Məhkəmə qərarları › İş №1(003)-438/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-438/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-438/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 nümayəndəsi – “Hümbətov və partnyorları” Vəkil bürosunun vəkili X3, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Bağ sahəsi 2263 ünvanda yaşamış, barəsində ünvan 3 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 153.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsi daşıdığı on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının əvvəllərində təxminən saat 19 radələrində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində arvadı Şahid1 əvvəlki nikahından olan, könüllü şəkildə ailə kimi yaşayaraq qeyri-rəsmi şəkildə himayə etdiyi, bununla da tərbiyə etmək vəzifəsi daşıdığı, aşkar surətdə on altı yaşına çatmayan, 20 noyabr 2005-ci il təvəllüdlü, ona “ata” deyə müraciət edən Zərərçəkmiş şəxs döşlərini əlləri ilə paltarın üstündən tutub sıxmaqla on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin iyul ayının 10-da təxminən saat 19 radələrində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində Zərərçəkmiş şəxs döşlərini əlləri ilə paltarın üstündən tutub sıxmaqla on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin iyul ayının sonunda təxminən saat 20 radələrində ünvan 4 ünvanda yerləşən yaşadığı evin mətbəxində Zərərçəkmiş şəxs döşlərini əlləri ilə paltarın üstündən tutub sıxmaqla zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, o, təkrarən 02 avqust 2021-ci il tarixdə təxminən saat 18 radələrində ünvan 4 ünvanda yerləşən yaşadığı evin yataq otağında Zərərçəkmiş şəxs çarpayının üzərinə yıxaraq boynunu öpmüş, əllərini əynində olan paltarın altına salaraq döşlərinə sığal çəkməklə zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Buzovna qəsəbəsi M.Maqomayev ev 34 mənzil 1 ünvanda qeydiyyatda olmaqla Mərdəkan qəsəbəsi Bağ sahəsi 2263 ünvanda yaşamışdır. Təxminən 12 il olar ki, Şahid1 ilə ailə həyatı qurmuşdur. Ondan əvvəl Mənsurə bir dəfə ailəli olmuş və həmin nikahından Zərərçəkmiş şəxs adlı bir qız övladı olmuşdur. O da Mənsurədən əvvəl bir dəfə ailəli olmuş və həmin nikahdan bir oğlu olmuş və anası ilə yaşayır. Ailəliklə dindardırlar. Mənsurə ilə evli olduqları müddət ərzində birgə nikahlarından 4 oğlan övladları olmuşdur. Ailəli olduqları vaxtda həmişə mehriban olmuşlar. Son 3 il ərzində isə münasibətləri korlanmış və bunun səbəbi də onun maddi vəziyyətinin pisləşməsi olmuşdur. 2019-cu ildə Mənsurə nikahın pozulması və aliment tutulması barədə iddia ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, həmin vaxt nikahın pozulması təxirə salınsa da, Mənsurənin xeyrinə, yəni övladları Şahid2, Şahid3, X4 və X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə ayda 120 manat olmaqla, cəmi 480 manat məbləğində aliment tutulması barədə məhkəmə qətnamə çıxarmışdır. Zərərçəkmiş şəxs arvadı Mənsurənin birinci nikahından olan övladı olmaqla onun doğma atası Kamrandır. Bir evdə yaşasalar da Məryəmin tərbiyəsi və əxlaqı ilə anası Mənsurə məşğul olmuşdur. O, Məryəmi öz övladlarından ayırmamış, ona ərəb əlifbasını, Quran oxumağı öyrətmiş, övladı kimi həmişə qucaqlayıb öpmüş, əzizləmiş, lakin heç bir pis və ya əxlaqsız fikri olmamışdır. Məryəmə üzmək öyrədərkən suyun üzərində saxlamaq məqsədilə əlləri ilə paltarın üzərindən olmaqla onun sinə nahiyəsindən tutmuş, lakin ona qarşı heç bir əxlaqsız fikri və ya niyyəti olmamış, yaşadıqları evdə isə ümumiyyətlə Məryəmə qarşı heç nə etməmişdir. Məryəm yalan danışaraq ona şər atmışdır. Onun özünün dörd oğlu vardır, qızı isə yoxdur, sadəcə olaraq qız ovladlarının, o cümlədən Məryəmin xətrini çox istədiyindən onu öz balası kimi əzizləmək mənasında qucaqlayıb boynundan xoş niyyətlə öpmüş, lakin əxlaqsız hərəkət etməmişdir. Hesab edir ki, onun xoş niyyətli əməli yanlış anlaşılmışdır. Həmin əməlinin bu cür nəticəyə səbəb olacağını təsəvvür etməmiş və bunu arzulamamışdır. Vəziyyətin bu yerə gəlib çıxmasına görə mənəvi əzab çəkir, sarsıntı keçirir, çünki, pis niyyəti olmamışdır, iki yaşından öz balası kimi evində böyütdüyü, atalıq etdiyi Məryəmin xətrini doğrudan da çox istəmiş, ona həmişə öz doğma balası kimi valideyn gözü ilə baxmışdır. Bu işdə onun heç bir təqsiri yoxdur və hazırda tamamilə nahaqdan, törətmədiyi cinayətə görə ittiham edilərək tutulmuşdur. Himayəsindəki azyaşlı uşaqlara aliment ödəyir. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, o, ünvan 5 ünvanda qeydiyyatda olmaqla Mərdəkan qəsəbəsi Bağ sahəsi 2263 ünvanda yaşayır. Şahid1 onun doğma anası, Təqsirləndirilən şəxs isə anasının ikinci həyat yoldaşıdır. Anası Mənsurə ilə Samirin birgə nikahlarından dörd oğlu vardır. Samir bu günə kimi ona qarşı dörd dəfə seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, Samir birinci dəfə 2021-ci ilin iyul ayının əvvəllərində saat 19 radələrində Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində döşlərini üzmək öyrətmək adı ilə əlləri ilə paltarın üstündən tutub sıxmış, lakin həmin vaxt o, Samirin ona qarşı pis fikrinin olmasını ağlına belə gətirməmiş, buna grə də Samirə bununla bağlı heç nə deməmişdir. İkinci dəfə Samir 2021-ci ilin iyul ayının 10da saat 19 radələrində Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində döşlərini üzmək öyrətmək adı ilə əlləri ilə paltarın üstündən tutub sıxmış, lakin həmin vaxt da o, Samirin ona qarşı pis fikrinin olmasını ağlına belə gətirməmiş, buna grə də Samirə bununla bağlı heç nə deməmişdir. Üçüncü dəfə Samir 2021-ci ilin iyul ayının sonunda saat 20 radələrində Mərdəkan qəsəbəsi bağ sahəsi 2263 saylı ünvanda yerləşən yaşadıqları evin mətbəxində döşlərini paltarın üstündən tutub sıxmış, həmin vaxt da o, Samirin ona qarşı pis fikrinin olmasını ağlına belə gətirməmiş, buna görə də Samirə bununla bağlı heç nə deməmişdir. Sonuncu dəfə, yəni 02 avqust 2021-ci il tarixdə saat 18 radələrində Mərdəkan qəsəbəsi bağ sahəsi 2263 saylı ünvanda yerləşən yaşadıqları evin yataq otağında Samir onu çarpayının üzərinə yıxaraq boynunu öpəndə, əllərini əynində olan paltarın altına salaraq əlləri ilə döşlərinə sığal çəkəndə o, ayılmış və başa düşmüşdür ki, Samir birinci dəfədən ona qarşı qəsdən seksual xarakterli hərəkətlər edərək döşlərinə əl atmışdır. Həmin vaxt o, ağlamış və Samir özü onu buraxmışdır. Bununla bağlı o, özünə xəsarət yetirmək istəyərkən anası Mənsurə bunu görmüş və bıçağı onun əlindən alaraq bir kənara qoymuşdur. Həmin vaxt Samir artıq evdən qaçmışdır. O, anasına Samirin ona qarşı etdiyi hərəkətləri danışmış, anası da bu barədə Polisə müraciət etmişdir. İbtidai istintaq zamanı əvvəl vermiş olduğu ifadəni tam olaraq təsdiq edir. Məhkəmə-tibbi ekspertizasından müayinədən keçərkən Samirin 9 yaşından 11 yaşına kimi onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmasını, bir dəfə isə təbii yolla natamam cinsi əlaqədə olmasını bildirsə də, əslində Samir onunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, lakin o, buna qarşı çıxdığına görə heç vaxt belə bir şey olmamışdır. \samirdən şikayətçidir, buna görə də törətdiyi əməlinə görə ona müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Mərdəkan qəsəbəsi Bağ sahəsi 2263 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun birinci nikahından doğulmuş doğma qızıdır, Təqsirləndirilən şəxs isə onun ikinci həyat yoldaşıdır. Onunla birgə nikahlarından dörd oğlu vardır. Samir bu günə kimi qızı Məryəmə qarşı dörd dəfə seksual xarakterli hərəkətlər etmişdir. O, bunu gözləri ilə görməsə də, bunu ona qızı Məryəm özü demişdir. Belə ki, Samir birinci dəfə 2021-ci ilin iyul ayının əvvəllərində saat 19 radələrində Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində döşlərini üzmək öyrətmək adı ilə əlləri ilə paltarın üstündən tutub sıxmış, lakin həmin vaxt Məryəm onun Samirin ona qarşı pis fikrinin olmasını ağlına belə gətirməmiş, buna görə də Samirə bununla bağlı heç nə deməmişdir. İkinci dəfə Samir 2021-ci ilin iyul ayının 10-da saat 19 radələrində Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində döşlərini üzmək öyrətmək adı ilə əlləri ilə paltarın üstündən tutub sıxmış, lakin həmin vaxt da Məryəm Samirin ona qarşı pis fikrinin olmasını ağlına belə gətirməmiş, buna görə də Samirə bununla bağlı heç nə deməmişdir. Üçüncü dəfə Samir 2021-ci ilin iyul ayının sonunda saat 20 radələrində Mərdəkan qəsəbəsi bağ sahəsi 2263 saylı ünvanda yerləşən yaşadıqları evin mətbəxində Məryəmin döşlərini paltarın üstündən tutub sıxmış, o zaman da Məryəm Samirin ona qarşı pis fikrinin olmasını ağlına belə gətirməmiş, buna görə də Samirə bununla bağlı heç nə deməmişdir. Sonuncu dəfə, yəni 02 avqust 2021-ci il tarixdə saat 18 radələrində Mərdəkan qəsəbəsi bağ sahəsi 2263 saylı ünvanda yerləşən yaşadıqları evin yataq otağında Məryəmi çarpayının üzərinə yıxaraq boynunu öpəndə, əllərini əynində olan paltarın altına salaraq əlləriylə döşlərinə sığal çəkəndə o, ayılmış və başa düşmüşdür ki, Samir birinci dəfədən ona qarşı qəsdən seksual xarakterli hərəkətlər edərək döşlərinə əl atmışdır. Həmin vaxt Məryəm ağlamış və Samir onu buraxmışdır. Bununla bağlı Məryəm özünə xəsarət yetirmək istəyərkən, o, bunu görmüş və bıçağı onun əlindən alaraq bir kənara qoymuşdur. Daha sonra bu barədə Polisə müraciət etmiş və Samirin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı valideyninin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs onun doğma atası, Zərərçəkmiş şəxs isə onun ögey bacısıdır. 02 avqust 2021-ci il tarixdə saat 19 radələrində nənəsi Sevillə birlikdə zibil atıb yaşadıqları evə qayıtmışlar. Həmin vaxt bacısı Məryəmin öz otağında olduğunu, otağın qapısını bağladığını, atası Samirin də ondan qapını açmasını istədiyini, ancaq Məryəmin qapını açmayaraq atasına qışqırıb çıxıb getməsini dediyini görmüşlər. Nənəsi Sevil atasından nə məsələ olduğunu soruşmuş, o da Məryəmin yanağından öpdüyünü və onun xətrinə dəydiyini bildirmişdir. Nənəsi Sevil ona heç nə deməmiş, bundan sonra atası paltarların götürüb evdən çıxıb getmişdir. O, gedəndən bir qədər sonra Məryəm otağının qapısını açıb mətbəxə gedərək əlinə bıçaq götürmüş, elə bu zaman anası Məryəm və qardaşı İsmayıl evə gəlmişlər. Anası Məryəmin əlindən bıçağı almış, nə üçün belə etdiyini soruşmuş, Məryəm də anasına demişdir ki, Samir əllərini paltarın altından salaraq əlləri ilə onun döşlərini sığallamış, o da qışqıraraq Samiri otaqdan çölə çıxartmış və qapını bağlayaraq anası Mənsurəyə zəng etsə də, telefonuna zəng çatmamıdır. Söhbət zamanı anası Mənsurə Məryəmi sakitləşdirməyə çalışsa da, o, Polisə şikayət olunmasını istəmiş, şikayət olunmasa, özünə xəsarət yetirəcəyini demişdir. Anası Mənsurə də bundan sonra məcbur qalıb Polisə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı valideyninin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 elan edilmiş ifadəsi ilə onun da yetkinlik yaşına çatmayan Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verməsi müəyyən edildi. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iləTəqsirləndirilən şəxs arasında keçirilmiş 06 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 479 saylı rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1) Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi; 2) Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Lakin tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı iz qalmırsa bunu məhkəmə-tibbi yola təyin etmək mümkün deyil. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 13 avqust 2021-ci il tarixli 1796 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs özündən uydurmaya meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs ünsiyyətçilik, emosionallıq, hər kəslə yaxşı yola getmək, çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək, adaptivlik, çeviklik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qarşı ögey atası tərəfindən seksual xarakterli hərəkətlər edilən zaman onun psixi-emosional sferasında həyəcan, gərginlik kimi hallar yaranmışdır. Zərərçəkmiş şəxs həmçinin fərdi-psixi xüsusiyyətlərindən, həmçinin hadisə zamanı keçirdiyi emosional vəziyyətindən asılı olaraq qərarın təsviri hissəsində qeyd edilmiş, ona qarşı edilən seksual xarakterli hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərinə və əqli-intellektual inkişafına uyğun olaraq hal-hazırda ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək iqtidarındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsi daşıdığı on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayəti törətməsi yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, üzləşdirmə protokolu, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olmaqla inandırıcı görünmür və qəbul edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 153.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində dörd azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, “Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 1997-ci il tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 06 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 05 iş saatına görə 30,00 (otuz) manat olmaqla ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 06 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30,00 (otuz) manat olmaqla ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar