Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-439/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi X2 və müdafiəçisi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi X3 və müdafiəçisi - Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Murya kəndində qeydiyyatda olmaqla, ünvan 2də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə və xx xxxxx 2005-ci il tarixdə Lerik rayonunun Laman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Laman kəndində qeydiyyatda olmaqla, ünvan 2də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 20 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində təhsil aldığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ağaəmi Rəhimov 9 ünvanında fəaliyyət göstərən 322 saylı tam orta məktənin ikinci mərtəbəsində foyedə olan zaman məktəb yoldaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək həmin vaxt orada sinif yoldaşları ilə söhbət edən Zərərçəkmiş şəxs2 yaxınlaşmış, Təqsirləndirilən şəxs1 bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə Zərərçəkmiş şəxs2 onun barəsində nə üçün xoşagəlməz sözlər danışdığını soruşan zaman, Zərərçəkmiş şəxs2 heç kim barəsində danışmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ünvanına nalayiq söyüşlər söyməklə Zərərçəkmiş şəxs2 üz və baş nahiyəsindən qəsdən bir neçə dəfə yumruqla zərbələr vuraraq Zərərçəkmiş şəxs2 ənsə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, burunun sırıqları xəsarətləri kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bu zaman Təqsirləndirilən şəxs1 müqavimət göstərə bilməyəcək vəziyyətdə olan Zərərçəkmiş şəxs2 ayaqlarından tutub güləş fəndi işlədərək yerə yıxmaqla sonuncuya bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı xəsarətləri kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, həmin vaxt ictimai qaydanın kobud surətdə pozulmasını görən 322 saylı tam orta məktəbin müəlliməsi Zərərçəkmiş şəxs1 ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayırmaq istəyərkən Təqsirləndirilən şəxs2 qəsdən bir dəfə təpiklə ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 üz nahiyəsindən vuraraq souncuya sağ yanağın qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, burun tənəffüsünün pozulması kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. İttiham aktına əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 20 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində təhsil aldığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ağaəmi Rəhimov 9 ünvanında fəaliyyət göstərən 322 saylı tam orta məktənin ikinci mərtəbəsində foyedə olan zaman məktəb yoldaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək həmin vaxt orada sinif yoldaşları ilə söhbət edən Zərərçəkmiş şəxs2 yaxınlaşmış, Təqsirləndirilən şəxs1 bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə Zərərçəkmiş şəxs2 onun barəsində nə üçün xoşagəlməz sözlər danışdığını soruşan zaman, Zərərçəkmiş şəxs2 heç kim barəsində danışmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ünvanına nalayiq söyüşlər söyməklə Zərərçəkmiş şəxs2 üz və baş nahiyəsindən qəsdən bir neçə dəfə yumruqla zərbələr vuraraq Zərərçəkmiş şəxs2 ənsə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, burunun sırıqları xəsarətləri kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bu zaman Təqsirləndirilən şəxs1 müqavimət göstərə bilməyəcək vəziyyətdə olan Zərərçəkmiş şəxs2 ayaqlarından tutub güləş fəndi işlədərək yerə yıxmaqla sonuncuya bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı xəsarətləri kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, həmin vaxt ictimai qaydanın kobud surətdə pozulmasını görən 322 saylı tam orta məktəbin müəlliməsi Zərərçəkmiş şəxs1 ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayırmaq istəyərkən Təqsirləndirilən şəxs2 qəsdən bir dəfə təpiklə ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 üz nahiyəsindən vuraraq sonuncuya sağ yanağın qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, burun tənəffüsünün pozulması kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Buzovna qəsəbəsində yerəşən 322 saylı tam orta məktəbin 9 “D” sinfində oxuyur. Zərərçəkmiş şəxs1 həmin məktəbdə informatika müəlliməsi işləyir. Onunla bir məktəbdə oxuyan Zərərçəkmiş şəxs2 ilə əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. 20 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində məktəbin 2-ci mərtəbəsində dəhlizdə olan zaman Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 üz–üzə durub mübahisə etmişlər. Bu zaman o, Cavid və Pərvizin arasına keçib Cavid və Pərvizi kənara itələmiş, sonra həmin vaxt orada olan Erol və Aqşin Pərvizə qarşı əl atıblar. Sonra həmin yerə müəllimələr və digər şagirdlər gəlmiş və onları ayırmışlar. Hadisənin baş verməsinə səbəb Cavid və Pərviz arasında əvvəlcədən mübahsənin baş verməsi olmuşdur. Cavid Pərviz ilə arasında olan məsələ ilə bağlı başqa yerdə danışdığı üçün mübahisəri baş vermişdir. O, hadisə zamanı heç kəsi vurmamış və xəsarət yetirməmiş, hadisə vaxtı Cavid və Pərvizi ayırmağa çalışmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt oraya kənar şəxslər toplaşmamışlar. Məhkəmə-tibbi eskpertizasının 20 aprel 2022-ci il tarixli 418 saylı rəyində göstərilmiş, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan – alt dodağın selikli qişasının əzilmiş yarası, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burunun travmatik əzilməsi xəsarətlərini Zərərçəkmiş şəxs1 hadisə zamanı Cavid yetirmişdir. Məhkəmə-tibbi ekspertizasının 21 aprel 2022-ci il tarixli 42 saylı rəyində göstərilmiş, Cavidin bədəni üzərində ənsə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, burunun, bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı xəsarətləri Cavidə başqa vaxt yetirilmişdir. Hadisə zamanı Cavidi vuran olmamışdır. Hadisə vaxtı orada Pərviz, Erol, Akşin, Zərərçəkmiş şəxs1 və başqa şəxslər olmuşlar. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək zərərçəkmiş şəxslərdən üzr istədi, ilk dəfə törətdiyi əməlindən peşman olduğunu bildirdi və bağışlanmasını, məhkəmədən isə bütün bunların, həmçinin yetkinlik yaşına çatmayan olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Buzovna qəsəbəsində yerəşən 322 saylı tam orta məktəbin 10 “E” sinfində oxuyur. Zərərçəkmiş şəxs1 həmin məktəbdə informatika müəlliməsi işləyir. O, sinif nümayəndəsi olduğu üçün Zərərçəkmiş şəxs2 həmişə onunla prinsip aparır. Hadisədən əvvəl onunla məktəb yoldaşı Erol arasında mübahisə olmuşdur. Həmin mübahisədə o, Erol ilə danışıb onunla barşmış və mübahisə də bağlanmışdır. X12 həmin məsələdə səhv olduğunu demişdir. Cavid onun həmin məsələdə səhv olduğunu deməsini ona bildirmişdilər. Buna görə də qərara gəlmişdir ki, Cavidlə görüşüb bu barədə söhbət etsin və onun barəsində nə üçün mənfi söz danışmasının səbəbini bilib məsələni aydınlaşdırsın. 20 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində məktəbin 2-ci mərtəbəsində dəhlizdə Cavidi görmüş və Caviddən onun Erol ilə arasındakı məsələdə nə üçün səhv olduğunu deməsini soruşmaq üçün Cavidin yanına gəlmişdir. Caviddən onun barəsində niyə mənfi fikirlər danışdığını soruşmuş, Cavid ona cavab vermişdir ki, onun barəsində heç bir söz deməmişdir. Cavid ona yalan danışdığı üçün aralarında mübahisə yaranmış, bu zaman Cavid onu itələmiş və ona təpik atmış, lakin təpik ona dəyməmişdir. Daha sonra Fiirudin gəlmiş və onları ayırmağa çalışmışdır. Bu zaman Fiirudin ilə Cavid dava etməyə başlamışlar. Daha sonra hadisə yerinə Röyalə müəllimə gələrək onları ayırmağa çalışmışdır. Bu zaman Röyalə müəllimənin yerə yıxıldığını görmüşdür. Bundan sonra hadisə yerinə kənar şəxslər gəlmiş və onları ayırmışlar. O, hadisə zamanı heç kəsi, o cümlədən Cavidi vurmamış və xəsarət yetirməmişdir. Eləcə də, müəliməni də Fiirudin vurmamışdır. Fiirudin Cavidi vurmamışdır. Fiirudin onları ayırmağa çalışmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmiş və hadisə yerinə kənar şəxslər toplaşmışlar. Röyalə müəlliməyə kimin xəsarət yetirdiyini bilmir. Cavidin bədəni üzərində olan xəsarətləri kimin yetirdiyini bilmir. Hadisə vaxtı orada Pərviz, Erol, Akşin, Röyalə müəllimə və başqa şəxslər olmuşlar. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək zərərçəkmiş şəxslərdən üzr istədi, ilk dəfə törətdiyi əməlindən peşman olduğunu bildirdi və bağışlanmasını, məhkəmədən isə bütün bunların, həmçinin yetkinlik yaşına çatmayan olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 göstərdi ki, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 322 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. 20 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində məktəbin 2-ci mərtəbəsinin yanına gəlmişdir. Pərvizin həmin vaxt yanında Fiirudin və bir neçə nəfər şagird olmuşdur. Pərviz ondan soruşmuşdur ki, “sən mənim haqqımda nə demisən?” O, Pərvizə onun barəsində heç kəsə heç bir şey demədiyini bildirmişdir. Bu zaman Fiirudin heç bir səbəb olmadan onu yumruqla üz nahiyəsindən vurmağa başlamışdır. Sonra Pərviz onun ayaqlarından tutaraq yerə yıxmışdır. Bundan sonra Fiirudin təpik və yumruqla onun bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Daha sonra hadisə yerinə məktəbin müəllimələri və digər şagirdlər gələrək onları ayırmağa çalışmışlar. Həmin vaxt hadisə yerinə gələn müəllimə Zərərçəkmiş şəxs1 Fiirudinin onu vurduğunu görüb onun tərəfinə getmişdir ki Fiirudini tutub saxlasın, bu zaman Fiirudin müəllimənin onları ayırdığını görüb qəsdən təpiklə Röyalə müəlliməni vurmuş, Röyalə müəllimə həmin zərbədən yerə yıxılmışdır. Daha sonra hadisə yerinə gələn digər şagirdlər və müəllimələr onları ayırmış, Röyalə müəlliməni isə həkimə aparmışlar. O isə məktəbdən çıxıb 2-ci PŞ-nə getmiş və şikayət etmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmiş, baş vermiş hadisə nəticəsində məktəbin iş rejimi pozulmuş və siniflərdə olan müəllimələr və şagirdlər dəhlizə çıxmışlar. Məhkəmə-tibbi ekspertizasının 21 aprel 2022-ci il tarixli 420 nömrəli rəyində göstərilmiş xəsarətlər ona Fiirudin və Pərviz tərəfindən yetirilmişdir. Belə ki, hadisə zamanı Fiirudin heç bir səbəb olmadan yumruqla bir neçə dəfə üz nahiyəsindən yumruqla vurub, həmin vaxt ənsə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, burunun siyrıqları xəsarəti alıb. Daha sonra isə Pərviz ayaqlarından tutaraq onunla güləşməyə başlamış və onu yerə yıxmışdır. Çünki həmin vaxt Fiirudin yumruqla onu vurmuş və onu təkləmişlər. Bu zaman o, yerə yıxılmış və nəticədə bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı kimi xəsarətlər almışdır. Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 418 saylı rəyində göstərilmiş xəsarətlər Zərərçəkmiş şəxs1 Fiirudin tərəfindən hadisə zamanı təpiklə vurulması nəticəsində yetirilmişdir. Firudinin təpiyi Zərərçəkmiş şəxs1 üz nahiyəsindən dəymişdir. Hadisənin şahidləri Erol, Aqşin, digər xatırlmadığı şagirdlər və müəllimələr olmuşlar. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 Səbihi oğlu məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ondan üzr istəmələri və ona dəymiş ziyanı tamamilə ödəmələri səbəbindən onlarla barışdığını, onlardan heç bir şikayətinin və ya digər tələbinin olmadığını bidirərək bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 322 saylı tam orta məktəbdə riyaziyyat və informatika müəllimi işləyir. 20 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində məktəbin 2-ci mərtəbəsində dəhlizdə olarkən 10-cu sinif şagirdləri Cavid və Pərviz arasında mübahisə yaranmış və onlar dəhlizdə mübahisə edərək dava etməyə başlamışlar. Həmin vaxt orada olan 9-cu sinif şagirdi Təqsirləndirilən şəxs2 yumruqla Cavidin üz nahiyəsindən vuraraq onu yerə yıxmış, sonra isə Cavidin üzərinə yıxılaraq onun boğazından tutaraq boğmağa başlamışdır. O, şagirdlər arasında dava yarandığını görüb həmin vaxt orada olan Pərvanə müəlliməni köməyə çağırmış, Pərvanə müəllimə də digər müəllimləri həmin yerə çağırmışdır. O, şagirdləri aralamaq istəyəndə şagirdlər bir-birilərinə təpik və yumruq atmışlar. Bu zaman Fiirudin onları ayırdığı üçün qəsdən təpiklə onun üz nahiyəsindən vurmuş və o, xəsarət alaraq yerə yıxılmışdır. Daha sonra özünə gələrək 14 saylı BŞX-na müraciət etmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmiş, baş vermiş hadisə nəticəsində məktəbin iş rejimi pozulmuş və siniflərdə olan müəllimələr və şagirdlər dəhlizə çıxmışlar. Məhkəmətibbi eskpertizasının 20 aprel 2022-ci il tarixli 418 saylı rəyində göstərilmiş – alt dodağın selikli qişasının əzilmiş yarası, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burunun travmatik əzilməsi xəsarətlərini o, hadisə zamanı bir dəfə Təqsirləndirilən şəxs2 onun üz nahiyəsinə vurduğu təpik zərbəsinin təsiri nəticəsində almışdır. Məhkəmə-tibbi ekspertizasının 21 aprel 2022-ci il tarixli 42 saylı rəyində göstərilmiş Zərərçəkmiş şəxs2 bədəni üzərində olan - ənsə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, burunun, bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı xəsarətlərini Zərərçəkmiş şəxs2 hadisə zamanı Pərviz və Fiirudin tərəfindən vurulması nəticəsində yetirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ondan üzr istəmələri və ona dəymiş ziyanı tamamilə ödəmələri səbəbindən onlarla barışdığını, onlardan heç bir şikayətinin və ya digər tələbinin olmadığını bidirərək bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 göstərdi ki, Buzovna qəsəbəsində yerləşən 322 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. 20 aprel 2022-ci il tarixdə saat 08:45-də o, tanışı 10 “E” sinifində oxuyan Cavid və Akşin ilə məktəbin 2-ci mərtəbəsində dəhlizdə söhbət edirmişlər. Bu zaman Cavidin sinif yoldaşı Pərviz Cavidə yaxınlaşaraq “mənim haqqımda kiməsə nəsə deyibsən?” deyə soruşmuş, Cavid elə bir söz demədiyini bildirmişdir. Həmin vaxt 9 “D” sinfinin şagirdi Fiirudin adlı şagird də orada olmuşdur. Cavid sözünü deyib qurtaran kimi Fiirudin heç bir səbəb olmadan Cavidin üz nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə vurmuşdur. Bundan sonra Pərviz də Cavidi vurmağa başlamışdır. Bu zaman ortalıq qarışmış və Pərvizin dost-tanışları da həmin yerə gəlmişlər. Pərviz və Fiirudin Cavidi vurmağa başlamış, təpik və yumruqla Cavidin üz və bədən nahiyələrinə vurmuşlar. Röyalə müəlllimə Cavidi Pərviz və Fiirudinin əlindən ayırmağa çalışan zaman Röyalə müəllimənin yerə yıxıldığını görmüşdür. Röyalə müəllimə qəsdən Fiirudin tərəfindən vurulmuşdur. Çünki Röyalə müəllimə Fiirudin tərəfdə olmuş və Fiirudini ayırmağa çalışmışdır. Bundan sonra xatırlamadığı müəllimələr həmin yerə gəlmiş və orada olan digər uşaqlar Cavidi Fiirudin və Pərvizin əlindən ayırmışlar. Daha sonra Röyalə müəlliməni həkimə aparmışlar, Cavid isə məktəbdə qalmışdır. Hadisə nəticəsində Röyalə müəllimə burun nahiyəsindən, Cavid isə üz və bədən nahiyəsindən xəsarətlər almışdır. Hadisə təxminən 10 dəqiqə davam etmiş, hadisə yerinə çox sayda şagird toplaşmışdır, lakin həmin şagirdlərin hamısını xatırlamır. Baş vermiş hadisə məkətbin iş rejminin, yəni dərslərin pozulmasına səbəb olmuş və müəllimələr ilə şagirdlər sinif otaqlarından dəhlizə çıxmışlar. Hadisə zamanı orada yuxarıda adlarını sadaladığı şəxslər olmuşlar. Cavidin bədəni üzərində olan - ənsə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, burunun, bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı xəsarətlərini ona hadisə zamanı Fiirudin və Pərviz yetirmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi X6 iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid2 da oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21 aprel 2022-ci il tarixli 420 saylı rəyindən göstərilmişdir ki, 2006-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, burunun, bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən 20 aprel 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 418 saylı rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ yanağın qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burunun travmatik əzilməsi aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl törənmişlər, qərarda göstərilən 20 aprel 2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyil. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 12 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən qanuni nümayəndəsi X1 iştirakı ilə yazılaraq məhkəməyə təqdim edilmiş 12 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 avqust 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 avqust 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yetkinlik yaşına çatmayan olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 18 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə şübhəli şəxs qismində saxlanılmış, 20 iyul 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 18 iyul 2022ci il tarixdən 20 iyul 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2nın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yetkinlik yaşına çatmayan olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 18 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 20 iyul 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 18 iyul 2022ci il tarixdən 20 iyul 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1nın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X5 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 22 iş saatına görə (ibtidai istintaq zamanı 12 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 132,00 (bir yüz otuz iki) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 12 iş saatına görə 72,00 (yetmiş iki) manat olmaqla ümumilikdə 204,00 (iki yüz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 18 iyul 2022-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cəmi 132,00 (bir yüz otuz iki) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 72,00 (yetmiş iki) manat olmaqla ümumilikdə 204,00 (iki yüz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-439/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-439/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver