Məhkəmə qərarları › İş №1(003)-44/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-44/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-44/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında 10 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, eləcə də özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, o, ictimai təhlükəli hərəkət etdiyini dərk edib, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görərək və bunun baş verməsini arzu edərək, dövlət xidmətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətləri və fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə qəsdən pozub, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mənafeyinə qəsd etməklə, həmin orqanın fəaliyyətini təhlükə altına almaqla və həmin orqanı nüfuzdan salaraq vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməklə, vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin qaydalarını pozmaqla, xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasını həyata keçirilməsi üzrə, yaxud təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz adına uydurmaqla, mənimsədiyi səlahiyyətlərdən çıxış elməklə, özbaşına özünü Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat şöbəsinin rəisi, yəni vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, talama, yəni özgə əmlakını tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi niyyəti ilə Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda, Zərərçəkmiş şəxs4 aldadaraq ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK-4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikinti aparılması üçün icazə alacağına inandırıb, vahid niyyətlə 25 mart 2023-cü il tarixdə sonuncudan 700 (yeddi yüz) manat, 10 aprel 2023-cü il tarixdə isə həmin torpaq sahəsinin özəlləşdirilməsi məsələsini həll etmək üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Limon” adlı kafedə, Zərərçəkmiş şəxs4 8.000 (səkkiz min) manat pul alaraq, ümumilikdə 8.700 (səkkiz min yeddi yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə əmlakını ələ keçirmişdir. Bundan başqa, o, ictimai təhlükəli hərəkət etdiyini dərk edib, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görərək və bunun baş verməsini arzu edərək, dövlət xidmətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətləri və fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə qəsdən pozub, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mənafeyinə qəsd etməklə, həmin orqanın fəaliyyətini təhlükə altına almaqla və həmin orqanı nüfuzdan salaraq vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməklə, vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin qaydalarını pozmaqla, xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasını həyata keçirilməsi üzrə, yaxud təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz adına uydurmaqla və mənimsədiyi səlahiyyətlərdən çıxış etməklə, özbaşına özünü Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin Əməliyyat şöbəsinin rəisi, yəni vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, talama, yəni özgə əmlakını tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi niyyəti ilə Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 2.5 ha torpaq sahəsində tikinti işləri aparmasına icazə alacağına inandırıb, 2023-cü ilin may ayının əvvəllərində 2.500 (iki min beş yüz) manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 2.5 ha torpaq sahəsində Zərərçəkmiş şəxs3 alaraq, təkrar dələduzluq etmiş, yəni aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirmişdir. Bundan başqa, o, ictimai təhlükəli hərəkət etdiyini dərk edib, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görərək və bunun baş verməsini arzu edərək, dövlət xidmətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətləri və fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə qəsdən pozub, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mənafeyinə qəsd etməklə, həmin orqanın fəaliyyətini təhlükə altına almaqla və həmin orqanı nüfuzdan salaraq vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməklə, vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin qaydalarını pozmaqla, xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasını həyata keçirilməsi üzrə, yaxud təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz adına uydurmaqla və mənimsədiyi səlahiyyətlərdən çıxış etməklə, özbaşına özünü Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin Əməliyyat şöbəsinin rəisi, yəni vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, talama, yəni özgə əmlakını tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi niyyəti ilə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda, 6000 (altı min) manat müqabilində sonuncuya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti, 12 ünvanında yerləşən fərdi yaşayış evində əlavə tikinti işlərinin aparılmasına icazə və tikintiyə çıxarış sənədi alacağına inandırıb, 17 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında törədilən cinayət əməlindən xəbərsiz olan Şahid1 sükanı arxasında əyləşdiyi “Volkswagen" markalı, “**-CG-***" dövlət qeydiyyat nişanlı taksi kimi fəaliyyət göstərən avtomobilin salonunda Zərərçəkmiş şəxs1 4.500 (dörd min beş yüz) manat məbləğində pul alaraq, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, yəni aldatma yolu ilə əmlakını ələ keçirmişdir. Bundan başqa, o, ictimai təhlükəli hərəkət etdiyini dərk edib, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görərək və bunun baş verməsini arzu edərək, dövlət xidmətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətləri və fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə qəsdən pozub, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mənafeyinə qəsd etməklə, həmin orqanın fəaliyyətini təhlükə altına almaqla və həmin orqanı nüfuzdan salaraq vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməklə, vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin qaydalarını pozmaqla, xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasını həyata keçirilməsi üzrə, yaxud təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz adına uydurmaqla və mənimsədiyi səlahiyyətlərdən çıxış etməklə, özbaşına özünü Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin Əməliyyat şöbəsinin rəisi, yəni vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, talama, yəni özgə əmlakını tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi niyyəti ilə Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda, qohumunu FHN-də işə düzəldəcəyinə inandırıb, 10 iyun 2023-cü il tarixdə Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna-Şüvəlan şossesi 1000 ünvanında yerləşən “Duz-Çörək” adlı restoranda Zərərçəkmiş şəxs5 3.500 (üç min beş yüz) manat pul alaraq, təkrar dələduzluq etmiş, yəni aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirmişdir. Bundan başqa, o, ictimai təhlükəli hərəkət etdiyini dərk edib, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görərək və bunun baş verməsini arzu edərək, dövlət xidmətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətləri və fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə qəsdən pozub, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mənafeyinə qəsd etməklə, həmin orqanın fəaliyyətini təhlükə altına almaqla və həmin orqanı nüfuzdan salaraq vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməklə, vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin qaydalarını pozmaqla, xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasını həyata keçirilməsi üzrə, yaxud təşkilali-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz adına uydurmaqla və mənimsədiyi səlahiyyətlərdən çıxış etməklə, özbaşına özünü Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin Əməliyyat şöbəsinin rəisi, yəni vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, talama, yəni özgə əmlakını tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi niyyəti ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra hər hansı səlahiyyətə malik olmadığı halda, təxminən 3.000- 3.500 (üç min-üç min beş yüz) manat müqabilində sonuncuya məxsus ünvan 7 ünvanında yerləşən dörd tərəfi mişar daşı ilə hörülmüş 0.06 ha torpaq sahəsində qaraj tikintisinə icazə alacağına inandırıb, vahid niyyətlə 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalı" marketin yaxınlığında həmin pulun 1.500 (bir min beş yüz) manatını əlbəəl, həmin tarixdən etibarən isə müxtəlif vaxtlarda, sonuncu dəfə 24 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalı" marketin yaxınlığında 100 (bir yüz) manat olmaqla, hissə-hissə 1.760 (bir min yeddi yüz altmış) manatını bank kart hesabına köçürülməklə Zərərçəkmiş şəxs2 ümumi olaraq 3.260 (üç min iki yüz altmış) manat pul alıb, təkrar dələduzluq etmiş, yəni aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə dələduzluq əməllərində təqsirli bilərək, CM-nin 310-cu maddəsi ilə özünü təqsirli bilməyib hər hansı zərər çəkmiş şəxslərdən birinə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etməmişdir. Dələduzluq əməllərini ümumilikdə istintaq zamanı verdiyi ifadəsinə uyğun tam etiraf etsə də, ittihamda qeyd edildiyi kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 3.000 manat deyil, 2.500 manat məbləğində pul almış, eləcə də digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi bir dəfə 2.000 manat məbləğində pul almışdır. Məhkəmə iclasında qeyd edilənlərdən fərqli olaraq ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatdadır, evlidir, bi azyaşlı qız övladı var. Onun hər hansı bir şəxslə düşmənçilik və ədavəti yoxdur. Təxminən 2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində qulluğa qəbul olmuş, son vəzifəsi Fövqəladə Hallar Nazirliyininin Əməliyyat-İstintaq idarəsinin əməliyyat şöbəsinin rəisi vəzifəsi olmuş və kapitan rütbəsində xidmət etmişdir. 25 noyabr 2022-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ona məxsus olan xidməti vəsiqə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman təhvil alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmü ilə CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin vaxt məhkəmə zalında həbs edilmişdir. 2013-cü ildən 2022-ci ilin dekabr ayına kimi FHN-nin Əməliyyat-İstintaq İdarəsində müxtəlif vəzifələrdə, son illərdə isə əməliyyat şöbəsinin rəisi vəzifəsində kapitan rütbəsində xidmət etmiş, xx.xx.2022-ci ildə Xidməti Uyğunsuzluğa görə FHN-də tutduğu vəzifədən azad olunmuşdur. Zərərçəkmiş şəxs1 2022-ci ilin sentyabr-oktyabr aylarından tanımış, sonuncunun Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti, 12 ünvanda fərdi ev tikdirdiyini bildiyi üçün 2023-cü ilin may ayının təxminən 17-də, yəni artıq vəzifədə işləmədiyi dövrdə tanışı Şahid1 adlı şəxsin idarə etdiyi “Volkswagen" markalı, “**-CG-***" dövlət qeydiyyat nişanlı, ağ rəngli taksi avtomobili ilə həmin ünvana getmişdir. Seyyubla aralarında olan bir neçə dəqiqəlik söhbət zamanı Seyyuba təklif etmişdir ki, evinə mülkiyyət hüququ verən çıxarış ala bilər. Bunun üçün 2.400 manat pul və evin bir nəfər ailə üzvlərindən birinin adına sənədləşdirilməsi üçün ailə üzvlərindən bir nəfərin şəxsiyyət vəsiqəsinin surətinin ona verilməsini deməklə, Seyyubu vəd verdiyi işi başa çatdıracağına əmin etmişdir. Seyyub ona inanaraq anası X2 məxsus şəxsiyyət vəsiqəsinin surətini vermiş və həmin gün, ya da səhv etmirsə, bir-iki gün sonra Seyyubla Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası qarşısında görüşmüşlər. Həmin ünvana Şahid1 idarə etdiyi “Volkswagen” markalı, ağ rəngli taksi avtomobili ilə getmiş, Seyyub bir nəfər qohumu ilə özünün idarə etdiyi minik avtomobili ilə onunla görüşə gəlmiş, orada Pərvizin maşınının salonunda Seyyubun da qohumunun iştirakı ilə Seyyub ona danışdığı 2.400 manat pulu vermişdir. Həmin pulu aldıqdan sonra söz vermişdir ki, bir ay və ya ay yarım müddətində torpaq sahəsinə çıxarış alacaqdır. Aldığı pulları şəxsi məsrəflərinə və borclarına xərcləmişdir. Sonradan Seyyub ona zəng vurduqda, bir az səbr edib gözləməsini xahiş etmişdir. Bu kimi vədlərlə Seyyubu aldatmış və nəticədə Seyyubun zənglərinə cavab verməmişdir. Əməlindən peşmandır, zərər çəkmişin zərərini ödəməyə söz versə də, hazırda həbsdə olduğu üçün müəyyən çətinlikləri vardır, buna baxmayaraq anası, həyat yoldaşı və yaxın qohumlarının köməkliyi ilə Seyyubun 2.400 manat ziyanını qaytaracaqdır. Zərərçəkmiş şəxs1 aldığı 2.400 manatı qaytaracağına söz verib Seyyubu çox incitdiyi üçün istəmişdir ki, Seyyubu bu yolla razı salsın və ona görə də Seyyubun yazdığı 5.600 manat məbləği əvvəlki izahatında bilərəkdən etiraf etmişdir ki, ona aldığı 2400 manatın hissə-hissə qaytarılması üçün vaxt versin. Bundan başqa o, həmin məbləği etiraf etməklə işin bu qədər ciddi olacağı, barəsində cinayət işinin başlanacağını etimal etməmişdir. Düşünmüşdür ki, istintaqdan kənar Seyyubla öz aralarında danışıb ziyanın ödənməsi barədə razılıq əldə edə bilər. Lakin işin onun düşündüyü kimi olmadığını başa düşərək əsil həqiqəti etiraf etmiş və Seyyubdan 5.600 manat deyil, 2400 manat aldığını qeyd etməli olmuşdur. Şahid1la uzun müddət tanışlıq münasibətləri olduğundan sonuncu onun FHN-də işlədiyini bilmiş, amma onun işdən azad olunduğunu bilməmişdir. Taksi avtomobili idarə etdiyindən o da Pərvizin avtomobilindən istifadə etmişdir. Şahid1 onun Zərərçəkmiş şəxs1 aldadaraq həmin şəxsdən pul aldığını bilməmiş və heç vaxt da bu barədə məlumatı olmamışdır. Şahid1 onun yanında yalnız taksi sürücüsü kimi gedibgəlmiş və onun kimlərlə, hansı məqsədlərlə görüşüb-görüşməməyinə qarışmamışdır. Taksi xidmət haqqından başqa Şahid1 hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs1 onun FHN-də vəzifəli şəxs olaraq işlədiyini bilmiş, lakin işdən azad edildiyini bilməmişdir. Ona görə də onun FHN-də işlədiyindən xəbərinin olduğunu bildiyinə görə Seyyuba işdən azad olunduğunu deməmişdir ki, işdən azad edildiyini bilərsə, ona pul verməyəcəyini düşünmüşdür. Ona görə də pul aldığı dövrlərdə də işlə bağlı bəzi söhbətləri etmişdir ki, Seyyubun onun işdən çıxarıldığından xəbəri olmasın. Seyyubla Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası qarşısında görüşmüşlər. Həmin ünvana o, 17 may 2023-cü il tarixdə Şahid1 idarəetdiyi “Volkswagen” markalı, ağ rəngli taksi avtomobili ilə getmişdir. Seyyub bir nəfər qohumu ilə özünün idarə etdiyi minik avtomobili ilə onunla görüşə gəlmişdir. Orada Pərvizin maşınının salonunda Seyyubun da qohumunun iştirakı ilə Seyyub ona danışdığı 2.400 manat pulu vermişdir. Həmin vaxt Şahid1 sükan arxasında olmuş və ümumiyyətlə Pərvizin onun gördüyü işlərdən heç bir xəbəri olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, DSK-4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi Zərərçəkmiş şəxs4 məxsudur. Sonuncu həmin torpaq sahəsinin dörd bir tərəfini mişar daşı ilə hasara almışdır. Fazilə yaxınlaşıb özünü X8 Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin rəisi kimi təqdim etmişdir. Fazildən apardığı tikintini saxlamasını bildirmişdir. Fazil səbəbini soruşanda onun tikintiyə nəzarət etdiyini və Fövqaladə Hallar Nazirliyindən icazə almalı olduğunu deyib daha sonra Fazillə telefonla danışaraq tikinti üçün icazə aldığını demişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Fazildən 700 manat pul almış və Fazilə tikintiyə icazə verdiyini bildirmişdir. Fazil də tikintiyə davam etmişdir. Bir neçə gün sonra Fazillə əlaqə saxlamış, sonuncuya həmin torpaq sahəsini özəlləşdirmək üçün kömək edə biləcəyini bildirmişdir. Fazil ona inanıb razılaşmış, telefonla danışıqlarından 3 gün sonra Fazillə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Lemon" kafesinin yanında görüşmüşdür. xx.xx.2023-cü il tarixdə həmin görüş zamanı Fazil ona 8.000 manat pul vermişdir. Fazildən həmin torpaq sahəsinə aid olan bələdiyyə sənədinin surətini almışdır. Sonra Fazili müxtəlif bəhanələrlə aldadaraq verdiyi vədə əməl etməmişdir. Fazillə aralarında aparılan söhbətlər zamanı yanlarında hər hansı bir şəxs olmamışdır. Yəni Fazilin ona verdiyi pullara başqa şəxslər şahidlik etməmişdir. Üç il əvvəl Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivində özünə 2.5 sot boş torpaq sahəsi almışdır. 2023-cü ilin aprel ayının sonlarında Feyzi həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmək istəmişdir. Bu məqsəd ilə Feyzi həmin torpaq sahəsində təmizlik işləri və tikintiyə hazırlıq işləri görmüşdür. Həmin vaxt o, “Volkswagen" markalı, “Passat” modelli avtomobildən düşmüşdür. Özünü Feyziyə Təqsirləndirilən şəxs kimi təqdim edərək Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin rəisi işlədiyini bildirmişdir. Yanında olan şəxsin isə FHN-nin əməkdaşı və özünün sürücüsü kimi təqdim etmişdir. Feyzidən nə işlə məşğul olduğunu soruşmuşdur. Feyzi həmin həyətyanı sahədə özü üçün fərdi ev tikdiyini bildirmişdir. Feyziyə həyətyanı sahəsinin yüksək gərginlik naqillərinin keçdiyi yerə yaxın olduğunu və həmin ərazidə ev tikməyin qadağan olduğunu bildirmişdir. O, Feyzidən evin tikilməsinə icazə almaqdan ötrü 3.000 manat pul istəmişdir. Feyzi də onunla razılaşmışdır. 2023-cü ilin may ayının əvvəllərində Feyzi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində həyatyanı sahəsində ona ev tikməyə icazə verilməsi üçün 3.000 manat pul vermişdir. Feyzidən pulu alandan sonra tikinti işlərinə başlamasına icazə verdiyini bildirmişdir. Feyzi onun sözündən sonra evi tikməyə başlamışdır. Evin bünövrəsini qoymuşdur. Bünövrənin üstündən tikinti işləri aparan zaman Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları Feyzinin həyatyanı sahəsinə gəlmişlər. İcra hakimiyyətinin əməkdaşları tikilməkdə olan fərdi evini sökmüşlər. Feyzi onunla əlaqə saxlamışdır. Feyziyə yalandan vəd verərək ev tikmək üçün icazəni alacağını bildirmişdir. Lakin sonradan aldığı pulu geri qaytara bilməmişdir. 2023-cü ilin may ayının ilk 10 günündə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində özünə fərdi ev tikməkdən ötrü ona 3.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 ilə aralarında aparılan söhbətlər zamanı yanlarında hər hansı bir şəxs olmamışdır. Yəni ona verdiyi pullara başqa şəxslər şahidlik etməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar yaşayış massivi 10 A ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin torpaq sahəsinin dörd bir tərəfi mişar daşı ilə hasara alınmışdır. Həmin torpaq sahəsində 2 fərdi ev vardır. Ramin həmin torpaq sahəsində maşın saxlamaq üçün qaraj tikmək istəmişdir, lakin tikinti yarımçıq qalmışdır. Təxminən 2023-cü ilin sentyabr ayının 30-da Ramin evdə olarkən evə yaxınlaşıb Ramini küçəyə çağırmışdır. Ramin küçəyə çıxarkən özünü Təqsirləndirilən şəxs adlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. X9 Nazirliyində tikintidə təhlükəsizliyə nəzarət idarəsinin əməkdaşı olduğunu bildirmişdir. Raminə həyətdə aparılmış yarımçıq tikili olan qarajın təhlükəli olduğunu və həmin tikintinin sökülməsinin vacibliyini demişdir. Daha sonra əgər tikintinin sökülməməsini istədiyi təqdirdə işi yoluna qoya biləcəyini və buna görə ərazi İcra Hakimiyyətindən razılıq ala biləcəyini demişdir. Onun Raminə vəsiqə göstərməsindən, tikinti haqqında məlumatlarının olmasından və s. hərəkətlərindən Ramin onun ciddi adam olduğu qənaətinə gəlmiş və ona işini danışmasına razılıq vermişdir. Həmin vaxt mobil telefonu vasitəsilə guya başqa şəxslə danışmış və zəngi bitirərək Ramindən bu işlərin yoluna qoyulmasının xərci kimi 5.000 (beş min) manat pul istəmişdir. Həmin pul məbləğinə gücü çatmadığı üçün Ramin ona o qədər pulunun olmadığını demişdir. Yenə də mobil telefonda guya kiminləsə danışıb Raminə yaxınlaşaraq 3000 (üç min) manat istəmişdir. Ramin fikirləşmişdir ki, o sənədi topla, bu sənədi topla, ora dövlət rüsumu ver, bura dövlət rüsumu ver, elə təxminən həmin xərci çıxacaq, işini düzəldən adam da özü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, işi-qanunları daha yaxşı bilir. Ona görə də onunla razılaşmış və Ramin ona elə həmin gün 1500 (bir min beş yüz) manat vermişdir. Həmin vaxtdan təxminən 2-3 gün sonra Raminə zəng edərək guya İcra Hakimiyyətindən razılıq aldığını, lakin torpağın “SOCAR” şirkətinin ərazi torpaqlarına aid olduğunu, buna görə “SOCAR”-dan da icazə almalı olduğunu demiş və bu məqsədlə ondan əlavə 500 (beş yüz) manat pul istəmişdir. Ramin ondan bir az aşağı məbləğ istəməsini xahiş etmişdir. O da Ramindən 300 (üç yüz) manat pul istəmiş və Ramin həmin məbləği ona vermişdir. Ramin daha sonra bir ay içərisində ayrı-ayrı vaxtlarda ona verməli olduğu 1500 manat puldan da 1400 (bir min dörd yüz) manat da vermişdir. Ona söz verdiyi puldan cəmi 100 (bir yüz) manat pulu ona verə bilməmişdir. Daha sonra o, həmin 100 manatı istədiyində Ramin ona 60 (altmış) manat göndərmiş. Ramin, yəni ümumilikdə ona 3260 (üç min iki yüz altmış) manat pul vermişdir. Bundan sonar hər dəfə vaxtı uzadaraq Raminə tikintini nə vaxt davam etdirəcəyi zamanı bildirəcəyini demiş, lakin müsbət cavab verməmişdir və yaxud da bəzən zəng edib demişdir ki, “tikintini başla”, daha sonra heç bir gün keçməmiş zəng edib demişdir ki, “tikintini saxla, ərazidə yoxlama var”. Bu minvalla Ramin tikintini artırmışdır. Bundan sonra Sabunçu rayon İcra Hakimiyyətinin tanımadığı əməkdaşları gələrək tikinti aparılmasının səbəbini soruşduqda, Ramin icra hakimiyyətinin əməkdaşlarına onun adını verərək icazə aldığını bildirmişdir. İcra Hakimiyyətinin əməkdaşları Raminə elə bir şəxsi tanımadıqlarını, dərhal tikintini dayandırınasını bildirmişlər. Ramin tikintini dayandırmış və az müddət sonra onun Ramini aldatdığını, tikinti ilə bağlı hər hansı bir şəxsdən icazə almadığını bilmişdir. Ona görə də Ramin onunla görüşərək pulunu geri qaytarmasını xahiş etmişdir. Təxminən 22 dekabr 2023-cü il tarixdə Raminə 2200 (bir min iki yüz) manat pulunu geri qaytarmışdır və demişdir ki, “qalan pulu da iki-üç günə qaytaracağam”. həmçinin Raminə demişdir ki, “mən sənin tikintinə icazə alacam və həmin sənə verdiyim pulu geri qaytararsan”. Həmin söhbətdən bir gün sonra o, Raminə zəng edərək həmin puldan 100 manat pulu geri qaytarmasını xahiş etmişdir. Ramin də ona 100 manat geri qaytarmışdır. Ramin həmin söhbətdən təxminən bir neçə gün sonra onu axtardığı vaxt öyrənmişdir ki, o, həbs olunmuşdur. Həmin vaxtlar Ramin bilmişdir ki, o, Ramini aldatmış və hər şeyi, yəni tikintiyə icazə alacağını. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu və bu kimi şeyləri yalan demişdir. Beləliklə, o, Raminə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi qələmə verib, tikintiyə icazə alacağı vədi ilə Ramini aldadıb sonuncunun ümumilikdə 3000 (üç min) manat pulunu ələ keçirərək Raminə qarşı dələduzluq etmişdir. Ramin ona verdiyi həmin pulların hamısını Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Albalı” marketin ərazisindən göndərmişdir. Raminlə aralarında aparılan söhbətlər zamanı yanlarında hər hansı bir şəxs olmamışdır. Yəni ona göndərdiyi pullara başqa şəxslər şahidlik etməmişdir. Təxminən 1 il əvvəl Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və fəaliyyət göstərən “Duz-Çörək” restoranında inzibatçı işləmişdir. Həmin restoranın daimi müştərisi olduğundan həmin vaxt Vasillə tanış olmuş, o, özünü X10 Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin əməliyyat şöbəsinin rəisi kimi təqdim etmişdir. Lakin o, Vasifə heç bir xidməti vəsiqə göstərməmişdir. Vasifə yalan olaraq Fövqəladə Hallar Nazirliyinə işə adam düzəldə bildiyini bildirmişdir. Vasif də ondan tanışını işə düzəltməsini xahiş etmiş və bu barədə ona demişdir. Vasifdən həmin şəxsin notariusda təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini və bundan başqa yaşayış yerindən arayış, xasiyyətnamə və sağlamlıq haqqında arayış istəmişdir. Vasif onun dediyi bütün sənədləri ona vermiş, bir müddət sonra Vasifə işə qəbul üçün blank vermiş və demişdir ki, həmin blank doldurulmalıdır. Bundan başqa o, Vasifə tərcümeyi-halın nümunəsini vermişdir. İşə qəbul üçün Vasifdən “Duz-Çörək” restoranında ümumilikdə 3500 manat pul almışdır. Pulu alandan bir ay sonra Vasifin pulunu geri qaytarmışdır. Hazırda Vasifin ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna-Şüvəlan şossesi 1000 ünvanında yerləşən “Duz- Çörək” restoranında ona 3500 manat pul vermişdir. Vasifin tanışı Elsəvərin qohumunu Fövqəladə Hallar Nazirliyin yanğından mühafizə xidmətinə düzəldəcəyi vədini vermişdir. Lakin Vasifin pulunun hamısını geri qaytarmışdır. Bu səbəbdən Vasifin ondan heç bir şikayət və tələbi yoxdur. Vasifə aralarında aparılan söhbətlər zamanı yanlarında hər hansı bir şəxs olmamışdır. Yəni Vasifin ona verdiyi pullara başqa şəxslər şahidlik etməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ümumilikdə istintaq zamanı dediklərini təsdiq edərək yalnız təqsirləndirilən şəxsə verilən məbləğin 5.600 (beş min altı yüz) manat deyil, həmin məbləği iki dəfəyə, birinci dəfə 2.000 manat, ikinci dəfə isə 2.500 manat olmaqla, cəmi 4.500 (dörd min beş yüz) manat verdiyini vurğulamış, hazırda ona dəyən zərərin ödənilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı isə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti 12 ünvanında ailə üzvləriylə birlikdə yaşayır. Rəsmi olaraq işləmir və evlidir. Əvvəllər məhkumluğu olmamışdır. Hər hansı bir şəxslə aralarında düşmənçilik və ədavət yoxdur. O cümlədən Təqsirləndirilən şəxs ilə də aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti 12 ünvamndakı fərdi torpaq sahəsində qaldığı evin damında dəyişiklik edib mansar tikdirirmiş. İşi olduğu üçün ustaları iş başında qoyub getmişdir. Həmin gün, hazırda mobil nömrəsini unutduğu ustalardan biri ona zəng edərək FHN əməkdaşlarının gələrək tikintini dayandırdıqlarını bildirmişlər. Dərhal həmin ünvana qayıtmış və orada iki nəfər şəxsin, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs və Şahid1 adlı sürücünün **-CG-*** dövlət qeydiyyat nişanlı “Wolksvagen” markalı avtomobillə gəldiklərini görmüşdür. Sonuncuların kim olduqları ilə maraqlandıqda özünü Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin rəisi kimi təqdim edən, hətta xidməti vəsiqəsini göstərən Təqsirləndirilən şəxs tikintinin dayandırılmasını və əks halda nümayəndələr çağırıb damı sökdürəcəyini bildirmişdir. 2023-cü ilin 16 may tarixində Asim ona yaxınlaşaraq demişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti 12 ünvandakı torpaq sahəsinə-evinə çıxarış (qeydiyyat şəhadətnaməsi) ala bilməsi üçün özünün işlədiyi Fövqəladə Hallar Nazirliyindən sənəd verə bilər, həm də Ərazinin Əmlak Komitəsi şöbəsindən əmlaka dair çıxarış ala bilər, həmin sənədləri əldə etmək üçün 6000 (altı min) manat pul və ailə üzvlərindən birinin şəxsiyyət vəsiqəsinin surətini Asimə versin ki, evin çıxarış sənədini həmin ailə üzvünün adına sənədləşdirsin. Bu məbləğə imkanı olmadığından Asimə təklif etmişdir ki, ilkin olaraq Asimə 3.600 manat pul versin və ikinci etapda qalanını verər. Lakin Asim buna razı olmamış və guya həmin məbləğin hamısını rəsmi olaraq dövlət hesabına köçürəcəyini, ona qanuni çıxarış alacağını demişdir. Asimə inanıb, evinə çıxarış alınması üçün yekun razılaşdığı 5600 manat pulu borc alıb, ertəsi gün, yəni 17 may 2023-cü il tarixdə Asimlə Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında görüşmüşdür. Asim Şahid1 idarə etdiyi **-CG-*** dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillə gəlmişdir. Həmin avtomobilin sürücüsünün taksi fəaliyyəti ilə məşğul olduğunu bilməmişdir. Ayaqüstü Asimlə söhbət etmiş, yanında qohumu Niyazi də olmuşdur, söhbətlərə şahid olmuşdur. Pərviz də yanlarında olmuş, danışılanları eşitmişdir. Daha sonra Pərviz sürücü yerinə oturmuşdur. Avtomaşının içərisində pulu sayaraq Asimə vermişdir. Asim də söz vermişdir ki, 2 aya evə çıxarış veriləcəkdir. Həmin gün axşam Asimlə danışdıqda sonuncu pulu aidiyyəti şəxslərə çatdırdığını, narahat olmamasını demişdir. Lakin üstündən 2 aydan çox keçsə də, çıxarış üçün hər hansı hərəkət görülməmiş, nəticədə çıxarış ala bilməmişdir. Asimə zəng etdikdə telefonunu söndürür, gah da müxtəlif bəhanələr gətirərək veriləcəyini demişdir. Lakin bunlar hamısı yalan olmuşdur, evi gəlib ölçdüklərini də demişdir, belə hal isə olmamışdır. Həmin puldan lOOO(min) manat da guya özünə şirinlik götürmüşdür. Sonra isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Aldadıldığını başa düşüb bu barədə şikayət elməli olmuşdur. DİN-nin “102” xidmətinə zəng edərkən 3.600 manat deyil, 4.600 manat demiş və ola bilsin ki, onu doğru eşitməmiş və məbləği 4.600 manat deyil. 3.600 manat olaraq qeydə almışlar. Şikayət edərkən isə ərizəsində Asimin şirinlik adı ilə aldığı 1.000 manatı deyil. 4.600 manatı göstərməli olmuşdur. Çünki şikayət etməzdən əvvəl Asim ona vədlər verib demişdir ki, 4600 manatı guya Dövlət Əmlak Komitəsinin büdcəsinə rəsmi olaraq köçürüb, qalan 1.000 manatı özünə şirinlik kimi götürüb. Özünə qalan 1.000 manatı tezliklə qaytaracağını, onun adını tutmamasım dediyi üçün şikayət edərkən o hələ də Asimə inanmışdır ki, 1.000 manat Asimdədir və həmin pulu özü qaytaracaqdır, ancaq 4.600 manat isə deməsinə görə büdcəyə köçürüb. Fikirləşmişdir ki, 4.600 manatı Asimin dediyi doğrudursa, rəsmi köçürüldüyü halda həmin sənədə uyğun məbləği göstərməlidir. Sonra başa düşmüşdür ki, bunlar hamısı bəhanə və aldatma üsuludur. Hazırda hadisəni olduğu kimi göstərir və Asim ondan bir dəfəyə 5600(beş min altı yüz) manat pul almışdır. Onun fikri Təqsirləndirilən şəxs rüşvət vermək və ya Təqsirləndirilən şəxs kiməsə rüşvət verməsi üçün pul vermək olmamışdır. Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu düşünüb rüsumların dediyi kimi olduğunu fikirləşib pul vermişdir. Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinə çıxarış alınması üçün 5600 AZN pulu Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında vermişdir. Başa düşmüşdür ki, məbləği nə qədər az desə Asimə xeyirdir, ona görə azaltmışdır. O. Asimə tam şəkildə 5,600.00 AZN pulu borc alıb qohumu Niyazi Rüstəmovun yanında vermişdir. Asim özünü ilk dəfə 2022-ci ilin sentyabr-oktyabr aylarında Fövqaladə Hallar Nazirliyinin göy rəngli vəsiqəsini göstərərək Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin rəisi kimi təqdim etmişdir. 2023-cü ilin may ayında da həmin vəsiqəni göstərib oranın rəisi olduğuna onu inandırıb və o. Asimə ona görə pul vermişdir. Əks halda Asimə heç vaxt pul verməzmiş. Asim 2 dəfə onun evinə yaxınlaşıb, ikisində də avtomobili sürən Pərviz olmuşdur. Pul məsələləri də Pərvizin yanında danışılıb və pul verilərkən də orada olmuşdur. X13 əlbir olub-olmaması barədə fikri yoxdur. Pərvizdən hər hansı şikayəti yoxdur. Onun tərəfindən Təqsirləndirilən şəxs verilmiş pul məbləğindən hər hansı bir hissəsi geri qaytarılmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ümumilikdə istintaq zamanı dediklərini təsdiq edərək yalnız təqsirləndirilən şəxsə verilən məbləğin 3.000 (üç min) manat deyil, 2.500 manat olmasını vurğulamış, hazırda ona dəyən zərərin ödənilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı isə Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri,. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailə üzvlərimlə birlikdə yaşayır. Hazırda “X17” QSC-də nəzarətçi olaraq fəaliyyət göstərir. Hər hansı bir şəxslə arasında düşmənçilik və ədavət yoxdur. O cümlədən Təqsirləndirilən şəxs ilə də aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır. İfadə vermək iqtidarındadır. Əvvəlki ifadəsini təsdiq edir. Lakin həmin ifadəsində təxmini olaraq 3000 (üç min) manat qeyd etsə də, ərizəsində 2 900 (iki min doqquz yüz) manat qeyd olunmuşdur. Ərizəni yazdığı vaxt 3000 puldan 100 (bir yüz) manatını Asimə bağışladığı üçün ərizədə 2.900 manat qeyd etmişdir. Təxminən 3 il bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivində özünə 2.5 sot boş torpaq sahəsi almış, 2023-cü ilin aprel ayının sonlarında o, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmək istəmişdir. Bu məqsəd ilə o. həmin torpaq sahəsində təmizlik işləri və tikintiyə hazırlıq işləri görmüşdür. Həmin vaxt bir nəfər mülki geyimdə olan əvvəllər tanımadığı şəxs ağ rəngli “Volkswagen" markalı “Passat" modelli avtomobildən düşmüş, həmin avtomobili isə başqa bir şəxs idarə etmişdir. Özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin rəisi kimi təqdim etmişdir. Yanında olan, yəni avtomaşında oturan şəxsin isə FHN-nin əməkdaşı və özünün sürücüsü kimi təqdim etmişdir. Ondan nə işlə məşğul olduğunu soruşmuş, o həmin həyətyanı sahədə özü üçün fərdi ev tikdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun həyətyanı sahəsinin yüksək gərginlik naqillərinin keçdiyi yerə yaxın olduğunu və həmin ərazidə ev tikməyin qadağan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan evin tikilməsinə icazə almaqdan ötrü təxminən 3.000(üç min) manat pul istəmişdir. O da Asimlə razılaşmışdır. 2023-cü ilin may ayının əvvəllərində o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. Savalan yeni yaşayış massivində həyətyanı sahəsində Təqsirləndirilən şəxs ev tikməyə icazə verilməsi üçün 3000(üç min) manat pul vermişdir. Ondan pulu alandan sonra tikinti işlərinə başlamasına guya icazə verdiyini bildirmişdir. O, Asimin sözündən sonra evi tikməyə başlamışdır. Evin bünövrəsini qoymuşdur. Bünövrənin üstündən tikinti işləri aparan zaman Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları onun həyətyanı sahəsinə gəlmişlər. İcra hakimiyyətinin əməkdaşları tikilməkdə olan fərdi evini sökmüşlər. Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Asim ona yalandan vəd verərək ev tikmək üçün icazəni alacağını bildirmişdir. Lakin sonradan Asimlə əlaqə saxlaya bilməmişdir. Başa düşmüşdür ki. Təqsirləndirilən şəxs ondan pulu alaraq dələduzluq etmişdir. Onun fikri Təqsirləndirilən şəxs rüşvət vermək və ya Təqsirləndirilən şəxs kimsəsə rüşvət verməsi üçün pul vermək olmamışdır. Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu düşünüb rüsumların dediyi kimi olduğunu fikirləşib pul vermişdir. Zərərçəkmiş şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin may ayının ilk 10 günündə o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində özünə fərdi ev tikməkdən ötrü Təqsirləndirilən şəxs 3000 (üç min) manat pul vermişdir. Təqsirləndirilən şəxslə aralarında aparılan söhbətlər zamanı yanlarında hər hansı bir şəxs olmamışdır. Yəni Təqsirləndirilən şəxs verdiyi pullara başqa şəxslər şahidlik etməmişdir. Təqsirləndirilən şəxs birinci dəfə onun yaşadığı həyətyanı sahəyə gələn zaman ona Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin rəisi olması ilə bağlı göy rəngli xidməti vəsiqə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailə üzvləriylə birlikdə yaşayır, evlidir, əvvəllər məhkumluğu olmamışdır. Hər hansı bir şəxslə aralarında düşmənçilik və ədavət yoxdur. O cümlədən Təqsirləndirilən şəxs ilə də arasında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, DSK-4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi ona məxsudur. Həmin torpaq sahəsinin 4 bir tərəfini mişar daşı ilə hasara almışdır. Həmin vaxt bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşmışdır. Həmin şəxs özünü ona Fövqaladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin Əməliyyat Şöbəsinin rəisi kimi təqdim etmişdir. Ondan apardığı tikintini saxlamasını tələb etmişdir. Səbəbini soruşanda Təqsirləndirilən şəxs ona tikintiyə nəzarət etdiyini və onun Fövqaladə Hallar Nazirliyindən icazə almalı olduğunu bildirmişdir. Daha sonra Asim telefonla guya kiminləsə danışmışdır. Ona tikinti üçün guya icazə aldığını demişdir. Həmin gün Təqsirləndirilən şəxs ondan 1000 manat istəməsinə baxmayaraq, ondan 700 (yeddi yüz) manat pul almışdır və ona guya tikintiyə icazə vermişdir. O, tikintiyə davam etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlamışdır. Ona həmin torpaq sahəsini özəlləşdirmək üçün kömək edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilk görüşdüyü vaxt Fövqəladə Hallar Nazirliyinin xüsusi geyimində olduğundan və ona göy rəngli xidməti vəsiqəsini göstərdiyindən inanıb Asimlə razılaşmışdır. Telefonla danışıqlarından 3 gün sonra Asimlə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Lemon” kafesinin yanında görüşmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs 8.000 (səkkiz min) manat pul vermişdir. Asim ondan həmin torpaq sahəsinə aid olan bələdiyyə sənədinin surətini almışdır. Sonra Asim müxtəlif bəhanələrlə onu aldadaraq verdiyi vədə əməl etməmiş və bilmişdir ki. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ümumilikdə 8700 (səkkiz min yeddi yüz) manat almışdır. Onun fikri Təqsirləndirilən şəxs rüşvət vermək və ya Təqsirləndirilən şəxs kiməsə rüşvət verməsi üçün pul vermək olmamışdır. Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu düşünüb rüsumların dediyi kimi olduğunu fikirləşib pul vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs4 bildirmişdir, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 700 manat, xx.xx.2023-cü il tarixdə isə 8.000 manat pul vermişdir. Təqsirləndirilən şəxslə aralarında aparılan söhbətlər zamanı yanlarında hər hansı bir şəxs olmamışdır. Yəni Təqsirləndirilən şəxs verdiyi pullara başqa şəxslər şahidlik etməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 qeyd etmişdir ki, ünvan 14 ünvanında ailə üzvlərimlə birlikdə yaşayır, evlidir, əvvəllər məhkumluğu olmamışdır. Hər hansı bir şəxslə arasında düşmənçilik və ədavət yoxdur. O cümlədən Təqsirləndirilən şəxs ilə də arasında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və fəaliyyət göstərən ‘‘Duz-Çörək" restoranında inzibatçı işləmişdir. Həmin restoranın daimi müştərisi olan Təqsirləndirilən şəxs ilə həmin vaxt tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü ona Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin əməliyyat şöbəsinin rəisi kimi təqdim etmişdir. Lakin Asim ona heç bir xidməti vəsiqə göstərməmişdir. Asim ona Fövqəladə Hallar Nazirliyinə işə adam düzəldə bildiyini bildirmişdir. Həmin vaxt onun tanışı olan Elsəvərin qohumu işə düzəlmək istəmişdir. O da bu barədə Təqsirləndirilən şəxs demişdir. Asim ondan həmin şəxsin notariusda təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini və bundan başqa yaşayış yerindən arayış, xasiyyətnamə və sağlamlıq haqqında arayış istəmişdir. Təqsirləndirilən şəxs dediyi bütün sənədləri sonuncuya vermişdir. Bir müddət sonra Asim ona işə qəbul üçün blank vermiş və demişdir ki, həmin blank doldurulmalıdır. Bundan başqa Asim ona tərcümeyihalın nümunəsini vermişdir. İşə qəbul üçün Təqsirləndirilən şəxs ondan 7000 (yeddi min) pul istəmişdir. Lakin 3500 (üç min beş yüz) pul olacağını demişdir. Asim də ona demişdir ki. qalan 3500 manat pulu da iş prosesində söhbət edərlər. Beləliklə Asim Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Duz-Çörək" restoranında ondan 3.500 manat pul almışdır. Daha sonra X11 Nazirliyinin əməkdaşı olmadığını öyrənmiş və onu aldadaraq 3500 manat pul aldığını bilmişdir. Ona görə də Asimdən verdiyi pulu geri istəmişdir. Asim də təxminən pulu verdiyi vaxtdan bir ay sonra tam şəkildə verdiyi pulu, yəni 3500 manat pulu ona geri qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onun fikri Təqsirləndirilən şəxs rüşvət vermək və ya Təqsirləndirilən şəxs kiməsə rüşvət verməsi üçün pul vermək olmamışdır. Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu düşünüb rüsumların dediyi kimi olduğunu fikirləşib pul vermişdir. Məhkəməyə ünvanladığı teleqramda Zərərçəkmiş şəxs5 təqsirlədirilən şəxsə qarşı şikayətinin olmadığı, ona dəymiş ziyanın tam ödənilməsini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Xanlar” yaşayış massivi 10 A, nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" QSC-də çilingər olaraq fəaliyyət göstərir. Hər hansı bir şəxslə aralarında düşmənçilik və ədavət yoxdur. O cümlədən Təqsirləndirilən şəxs ilə də aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, 10A ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsinin dörd bir tərəfi mişar daşı ilə hasara alınmışdır. Həmin torpaq sahəsində 2 fərdi ev vardır. Həmin torpaq sahəsində maşın saxlamaq üçün qaraj tikmək istəmişdir, lakin tikinti yarımçıq qalmışdır. Təxminən 2023-cü ilin sentyabr ayının 30-da evdə olarkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs evə yaxınlaşıb onu küçəyə çağırmışdır. Küçəyə çıxarkən həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edib cibindən xidməti vəsiqə çıxararaq Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. Xidməti vəsiqədə Fövqəladə Hallar Nazirliyi və Təqsirləndirilən şəxs sözlərinin yazıldığını görsə də, konkret olaraq iş yeri və ya başqa məlumatları diqqət yetirmədiyi üçün görə bilməmişdir. Xidməti vəsiqə iki tərəfli (arxa hissəön hissə) olmaqla plastik karta bənzəmişdir. Asim ona Fövqəladə Hallar Nazirliyində tikintidə təhlükəsizliyə nəzarət idarəsinin əməkdaşı olduğunu bildirmişdir. Asim ona həyətdə aparılmış yarımçıq tikili olan qarajın təhlükəli olduğunu və həmin tikintinin sökülməsinin vacibliyini demişdir. Daha sonra əgər tikintinin sökülməməsini istədiyi təqdirdə işi yoluna qoya biləcəyini və buna görə ərazi İcra Hakimiyyətindən razılıq ala biləcəyini demişdir. Həmin şəxsin ona vəsiqə göstərməsindən, tikinti haqqında məlumatlarının olmasından və s. hərəkətlərindən Asimin ciddi adam olduğu qənaətinə gəlmiş və Asimə işini danışmasına razılıq vermişdir. Asim elə həmin vaxt kiminləsə öz mobil telefonu vasitəsilə guya danışmışdır və zəngi bitirərək yanına gəlmiş və ondan 5000 (beş min) manat pul istəmişdir ki, bu işlərin yoluna qoyulmasının xərcidir. Həmin pul məbləğinə gücü çatmadığı üçün Asimə o qədər pulunun olmadığını demişdir. Asim yenə də mobil telefonda kiminləsə guya danışmış və yenidən ona yaxınlaşaraq 3000 (üç min) manat istəmişdir. O, fikirləşmişdir ki, “o sənədi topla, bu sənədi topla, ora dövlət rüsumu ver. bura dövlət rüsumu ver, elə təxminən həmin xərcim çıxacaq, işimi düzəldən adam da özü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, işi-qanunları məndən daha yaxşı bilir, bununla razılaşım, bitsin hər şey” Ona görə də Təqsirləndirilən şəxslə razılaşmış və Asimə elə həmin gün Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsi ərazisində yerləşən “Albalı” marketin qarşısında 1500 (bir min beş yüz) manat pulu əlbəəl vermişdir. Daha sonra bir ay içərisində ayrı-ayrı vaxtlarda Asimə 1760(bir min yeddi yüz altmış) manat pulu köçürmə aparatı vasitəsilə Asimin bankomat kartına göndərmişdir. Yəni ümumilikdə Asimə 3.260 (üç min iki yüz altmış) manat pul vermişdir. Bundan sonra Asim hər dəfə vaxtı uzadaraq ona tikintini nə vaxt davam etdirəcəyi zamanı bildirəcəyini demiş, lakin müsbət cavab verməmiş və yaxud da bəzən zəng edib demişdir ki, “tikintini başla”, daha sonra heç bir gün keçməmiş zəng edib demişdir ki, “tikintini saxla, ərazidə yoxlama var”. Bu minvalla tikintini artırmışdır. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyətinin tanımadığı əməkdaşları gələrək tikinti aparılmasının səbəbini soruşduqda, o, Təqsirləndirilən şəxs adlı dövlət məmurunun icazə aldığını bildirmişdir. İcra Hakimiyyətinin əməkdaşları ona da bir şəxsi tanımadıqlarını, dərhal tikintini dayandırmağını bildirmişlər. O, tikintini dayandırmış və az müddət sonra Təqsirləndirilən şəxs onu aldatdığını, tikintiylə bağlı hər hansı bir şəxsdən icazə almadığını bilmişdir. Ona görə də Təqsirləndirilən şəxslə görüşərək pulunu geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona pulundan 2200 (bir min iki yüz) manat hissəsini geri qaytarmış və demişdir ki, qalan pulu da iki-üç günə qaytaracaqdır. Daha sonra Təqsirləndirilən şəxs axtardığı vaxt öyrənmişdir ki, Asim həbs olunmuşdur. Həmin vaxtlar bilmişdir ki, Asim onu aldadıbmış və hər şeyi, yəni tikintiyə icazə alacağını. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu və bu kimi şeyləri yalan deyibmiş. Beləliklə, Təqsirləndirilən şəxs ona özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi qələmə verib, tikintiyə icazə alacağı vədi ilə onu aldadıb ondan ümumilikdə 3260 (üç min iki yüz altmış) manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həm əlbəəl verdiyi pulu, həm də köçürmə aparatı vasitəsilə göndərdiyi pulu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Albalı” marketin ərazisində həyata keçirmişdir. Onun fikri Təqsirləndirilən şəxs rüşvət vermək və ya Təqsirləndirilən şəxs kiməsə rüşvət verməsi üçün pul vermək olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Sonuncu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qonşu olmuşdur. “Volkswagen-Passat” markalı, “**-CG-***” dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili 2022-ci ilin əvvəllərindən fərdi taksi kimi istifadə edir. “Bolt" və “Uber" taksi şirkətləri ilə birgə işləyir. 2022-ci ilin noyabr ayında təsadüfən Mərdəkan qəsəbəsində Asimin sifarişi əsasında sonuncunun dediyi ünvana gəlmiş və Asim maşına əyləşəndə qonşu olduğunu və uzun müddət tanıdığı şəxs olduğunu bilmişdir. Qarşılıqlı olaraq nə iş gördüyü barədə soruşduqda Asimə taksi fəaliyyətilə məşğul olduğunu demiş. Asim isə FHN-nin Əməliyyat İstintaq İdarəsində əməliyyat şöbəsinin rəisi vəzifəsində kapitan rütbəsində xidmət etdiyini bildirmişdir. Yolda gedərkən Asim ona danışmışdır ki, özünün şəxsi sürücüsü var, türkiyə vətəndaşıdır, maşın isə “Land Cruzer” markalıdır, özü Mərdəkanda, sürücüsü isə şəhərdə yaşadığından hər dəfə sürücüsünü Mərdəkana gətirmək istəmir və bundan sonra onunla əlaqə saxlayacaq və istənilən yerə onu dəvət edəcəkdir. O da Asimin təklifi ilə razılaşmış və mobil nömrəsini də Asimə vermişdir. Taksi pulunu verib işinə getmişdir. Demək olar ki, həmin vaxtdan Asimin özü və ailə üzvlərinin şəxsi sürücüsü olmuşdur. Gün ərzində özünün, ailə, uşaqlarının sifarişlərini yerinə yetirmişdir. Asim hər dəfə avtomobilin salonunda olanda telefonda guya FHN-nin işlədiyi xidmətin rəhbərliyi və əməkdaşları ilə danışdığını, işçilərinə göstəriş verdiyini və özünün də göstəriş aldığından danışmışdır. 2023-cü ilin may ayının ortalarında Asim ona zəng edərək sonuncunu ünvan 16 ünvanına aparmasını istəmişdir. Asimi həmin ünvana aparmış, orada Asim düşüb darvazadan həyət evinə daxil olmuş, o isə bir kənarda dayanıb Asimi gözləmişdir. Az sonra bir nəfər sonradan adı məlum olan Seyyub adlı ev sahibi gələrək içəri daxil olmuş, Asim Seyyuba vəsiqə göstərib FHN-dən gəldiyini və tikintini, dam örtüyünün vurulmasının dayandırılmasını tələb etmişdir. Seyyub adlı şəxslə danışdıqdan sonra qayıdıb maşında oturmuş və demişdir ki, ev sahibi ilə Yasamal rayonu “Elmlər Akademiyası" qarşısında görüşəcəkdir. Asimin sifarişi ilə həmin ünvana sürmüş və müəyyən vaxt gözlədikdən sonra Seyyub adlı ev sahibi başqa bir nəfər cavan oğlanla markasına diqqət yetirmədiyi avtomobillə gəlmişlər. Asim danışmışdır ki, Seyyub adlı şəxsin evinə çıxarış alacağına söz vermişdir və bununla bağlı Seyyub görüşə gəlmişdir. Asim əlində hansısa sənədlə yerə düşüb Seyyuba göstərmiş və Seyyubla danışdıqdan sonra yağış yağdığını deməklə yaxınlaşıb maşının arxa salonuna Seyyubla əyləşmişlər. Arxa salonda Seyyub hansısa məbləğdə pul sayıb Asimə vermişdir. Asim pulları qəbul etdikdən sonra Seyyuba söz vermişdir ki, yaxın vaxtlarda evinin sənədlərini həll edib verəcəkdir. Asim pulu aldıqdan sonra Seyyub və sonuncunun yanındakı oğlan kənarlaşıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Asim Seyyubu aldatmış və sonuncu Asimdən Yasamal RPİ-nə şikayət etmişdir. Seyyub adlı şəxsdən hansı məbləğdə pul aldığını bilməsə də, həmin pulu alarkən özünü FHN-nin əməkdaşı kimi vəsiqə göstərib təqdim etdiyini təsdiq etmişdir. Eyni zamanda Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanımır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə aralarındakı münasibət barədə hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Raminə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi qələmə verib, tikintiyə icazə alacağı vədi ilə Ramini aldadıb sonuncunun ümumilikdə 3000 (üç min) manat pulunu ələ keçirərək Raminə qarşı dələduzluq etməsi barədə hər hansı bir məlumatı yoxdur. Bu hadisənin şahidi olmamış və bu barədə hər hansı bir şəxsdən bir məlumat eşitməmişdir. Zərərçəkmiş şəxs5 tanımır, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxslə aralarındakı münasibət barədə hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna- Şüvəlan şossesi 1000 ünvanında yerləşən “Duz-Çörək" restoranında Vasifə 3500 manat pul verməsi. Vasifə Vasifin tanışı Elsəvərin qohumunu Fövqəladə Hallar Nazirliyin yanğından mühafizə xidmətinə düzəldəcəyi vədini verməsi, lakin Vasifin pulunun hamısını Vasifə geri qaytarması barədə hər hansı bir məlumatı yoxdur. Bu hadisənin şahidi olmamış və bu barədə hər hansı bir şəxsdən bir məlumat eşitməmişdir. Zərərçəkmiş şəxs4 tanımır. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə aralarındakı münasibət barədə hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Fazilin ona inanıb razılaşması, telefonla danışıqlarından 3 gün sonra Fazillə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Lemon" kafesinin yanında görüşməsi, xx.xx.2023-cü il tarixdə həmin görüş zamanı Fazilin ona 8.000 manat pul verməsi barədə hər hansı bir məlumatı yoxdur. Bu hadisənin şahidi olmamış və bu barədə hər hansı bir şəxsdən bir məlumat eşitməmişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs görə tanımışdır. Belə ki, Feyzini 2023-cü ilin təxminən aprel-may aylarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində özünə fərdi ev tikmək istəyən şəxs kimi tanımışdır. Asimin söhbətlərindən bilmişdir ki, Feyzi ilə aralarında tikintiyə icazə alınması üçün söhbətlər gedib. X15 nə qədər pul alması barədə məlumatı yoxdur. Ümumiyyətlə Təqsirləndirilən şəxs kimdən və nə məqsədlə pul alması barədə maraqlanmamış, yalnız Asimə taksi kimi sürücülük edib Asimdən taksi pulunu almışdır. Təqsirləndirilən şəxs hansı şəxslərə nə məqsədlə özünü vəzifəli şəxs kimi təqdim etməsi və şəxslərdən hansı məqsədlə pul almasını bilmir və bu barədə də heç vaxt maraqlanmamışdır. Sadəcə taksi sürücüsü kimi Asimin yanında getmiş və avtomaşını idarə etmişdir. Asim bir dəfə onun yanında avtomaşında Seyyub adlı şəxsə pul versə də, Asimin Seyyuba pulu hansı məqsəd üçün verməsi barədə məlumatı olmamışdır. X16 və Seyyubun yanında gələn adını bilmədiyi şəxsə də vəsiqə təqdim etməsini görmüşdür. Asim Seyyubdan pulu aldıqdan sonra yaxın vaxtlarda Seyyubun evinin sənədlərini həll edib verəcəyi barədə Seyyuba bildirmişdir. Elə bilirmiş ki, yəqin Asim qanuni yolla, yəni dövlət rüsumunu almaqla Seyyuba kömək edir. Təqsirləndirilən şəxs qanunsuz iş gördüyünü bilməmiş, Asimin Feyzi ilə aralarında tikintiyə icazə alınması üçün söhbətlər gedib. X15 nə qədər pul alması barədə məlumatı yoxdur. Ümumiyyətlə Təqsirləndirilən şəxs Seyyubdan, Feyzidən və ya başqa şəxslərdən nə məqsədlə pul alması, hansı məqsədlə həmin şəxslərə vəsiqə təqdim etməsini bilməmişdir. Asimin Yasamal rayon polis idarəsində araşdırması aparılan günədək onun Fövqəladə Hallar Nazirliyində işlədiyini zənn etmişdir. Ümumiyyətlə Asimə taksi kimi sürücülük edib taksi pulunu almış və Təqsirləndirilən şəxs qanuni və ya qanundan kənar hansı işlərlə məşğul olması barədə məlumatı olmamış və bu hallara bilə-bilə şahidlik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ümumilikdə istintaq zamanı dediklərini təsdiq edərək yalnız təqsirləndirilən şəxsə verilən məbləğin 5.600 manat deyil, 2.000 manat olmasını vurğulamışdır. Bunu həmin vaxt Zərərçəkmiş şəxs1 sözlərindən bilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısı qızının əridir. Seyyub Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti-12 ünvanda fərdi evdə ailəsi ilə yaşadığından qohum olaraq o, bir neçə dəfə Seyyubun evinə getmişdir. 2023-cü ilin may ayının ortalarında Seyyub ona zəng edərək bir nəfər FHN-nin əməkdaşı Masazır qəsəbəsindəki evinə gələrək damının vurulmasına mane olmuş və sonra Seyyubua təklif etmişdir ki, 6000 manat müqabilində tikintiyə icazə və fərdi həyətyanı sahə üçün mülkiyyət şəhadətnaməsi ala bilər. Seyyuba bu təklifi edən şəxsə pul verməsi üçün Yasamal rayonu,’’Elmlər Akademiyası”stansiyası qarşısında görüş təyin etmişlər. Seyyub onun da həmin görüşdə və pulun verilməsində iştirak etməsini istədiyini bildirdikdə maşınla gəlib olduğu Nəsimi rayonu, Bülbül-98 ünvandan götürməsini demişdir. Seyyub idarə etdiyi avtomobillə onu həmin ünvandan götürmüş və birlikdə “Elmlər- Akademiyası”stansiyası qarşısına getmişlər. Yolda Seyyub ona danışmışdır ki. Asim adlı FHN-də işləyən bir nəfər əməkdaşa 5600 manat pul verməlidir və həmin şəxs Scyyubu metronun qarşısında gözləyir. Birlikdə deyilən ünvana getmişlər və Seyyub maşını bir kənarda saxlayıb Asim adlı şəxsin gəldiyi “**-CG-***” dövlət qeydiyyat nişanlı, “Volkswagen-Passat” markalı avtomobillə yaxınlaşmışlar. Maşına yaxınlaşmazdan əvvəl Seyyub Asimə zəng etmiş və Asim adlı şəxs işarə ilə olduğu yeri göstərmişdir. Onlar Asimin olduğu yerə çatdıqda sonuncu maşından düşmüş və hər ikisiylə əl verib salamlaşmış və Seyyubu bir kənara çəkib onun kim olduğunu soruşmuşdur. Seyyub isə onun qohum olduğunu dedikdən sonra heç nədən narahat olmamasını bildirmişdir. Seyyub telefonla danışdığı müddətdə o, Asimdən kim olduğunu, Seyyubun evinə vəd verdiyi sənədi nə vaxt hazırlayacağını soruşduqda Asim adlı şəxs FHN-də əməliyyat şöbəsinin rəisi olduğunu, heç bir narahatçılığa səbəb olmadığını, iyun ayının 15-dək Seyyubun sənədlərini təqdim edəcəyini bildirmişdir. Onun Seyyubun yaxın qohumu olduğunu biləndən sonra Seyyubu həmin ağ rəngli “Volkswagen-Passat” markalı avtomobilin arxa salonuna oturmağa dəvət etmiş. Asimlə Seyyub həmin maşının arxa salonunda, o isə qabaq oturacaqda oturmuşdur. Seyyub özü ilə götürdüyü və ona 5600 manat olduğunu dediyi pulu topa şəklində Asimə vermişdir. Asim pulu götürdükdən sonra sağollaşıb ayrılmışlar. Bir müddət sonra Seyyubdan ona məlum olmuşdur ki, Asim adlı özünü vəzifəli şəxs kimi təqdim edən şəxs Seyyubun pulunu alaraq aldatmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rakif oğlunun təqdim etdiyi diskə əsasən tərtib edilmiş diskə baxış protokolundan müəyyən edilmişdir ki, görüntüdə Təqsirləndirilən şəxs əlində 1 ədəd faylda A-4 sənədini saxlayaraq vəd verdiyi işi görməkdə olduğunu görüntü edir. Telefonun kamerası açıq vəziyyətdə danışıqlar aparılaraq görüntü videolentə alınır. 22 saniyəlik görüntüdə Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs1lə həmin yerə gəlmiş Şahid2 və Təqsirləndirilən şəxs taksi kimi istifadə etdiyini bildirdiyi “Volkswagen- Passat” markalı, “**-CG-***” dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil görünməklə hadisə yerinin Bakı şəhəri. Yasamal rayonu. “Elmlər Akademiyası" metrostansiyasının qarşısı olduğu görünür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs bank hesabına göndərdiyi pulların 07 vərəqdə olan qəbzindən görünür ki, 02 oktyabr 2023-cü il tarxdə, saat 12:06-da 300 AZN: 05 oktyabr 2023-cü il tarixdə, saat 19:01-də 200 AZN; 08 oktyabr 2023-cü il tarixdə, saat 17:34-də 200 AZN; 13 oktyabr 2023-cü il tarixdə, saat 1 l:39-da 800 AZN; 01 noyabr 2023- cü il tarixdə, saat 19:41-də 100 AZN; 20 noyabr 2023cü il tarixdə, saat 18:30-da 60 AZN; 24 dekabr 2023-cü il tarixdə, saat 12:58-də 100 AZN pulun 416973******0274 nömrəli AS****** Ə****** müştəri adına yüklənməsi qeyd olunmuşdur. Xəzər RİHB-nin Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən rayon prokurorluğuna daxil olmuş 06 aprel 2024-cü il tarixli, 5-12-1/2-132/2024 nömrəli xasiyyətnamədən görünür ki, Əliyev X6 qəsəbəsi, Kolxoz küçəsi, ev 42 ünvanında qeydiyyatsız yaşadığı müddət ərzində Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun haqqında heç bir şikayət daxil olmamışdır Bakı şəhəri Xəzər rayon polis idarəsindən rayon prokurorluğuna daxil olmuş 13 aprel 2024-cü il tarixli, 3-13-45/2-7378/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin İŞ-də istintaq edilərək istintaqın davam etdirilməsindən ötrü Xəzər rayon prokurorluğuna göndərilmiş ********* nömrəli cinayət işindən başqa Təqsirləndirilən şəxs barəsində, eləcə də onun müraciəti ilə bağlı Xəzər rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi və təqsirləndirici material araşdırılmamışdır. Bakı şəhəri, Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş 15 aprel 2024-cü il tarixli, 3-13-45-3/2-3588/ 2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barədə Xəzər RPİ-nin 3-cü PŞ-də hər hansı bir təqsirləndirici material yoxdur. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən rayon prokurorluğuna daxil olmuş 18 aprel 2024-cü il tarixli, 3-13-45-2/2-2773/2024 nömrəli məktubdan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs barəsində hər hansı bir təqsirləndirici material olmamış və ailəsinin münaqişəli ailə kimi qeydiyyata alınması barədə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən rayon prokurorluğuna daxil olmuş 18 aprel 2024-cü il tarixli, 3-18/2-2246/2024 nömrəli məktubdan görünür ki, ehtiyatda olan kapitan Əliyev X5 Hallar Nazirliyinin 1846/ş nömrəli. 25 noyabr 2022-ci il tarixli əmri ilə ‘"Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs məxsus olan xidməti vəsiqə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman təhvil alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X12 rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki. Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı çəkilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki. Təqsirləndirilən şəxs adı çəkilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 1(101)-1762/2023 nömrəli hökmünə əsasən CM-nin 178.3.2 və 310-cu maddələri ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 02 (iki) il müddətə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolllegiyasının 01 mart 2024-cü il tarixli, 1 (103)-562/2024-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək azadlıqdan məhrum etmə cəza müddəti, yəni 09 (doqquz) ay 26 (iyirmi altı) gün təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq ilə 02 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunmaqla 05 il 08 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmaq üçün şəxs vəzifəli şəxsin səlahiyyətlərini mənimsədikdə, ümumiyyətlə belə əmlak ziyanı vurma halları digər cinayət xarakterli əməllərin törədilməsi ilə müşayiət olunduqda, şəxsin (cinayət məsuliyyətini şərtləndirən bütün zəruri əlamətlər olduğu təqdirdə) CM-in 310-cu maddədi ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir. Özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 310-cu maddəsi ilə təqsirli bilməyib zərər çəkmiş şəxslərə özünü FHN-nin əməkdaşı kimi təqdim etmədiyini bildirsə də, istintaq zamanı verdiyi ifadələrində hər bir epizod üzrə özünü FHN-nin Əməliyyat İstintaq İdarəsində əməliyyat şöbəsinin rəisi vəzifəsində kapitan rütbəsində xidmət edən şəxs kimi təqdim etməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs özünü FHN-nin Əməliyyat İstintaq İdarəsində əməliyyat şöbəsinin rəisi kimi təqdim etməsi hər bir zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs özünü FHN-nin əməkdaşı kimi təqdim etmədiyi halda, kənar şəxs kimi zərər çəkmiş şəxslərdən aparılan tikinti işlərinin dayandırılması, ona verilən pul müqabilində bu işlərin davam etdirilməsinə “icazə verməsi”, əlavə sənədlərin toplanmasında “köməklik göstərilməsi” üçün də pul istəməsi, zərər çəkmiş şəxslərin də onun tələbi ilə həmin pulları verməsi sadə məntiqə uyğun deyil. Təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq CM-nin 310-cu maddəsi ilə verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bu səbəbdən məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxslərə özünü FHN-nin əməkdaşı kimi təqdim etməməsi barədə ifadəsinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan başqa istintaq orqanı tərəfindən verilmiş ittihamda Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Feyzi Feyziyevin 3.000 (üç min) manat, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə 5.600 (beş min altı yüz) manat məbləğində pulunun dələduzluq əməli nəticəsində ələ keçirilməsi istər təqsirləndirilən şəxsin, istərsə də adları qeyd edilən zərər çəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə təkzib edilir. Belə ki, zərər çəkmiş şəxs Feyzi Feyziyev təqsirləndirilən şəxs tərəfindən 3.000 manat deyil, 2.500 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 5.600 (beş min altı yüz) deyil, 4.500 manat məbləğində pulunun dələduzluq əməli nəticəsində ələ keçirməsini bildirmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs digər epizodlar üzrə olduğu kimi adları qeyd edilən zərər çəkmiş şəxslərə qarşı da dələduzluq əməllərini etiraf etsə də, ittihamda göstərildiyi kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 3.000 manat deyil, 2.500 manat məbləğində, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə bir dəfəyə 2.000 manat məbləğində pul almasını bildirmişdir. Məhkəmə, istintaq orqanı tərəfindən dələduzluq cinayət əməli nəticəsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəyən ziyanın məbləği ilə də razılaşmayaraq hesab edir ki, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 vurulan ziyan 2.500 manat, Zərərçəkmiş şəxs1 vurulan ziyan isə 4.500 manat təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurub dələduzluq etməsi, eləcə də özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməsi cinayət işi üzrə əldə edilmiş mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın tam ödənilməsi, həmin zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, himayəsində bir azyaşlı uşağının olmasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlərin, yəni CM-nin 310-cu maddəsi ilə tövsif edilmiş əməllərin təkrar törədilməsidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2-ci maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, CM-nin 310cu maddəsinin sanksiyasında isə cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təqsirkarın şəxsiyyətini, əvvəllər dəfəlrlə eyni xarakterli əməllərə görə təqsirli bilinib məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz) əsasən təyin edilmiş cəzaların qismən toplanılmasını, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 66.5-ci maddəsinə (cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır) əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmasını, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək azadlıqdan məhrum etmə cəza müddətinin təyin edilən cəzadan çıxılmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının 23 oktyabr 2024-cü il tarixdən hesablanmasını, barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrəmülki iddia verilməmiş, məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddsəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 07 il (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək azadlıqdan məhrum etmə cəza müddəti, yəni 09 (doqquz) ay 26 (iyirmi altı) gün təyin edilən cəzadan çıxlsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar