Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-44/2021 27.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi X.Ələkbərov küçəsi ev 47 mənzil 7-də qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 08:54:04-də yaşadığı ünvan 1-də olarkən istifadəsindəki “HTC” markalı smartfonla “Xazri.az” internet saytı vasitəsi ilə “Xəzri sürətli pul köçürməsi” sisteminə daxil olaraq Zərərçəkmiş şəxs məxsus **********253335 nömrəli plastik kartın əvvəlcədən əldə etdiyi rekvizitlərini həmin sistemə daxil edib 31 manat məbləğində pulu, xx xxxx 2020-ci ildə saat 19:19:33-də yaşadığı ünvan 1-də olarkən istifadəsindəki “HTC” markalı smartfonla “Xazri.az” internet saytı vasitəsi ilə “Xəzri sürətli pul köçürməsi” sisteminə daxil olaraq Zərərçəkmiş şəxs məxsus **********253335 nömrəli plastik kartın əvvəlcədən əldə etdiyi rekvizitlərini həmin sistemə daxil edib 152 manat məbləğində pulu, xx xxxx 2020-ci il tarixdə saat 04:43:39, 04:46:42, 05:00:18 və 05:09:08-də yaşadığı ünvan 1-də olarkən istifadəsindəki “HTC” markalı smartfonla “Xazri.az” internet saytı vasitəsi ilə “Xəzri sürətli pul köçürməsi” sisteminə daxil olaraq Zərərçəkmiş şəxs məxsus **********253335 nömrəli plastik kartın əvvəlcədən əldə etdiyi rekvizitlərini həmin sistemə daxil edib müvafiq olaraq 152 manat, 101 manat, 51 manat, 11 manat məbləğində pulu daha sonra nağdlaşdırmaq məqsədi ilə sonuncunun hesabından öz müəyyən etdiyi şərti adlara köçürmüş, xx xxxx 2020-ci il tarixdə saat 04:35:21-də Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən “Şüvəlan park”da olarkən istifadəsindəki “HTC” markalı smartfonla “Portmanat.az” internet saytına daxil olaraq Zərərçəkmiş şəxs məxsus **********253335 nömrəli plastik kartın əvvəlcədən əldə etdiyi rekvizitlərini daxil edib öz istifadəsində olan “**********” mobil nömrəsinin balansına 2 manat məbləğində pul köçürüb Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vuraraq vahid niyyətlə əhatə olunan informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 5 ay bundan əvvəl “tap.az” internet portalı vasitəsi ilə əlaqə yaratdığı tanımadığı bir şəxsdən 120 manat qarşılığında “HTC” markalı smartfon almışdır. Bu telefonun qalereya hissəsi boş olsa da, bir müddət sonra telefonun daxili yaddaşına baxan zaman orada Zərərçəkmiş şəxs adlı şəxsə məxsus **********253335 nömrəli “xxxx”a məxsus plastik kartın ön və arxa tərəfdən şəkillərinin olduğunu görmüşdür. Bundan sonra internetdə kartın özü olmadan rekvizitlərini daxil etməklə pul nağdlaşdırılması üsulları ilə maraqlanmış və “xxxx”ın “Xəzri sürətli pul köçürmə” sistemi ilə bunu edə biləcəyini görmüşdür. Beləliklə, bu üsulla əməliyyatlar edib pulları nağdlaşdırmaq qərarına gəlmişdir. İstifadəsində olan “HTC” markalı smartfon vasitəsi ilə “Xazri.az” saytına daxil olub, burada ilk olaraq gələn xanaya köçürüləcək məbləği daxil etdikdən sonra növbəti mərhələdə pul göndərən haqqında məlumatlar tələb edilən xanaya şərti ad, soyadlar, telefon nömrəsi xanasına isəöz istifadəsində olan telefon nömrəsini daxil edib saytdakı “keçid” düyməsini basdıqdan sonra qeyd etdiyi telefon nömrəsinə əməliyyatı təsdiq etmək üçün sms vasitəsi ilə kod gəlmişdir. Həmin kodu müvafiq xanaya daxil etdikdən sonra növbəti mərhələyə keçib bu mərhələdə pulu alacaq şəxs haqqında məlumatlar hissəsinə də şərti ad və soyadlar daxil edib, telefon nömrəsi xanasına isə ilk mərhələdə daxil etdiyi öz istifadəsində olan telefon nömrəsini və ya istifadəsində olan digər bir telefon nömrəsini daxil etmişdir. Bundan sonra keçid düyməsi ilə növbəti mərhələyə keçib burada qeyd edilən məlumatların düzgünlüyünü təsdiq etdikdən sonra növbəti mərhələdə kart məlumatlarının daxil edilməli olduğu xanaya müvafiq olaraq kartın ön tərəfində olan 16 rəqəmli nömrəni, kartın istifadə tarixini və kartın arxa tərəfində olan 3 rəqəmli nömrəni daxil edərək “ödə” düyməsini vurub ödənişi həyata keçirmiş, sonra qeyd etdiyi telefon nömrəsinə gələn 12 rəqəmli kodu “xxxx”a məxsus olan bankomata yaxınlaşaraq bankomatın ekranında olan “Xəzri” keçidini seçdikdən sonra növbə ilə əvvəlcə telefonuna sms vasitəsi ilə gəlmiş həmin 12 rəqəmli kodu, daha sonra isə həmin telefon nömrəsini daxil etmişdir. Bundan sonra həmin daxil etdiyi telefon nömrəsinə 6 rəqəmli kod gəlmiş, bu kodu da bankomatın ekranında həmin 6 rəqəmli kodu tələb edən müvafiq xanaya daxil etdikdən sonra çıxarılacaq pulun məbləğinin daxil edilməsi ilə bağlı xanaya müvafiq məbləği daxil etdikdən sonra həmin məbləğdə pul bankomatdan çıxmışdır. Həmin pulları götürərək oradan uzaqlaşıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs kartının rekvizitlərindən istifadə edərək bankomat vasitəsi ilə çıxardığı pulların hamısını bu üsulla çıxarmış, ümumilikdə 6 dəfə bu üsuldan istifadə etmişdir. İlk dəfə bu üsulla pul köçürməsini xx xxxx 2020-ci il tarixdə yaşadığı Bülbülə qəsəbəsi Deputat küçəsi ev 27-də olarkən etmişdir. Belə ki, bu əməliyyatı istifadəsində olan “HTC” markalı” smartfon vasitəsilə qeyd etdiyi sayta daxil olaraq müvafiq əməliyyatlardan sonra pul göndərənin nömrəsi xanasına həmin smartfonun üzərində daşıdığı ********** nörməsini daxil etmək yolu ilə etmişdir, pulu alacaq şəxsin nömrə yerinə isə istifadəsində olan “Nokia” markalı telefonun üzərində daşıdığı ********** nömrəsini qeyd etmiş və bu əməliyyatla 30 manat məbləğində pul göndərmişdir, lakin, telefona gələn sms ehtiyatsızlıqdan silindiyi üçün həmin 30 manat pulu nağdlaşdıra bilməmişdir. Növbəti dörd əməliyyatı isə xx xxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsi Deputat küçəsi ev 27də olarkən ardıcıl olaraq qeyd etdiyi üsulla 150 manat, 100 manat, 50 manat, 10 manat məbləğində etmiş və bu əməliyyat vasitəsi ilə əldə etdiyi pulları həmin gün təxminən saat 06:30 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonuna getdiyi üçün həmin ərazidə yerləşən “xxxx”a məxsus bankomatdan ardıcıl olaraq 150 manat, 100 manat, 50 manat və 10 manat məbləğində pul çıxarmışdır. Kartdan pul çıxardıqca 100 manat da daxil olmaqla 100 manata qədər məbləğlərə 1 manat, 100 manatdan yuxarı çəkdiyi məbləğlərdə isə 2 manat komissiya çıxılırmış. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə axşam saatlarında atasının işi ilə bağlı ona kömək etmək məqsədi ilə Şüvəlan qəsəbəsinə getmiş və həmin gün Şüvəlanda qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində hava almaq məqsədilə çölə çıxmış, Şüvəlan qəsəbəsində yerləşən “Şüvəlan Park”da skamyada əyləşmiş və istifadəsində olan “HTC” markalı telefonla “portmanat.az” saytına daxil olaraq Elgünə məxsus **********253335 nömrəli kartın rekvizitlərini, yəni kartın ön hissəsindəki 16 rəqəmli nömrəni, kartın istifadə tarixini və kartın arxa tərəfindəki 3 rəqəmli kodu daxil edərək, istifadəsində olan ********** nömrəsinin balansını 2 manat məbləğində artırmışdır. Bu, onun həmin kartın rekvizitlərindən istifadə edərək etdiyi son əməliyyat olmuşdur. Növbəti dəfə əməliyyat etmək istəyərkən kartın balansında pul qalmadığından, bu, mümkün olmamışdır. Kartın balansında nə qədər pul olduğunu bilmədiyindən pulları hissə-hissə çıxarırmış, lakin, niyyəti kartın balansında olan pulun hamısını çıxarmaq imiş. Elgünə məxsus plastik kart heç vaxt onda olmamışdır, həmin kartı heç bir formada ələ keçirməmişdir, “tap.az” saytı vasitəsi ilə əlaqə yaratdığı tanımadığı şəxsdən aldığı “HTC” markalı telefonun daxili yaddaşında həmin kartın ön və arxa tərəfinin şəkilləri olmuş, bu şəkillərdə kartın rekvizitlərini, yəni onun ön və arxa hissəsində əks olunan nömrələri aydın şəkildə görmək olurmuş. Hər dəfə bu şəkillərə baxaraq kartın üzərindəki məlumatları sayta daxil edirmiş. Daha sonra həmin telefonun yaddaşındakı bütün məlumatları silərək, onu “tap.az” saytı vasitəsi ilə əlaqə yaratdığı tanımadığı başqa bir şəxsə 60 manata satmışdır. Onun üzərindən çıxardığı ********** nömrəsi isə istifadəsində olan digər “Nokia” telefonuna daxil edərkən sındığı üçün həmin nömrəni atmışdır. Şahid ilə bir məhəllədə yaşayır, onu uzun müddətdir tanıyır, ********** nömrəsinin İbrahimə məxsus olduğu ona məlumdur. Belə ki, təxminən 2020-ci ilin may ayında o, İbrahimdən hər-hansı işlətmədiyi nömrə vardırsa ona verməsini xahiş etmiş, İbrahim onun xahişi əsasında ********** nömrəsini ona vermişdir. O vaxtdan təxminən 2020-ci ilin avqust ayına qədər olan müddət ərzində həmin nömrə onun istifadəsində olmuşdur. Daha sonra isə nömrə ehtiyatsızlıq nəticəsində sındığından, onu atmışdır. İbrahimin bu işdə heç bir rolu yoxdur, İbrahimə və ya başqa birinə bu haqda məlumat və ya əldə etdiyi pullardan pay verməmişdir. Sənədlərin bəzilərində “Xəzri sürətli pul köçürmə” sistemi ilə pul köçürən şəxsin məlumatları xanasına tanımadığı X5, X4, X6, Qurbanov Seyidqurban Seyidəli oğlu kimi şəxslərin adlarını müvafiq xanalara şərti olaraq qeyd etmişdir. ********** nömrəsi onun istifadəsində olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik qazancını əldə edir. 1-ci qrup əlil olduğu üçün hər ay dövlətdən 250 manat sosial yardım alır. Bu pul “Kapital Bank” tərəfindən ona verilən **********253335 nömrəli plastik karta yüklənir. Həmin kartdan sonuncu dəfə xx xxxx 2020-ci ildə 180 manat məbləğində məxaric əməliyyatı etmiş, bundan sonra kartında 500 manat pul qalmışdır. xx xxxx 2020-ci il tarixdə “xxxx”a məxsus bankomatlardan birində ona məxsus olan **********253335 nömrəli plastik kartla məxaric əməliyyatı etməyə çalışarkən həmin kartda pul olmadığını görmüşdür. Bu hal əvvəlcə ona qəribə gəlsə də, bir qədər sonra kartına qanunsuz müdaxilə olduğunu anlamışdır. Belə ki, onun kartından naməlum şəxs (və ya şəxslər) 500 manat məbləğində oğurluq etmişdir. Plastik kart yalnız onun özündə olmuşdur, onu heç kimə heç bir formada verməmişdir, bu kartın şəklini çəkməmişdir, bu şəkli kiməsə göndərməmişdir, kartdan heç bir onlayn bank əməliyyatları etməmişdir, kartı daimi olaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs tanımır. Təxminən bir il bundan əvvəl “Əhmədli” metrosu ətrafında onun ehtiyatsızlığı nəticəsində idarə etdiyi avtomobilin digər bir avtomobilə dəyməsi nəticəsində həmin avtomobil əzilmiş, o, həmin avtomobilin sahibinə dəymiş zərəri ödəmək məqsədi ilə 500 manat pul vermiş, həmin şəxs ona təmir haqqı 500 manatdan az tutsa qalan pulu geri qaytaracağını bildirmişdir. Bir neçə gündən sonra həmin şəxs ona zəng edərək pulun bir hissəsinin artıq qaldığını və həmin pulu ona geri qaytarmaq istədiyini bildirmiş, onun istifadəsində hərhansı bank kartı varsa, pulu o karta göndərmək üçün həmin kartın şəklini göndərməyini demişdir. O, istifadəsində olan **********253335 nömrəli kartın ön və arxa tərəfinin şəklini çəkib həmin şəxsə göndərmiş, daha sonra həmin şəxs ona zəng edərək karta pulu göndərməyin mümkün olmadığını bildirmişdir. Onlar bundan sonra görüşmüş və həmin şəxs ona 115 manat pul vermişdir. Həmin şəxs haqqında başqa heç nə bilmir, onun telefon nömrəsi və ya avtomobilinin dövlət qeydiyyat nömrəsi yadında qalmamışdır. Hazırda Fazil ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun Fazildən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Fazilə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Zərərçəkmiş şəxs tanımır, ona məxsus olan plastik kart heç vaxt onda olmamışdır, onu heç bir şəkildə ələ keçirməmişdir. Zərərçəkmiş şəxs istifadəsində olmuş kartın balansından müxtəlif tarix və vaxtlarda pulların ələ keçirilməsində onun heç bir rolu olmamışdır. ********** nömrəsi onun adına qeydiyyatda olsa da, bu əməliyyatları o, həyata keçirməmişdir. Həmin nömrə müəyyən müddət onun istifadəsində olmuş, sonradan istifadə etmədiyinə görə təxminən 2020-ci ilin may ayında onu tanışı Təqsirləndirilən şəxs xahişi əsasında istifadə etməsi üçün ona vermişdir. Bundan sonra həmin nömrə Fazilin istifadəsində olmuşdur. Həmin nömrəni Fazilin xahişi əsasında müvəqqəti istifadə etməsi üçün ona versə də, Fazil onu bir daha geri qaytarmamışdır. Bu nömrəni sadəcə Fazilin xahişi əsasında ona vermiş, heç bir başqa məqsədi olmamışdır. Fazilin bu nömrədən hansı formada istifadə etməsi ona məlum deyildir, törətdiyi əməldən onun heç bir məlumatı və rolu olmamışdır, Fazil əldə etdiyi pullardan ona heç nə verməmişdir. Həmin nömrədən başqa ********** nömrəsi də Fazilin istifadəsində olmuşdur. İş materiallarından görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələri bir-birinin üzünə qarşı demişlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı onlar istintaqa verdiyi ifadələri təsdiq edərək bir-birlərini birinci dəfədir gördüklərini bildirmişlər. İş materiallarından görünür ki, “xxxx” ASC-yə verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş **********253335 plastik kartdan “Xəzri sürətli pul köçürmə” təyinatlı sistem vasitəsi ilə 02 iyul 2020-ci il tarixdə saat 08:54:04-də 31 manat, xx xxxx 2020-ci il saat 19:19:33-də 152 manat, xx xxxx 2020-ci il tarixdə saat 04:43:39-da 152 manat, saat 04:46:42-də 101 manat, 05:00:18-də 51 manat, 05:09:08-də 11 manat məxaric edilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 04:36:17-də Zərərçəkmiş şəxs istifadəsində olmuş **********253335 plastik kartdan ********** nömrəsinin balansı 2 manat məbləğində artırılmışdır. İş materiallarından görünür ki, “xxxx” MMC-yə verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, ********** nömrəsi Şahid adına qeydiyyatdadır. İş materiallarından görünür ki, “xxxx” ASC-yə verilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, A0100133 №-li bankomat Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23-də, A0100138 №-li bankomat isə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 37-də yerləşir. İş materiallarından görünür ki, “xxxx” ASC-yə verilmiş müvafiq sorğuya cavab olaraq göndərilmiş DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 37-də yerləşən “xxxx” ASC-yə məxsus A0100138 №-li bankomatdan xx xxxx 2020-ci il tarixdə saat 20:53:52-də bir dəfə qeyri-müəyyən miqdarda pul çıxarması müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23-də yerləşən “xxxx” ASC-yə məxsus A0100133 nömrəli bankomatdan xx xxxx 2020-ci il tarixdə saat 06:36:58, 06:38:16, 06:39:38, 06:40:53-də ardıcıl olaraq dörd dəfə qeyri-müəyyən miqdarda pul çıxardığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakışəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 37-də yerləşən “xxxx” ASC-yə məxsus A0100138 №-li bankomatı göstərərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1-də olarkən ifadəsində qeyd etdiyi formada bank əməliyyatlarını edərək müəyyən etdiyi müvafiq şərti ada göndərdiyi 150 manat məbləğində pulu həmin gün əməliyyatı həyata keçirdikdən təxminən 1 saat 30 dəqiqə sonra göstərdiyi bankomat vasitəsi ilə nağdlaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23-də yerləşən “xxxx” ASC-yə məxsus A0100133 №-li bankomatı göstərərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında, yaşadığı Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Deputat küçəsi ev 27də olarkən ifadəsində qeyd etdiyi formada bank əməliyyatlarını edərək müəyyən etdiyi müvafiq şərti ada göndərdiyi pulları xx xxxx 2020-ci il tarixdə təxminən saat 06:30 radələrində göstərdiyi bankomatda ardıcıl olaraq 150 manat, 100 manat, 50 manat, 10 manat məbləğində nağdlaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən “Şüvəlan Park” adlı parkda olan skamyanı göstərərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində göstərdiyi skamyada əyləşən zaman istifadəsində olmuş “HTC” markalı smartfonun üzərində olmuş ********** nömrəsinin balansını artırmaq üçün həmin smartfonla “portmanat.az” saytına daxil olaraq Zərərçəkmiş şəxs məxsus **********25335 nömrəli plastik kartın rekvizitlərini daxil edərək həmin telefon nömrəsinin balansını 2 manat məbləğində artırmışdır. İş materiallarından görünür ki, istintaq ekspermenti istintaq hərəkəti nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də ifadəsində qeyd etdiyi kimi, “xazri.az” saytına daxil olaraq həmin saytda ifadəsində qeyd etdiyi müvafiq əməliyyatları etməklə öz müəyyən etdiyi şərti ada müxtəlif məbləğlərdə pul köçürə bilir. İş materiallarından görünür ki, “xxxx” ASC-yə məxsus iki ədəd disk iş üzrə maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, ifadənin yerində yoxlanılması haqqında protokol, zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə-dindirmə protokolları, iş üzrə ilkin toplanmış material və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi az ağır cinayətini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutlmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1-də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut – “xxxx” ASC-yə məxsus iki ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş 500,00 (beş yüz) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – “xxxx” ASC-yə məxsus iki ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş 500,00 (beş yüz) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-44/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-44/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver