına hal şahidi kimi kömək etmək lazım oldğunu bildirmişlər və o da razılaşmışdır. O evə yaxınlaşmışdir. Polis əməkdaşları onu Təqsirləndirilən şəxs yaşadığı evə aparmışlar. Ona hal şahidi kimi iştirak etməsi barədə məlumat verilmişdir. Polis əməkdaşları evdə axtarış keçirmiş, sonradan yataq otağından döşəyin altından tapançaya bənzər əşya tapılmışdır. Ona polis əməkdaşları tapılan əşyanı göstərmişlər. Bundan əlavə qonaq otağından sellofan tapılmışdır. Sellofanın içərisindən ağ rəngli predmet tapılmışdır. O başqa heç bir halın şahidi olmadığını və görmədyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Qala qəsəbəsində yaşayır. 2024-cü ilin oktyabr-noyabr ayları idi. Binə qəsəbəsinə Sovxoz tərəfə gedibmiş . Havanın yağışlı olan vaxtları imiş. Yolda polis əməkdaşları onu saxlayıb özlərini təqdim ediblər. Ona vətəndaşın evinə axtarış və baxış keçirilməli olduğunu, bir nəfər şəxsin şahidliyi ilə bu proses həyata keçirilməli olduğu bildirilmişdir. O da razılaşaraq Təqsirləndirilən şəxs evinə gələrək içəri daxil olmuşdur. Orada ondan başqa bir nəfər şəxsin də hal şahidi kimi dəvət edildiyini görmüşdür. O, evə polis əməkdaşlarının iştirakı ilə daxil olmuş və Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman iştirak etmişdir. Bütün otaqlarda axtarış keçirilikdən sonra yataq otağına baxış keçirilmiş və yataq otağından silah tapılmışdır. Evdə də axtarışdan əvvəl polis əməkdaşı Təqsirləndirilən şəxs evində qeyri-qanuni əşya, narkotik vasitə, qanunla qadağan olunmuş dini ədəbiyyat olubolmadığı soruşmuşdur. Təqsirləndirilən şəxs da evdə qeyri-qanuni heç nə olmadığını bildirmişdir. Axtarış həyata keçirildikdən sonra polis idarəsinə getmiş və idarədə şəxsi məlumatlar götürülərək izahatımız alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, o Binə qəsəbəsində yaşayır. Həmin zaman o, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz deyilən ərazidən keçirmiş. Dostugilə qonaq getmiş və qonaqlıqdan qayıdırmış. Polis əməkdaşları ona yaxınlaşaraq hal şahidi kimi iştirak etməyini bildirmişlər. Ona da maraqlı gəldiyi üçün hal şahidi kimi iştirak etməyə razılıq vermişdir. Sonradan polis əməkdaşları ilə birlikdə evə yaxınlaşmış və evə daxil olmuşdur. Ona orada nə tapıldığını göstərmiş və gördükləri ilə əlaqədar izahatını almışlar. Evə daxil olduqdan sonra yataq otağını göstərmişlər. Balışın altından çıxan predmeti ona göstərmişlər. Daha sonra isə qonaq otağında pəncərənin qırağından çıxan predmeti də ona göstərmişlər. Əlavə olaraq həmin vaxtı hal şahidi kimi adını tam xatırlamadığı bir nəfər şəxsin də iştirak etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, 2023-cü ilin təxminən avqust ayın 24-də, işdən evə qayıdan zaman polis əməkdaşları ona yaxınlaşmış. Hal şahidi kimi onlara köməklik edilməsini, eyni zamanda video çəkiliş olunacağı bildirilmişdir. Onları video çəkiliş olunacaq evə gətiriblər. Həmin evin yaxınlığında inşaat işləri gedirdi, ev kanalın üstü tərəfdə yerləşirdi. Evin üzərində bayraq da var idi. Orda onunla bərabər bir nəfər şəxs də var idi. Həmin şəxsin adı Ceyhun idi. Elə oldu ki, onlar hal şahidi kimi evdə olan zaman evi yoxlamağa başladılar. Evdən bir tapançaya bənzər əşya və 05 ədəd patron aşkar edilmişdir. Aşkar olunmuş əşyalar müstəntiq tərəfindən sənədləşdirildi. O, tərtib olunmuş sənədlərə imza atmışdır. Tapança və onun darağı onların qabağına qoyulmuşdur. Sonradan da yataq otağında pəncərənin qarşısında üzərində ağ sellofanda tozşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs da bildirib ki, həmin maddə hər hansı bir maddə deyil, tarakan dərmanıdır. Sonradan yenidən müstəntiq onu çağırmışdır, hal şahidi kimi ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilərək dindirilmiş Şahid6 bildirdi ki, evdə təmir bitdiyi üçün həyat yoldaşı Rzaya qonşuda yorğan-döşəklərinin qaldığını, onları götürmək lazım olduğunu demişdir. Həmin zaman o evin həyət qapısını açmaq istəyəndə görmüşdür ki, çöldə polislər var. Təkcə 3 nəfər polis əməkdaşı darvazanın ağzında dayanmışdır. Həmin polislərdən biri onun biləyindən tutmuş, ayağını çəkib qapını bağlamaq istəmişdir. Çünki yoldaşının çöldən xəbəri yox imiş. Küçələrinin digər tərəfindən evlərinin olduğu tərəfə qədər maşınların sayı hesabı yox imiş. O maşınları sayını dəqiq xatırlamadığını, lakin maşınların sayının kifayət qədər çox olduğunu bildirmişdir. Həmin maşınlarda olan polislər, eyni zamanda qapılarının yanında olan polislər onların evinə hücum etmişdirlər. Bu məqamda yoldaşı Təqsirləndirilən şəxs ona qapını bağlamamağı, polis əməkdaşlarının içəri daxil olmağına şərait yaradılmasını demişdir. Çünki o elə bilirdi ki, 2-3 nəfər polis əməkdaşı gəlmişdir. Həmişə olduğu kimi yoldaşı ictimai fəal kimi sərt çıxış edən zaman onu şöbəyə dəvət edib izahatını almaq üçün gəldiklərini güman edirdi. Polislərdən biri onun əlindən tutmuş, digəri isə ayağını təpikləmişdir. Daha sonra onun əlini idman fəndi ilə burmuşlar. Onu zorakılıqla yaxında olan avtomaşına oturtmağa çalışmışlar. Həmin maşının içərisində “kvalt” var imiş Onu maşına məcbur otuzdurub, 4 saat ərzində girov kimi saxlamışlar. Şahid1 4 saat ərzində onu girov saxlamışdır. Baxmayaraq ki, 2-ci qrup əlildir, lakin ona su verməmiş və ona bununla belə bilərək işgəncə verilmişdir. Şahid1 ona bildirmişdir ki, ona yuxarıdan göstəriş gələrsə, ona su içməyə icazə verə bilər. Daha sonra Şahid1 maşından düşmüş, biri gənc, digəri isə ortayaşlı olmaqla iki nəfər polis əməkdaşı onun yanında əyləşmişdir. Yenidən onlardan su istəmiş, orta yaşlı şəxs ona su vermişdir. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Təqsirləndirilən şəxs onunla təhdid etmişlər. Ona bildiriblər ki, xanımın girov götürülmüşdür, yoldaşını gətirib gözünün qabağında işgəncə verəcəklər. Bundan sonra yüksək təzyiqdən onun sağ gözü infarkt keçirmiş, sağlamlığıma böyük ziyan vurulmuşdur. Daha sonra onu maşından düşürmüşlər. Maşından düşdükdən sonra o darvazanı bağlamış və görmüşdür ki, həyat yoldaşı Təqsirləndirilən şəxs yoxdur, onu aparmışlar. Bütün köhnə və yeni telefonlar götürülmüş, ev dağınıq vəziyyətə salınmış və palçığın içərisində imiş. Bundan sonra qapıdan çıxmaq istəyərkən polislərin onu izlədiyini görmüşdür. Yenidən evə qayıtmışdır. Bundan sonra yenidən evdən çıxıb var gücü ilə qaçmağa başlamışdır. Daha sonra taksiyə əyləşərək Binənin mərkəzinə gəlmiş və oradan da yenidən taksi vasitəsilə şəhərə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilərək dindirilmiş Şahid5 bildirdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımadığını, təqsirləndirilən şəxsi 24 noyabr 2023-cü il tarixində tanımışdır. Əlavə olaraq qeyd etmişdir ki, götürmə istintaq hərəkətini özü həyata keçirmişdir. Faktla bağlı tərəfindən AR CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmış. Hadisənin olduğu əraziyə raport əsasında getmişdir. Raport növbətçi hissədən ona təqdim edilmişdir. Hadisə yeri ona izah edilmiş, bundan sonra o hadisə yerinə getmişdir. Eyni zamanda bildirmişdir ki, hadisə yerini ona izah edən polis əməkdaşının kim olduğunu xatırlamır. Əlavə olaraq qeyd etdi ki, götürmə istintaq hərəkətini edən zaman tərtib olunmuş protokolun məzmununa onun tərəfindən düzəliş edilməmişdir. Protokolun sadəcə adında düzəliş edilmişdir. Texniki səhv olmuşdur. Bu səbəbdən düzəliş edilmişdir. Silahın mənbəyi ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Cavabı da iş materiallarına əlavə edilmişdir. Silahın mənbəyi ilə bağlı başqa şəxsləri dindirmişdir. Əməliyyat tapşırığı ilə bağlı şübhəli şəxslər müəyyən edilib və dindirilmişdir. Həmin şahidləri əməliyyat aparatı təqdim etmişdir. Biletlər, məktublar, mobil telefon və noutbukla zərurət yarandığı üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilərək dindirilmiş Şahid11 bildirdi ki, təqsirləndirilən şəxsi ümumi qaydada cinayət işi başlanandan sonra tanıyır. Təqsirləndirilən şəxsi Xəzər RPİ-nin inzibati binasında görmüşdür. İnzibati binanın hansı mərtəbəsində gördüyünü dəqiq xatırlamır. Təqsirləndirilən şəxs ona ərizə ilə müraciət etməmişdir, ərizə onun icraatına daxil olmamışdır. Eyni zamanda bildirmişdir ki, təqsirləndirilən şəxsin həyat yoldaşını tanımır və həyat yoldaşı onun yanında olmamışdır. 24 noyabr 2023-cü il tarixdə əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış keçirilmişdir. O, həmin vaxtı idarənin əməliyyat işləri üzrə müavinini əvəz edirmiş Ona görə də hadisə ilə bağlı müəyyən qədər məlumat olmuşdur. Həmin sənəd dövriyyəsi onun vasitəsilə keçdiyi üçün məlumatı olmuşdur. Eyni zamanda bildirmişdir ki, həmin sənəd birbaşa onun icraatına daxil olmamışdır. O sadəcə olaraq sənədlərin üzünü yazırmış və sənədi icra etmirmiş. Polis əməkdaşının raportu əsasında iş istintaq şöbəsinə göndərilmişdir. Raport onun vasitəsilə keçdiyi üçün cinayət faktı barəsində məlumatlı olmuşdur. Təqsirləndirilən şəxsin onun barəsində dedikləri həqiqəti əks etdirmir. O, Təqsirləndirilən şəxs heç bir ərizə yazdırmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilərək dindirilmiş Şahid10 bildirdi ki, cinayət işinin istintaqını aparmış və istintaqı yekunlaşdırıb Xəzər rayon prokurorluğuna təqdim etmişdir. Cinayət işi müstəntiq Şahid5 tərəfindən başlanılmışdır. Eyni zamanda qeyd edtmişdir ki, cinayət işinin materiallarında onun özünün imzalar atıldıqdan sonra düzəltdiyi hər hansı bir sənəd olmamışdır. Cinayət işinin materialının 1-ci cildin 6-cı səhifəsində düzəldilmiş protokol onun tərəfindən edilməmiş, cinayət işini qəbul etdiyi zaman həmin protokol artıq materialda mövcud idi. Şahidlərin məhkəmə istintaqı zamanı dediklərini ilə bağlı bildirmişdir ki, məhkəmədə şahidlərin nə dediyi ilə bağlı tanış deyil. Polis əməkdaşlarının ifadələri onun tərəfindən alınmışdır. Eyni zamanda bildirmişdir ki, həmin şəxslərin ifadələri iş onun icraatına daxil olan zaman materialda olmamışdır. Polis əməkdaşlarının, eyni zamanda hal şahidlərinin ifadələri şəxsən özü tərəfindən alınmışdır. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, hal şahidi Şahid4 ifadəsini də o almışdır. Lakin həmin hal şahidinin ifadəsini istintaq təcridxanasında almamışdır. Hal şahidi Şahid4 məhkəmə istinaqı zamanı nə dediyi ilə bağlı məlumatı yoxdur. Şahid4 Xəzər RPİ-nin MSY-yə etap etmiş və etap edildikdən sonra onun ifadəsini Xəzər RPİ-nin müvəqqəti saxlama yerində almışdır.Şahid4 müvəqqəti saxlama yerinə etap olunmadığını desə belə, məhkəmə bununla bağlı sorğu verib müvafiq cavab ala bilər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 23/896R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda istehsal olunmuş Tokarev(TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev(TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 01 ədədi 1946-cı ildə, 01 ədədi 1950-ci ildə, 03 ədədi 1951-ci ildə zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev(TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Eksperimental atəşlar zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat əlavə veriləcəkdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-ballistik ekspertizanın 28 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/2027 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş texniki məlumatlara əsasən zavod üsulu ilə istehsal edilmiş 1930/33-cü illər nümunəli «TT – Tulskiy Tokareva» konstruksiyalı, 7,62 mm kalibrli slah konstruksiyalı 01 ədəd tapançanın üzərindəki zavod işarələrinin yerləşdiyi metal qatı dərin sürtülərək məhv edildiyinə görə həmin sahələrdəki zavod işarələrini bərpa edib, onların müəyyənləşdirilməsi mümkün olmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizanın 09 dekabr 2023-cü il tarixli, 3429 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı fiziki(ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yaddaş xüsusiyyətləri normaya uyğun olduğundan o, baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 25 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6173 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №43” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş ......” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 19,280 qram ağ rəngli tozşəkilli maddənin tərkbində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrə məxsus komponentlər yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1976-cı ildə Salyan rayonu, Yenikənd kəndində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CMnin 214-2, 281.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azalıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, AR CM-nin 214-2, 281.1-ci maddələri ilə barəsində qəti olaraq 07 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 07 ay 02 gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 24 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Şahid5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürülmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:45-17:05 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 24 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, götürülmə aparılan ünvan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 3 otaq, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarət fərdi yaşayış evidir. Qeyd olunan ünvandakı evin yataq otağındakı çarpayının üstündə olan döşəyin altında aşkar edilmiş bir ədəd qara rəngli tapançaya bənzər əşya sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi müstəntiq Şahid5 tərəfindən götürülmüşdür. Həmin tapançaya bənzər əşyanın içərisində beş ədəd patronu olan bir ədəd sandığı da vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşya odlu silah olan tapançadır və həmin tapançanı 10 gün əvvəl Bakı şəhəri, Xəzə rayonu, Binə qəsəbəsinin mərkəz küçəsində zibil qutusuna zibil atarkən qutunun yanından tapmış, kiminsə götürüb cinayət törətməməsi üçün aparıb evində saxlamışdır ki, sonra polis orqanlarına təhvil verəcəkdir. Xəstə olduğundan evdən çölə çıxa bilməmişdir. Bundan başqa həmin evin qonaq otağının pəncərəsinin qarşısında ağ rəngli maddə şəffaf sellofanda aşkar edildiyindən müstəntiq Şahid5 tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə həşərat dərmanıdır, evdə istifadə edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin gün Xəzər rayon Pİ-nin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evinə baxış keçirilməsinə razılıq vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan fərdi evdə baxış keçirilmiş və yataq otağında yerləşən çarpayının Təqsirləndirilən şəxs yatdığı tərəfində döşəyin altında odlu silah olan tapançanın dəstəyinə oxşar dəstəyin kənara çıxdığı görünmüş, döşəyi qaldırıb baxılan zaman odlu silah olan tapançaya oxşar predmetin olması aşkar olunmuşdur. Həmçinin qonaq otağında pəncərənin kənarından bir ədəd şəffaf sellofan paketin içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kütlə aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması həyata keçirilmişdir. Həmin protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş odlu silahı, 5 ədəd patronları və onun sandıqcasını tapdığı ünvanı göstərmək təklif edilmiş, Təqsirləndirilən şəxs təklifi qəbul edərək hadisə yerini göstərmək üçün saxlanıldığı Bakı şəhəri, Xəzər rayon Pİ-nin MSY-dən çıxaraq polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə silahı tapdığı zibil qutusunun yerləşdiyi əraziyə getmişlər. Təqsirləndirilən şəxs orada ifadə verərək bildirmişdir ki, təxminən 10 gün bundan əvvəl xəstə olduğuna görə aptekə getmək üçün evdən çıxmış və yaşadığı ərazidə mərkəzi yolda qoyulan zibil qutusuna evdən götürdüyü zibili atarkən həmin zibil qutusunun altında bir ədəd tapança tapmış və əvvəllər hərbiçi olduğuna görə onun həqiqi silah olduğunu bilmiş, yoldan keçən uşaqlar və ya digər şəxslər götürüb hadisə törətməsin deyə,silahı götürüb özündə saxlamışdır ki, sonradan aparıb polisə təhvil verəcək. Onu götürdükdən sonra darağını çıxardıb görmüşdür ki, darağın içərisində beş ədəd patron var. Bundan sonra aptekə getmiş, dərman aldıqdan sonra evə qayıtmış, xəstə olduğuna görə heç yerə çıxa bilməmiş və silahı evinin yataq otağındakı çarpayının özü yatan tərəfdə döşəyin altında saxlamışdır. Xəstəliyi ilə əlaqədar evdən çıxa bilmədiyinə görə silah da evində qalmışdır. xx.xx.2023cü il tarixdə polis əməkdaşları məlumat əsasında evinə gələrək həmin silahı aşkar etmiş və götürmüşlər. İfadənin yerində yoxlanılması zamanı protokola əlavə olunması üçün mobil telefonla fotoşəkilllər çəkilmişdir. Protokol ucadan oxunmuş, heç bir əlavə və ya qeyd daxil olmamış, düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. İş materialların əlavə edilmiş 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Şahid5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 24 fevral 2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı Xəzər rayon Pİ-nin CAŞnin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri barədə qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(003)-69/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokurorluğunun müstəntiqi Heydər Həsənovun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış C-652/23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 1(009)-199/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 214-2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 281.1-ci maddəsinə əsasən 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(003)-120/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla məhkəmənin hazırlıq iclasının keçiriləcəyi tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 20-12/333 saylı məktubu və 10799/2023 saylı tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-da təlimata uyğun olaraq həkim baxışından keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs KBT aldığını və ÜİX-nə görə müalicə aldığını bildirmişdir. Bədən səthinin müayinəsi zamanı sol bazunun içəri səthinin aşağı 1/3 –də bənövşəyi rəngli qançır, sol baldırın ön səthində çapıq toxuma, sağ saidin içəri səthinin orta 1/3-də cızılmış qərtməkli yara, sol saidin ön səthində çapıq toxuma aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-5083/2024 saylı məktubundan görünür ki, həbs edilmiş Şahid4 Xəzər Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə 10 gün müddətinə Xəzər RPİ-nin MSY-yə etap edilmişdir. O, həmin qərara əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Xəzər RPİ-nin MSY-də saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə sübutlara qiymət verərkən qeyd edir ki, Şahid4 12 fevral 2024-cü il tarixdə şahid kimi verdiyi ifadə sübutların siyahısından çıxarılmaıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şahid4 barəsində digər cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarına əsasən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Eyni zamanda AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-5083/2024 saylı məktubundan görünür ki, Şahid4 Xəzər Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə 10 gün müddətinə Xəzər RPİ-nin MSYyə etap edilmişdir. O, həmin qərara əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Xəzər RPİ-nin MSY-də saxlanılmışdır. Qeyd edilənlərdən müəyyən edilir ki, Şahid4 12 fevral 2024-cü il tarixdə AR ƏN PXnin 3 saylı İstintaq Təcridxanasında olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin ikinci dərəcəli əlil olmasını AR CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamı qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə toplanmış sübutlar, yəni şahidlərin ifadələri, baxış və götürmə, ifadənin yerində yoxlanması protokolları, fotoşəkillər və ekspertiza rəyləri tədqiq edilmiş və şəxsin təqsirləndirildiyi cinayət hadisəsinə aidiyyəti öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah tapança, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 01 ədədi 1946-cı ildə, 01 ədədi 1950-ci ildə, 03 ədədi 1951-ci ildə istehsal olunmuş, 7,62x25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan 05 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş materiallarında olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 01 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah tapança, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 01 ədədi 1946-cı ildə, 01 ədədi 1950-ci ildə, 03 ədədi 1951-ci ildə istehsal olunmuş, 7,62x25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sürsatı hesab edilən və atəş üçün yararlı olan 05 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-437/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-437/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver