Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-439/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri 14-cü məhəllə, ev 8/15, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə heç bir yerdə işləmədiyi halda 2022-ci ilin oktyabr ayında telefon əlaqəsi yaradaraq bundan bir həftə sonra Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasında görüşüb tanış olduğu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində vüksək vəzifədə işlədiyini, geniş əlaqələri olduğunu deyib inandıraraq onun oğlu Kamran Quliyevi 5000 manat müqabilində əvvəlcə Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinə, sonradan isə bunun alınmadığını deyib həmin nazirliyin Mülki Müdafiə Qonuşlarına işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq razılaşdıqdan sonra 2022-ci ilin oktyabr ayında görüşdükləri həmin ünvanda Zərərçəkmiş şəxs ilkin olaraq 1000 manat məbləğində pul almış, onu inandırmaq üçün işə qəbulla bağlı lazım olan sənədləri yığmış, bundan bir müddət sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən adsız kafedə yenidən Zərərçəkmiş şəxslə görüşüb, öz xətti ilə Zərərçəkmiş şəxs onun oğlu Kamran Quliyevi işə düzəltmək üçün cəmi 5000 manat pul aldığına və onun oğlunu bir ay müddətinə işə düzəldəcəyinə dair “qəbz” yazıb ona verməklə bir daha etibarını qazanıb inandıraraq ondan qalan 4000 manat məbləğində pulu da alıb Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyib aldığı pulları şəxsi ehtiyaclarına sərf etdikdən sonra pulunu geri tələb edən Zərərçəkmiş şəxs həmin pulun 2500 manatını qaytararaq etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilədək Dövlət Sərhəd Xidmətində işləmişdir. “Vətən müharibəsi” iştirakçısı olmaqla bir neçə medal almışdır. Bir nəfər tanışı vasitəsilə Zərərçəkmiş şəxs tanımışdır. Teymura oğlunu 5000 manat müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Bu məqsədlə Teymurdan cəmi 5000 manat almışdır. Sonradan Teymurun oğlunu işə düzəldə bilməmiş və 2500 manat pulunu qaytarmış, qalan məbləği isə qaytara bilməmişdir. Hal-hazırda isə tam olaraq Teymura vurduğu maddi ziyanı ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirsk edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2022-ci ilin oktyabr ayında oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəmişdir. Sonra bir tanışı ona bu işdə Vüsal adlı şəxsin kömək edəcəyini emişdir. Bundan sonra Təqsirləndirilən şəxslə danışmış, sonuncu ona kömək edəcəyini, lakin müəyyən qədər pul verməli olduğunu bildirmişdir. Vüsal uşağın işə düzəlməsi üçün 5000 manat lazım olduğunu demişdir. Razılaşdıqdan sonra Vüsal ondan oğlunun müəyyən sənədlərinin surətlərini istəmişdir. Sonra Vüsala ilkin olaraq 1000 manat pul vermişdir. Daha sonra isə 4000 manat olmaqla cəmi 5000 manat pul vermişdir. Sonradan heç bir iş düzəlməmiş və Vüsal onun pulunun 2500 manat hissəsini geri vermiş qalan hissəsini qaytarmamışdır. Bu səbəbdən də Vüsalın onu aldatdığını başa düşərək polisə şikayət etmişdir. Sonradan Vüsal ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu kamranı FHN-nə işə düzəldəcəyi vədini verərək 5000 manat pulunu almasını təsdiq etmişdir; - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Təqdim tmə və baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd diskə baxış keçirilən zaman diskdə olan videogörüntüdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yüz manatlıq əskinaslardan ibarət pulu sayır və 4000 (dörd min) manat olduğunu bildirir. Bundan əlavə 1000 (min) manat pulu “Koroğlu” metrostansiyasının yanında aldığını bildirərək ümumi Zərərçəkmiş şəxs aldığı məbləğin 5000 (beş min) manat olduğunu bildirir. Videonu çəkən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs isə videoçəlişdə arxa fonda danışaraq oğlunu FHN-ə işə düzəltməsi məqsədilə Təqsirləndirilən şəxs 5000 (beş min) manat məbləğində pul verdiyini bildirir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər CM-nin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməini xahiş etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilməmiş, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda o, barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən cinayət Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-439/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-439/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver