Məhkəmə qərarları › İş №1(003)-439/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-439/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-439/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1984-cü ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, İsmayılabad kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Şəfəq qəsəbəsi, bina 30, mənzil 3-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2003-cü ildə Rusiya Federasiyası, Saratov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 31 dekabr 2024-cü il tarixdə 01:00 radələrində əvvəllər operator işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı magistral yolunun, Pirallahı qəsəbəsi istiqamətində yolun sağ hissəsinin yaxınlığında yerləşən istixananın həyətyanı sahəsində açıq olan arxa giriş darvazasından qanunsuz daxil olub istixananın saxlanc yeri olmaqla pomidorların qara rəngli səbət qablara yığılıb satış üçün qablaşdırılmaqla saxlandığı sellofanla əhatə olunmuş sahəsinə sellofanı açıb qanunsuz daxil olmaqla orada qara səbətlərə yığılmış Zərərçəkmiş şəxs məxsus olmaqla hər kiloqramı 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 2000 manat dəyərində 800 kiloqram pomidoru cinayətdən xəbərsiz Şahid3 idarə etdiyi “Ford Transit” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib daşıyıb aparmaqla dəyərindən ucuz qiymətə cinayətdən xəbərsiz Şahid2 satmaqla əldə etdiyi pulu qrup özvü Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 yanvar 2025-ci il tarixdə saat 02:00 radələrində əvvəllər operator işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı magistral yolunun, Pirallahı qəsəbəsi istiqamətində yolun sağ hissəsinin yaxınlığında yerləşən istixananın həyətyanı sahəsinə açıq olan arxa giriş darvazasından qanunsuz daxil olub istixananın saxlanc yeri olmaqla pomidorların qara rəngli səbət qablara yığılıb satış üçün qablaşdırılmaqla saxlandığı sellofanla əhatə olunmuş sahəsinə sellofanı açıb qanunsuz daxil olmaqla orada qara səbətlərə yığılmış Zərərçəkmiş şəxs məxsus olmaqla hər kiloqramı 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 1850 manat dəyərində 740 kiloqram pomidoru cinayətdən xəbərsiz Şahid3 idarə etdiyi “Ford Transit” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib daşıyıb aparmaqla dəyərindən ucuz qiymətə cinayətdən xəbərsiz Şahid1 satmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1850 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 10 yanvar 2025-ci il tarixdə 22:00 radələrində əvvəllər operator işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı magistral yolunun, Pirallahı qəsəbəsi istiqamətində yolun sağ hissəsinin yaxınlığında yerləşən istixananın həyətyanı sahəsinə açıq olan arxa giriş darvazasından qanunsuz daxil olub istixananın saxlanc yeri olmaqla pomidorların qara rəngli səbət qablara yığılıb satış üçün qablaşdırılmaqla saxlandığı sellofanla əhatə olunmuş sahəsinə sellofanı açıb qanunsuz daxil olmaqla orada qara səbətlərə yığılmış Zərərçəkmiş şəxs məxsus olmaqla hər kiloqramı 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 1725 manat dəyərində 690 kiloqram pomidoru cinayətdən xəbərsiz Şahid3 idarə etdiyi “Ford Transit” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib daşıyıb aparmaqla dəyərindən ucuz qiymətə cinayətdən xəbərsiz Şahid1 satmaqla əldə etdiyi pulu qrup özvü Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1725 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 31 dekabr 2024-cü il tarixdə 01:00 radələrində Təqsirləndirilən şəxs1 əvvəllər operator işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı magistral yolunun, Pirallahı qəsəbəsi istiqamətində yolun sağ hisəssinin yaxınlığında yerləşən istixananın həyətyanı sahəsinə açıq olan arxa giriş darvazasından qanunsuz daxil olub istixananın saxlanc yeri olmaqla pomidorların qara rəngli səbət qablara yığılıb satış üçün qablaşdırılmaqla saxlandığı sellofanla əhatə olunmuş sahəsinə sellofanı açıb qanunsuz daxil olmaqla hər kiloqramı 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 2000 manat dəyərində 800 kiloqram pomidoru cinayətdən xəbərsiz Şahid3 idarə etdiyi “Ford Transit” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib daşıyıb aparmaqla dəyərindən ucuz qiymətə cinayətdən xəbərsiz X1 əldə etdiyi pulu qrup üzvü Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2000 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 10 yanvar 2025-ci il tarixdə 22:00 radələrində Təqsirləndirilən şəxs1 əvvəllər operator işlədiyi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı magistral yolunun, Pirallahı qəsəbəsi istiqamətində yolun sağ hisəssinin yaxınlığında yerləşən istixananın həyətyanı sahəsinə açıq olan arxa giriş darvazasından qanunsuz daxil olub istixananın saxlanc yeri olmaqla pomidorların qara rəngli səbət qablara yığılıb satış üçün qablaşdırılmaqla saxlandığı sellofanla əhatə olunmuş sahəsinə sellofanı açıb qanunsuz daxil olmaqla hər kiloqramı 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 1725 manat dəyərində 690 kiloqram pomidoru cinayətdən xəbərsiz Şahid3 idarə etdiyi “Ford Transit” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib daşıyıb aparmaqla dəyərindən ucuz qiymətə cinayətdən xəbərsiz X1 əldə etdiyi pulu qrup özvü Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1725 manat məbləğində zərər vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı mağistral yolunun sağ tərəfində yerləşən istixanada işləmişdir. O, istixanada gecə növbəsində operator vəzifəsində işləmişdir. Maddi imkanı pis olduğundan Rəşidə onun əvvəl işlədiyi istixanada pomidorların olduğunu və onları oğurlamaq istədiyini demişdir. Rəşid ona razılıq vemiş və onlar birlikdə xx.xx.2024-cü il tarixində gecə saatlarında istixananın arxa darvazasından həyətə daxil olmuşlar və istixananın sellofanını açaraq oradan içəri girmişlər. Orada qara səbətlərdə səliqə ilə yığılmış pomidorlar var imiş. Onlar Rəşidlə birlikdə həmin pomidorları istixananın yerləşdiyi həyətin arxa qapısından yola çıxartmışlar. Daha sonra o, 166 taksi xidməti vasitəsi ilə yük taksisi sifariş etmişdir. Bir qədər sonra qeyd etdiyi ünvana “Ford transit” markalı yük taksisi gəlmişdir. Oğurladıqları pomidorları taksi vasitəsi ilə Xəzər rayonu, Qala qəsəbəsində, Şamaxılılar qəsəbəsi deyilən yerdə əvvəldən tanıdığı İsmət adlı şəxsin həyətinə boşaltmışlar. İsmət ondan pomidoru haradan aldığını soruşduqda o, İsmətə pomidorları özü satmaq üçün aldığını demişdir. İsmətdən müştəri tapana qədər pomidorların ona məxsus həyətdə qalmasını xahiş etmişdir. İsmət də onunla razılaşmışdır. Həmin gün günorta saat təxminən 12:00 radələrində Saməddin adlı şəxsə zəng edərək onda pomidor olmasını və onu satmaq istədiyini bildirmişdir. Lakin, pomidorların oğurluq olması barədə Saməddinə heç nə deməmişdir. Saməddini o, əvvəldən tanıyırmış, çünki, o meyvə-tərəvəz mağazası işlədirmiş. Ona zəng etməkdə məqsədi Saməddinin meyvə-tərəvəz işi ilə məşğul olması imiş. Saməddin onun zəngindən sonra İsmətə məxsus həyətə gəlmiş və özü ilə gətirdiyi tərəzi vasitəsi ilə pomidorları çəkmişdir. Pomidorlar 800 kq imiş. O, 800 kq pomidoru 1 kq-ı 1 manata olmaqla Saməddinə ümumimilikdə 800 manata satmışdır. Həmin puldan Rəşidə 360 manat vermişdir. Çünki, o, əvvəlcədən yük taksisinə 80 manat öz cibindən vermişdir və bu xərci nəzərə alaraq yerdə qalan məbləği Rəşidlə yarı -yarıya bölmüşlər. Növbəti dəfə yenə həmin istixanadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2025-ci ilin yanvar ayının 4-də saat 02:00 radələrində təkrarən həmin istixanaya getmişdir. Yenə də arxa darvazadan içəriyə daxil olub istixananın salafanını açaraq içəri daxil olmuş və araba vasitəsi ilə pomidor yeşiklərini arxa darvazadan çölə yığmışdır. Bundan sonra o, əvvəldən tanıdığı Şahid1 adlı şəxsə zəng edərək onda pomidorlar olduğunu və satmaq istədiyini bildirmişdir. Elxan da onunla razılaşmışdır. Belə ki, Saməddin kimi Elxan da meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olduğu üçün onun pomidorları alacağını bilirmiş. Lakin, Elxana pomidorların oğurluq olması barədə heç bir məlumat verməmişdir. Daha sonra ilk oğurluq hadisəsində artıq şəxsi nömrəsini götürdüyü Azad adlı “Ford Transi” markalı sürücüsünün şəxsi nömrəsinə zəng edərək yenə taksi lazım olduğunu bildirmişdir. Bir qədər sonra taksi gəlmiş və pomidorları taksiyə yükləyərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində, köhnə hamamın yanında yerləşən anbara aparmışdır. Həmin anbar Elxana məxsus imiş. Elxan tərəzi vasitəsi ilə gətirdiyi pomidorları çəkmiş, pomidorların ümumi çəkisi 740 kq imiş. O, pomidorları 1 kq-nın dəyəri 50 qəpik olmaqla ümumilikdə 370 manata satmışdır. Həmin puldan 70 manat taksiyə vermiş, yerdə qalan 300 manatı isə şəxsi ehtiyaclarına sərf etmişdir. Daha sonra 10 yanvar 2025-ci il tarixdə saat 22:00 radələrində ilk oğurluq hadisəsini törətdiyi Rəşid adlı tanışı ilə birlikdə təkrarən qeyd etdiyi istixanaya getmişlər və yenə də arxa darvazadan içəriyə daxil olaraq istixananın salafanını açaraq içəri daxil olmuşlar və araba vasitəsi ilə pomidor yeşiklərini arxa darvazadan çölə yığmışlar. Bundan sonra o, bundan əvvəl də pomidor satdığı Elxan adlı şəxsə zəng edərək onda pomidorlar olduğunu və satmaq istədiyini bildirmişdir. Elxan da onunla razılaşmışdır. Lakin, Elxana pomidorların oğurluq olması barədə heç bir məlumat verməmişdir. Daha sonra yenə şəxsi nömrəsini götürdüyü həmin “Ford Transit” markalı sürücünün şəxsi nömrəsinə zəng edərək yenə taksi lazım olduğunu bildirmişdir. Bir qədər sonra taksi gəlmiş və pomidorları Rəşidlə birlikdə taksiyə yükləyərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində, köhnə hamamın yanında yerləşən Elxana məxsus anbara aparmışdır. Elxan tərəzi vasitəsi ilə gətirdikləri pomidorları çəkmişdir, pomidorların ümumi çəkisi 690 kq imiş. Onlar pomidorları 1 kq-nın dəyəri 80 qəpik olmaqla ümumilikdə 552 manata satmışlar. Həmin puldan 70 manat taksiyə vermişlər, yerdə qalan 482 manatı isə Rəşidlə o, hərəyə 241 manat olmaqla yarıyarıya bölmüşlər. O, əvvəllər istixanada işlədiyi müddətdə bəzən müdirinin tapşırığı ilə Elxan və Saməddinə pomidor satmışdır. Buna görə də onlar ondan şübhələnməmişlər. Etdiyi əməlindən peşmandır. Dəymiş maddi ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs1 əlavə olaraq etdiyi cinayət əməlindən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq zərərçəkmiş şəxsə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 30 dekabr 2024-cü il tarixində əvvəldən tanıdığı qonşusu Təqsirləndirilən şəxs1 ona Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfində yerləşən onun işlədiyi istixanada olan pomidorları oğurlamaq lazım olduğunu demişdir. Ceyhun oğurluq nəticəsində əldə edəcəkləri gəliri iki yerə böləcəklərini bildirmiş və o, da pula ehtiyacı olduğundan onunla razılaşmışdır. Bu məqsədlə 2024-cü ilin dekabr ayının 31-də saat 01:00 radələrində o, Ceyhunla birlikdə qeyd etdiyi istixanaya getmişlər, istixananın arxa darvazasından həyətə daxil olmuşlar və istixananın sellofanını açaraq oradan içəri girmişlər. Orada qara səbətlərdə səliqə ilə yığılmış pomidorlar olmuşdur. O, Ceyhunla birlikdə həmin pomidorları istixananın yerləşdiyi həyətin arxa qapısından yola çıxartmışlar. Daha sonra Ceyhun 166 taksi xidməti vasitəsi ilə yük taksisi sifariş etmişdir. Bir qədər sonra qeyd etdiyi ünvana “Ford transit” markalı yük taksisi gəlmişdir. Oğurladıqları pomidorları taksi vasitəsi ilə Xəzər rayonu, Qala qəsəbəsində, Şamaxılılar qəsəbəsi deyilən yerdə əvvəldən Ceyhunun tanışı İsmət adlı şəxsin həyətinə boşaltmışlar. Ceyhun İsmətə pomidorları özü satmaq üçün aldığını demişdir. Ceyhun İsmətdən müştəri tapana qədər pomidorların ona məxsus həyətdə qalmasını xahiş etmişdir. İsmət də Ceyhunla razılaşmışdır. Həmin gün günorta saat təxminən 12 radələrində Ceyhun Saməddin adlı şəxsə zəng edərək onda pomidor olmasını və onu satmaq istədiyini bildirmişdir. Saməddin Ceyhunun ona zəngindən sonra İsmətə məxsus həyətə gəlmiş və özü ilə gətirdiyi tərəzi vasitəsi ilə pomidorları çəkmişdir. Pomidorlar 800 kq olmuşdur. Onlar 800 kq pomidoru 1 kq-ı 1 manata olmaqla Saməddinə ümumimilikdə 800 manata satmışdırlar. Həmin puldan Ceyhun ona 360 manat vermişdir. Çünki, Ceyhun əvvəlcədən yük taksisinə 80 manat vermişdir. Daha sonra, 10 yanvar 2025-ci il tarixdə saat 22:00 radələrində Ceyhunun təklifi ilə təkrarən qeyd etdiyi istixanaya getmişlər və yenə də arxa darvazadan içəriyə daxil olub istixananın salafanını açaraq içəri daxil olmuşlar. Onlar araba vasitəsi ilə pomidor yeşiklərini arxa darvazadan çölə yığmışdırlar. Bundan sonra Ceyhun Elxan adlı şəxsə zəng edərək onda pomidorlar olduğunu və satmaq istədiyini bildirmişdir. Elxan da Ceyhunla razılaşmışdır. X13 pomidorların oğurluq olması barədə heç bir məlumat verməmişdir. Daha sonra yenə Ceyhun şəxsi nömrəsini götürdüyü həmin “Ford Transit” markalı sürücünün şəxsi nömrəsinə zəng edərək yenə taksi lazım olduğunu bildirmişdir. Bir qədər sonra taksi gəlmiş və pomidorları Ceyhunla birlikdə taksiyə yükləyərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində, köhnə hamamın yanında yerləşən Elxana məxsus anbara aparmışlar. Elxan tərəzi vasitəsi ilə gətirdikləri pomidorları çəkmiş, pomidorların ümumi çəkisi 690 kq olmuşdur. Onlar pomidorları 1 kq-nın dəyəri 80 qəpik olmaqla ümumilikdə 552 manata satmışlar. Həmin puldan 70 manat taksiyə vermişlər, yerdə qalan 482 manatı isə Ceyhunla o, hərəyə 241 manat olmaqla yarı -yarıya bölmüşlər. Təqsirləndirilən şəxs2 əlavə olaraq cinayət əməlindən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq zərərçəkmiş şəxsə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai araşdırma zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişçdir ki, 2016-cı ildən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Piallahı magistral yolunun sağ tərəfində yerləşən istixana ona məxsusdur. Həmin istixanada sırf pomidor yetişdirirlər. İstixananın yerləşdiyi ərazi ümumilikdə 5 hektar, ərazinin sırf istixana olan hissəsi isə 4,5 hektardır. Onlar, istehsal etdikləri pomidor məhsullarını Rusiya Federasiyasına göndərirlər. Baş vermiş oğurluq hadisəsini 2025-ci il yanvar ayının 11-də aşkar etmişdir. Belə ki, onlar istixanadan yığılmış pomidorları plastik taraların içərisinə yığaraq istixananın içərisində hazır vəziyyətdə saxlamışdırlar. Həmin plastik taraları üzərinə qoyub daşımaq üçün nəzərdə tutduqları arabanı isə istixananın paketləmə bölməsində saxlayırmışlar. 2025-ci il yanvar ayının 11-də istixanaya gələn zaman yanvar ayının 10-da gecə işdən çıxan zaman pomidorların paketləmə bölməsinə qoyulmuş arabanın ayın 11-i səhər işə gələndə paketləmə bölməsində yox, istixananın arxa giriş qapısında olduğunu aşkar etmişdir. Bu ona şübhəli gəldiyi üçün istixanadakı kamera görüntülərinə baxmaq qərarına gəlmişdir. Həmin kameraların görüntüləri yaddaşda saxlama müddəti 7 gün imiş. Görüntülərə baxan zaman 10 yanvar 2025-ci il tarixdə saat 22:00 radələrində 2 nəfər şəxsin istixananın paketləmə bölməsində olan daşınma üçün nəzərdə tutulmuş arabanı götürərək yeşiklərə yığılmış pomidorları arabanın üstünə yığıb oğurlamasını aşkar etmişdir. İstixanın yerləşdiyi ərazi hasarlanmış formada olmuşdur. İstixananın iki giriş qapısı var. Ön giriş qapısı kilidli vəziyyətdə olur, lakin arxa girişdəki darvazanın üzərində isə kilid olmamışdır. Həmin giriş hissəni əl ilə rahat açmaq mümkün olmuşdur. Oğurluq hadisəsini törədən şəxs və ya şəxslərdə məhz arxa giriş qapısından istixananın yerləşdiyi həyətə daxil olmuşdurlar. Daha sonra bu barədə polisə müraciət etmişdir. O, sonradan ona məxsus olan pomidorlara baxış keçirdikdən sonra hansı miqdarda məhsulun çatışmadığını təhlil etmiş və ona baş vermiş oğurluq hadisəsi nəticəsində 1-ci oğurluq hadisəsində 690 kq, 2-ci oğurluq hadisəsində 740 kq, 3-cü oğurluq hadisəsində 800 kq məhsul oğurlanması məlum olmuşdur. Məhsulun 1 kq-nın qiymətinin 2,50 AZN olduğunu nəzərə aldıqda ona ümumilikdə 5575 manat maddi ziyan dəydiyini bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, ona dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qeyd etmişdir ki, o, bir müddətdir ki, idarə etdiyi **-NE-*** dövlət qeydiyyat nişanlı “Ford transit” markalı avtomobil ilə “166” yükdaşıma xidmətində taksi fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin dekabr ayının 31-də gecə saat 01-02 radələri arası Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala- Pirallahı magistral yolunun sağ tərəfi istiqamətindən sifariş qəbul etmiş və oraya yaxınlaşmışdır. Qeyd etdiyi ünvana çatan zaman orada istixananın arxa giriş darvazasının önündə onu iki nəfər gözləmişdir. Həmin şəxslər istixananın arxa giriş darvazasının qarşısına plastik yeşiklərdə pomidorlar yığmışdırlar. Taksini də həmin pomidorları aparmaq üçün çağırmışdılar. O, həmin şəxsləri tanımamış və ilk dəfə görmüşdür. Sonradan onlarla söhbət əsnasında və özlərinin bir birinə müraciət etməsi əsnasında onların adlarının Ceyhun və Rəşid olduğunu bilmişdir. Onlar pomidorları idarə etdiyi yük taksisinə yüklədikdən sonra Xəzər rayonu, Qala qəsəbəsində, Şamaxılılar qəsəbəsi deyilən əraziyə getmişlər. Orada Ceyhun və Rəşid pomidorları tanımadığı bir nəfər şəxsin həyətinə boşaltmışlar, ona isə 80 manat pul vermişlər. Həmin şəxslərdən Ceyhun adlı şəxs ona məxsus şəxsi mobil nömrəsini bundan sonra yük taksisi lazım olduqda şəxsən onun özünü çağırması üçün istəmişdir. O, da öz şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni Ceyhuna vermişdir. Daha sonra isə oradan çıxıb getmişdir. Növbəti dəfə 2025-ci ilin yanvar ayının 4-də gecə saatlarında Ceyhun ona zəng edərək təkrar ilk dəfə sifariş qəbul etdiyi istixanaya gəlməyini xahiş etmişdir. O da dərhal oraya getmişdir. Bu dəfə Ceyhun orada tək olmuş və əvvəl olduğu kimi istixananın arxa darvazasının qarşısına pomidor yeşikləri yığılmışdır. Ceyhun həmin yeşikləri avtomobilin yük yerinə yığmışdır. Daha sonra hər ikisi avtomobilə əyləşmişlər. Ceyhunun göstərişi ilə pomidorları Xəzər rayonu, Şüvəlan qəsəbəsində, köhnə hamamın yanında yerləşən anbara aparmışlar. O, malları orada boşaltmış və Ceyhunun ona verdiyi 70 manatı götürərək oradan getmişdir. Növbəti dəfə 10 yanvar 2025-ci il tarixdə axşam saatlarında Ceyhun ona zəng edərək yenidən hər zaman sifariş etdiyi istixanaya gəlməsini bildirmiş və o da oraya getmişdir. Bu dəfə Ceyhunun yanında ilk dəfə ona taksi sifariş edən zaman olan Rəşid adlı şəxs olmuşdur. Onlar pomidorları idarə etdiyi yük taksisinə yüklədikdən sonra Ceyhunun göstərişi ilə pomidorları Xəzər rayonu, Şüvəlan qəsəbəsində, köhnə hamamın yanında yerləşən anbara aparmışdır. Ceyhun ona həmin pomidorları öz işlədiyi istixanadan satmaq üçün müdiriyyətin ona tapşırdığını bildirmişdir. O da Ceyhuna inanmışdır. Ceyhun ilk dəfə taksi sifariş edən zaman onu 166 taksi xidmətindən təsadüfən çağırmışdır. Lakin sonradan şəxsi mobil nömrəsini götürərək ona sifarişi şəxsən verməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, 2015-ci ildən pomidor ticarəti ilə məşğul olur. 2025-ci ilin yanvar ayının əvvəllərində Ceyhun ona zəng edərək pomidor olduğunu və satmaq istədiyini bildirmişdir. O, Ceyhuna pomidorları ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Qaranquş sanatoriyasının yanında yerləşən anbara gətirməsini, əvvəlcə pomidorlara baxacağını və xoşuna gəldiyi təqdirdə alacağını bildirmişdir. Ceyhun pomidorları gətirmiş və tərəzidə çəkmişdir. Pomidorların ümumi çəkisi 740 kq olmuşdur. O, Ceyhunla həmin pomidorları 1 kq-nın qiyməti 50 qəpikdən olmaqla almağa razılaşmışdır. Bunun üçün ona 370 manat pul ödəmişdir. Növbəti dəfə 2025-ci ilin yanvar ayının 10-da Ceyhun ona zəng edərək onda pomidor olduğunu və satmaq istədiyini bildirmişdir. O, Ceyhuna pomidorları ilk dəfəsində olduğu kimi ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Qaranquş sanatoriyasının yanında yerləşən anbara gətirməsini, əvvəlcə pomidorlara baxacağını və xoşuna gəldiyi təqdirdə alacağını bildirmiş, çünki o, hər zaman alacağı mala dəqiq baxıb daha sonra alırmış. Ceyhun pomidorları gətirmiş və tərəzidə çəkmişlər. Pomidorların ümumi çəkisi 690 kq olmuşdur. O, Ceyhunla həmin pomidorları 1 kq-nın qiyməti 80 qəpikdən olmaqla almağa razılaşmışdır. Bunun üçün ona 552 manat pul ödəmişdir. Daha sonra Ceyhun və yanındakı tanımadığı şəxs gəldikləri yük taksisinə əyləşərək çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, 2020-ci ildən pomidor ticarəti ilə məşğul olur. 2025-ci ilin dekabr ayının 31-də əvvəldən tanıdığı Ceyhun adlı şəxs ona zəng edərək onda pomidor olduğunu və satmaq istədiyini bildirmişdir. O, Ceyhuna əvvəlcə pomidorlara baxmaq lazım olduğunu və razılaşacaqları təqdirdə alacağını bildirmişdir. O, pomidorların Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlarında, Şamaxılılar küçəsi deyilən ərazidə həyətdə olduğunu bildirmişdir. O, Ceyhunla danışadanışa onun qeyd etdiyi həyəti tapmış və oraya getmişdir. Orada olarkən daimi olaraq özünə məxsus “Ford transit” markalı yük avtomobilində daşıdığı tərəzi vasitəsi ilə Ceyhunun pomidorlarını çəkmişdir. Orada ümumilikdə 800 kq pomidor olmuşdur. O, Ceyhunla 1 kq-nı 1 manatdan olmaqla ümumilikdə 800 manata pomidorları almağa razılaşmış və ona 800 manat pul vermişdir. Həmin vaxt Ceyhunun yanında bir nəfər tanımadığı şəxs də omuşdur. O, həmin şəxsi tanımamış və ilk dəfə görmüşdür. O, Ceyhuna pomidorların kimə məxsus olması barədə sual verdikdə Ceyhun ona həmin pomidorları öz işlədiyi istixanadan satmaq üçün müdiriyyətin ona tapşırdığını bildirmişdir. Əvvəllər də Ceyhundan pomidor aldığından sonuncuya inanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı magistral yolunun sağ tərəfində yerləşən istixananın arxa giriş darvazasının qarşısına gəlinmiş, darvazanın kilidinin olmaması aşkar edilmiş, daha sonra istixananın olduğu həyətə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı istixananın kənarları plastik, orta hissəsi sellofan material ilə örtülü olan giriş qapısının açıq olması və oğurluq cinayətini törədən şəxs və ya şəxslərin bu qapıdan girməsi aşkar edilmişdir. Baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparılmışdır; - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli qərara əsasən məlum olur ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; - 17 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırılması 17 yanvar 2025-ci il, saat 16:50-dən hesab edilmişdir; - 17 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırılması 17 yanvar 2025-ci il, saat 16:50-dən hesab edilmişdir; - 18 yanvar 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir; - 18 yanvar 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - 18 yanvar 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - 18 yanvar 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -25 yanvar 2025-ci il tarixli ifadənin yerində yoxlanılması protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisənin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qala-Pirallahı magistral yolunun sağ tərəfində yerləşən istixananın giriş əvvəlcə darvazasını, daha sonra isə istixanaya giriş qapısını göstərərək həmin hissədən istixanaya daxil olaraq oğurluq etdiklərini bildirmişdirlər; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 28 yanvar 2025-ci il tarixli,135 saylı arayışına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa Xuna bağları küçəsində yerləşən evdə qeydiyyatsız ailəsi ilə birlikdə yaşayır; - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-kommunal X4 Təmiri Birliyinin Şəfəq Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2025-ci il tarixli, 401 saylı arayışına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 həqiqətən Abşeron rayonu, Şəfəq qəsəbəsi, bina 50, 3 saylı mənzildə qeydiyyatsız yaşayır; - X3 tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli, 06/25 sayı arayışa əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən F/Ş (VÖEN **********) X7 məxsus Sumqayıt İstixana Kompleksində “Texnik” vəzifəsində çalışır. Onun əmək haqqısı 400 manat təşkil edir; - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış və onlardan heç bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədilməklə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini (CM-nin 59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini (CM-nin 59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasınınəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat və 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Şəfəq qəsəbəsi, bina 50, 3 saylı mənzilini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 132 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********17 00266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar