Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-442/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ev 15A mənzil 5-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağlar massivində yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməklə əkib yetişdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda, yəni 04 ədəd yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram tərkibində narkotik maddələr olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisini yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar sahəsində yerləşən evin yataq otağında bir ədəd dibçəkdə əkib, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 13 may 2021-ci il tarixdə, saat 10:46-da Fuad Lazımovun həyat yoldaşı X1 ailə münaqişəsi zəminində DİN “102” xidmətinə müraciəti əsasında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən Şahid1 həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilməklə 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərini polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2019-cu ilə cəzasının sonu ilə azad olunmuşdur. Bu yaxınlarda isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən bir ilə yaxındır ki, narkotik vasitədən istifadə etməyə başlamışdır. Belə ki, yaşadığı evdə, yataq otağında narkotik tərkibli çətənə bitkisinin toxumlarını bir ədəd dibçəkdə əkib kollara istilik verilməsi üçün xüsusi olaraq mühərrik quraşdırmış, bundan əlavə, həmin kollara süni işıq verilməsindən ötrü işıq quraşdırmışdır. Bu üsulla da o, istifadə etdiyi narkotik tərkibli bitki kollarını yetişdirməklə sonradan onun yarpaqlarını qurudub siqaretin folqasına büküb çəkərək istifadə etmişdir. Narkotik vasitədən istifadə etdiyinə və həmçinin işləmədiyinə görə bir ilə yaxındır ki, evdə həyat yoldaşı Aynurə ilə tez-tez məişət zəminində aralarında ailə münaqişəsi yaranmışdır. 13 may 2021-ci il tarixdə, səhər təxminən saat 10:30 radələrində Aynurə ilə yenə də ailə-məişət zəminində aralarında münaqişə yaranmış və həmin münaqişə zamanı o, əsəbiləşərək sözlə Aynurəni öldüməklə hədələmişdir. Aynurə də onun hərəkətlərinə görə əsəbiləşərək “102” xidmətinə zəng edib onun haqqında şikayət etmiş və o, bunu bilib polisin evə gələcəyindən qorxaraq evdən qaçıb getmişdir. Aynurəni aralarında yaranmış münaqişə zamanı yalnız sözlə hədələmiş, lakin onu öldürmək üçün heç bir real hərəkət etməmişdir. Aynurə özü də onun dediklərini təsdiqləyə bilər. Törətdiyi əməli səmimi etiraf edir və peşmançılıq çəkir. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 13 may 2021-ci il tarixdə, saat 10:30-da Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağlar sahəsində yaşayan Şahid1 “102” zəng xidmətinə verdiyi məlumata əsasən Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Anar İsayevin və həmin şöbənin sahə inspektoru, polis leytenantı Şahid3 iştirakı ilə qeyd olunan ünvanda olmuşlar. Orada Aynurə Lazimova onlara bildirmişdir ki, həmin gün əri Təqsirləndirilən şəxs yaşadıqları evdə onunla münaqişə yaradıb onu söyüb təhqir etmiş və sözlə ifadə etməklə onu öldürməklə hədələməsinə görə o, polisə zəng edərək hadisə barədə məlumat vermiş, buna görə də Təqsirləndirilən şəxs evdən qaçıb getmişdir. Həmçinin Şahid1 onlara bildirmişdir ki, Fuad narkotik vasitə istifadəçisidir, evdə ot halında olan narkotik vasitəni siqaretə, folqaya doldurub çəkməklə istifadə edir və Fuadın istifadə etdiyi narkotik vasitəni təqdim edə bilər. Bundan sonra özlərinin və dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə Şahid1 göstərdiyi evin yataq otağına baxış keçirmişlər. Baxış zamanı yataq otağında 1 ədəd dibçək və onun yanında dibçəkdən çıxarılmış vəziyyətdə 04 ədəd spesifik iyli, narkotik tərkibli bitkilərə bənzər bitki aşkar olunmuşdur. Həmin bitkilər dibçəkdən Ayrunə Lazimova tərəfindən çıxarılmışdır. Baxışla müəyyən edilmişdir ki, həmin dibçəyin üzərində süni işıqlandırma və yanında istilik vermək üçün mühərrik vardır. Bundan sonra hal şahidlərinin iştirakları ilə Şahid1 könüllü olaraq araşdırmaya təqdim etdiyi, Təqsirləndirilən şəxs tərəfindən ev şəraitində əkilərək qulluq edilib yetişdirilmiş 04 ədəd narkotik tərkibli bitkilərə bənzər bitkilər və həmin bitkilərin əkildiyi bir ədəd dibçək maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə də protokol tərtib edilməklə götürülmüşdür. Hadisə ilə bağlı ilkin təhqiqat araşdırılması başlandığına görə Şahid1 izahatı alınmışdır. Bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, X3 ilə ailə həyatı qurmuş və bu nikahdan onların övladı vardır, Şüvəlan qəsəbəsi Bağlar massivi ərazisində yaşayırlar. 13 may 2021-ci il tarixdə, saat 10:30 radələrində Fuad yaşadıqları evdə onunla münaqişə yaradaraq onu söyüb təhqir etmiş və sözlə ifadə etməklə onu ölümlə hədələmişdir. O isə bundan sonra “102” xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermiş, bunu görən Fuad evdən qaçıb getmişdir. Fuad narkotik vasitə istifadəçisidir, həmişə evdə ot halında olan narkotik vasitəni siqaretə, folqaya bükərək çəkməklə məşğul olur. Polis əməkdaşları yaşadığı evə gəldikdən sonra o, polislərə 04 ədəd narkotik tərkibli bitkini təqdim edib həmin bitkiləri Fuadın yataq otağında bir ədəd dibçəkdə əkib qulluq etməklə yetişdirdiyini bildirmiş və polisləri yataq otağına, bitkilərə və dibçəyə baxış keçirməyə dəvət etmişdir. Həmin bitkiləri Fuad öz şəxsi istifadəsi üçün otaqda süni işıqlandırma və istilik verən mühərrikdən istifadə etməklə becərib qulluq etməklə yetişdirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evin otağına və təqdim etdiyi əşyalara baxış keçirilməsi haqqında hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar və eləcə də onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 13 may 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində onu polis əməkdaşları Şüvəlan qəsəbəsi Bağlar sahəsinə yerləşən bir yaşayış evinə baxış keçirilməsində hal şahidi qismində dəvət etmişlər və o, buna etiraz etməyərək onlarla birlikdə həmin evə gəlmişdir. Evdə ondan başqa daha bir hal şahidinin iştirakı ilə polis əməkdaşları ev sahibi Şahid1 iştirakı ilə mənzilə baxış keçirmişlər. Baxış zamanı Şahid1 bildirmişdir ki, onun əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, o, evdə ot halında olan narkotik vasitəni siqaretə, folqaya doldurub çəkməklə istifadə edir, Fuadın istifadə etdiyi narkotik vasitəni təqdim edə bilər. Bundan sonra evdə Şahid1 göstərdiyi yataq otağına baxış keçirilərkən yataq otağında 1 ədəd dibçək və onun yanında dibçəkdən çıxarılmış vəziyyətdə 04 ədəd spesifik iyli, narkotik tərkibli bitkilərə bənzər bitki aşkar olunmuşdur. Həmin bitkilər dibçəkdən Ayrunə Lazimova tərəfindən çıxarılmışdır. Baxışla müəyyən edilmişdir ki, həmin dibçəyin üzərində süni işıqlandırma və yanında istilik vermək üçün mühərrik vardır. Bundan sonra Şahid1 könüllü olaraq araşdırmaya təqdim etdiyi, həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən ev şəraitində əkilərək qulluq edilib yetişdirilmiş 04 ədəd narkotik tərkibli bitkilərə bənzər bitkilər və həmin bitkilərin əkildiyi bir ədəd dibçək polis əməkdaşları tərəfindən maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə də protokol tərtib edilməklə götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid5 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməbioloji ekspertizasının 18 may 2021-ci il tarixli, 7/465 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd göy rəngli polietilen torbadakı sayı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz, səksən iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 24 iyul 2021-ci il tarixli, 2460 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməbioloji ekspertizasının 16 avqust 2021-ci il tarixli, 7/792 saylı rəyindən görünür ki, təqdim edilmiş aqronomun rəyinə əsasən vət.Şahid1 fərdi evin yataq otağından aşkar edilmiş 1 ədəd dibçəkdəki 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həyətindən götürülmüş 1 ədəd göy rəngli polietilen torbadakı sayı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablanmaqla 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2016-cı il tarixli qərarı ilə 02 (iki) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad olunmuş, 17 may 2016-cı ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 326.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməklə həbsdə saxlanılması 01 (bir) il 03 (üç) ay 15 (on beş) gün müddətə təyin edilmiş cəzadan çıxarılmaqla qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə 02 (iki) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 19 mart 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (və ya götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətdiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli ilə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin cəzanı çəkməsi nəzərə alınmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan – 1 ədəd göy rəngli polietilen torbadakı sayı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 150,82 (bir yüz əlli, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xəlil oğluna Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xəlil oğluna ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin cəzanı çəkməsi nəzərə alınsın. Maddi sübut - Xəzər RPİ-də saxlanılan – 1 ədəd göy rəngli polietilen torbadakı sayı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 55,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 150,82 (bir yüz əlli, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-442/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-442/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver