Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-441/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxxxx 1969-cu il tarixdə İmişli rayonunun Mirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonunun Mirli kəndində qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə, xx xxxxxxx 1979-cu il tarixdə Lerik rayonunun Babakücə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonunun Babakücə kəndində qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə və xx xxx 1996-cı il tarixdə Lerik rayonunun Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3, X4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binə qəsəbəsi ərazisində 2 sot torpaq sahəsini ümumilikdə 2400 manata satacaqlarına dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə 10 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yeni məhəllədə 500 manat pulu alaraq həmin torpağa dair Şəhriyar adlı şəxsin vasitəsilə saxta yolla Təqsirləndirilən şəxs1 adına 2 sot torpaq sahəsinin ayrılmasına dair 25 sentyabr 1992-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika istehsalat-elm damazlıq-heyvandarlıq birliyi RİEB “Azərdamazlıq” birliyi X11 Sovxozunun 30 nömrəli əmrindən 20.UŞ.1992-ilə aid çıxarış əldə edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisinə yerləşən 31 saylı notariat kontorunda Təqsirləndirilən şəxs1 adından Zərərçəkmiş şəxs1 adına torpağa dair etibarnamə və ərizə verilməklə 11 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 31 saylı notariat kontorunun qarşısında 1100 manat pulu, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən “Leon Palace” şadlıq sarayının qarşısında 700 manat pulu ələ keçirərək ümumilikdə 2300 manat pulu Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd vermişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, X4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binə qəsəbəsi ərazisində 2 sot torpaq sahəsini ümumilikdə 2400 manata satacaqlarına dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə 10 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yeni məhəllədə 500 manat pulu alaraq həmin torpağa dair Şəhriyar adlı şəxsin vasitəsilə saxta yolla Təqsirləndirilən şəxs1 adına 2 sot torpaq sahəsinin ayrılmasına dair 25 sentyabr 1992-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika istehsalat-elm damazlıq-heyvandarlıq birliyi RİEB “Azərdamazlıq” birliyi X11 Sovxozunun 30 nömrəli əmrindən 20.UŞ.1992-ilə aid çıxarış əldə edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisinə yerləşən 31 saylı notariat kontorunda Təqsirləndirilən şəxs1 adından Zərərçəkmiş şəxs1 adına torpağa dair etibarnamə və ərizə verilməklə 11 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 31 saylı notariat kontorunun qarşısında 1100 manat pulu, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən “Leon Palace” şadlıq sarayının qarşısında 700 manat pulu ələ keçirərək ümumilikdə 2300 manat pulu Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3, X4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Binə qəsəbəsi ərazisində 2 sot torpaq sahəsini ümumilikdə 2400 manata satacaqlarına dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə 10 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yeni məhəllədə 500 manat pulu alaraq həmin torpağa dair Şəhriyar adlı şəxsin vasitəsilə saxta yolla Təqsirləndirilən şəxs1 adına 2 sot torpaq sahəsinin ayrılmasına dair 25 sentyabr 1992-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika istehsalat-elm damazlıq-heyvandarlıq birliyi RİEB “Azərdamazlıq” birliyi X11 Sovxozunun 30 nömrəli əmrindən 20.UŞ.1992-ilə aid çıxarış əldə edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisinə yerləşən 31 saylı notariat kontorunda Təqsirləndirilən şəxs1 adından Zərərçəkmiş şəxs1 adına torpağa dair etibarnamə və ərizə verilməklə 11 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 31 saylı notariat kontorunun qarşısında 1100 manat pulu, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən “Leon Palace” şadlıq sarayının qarşısında 700 manat pulu ələ keçirərək ümumilikdə 2300 manat pulu Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X2 təxminən 5 ilə yaxındır ki, tanıyır, onunla bir məhəllədə yaşayır, yaxşı münasibəti var, əvəllər düşmənçiliyi və ya ədavəti olmayıb. 10 yanvar 2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan mobil telefona Seyidağa zəng vuraraq demişdir ki, Vasif üçün atası Binə qəsəbəsində torpaq alıb, Vasifin atası xəstədir, həmin torpağı satmaq istəyir, onlara yaşlı adamın vəsiqəsi lazımdır ki, torpağa sənəd düzəldib alan adama notariat kontorundan etibarnamə versin. O, Seyidağaya demişdir ki, gələrsən, söhbət edərik. Bundan təxminən 30 dəqiqə keçəndən sonra Seyidağa və Vasif onun yaşadığı evə gəlmişlər. Seyidağa soruşmuşdur ki, o, öz şəxsiyyət vəsiqəsini torpağa sənəd düzəlməsi üçün verə bilərmi, o da ona demişdir ki, əgər burada firıldaqçılıq varsa, onu bu işə qatmasın. Seyidağada isə demişdir ki, torpaq Vasifindir, burada heç bir yalan yoxdur. O, hətta Vasifdən soruşmuşdur ki, bu torpaq kimindir, Vasif də demişdir ki, torpağı ona atası alıb. Vasif və Seyidağa torpağın onlara məxsus olmasını bildirib öz ünvanlarına söyüş söymüşlər, o da buna inanmış və razılıq vermişdir. Vasif ona 200 manat hörmət edəcəyini bildirmişdir. Seyidağa onun şəxsiyyət vəsiqəsini istəmiş, o da ona şəxsiyyət vəsiqəsini vermişdir. O, şəxsiyyət vəsiqəsinin şəkilini çəkmiş, bir neçə dəqiqə sonra onun yaşadığı ünvana Asif də gəlmişdir. Seyidağa ona bildirmişdir ki, səhər gedər Asiflə notariat kontoruna torpağı alana etibarnamə vermək üçün. Söhbət əsnasında oğlu Cavidan demişdir ki, telefonunu 50 manata satır, Vasif də demişdir ki, telefonu ver mənə, sabah torpağı satıb pulunu verərəm və oğlunun telefonunu almışdır. Bundan sonra onlar çıxıb getmişlər, səhərisi gün saat 09 radələrində Seyidağa onun istifadəsində olan mobil telefona zəng vurub demişdir ki, Asif onu gözləyir, Asif sənəd düzəldəni tanıyır, o, ona sənəd düzəldəni göstərəcəkdir. Bundan sonra o, Asiflə yaşadığı məhlədə görüşüb Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontoruna getmişlər. Onlar oraya çatanda Vasif, torpağı alan Ruslan adlı şəxs artıq orada olmuşlar və sonuncunun yanında Ramazan adlı şəxs də olmuşdur. Asif ona demişdir ki, şəxsiyyət vəsiqəsini ver, o da ona şəxsiyyət vəsiqəsini verdikdən sonra Asif şəxsiyyət vəsiqəsini Şəhriyar adlı şəxsə vermişdir. Bir neçə dəqiqə sonra Şəhriyar adlı şəxs Asifə şəxsiyyət vəsiqəni və torpağa dair onun adına sənədi vermişdir. Bundan sonra o və Ruslan notariat kontoruna getmişlər və o, Ruslanın adına ərizə vermişdir. Ruslan ondan notariat kontorunda soruşmuşdur ki, torpaq onundur, o da ona demişdir ki, torpaq həqiqətən də onundur. Bundan sonra onlar oradan çıxıb yaşadıqları məhləyə gəlmişlər, yolda gedərkən Vasif ona 100 manat pul vermiş, 50 manat telefonun puluna görə, qalan pulu da verəcəyinə dair söz vermişdir. Törətdiyi əməllərdən peşman olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X2 uşaqlıqdan tanıyır, bir məhəllədə böyümüşlər, yaxşı münasibəti vardır. 2021-ci ilin dekabr ayında Vasiflə Seyidağa söhbət edən zaman Seyidağa demişdir ki, onların məhləsinin yaxınlılğında torpaq sahəsi var, yeyəsi yoxdur, həmin torpaq sahəsini satmaq lazımdır. Bu söhbətdən bir neçə ay keçəndən sonra o, yaşadığı evdə olarkən Vasif və Seyidağa onun evinə yemək yeməyə gəlmişlər. Həmin vaxt Seyidağa demişdir ki, Ruslan adlı oğlan yer axtarır, Vasif getib yeri ona göstərməyə. O da Seyidağaya demişdir ki, allah xeyrini versin. 10 yanvar 2022-ci il tarixdə Seyidağa ona demişdir ki, o, Xanlarla danışıb, Xanlar torpağa dair sənəd verəcək. Seyidağa ilə Vasif Xanlargilə getmişlər, o da onlara demişdir ki, siz gedin, mən də gəlirəm. Bundan sonra axşam saat 21 radələrində o, Xanlargilə getmiş, həmin vaxt orada Vasif, Xanlar və Seyidağa olmuşlar. Seyidağa Xanları razı salmış, Xanlar torpağın öz adına keçməyinə razılıq vermişdir. Seyidağa demişdir ki, Ruslan gəlib beh verməlidir. Bundan sonra onlar küçəyə çıxmışlar. Həmin vaxt oraya Ruslan və Ramazan adlı şəxs gəlmişlər. Vasif, Ruslan və Ramazan torpağa baxmağa getmiş, bir neçə dəqiqə sonra onlar geri qayıtmışlar. O, Xanlar və Seyidağa küçədə dayanmışlar, Seyidağa Ruslangilin gəldiyini görüb qaçıb gizlənmiş və demişdir ki, onlar onu görməsinlər. Onlar geri qayıdandan sonra Ruslan Xanlardan soruşmuşdur ki, “sən Vasifin dayısısan”, o da demişdir ki, “dayısıyam”. Bundan sonra Ruslan və Ramazan çıxıb getmişlər. Vasif də demişdir ki, Ruslandan 500 manat beh alıb və 200 manatı Seyidağaya, 100 manat ona vermişdir və onlar aralanıb evə getmişlər. Səhərisi gün Seyidağa ona zəng vuraraq demişdir ki, gəl, Xanları apar Binə qəsəbəsində yerləşən notariat kontoruna, o, Şəhriyarı tanımır. O da ona razılıq vermiş, bundan sonra o və Xanlar 31 saylı notariat kontoruna getmişlər. Onlar oraya çatanda Vasif, Ruslan və Ramazan artıq orada olmuşlar. Xanlar şəxsiyyət vəsiqəsini ona vermişdir ki, Şəhriyara versin, Şəhriyar da notariat kontorun arxa tərəfində dayanmışdır. O, şəxsiyyət vəsiqəsini Şəhriyara verəndən sonra sonuncu demişdir ki, notariat kontorunun qarşısında gözləyin, gəlirəm. O, Xanlar, Vasif, Ramazan və Ruslan notariat kontorunun qarşısında təxminən 1 saata yaxın gözlədikdən sonra oraya Şəhriyar gəlmiş və sənədi Xanlara vermiş, Vasif də Ruslana demişdir ki, onun pulundan çıxıb sənədə görə Şəhriyara 300 manat pul versin. Ruslan da sənədə görə Şəhriyara 300 manat pul vermişdir. Bundan sonra Xanlarla Ruslan notariat kontoruna girmişlər və orada Xanlar Ruslana etibarnamə vermiş, bundan sonra onlar oradan uzaqlaşmışlar. Həmin vaxt Vasif demişdir ki, Ruslan ona 800 manat pul verib. Vasif ona 300 manat, Xanlara isə 100 manat vermişdir. Axşam saatlarında Vasif onu çağırıb demişdir ki, gedək kafeyə yemək yeməyə. Bundan sonra o, Vasif və Seyidağa kafeyə getmişlər. Yemək yeyən zaman Vasif demişdir ki, Ruslan gələcək və bir neçə dəqiqə sonra o, küçəyə çıxıb demişdir ki, Ruslandan pul alıb gəlirəm, lakin geri gəlməmişdir. Törətdiyi əməllərdən peşman olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X3 təxminən 6 ilə yaxındır ki, tanıyır, bir məhəllədə yaşayırlar, həmyerlidirlər, yaxşı münasibətləri vardır. Təxminən 2021-ci ilin dekabr ayının 25-də Seyidağa yaşadıqları məhlədə söhbət edərkən ona və qonşusu Asifə bildirmişdir ki, yaşadıqları məhlədən təxminən 1 kilometr aralıda 2 sot torpaq sahəsi var, həmin torpağın sahibi rəhmətə gedib. O, Seyidağa ilə birlikdə həmin torpaq sahəsinə getmiş, Seyidağa torpaq sahəsini ayaqla ölçüb demişdir ki, torpaq 2 sotdan çoxdur. Seyidağa təklif etmişdir ki, həmin torpaq sahəsini 5300 manata satsınlar, o da onunla razılaşmışdır. 10 yanvar 2022-ci il tarixdə səhər saat 10 radələrində məhlədə Seyidağa ilə söhbət edən zaman onlara əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs1 kimi bildiyi şəxs yaxınlaşıb onlardan soruşmuşdur ki, burada satılıq torpaq var ya yox. Seyidağa da Ruslana onu göstərib demişdir ki, xala oğluda satlıq torpaq var və ona demişdir ki, get, torpağı göstər. Bundan sonra o, Ruslanı torpağın olduğu yerə aparmışdır. Ruslan torpağa baxıb soruşmuşdur ki, torpağı neçəyə satır, o da ona demişdir ki, torpaq özünündür, sənədləri qaydasındadır, 4300 manata satır. Ruslan torpağa baxandan sonra demişdir ki, fikirləşib ona deyəcəkdir və öz telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Seyidağanın işlədiyi yerə, yəni məhlədə usta işlədiyi evin yaxınlığına gəlib ona bildirmişdir ki, torpağı Ruslana göstərmiş, torpaq Ruslanın xoşuna gəlmiş, lakin demişdir ki, axşam xəbər verəcəkdir. Həmin vaxt orada qonşusu Asif də olmuş, o, Asifdən xahiş etmiş ki, telefonunu ona versin ki, torpağı almaq istəyən Ruslana zəng vurub xəbər bilsin ki, o, torpağı alacaq ya yox. Bundan sonra o, Ruslana zəng vurmuş və ondan soruşmuşdur ki, torpağı alırsan, ya yox, o da demişdir ki, torpağı alır, axşam gəlib söhbət edəcəkdir. Bundan sonra Asifə və Seyidağaya demişdir ki, Ruslan axşam torpağı alacaqdır. Həmin vaxt onlar öz aralarında söhbət etmişlər ki, torpağın saxta sənədini kimin adına düzəltsinlər, onlara yaşlı adam lazım olmuşdur ki, onun adına güya sovxoz sənədi verilib. Seyidağa təklif etmişdir ki, onlarla qonşuluqda yaşayan Xanların adına sənəd düzəltsinlər və o, Ruslana notariusda öz adından sənəd versin. Bundan sonra Seyidağa istifadəsində olan mobil telefondan Xanlara zəng vurub demişdir ki, bir torpaq sahəsi var, yaşadıqları məhlənin yaxınlığında həmin torpağa dair onun adına sənəd düzəltmək lazımdır, sonra həmin torpağı Xanların adından başqa adama notariat yolu ilə satmaq lazımdır, bunun müqabilində Xanlara hörmət edəcəyini bildirmişdir. Axşam saat 20 radələrində o, Asif və Seyidağa məhlədə gözləmişlər ki, Ruslan gəlsin. Təxminən saat 21 radələrində Ruslan yaşadığı məhləyə gəlmiş, o, Ruslanla görüşmüş, Asif və Seyidağa isə ondan kənarda dayanmışlar. Ruslan ona demişdir ki, qiymət bahadır, o da ona torpağı 3000 manata satacağını bildirmişdir. Ruslan da cibindən 500 manat pulu çıxardıb ona beh kimi vermiş və bildirmişdir ki, sabah gedib torpağı sənədləşdirərik və soruşmuşdur ki, torpaq kimin adınadır. O, da ona demişdir ki, torpaq ona məxsudur, lakin dayısı Xanların adına sənədləşdiriblər. Ruslan heç bir etiraz etmədən çıxıb getmiş və sabah görüşəcəklərini bildirmişdir. Bundan sonra o, Asif və Seyidağa Xanların yaşadığı evin qarşısına getmişlər. Seyidağa Xanlara demişdir ki, torpağa sənəd vermək lazımdır, onun yaşı düşmür, atası da xəstədir. Xanlar ondan Seyidağanın dediklərinin düz olub-olmadığını soruşmuş, o da Seyidağanın dediklərini təsdiq etmişdir. Xanlar razılaşmış və Seyidağa ona demişdir ki, sənə 200 manat hörmət edəcəyik. Xanlar Seyidağanın təklifi ilə razılaşmış və şəxsiyyət vəsiqəsini Seyidağaya vermişdir ki, torpağa dair sənədi onun adına sənədləşdirsinlər. Seyidağa Xanların şəxsiyyət vəsiqəsinin şəkilini çəkib geri qaytarmışdır. Seyidağa onlara demişdir ki, səhərə kimi sənədi düzəldib gətirəcək və onlar razılaşmışlar ki, 11 yanvar 2022-ci il tarixdə saat 10 radələrində 31 saylı notariat kontorunun qarşısında görüşsünlər. Səhəri gün saat 10 radələrində o, Asiflə görüşüb onun istifadəsində olan mobil telefondan Ruslana zəng vurub harada görüşəcəklərini soruşmuşdur. Ruslan da ona bildirmişdir ki, Binə qəsəbəsində mərkəzdə olacaqdır. Bundan sonra o, Asifin telefonunu götürüb Ruslanla görüşmək üçün onun olduğu yerə getmişdir. O, Ruslanla görüşüb “Can” şirniyyat evində oturub Xanlarla Asifin gəlməsini gözləmişlər. Təxminən 30 dəqiqə keçəndən sonra Xanlar ona zəng vurub 31 saylı notariat kontorunun yaxınlığında olduqlarını bildirmişdir. Bundan sonra o və Ruslan oraya getmişlər, onlar oraya çatanda Xanlar, Asif və Şəhriyar artıq orada olmuşlar. O, Seyidağadan eşitmişdir ki, torapağa dair saxta sənədi Şəhriyar düzəldir, buna görə o, Şəhriyardan soruşmuşdur ki, “sənə nə qədər pul verməliyəm”, Şəhriyar da demişdir ki, 300 manat verməlidir, o da Ruslana demişdir ki, sənədə görə həmin şəxsə 300 manat versin. Ruslan Şəhriyara 300 manat vermiş, təxminən 30 dəqiqə sonra Şəhriyar torpağın sənədini Asifə vermiş, Xanlar da torpağa dair Ruslanın adına etibarnamə vermişdir. Ruslan da ona 800 manat vermiş, 700 manatı da axşam verəcəyini bildirmişdir. O, həmin puldan 300 manat Asifə, 100 manat Xanlara, 100 manat da Seyidağaya vermişdir. Bundan sonra Binə qəsəbəsində yerləşən “Nəşcan” kafesində o, Seyidağa və Asif yeyib-içməyə getmişlər. Onlar bir yerdə oturub yemək yeyərkən, Ruslan Asifə zəng vurmuş, o, Ruslanla danışmış, sonuncu ona bildirmişdir ki, 700 manatı düzəldib və onlar onunla Binə qəsəbəsində yerləşən “Leon Palace” şadlıq sarayının yanında görüşməyə razılaşmışlar. Bundan sonra o, kafedən çıxıb Ruslanla görüşmək üçün “Leon Palace” şadlıq sarayının yanına getmişdir. Ruslan ona 700 manat pul vermiş, o, pulu götürəndən sonra evə getmiş, evdə olarkən Seyidağaya yeni aldığı telefondan zəng vurmuş, həmin vaxt sonuncu ona bildirmişdir ki, nisyə qoyun alıb, onun pulunu verməlidir. Bundan sonra o, Seyidağa ilə “Leon Palace” şadlıq sarayının yanında görüşmüş, həmin vaxt Seyidağa qardaşı Ramizlə birlikdə gəlmiş, o, onunla görüşüb ona 260 manat vermişdir. Bundan sonra Ramizlə Lerik rayonuna getməyə qərar vermiş, rayonda olanda Ruslana zəng vurmuş və qalan pulu istəmiş, o, da ona “Milliön”lə 100 manat göndərmişdir. Törətdiyi əməllərdən peşman olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 10 yanvar 2022-ci il tarixdə özü üçün Binə qəsəbəsi ərazisində torpaq sahəsi axtarırmışdır ki, alsın. Yaşadığı evin yaxınlığında yaşayan Asif ondan nə axtardığını soruşmuş, o ona bildirmişdir ki, boş torpaq sahəsi axtarır ki, alsın. Həmin vaxt Asifin yanında əvəllər tanımadığı, sonradan adlarının Seyidağa və Vasif kimi bildiyi şəxslər olmuşdur. Asif ona demişdir ki, onların 2 sot torpaq sahəsi var, əgər istəsə, ona sata bilərlər. Söhbət zamanı Seyidağa Asifə demişdir ki, get, torpaq sahəsini göstər. Bundan sonra o və Asif torpaq sahəsinin yerləşdiyi yerə, yəni Binə qəsəbəsi 17 saylı Cəzaçəkmə müəssisəsinin arxa tərəfində yerləşən 2 sot boş torpaq sahəsinə onu aparıb torpağı göstərmişdir. Torpaq sahəsi onun xoşuna gəldiyi üçün Asifə demişdir ki, oranı almaq istəyir və Asif bildirmişdir ki, torpaq sahəsini 4500 manata satır. O isə ona demişdir ki, həmin məbləğdə pulu yoxdur, 3500 manat verə bilər. Bundan sonra Asif ona demişdir ki, torpaq sahəsi dayısı Xanlara məxsusdur və onlar Xanların yaşadığı evin qarşısına, yəni torpaq sahəsinin yerləşdiyi küçənin qonşuluğunda yerləşən yerə getmişlər. Onlar yolda gələrkən Asif dayısına zəng vurub demişdir ki, gəlirik, çıx küçəyə. O və Asif Xanların yaşadığı evin qarşısına çatanda Xanlar onları artıq küçədə gözləmişdir. O, Xanlarla salamlaşıb ondan soruşmuşdur ki, Asifin ona göstərdiyi torpaq sahəsi həqiqətən də onundurmu. Xanlar da ona bildirmişdir ki, o, Asifin dayısıdır və torpaq sahəsi ona məxsusdur. Asif ona demişdir ki, əgər torpaq sahəsini almaq istəyirsə, ona beh versin. Həmin vaxt üzərində 500 manat pul olduğu üçün onu Asifə Xanların yanında vermişdir. Bundan sonra o, qonşusu Ramazana zəng vurmuşdur ki, onun olduğu yerə gəlsin. Bir neçə dəqiqə sonra Ramazan onların yanına gəlmişdir. Həmin vaxt Ramazan ondan soruşmuşdur ki, nə baş verir, o da ona bildirmişdir ki, Asif və Xanlar torpaq sahəsi satırlar, o da həmin torpağı almaq üçün 500 manat beh verib. Xanlar söhbət zamanı ona bildirmişdir ki, sabah torpağa dair etibarnamə vermək üçün Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontorunun qarşısında görüşsünlər. Bundan sonra səhəri gün – 11 yanvar 2022-ci il tarixdə o, Binə qəsəbəsi 31 saylı notariat kontorunun qarşısına getmiş, ondan bir neçə dəqiqə sonra oraya dostu Ramazan da gəlmişdir. Həmin vaxt Asif ona demişdir ki, sənəd vermək üçün 200 manat pul tələb olunur, o da ona həmin məbləğdə pulu vermiş, Xanlar ona notarial qaydada torpağa dair etibarnamə vermiş və Asif ondan Xanların yanında 800 manat pul almış, həmin vaxt orada Vasif və Ramazan olmuşdur. Həmin vaxt o, Asifə demişdir ki, axşama kimi də ona pul verəcəkdir. Bundan sonra həmin gün axşam saat 20 radələrində Binə qəsəbəsi, “Leon Palace” şadlıq sarayının qarşısında Vasiflə görüşüb ona 700 manat pul vermişdir. Səhərisi gün Asif ona zəng vuraraq demişdir ki, ona pul lazımdır, o, hazırda Lənkəran şəhərindədir, 300 manat pul göndərsin. O, ona hazırda pulu olmadığını demiş, Vasif isə demişdir ki, nə qədər pulu varsa, ona göndərsin, Vasif qalan pulu ona bağışlayır və torpağın hasarını hörməyi ona bildirmişdir. Bundan sonra o, Vasifin ona göndərdiyi kart hesabına 100 manat pul göndərmiş, səhərisi gün torpaq sahəsinin hasarını hörməyə başlamışdır. Təxminən 1 ay sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa adama məxsusdur, Asif, Xanlar, Seyidağa və Vasif onu aldadıblar. Onlardan pulunu tələb etsə də, onlar onun pulunu qaytarmamışlar. Təqsirləndirilən şəxslərin bu əməlləri nəticəsində ona 2300 manat maddi ziyan dəymiş, lakin həmin ziyan hazırkı məhkəmənin gedişində tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Zərərçəkmiş şəxs1 10 ilə yaxındır ki, tanıyır, onunla dostluq edir yaxşı münasibətdədirlər. 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona zəng vuraraq demişdir ki, gəl, yaşadığımız evin yaxınlığında görüşək. O, Ruslanın dediyi yerə getmiş və həmin vaxt Ruslanın yanında Xanlar adlı şəxs olmuşdur. O, Ruslandan nə məsələ olduğunu soruşmuş, Ruslan da ona bildirmişdir ki, 2 sot torpaq sahəsi alır, razılaşıblar ki, səhər notariusa getsinlər. O, Ruslana öz xeyir-duasını verib demişdir ki, allah xeyrini versin və bundan sonra onlar birlikdə yaşadıqları məhləyə qayıtmışlar. Səhərisi gün, yəni 10 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng vuraraq demişdir ki, o, hazırda Binə qəsəbəsində yerləşən notariat kontorunun yanındadır və ondan xahiş etmişdir ki, oraya getsin. Bundan sonra o, Ruslanın olduğu yerə getmiş, orada Ruslanla görüşmüş, həmin vaxt Ruslanın yanında Xanlar adlı şəxs və adını bilmədiyi başqa bir nəfər şəxs də olmuşdur. Ruslan onun yanında Xanlara 1000 manat pul vermişdir. Bir neçə dəqiqə orada dayandıqdan sonra Xanlar Ruslanın adına etibarnamə vermiş və o, iş yerinə getmişdir. Təxminən 1 ay keçəndən sonra Ruslandan eşitmişdir ki, onun Binə qəsəbəsində aldığı torpaq sahəsinin sahibi başqa adamdır, Ruslanı aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirmişlər. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 istintaq zamanı Təqsirləndirilən şəxs1 tərəfindən ona verildiyini bildiriərək təqdim etdiyi 01 vərəqdən ibarət sənədə baxış keçirərkən müəyyən edilmişdir ki, sənəd “X11 Sovxozu Üzrə 20 avqust 1992-ci il tarixli 90 №-li əmr”dən Çıxarışdır. Çıxarışda ardıcıl olaraq qeyd olunur: “X11 Sovxozu Üzrə 20 avqust 1992-ci il tarixli 90 №-li əmr”dən Çıxarışdır. Abşeron rayon İcra Hakimiyyətinin İcra Komitəsinin 26 mart 1991-ci il tarixli 47 №-li qərarına və Sovxoz Həmkarlar Komitəsinin qərarına (16 avqust 1991-ci il tarixli 7 №-li protokol) əsasən aşağıda adları çəkilən işçilərin hər birinə fərdi tikinti üçün 0.02 ha torpaq sahəsi ayrılsın: İ. Təqsirləndirilən şəxs1. Sovxozun direktoru E.A.İsayev, (möhür) üzərində imza. Razılaşdırılmışdır: H.K.Sədri O.Adıgözəlov, (möhür) üzərində imza. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi Elçin Süleymanovun qəbul etdiyi “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 barəsində məcburi gətirilmə barədə qərar qəbul olunmuş, lakin onun gətirilməsi mümkün olmamişdir. Həmçinin, cinayət işinin istintaqı zamanı saxta sənədin düzəldilməsində iştirak edən Şəhriyar adlı şəxsin dindirilməsi üçün şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilmiş, lakin onun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hazırkı cinayət işinin ibtidai istintaq müddəti bitmək üzrə olduğundan, cinayət işindən X1 və Şəhriyar adlı şəxsin barəsində ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 12 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışlar, buna görə də onun onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə baxışı zamanı onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə müəyyən 20 faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası təyin edilməli, CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09 may 2022-ci il tarixdə cinayət işinin materialları CM-nin 178.2.1 və 320.1-ci maddələrinə tövsif edilmiş, 09 may 2022-ci il tarixdə isə ona həmin maddələrlə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə müəyyən 20 faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası təyin edilməli, CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 07 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09 may 2022-ci il tarixdə cinayət işinin materialları CM-nin 178.2.1 və 320.1-ci maddələrinə tövsif edilmiş, 09 may 2022-ci il tarixdə isə ona həmin maddələrlə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə müəyyən 20 faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası təyin edilməli, CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 07 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09 may 2022-ci il tarixdə cinayət işinin materialları CM-nin 178.2.1 və 320.1-ci maddələrinə tövsif edilmiş, 09 may 2022-ci il tarixdə isə ona həmin maddələrlə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, X6, X5 və Müdafiəçi3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 180,00 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 180,00 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat, məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 08 iş saatına görə 48,00 (qırx səkkiz) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 02 iş saatına görə 12,00 (on iki) manat olmaqla ümumilikdə 540,00 (beş yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.1-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin 02 (iki) günü azadlığın məhdudlaşdırılmasının 01 (bir) gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 48,00 (qırx səkkiz) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 12,00 (on iki) manat olmaqla ümumilikdə 540,00 (beş yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-441/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-441/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver