Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-442/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 və X4, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxsu, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında ümumi etibarnamə əsasında idarə etdiyi X3 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qala- Pirallahı yolu ilə Pirallahı qəsəbəsi istiqamətində yolun Xəzər rayonu ərazisindən keçən Türkan dairəvi 4 yol ayırıcı istiqamətindən Pirallahı rayon istiqamətində gedən bir istiqamətli 2 zolaqlı yolun sağdan 2-ci zolağı ilə saatda təqribən 70-80 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni, onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə həmin istiqamətdə saatda 50 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi mator gücü 49 kub olan “Kuba” markalı moped ilə ehtiyatsızlıqdan toqquşmuş və nəticədə sonuncunun İX, X qabırğaların yerdəyişməyən sınığı, sol incik sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır dərəcəli zərər vuran bədən xəsarətləri, həmçinin əzələ atrofiyası, deformasiya, ağrı sindromu, sağ yuxarı ətrafda funksiyanın kəskin pozulması ilə müşayiət olunan və bitişməmiş (zəif bitişməkdə olan) sağ bazu sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığına AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirmiş və “Kuba” markalı mopedin sahibi Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 263.1-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu X3 mülkiyyətində olsa da təqribən 2 ildir ki, həmin avtomobili ümumi etibarnamə əsasında özü idarə edir. Belə ki, o, həmin avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olur. 31 avqust 2022-ci il tarixdə günorta saatlarında dostu Şahid2 ilə birlikdə “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 8-ci kilometr bazarından qayıdıb Pirallahıya getmişdir. Qala Pirallahı yolunda hərəkət edən zaman yolun Xəzər rayonu ərazisindən keçən Türkan dairəvi 4 yol ayırıcı istiqamətindən, Pirallahı rayon istiqamətində gedən bir istiqamətli 2 zolaqlı yolun sağdan 2-ci zolağı ilə saatda təxminən 70-80 km/saat sürətlə hərəkət etmişdir. Qarşıda təxminən 100-150 metr aralı məsafədən yolun sağdan 1-ci zolağında “Kuba” markalı mopedin eyni istiqamətdə hərəkət etdiyini görmüşdür. Hərəkətini avtomobil ilə düzünə davam etdirib mopedi ötüb keçən zaman moped sürücüsü idarə etdiyi mopedi yolun sağdan 1-ci zolağından yolun sağdan 2-ci zolağına yönəldib idarə etdiyi mopedi qəfil onun idarə etdiyi avtomobilin sağ yan güzgüsünə və sağ qabaq təkərinə çırpmışdır. Hadisə anidən baş vermiş və moped sürücüsü yerə yıxılmışdır. O və həmin vaxt avtomobildə sərnişin olaraq yol gedən dostu Əli avtomobildən düşüb moped sürücüsü Şadyar Canıyevi idarə etdiyi avtomobilə əyləşdirib Şadyarı xəstəxanaya aparmaq istəsə də, Şadyar israrla yaşadığı evə getmək istədiyini bildirmiş, bu səbəbdən də o, Şadyarı yaşadığı evə aparmışdır. O, yenidən Şadyar və onun həyat yoldaşına xəstəxanaya getmək təklif etsə də onlar Şadyarın xəstəxanaya getməsinə hər ikisi etiraz etmişlər. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar günahın onda olmadığını bilsə də, Şadyarın qohumuna müalicəsinə kömək üçün 100 manat pul verib oradan çıxıb getmişdir. Bundan sonra o, baş vermiş hadisə barədə qardaşı Elmara məlumat vermişdir. Bundan sonra qardaşı Elmar özü Şadyar və ailəsi ilə görüşüb Şadyarı müalicə olunması üçün ayrı-ayrı xəstəxanalara aparmışdır. X6 qolunu cərrahi əməliyyat elətdirmək istəsə də, Şadyar qolunda cərrahi əməliyyat aparılmasından imtina etmişdir. Şadyarın müalicəsi üçün o və ailə üzvləri 700 manatdan çox pul xərcləmişlər. Şadyarı müalicə edən həkimlər Şadyarın qolunun tezliklə sağalacağını demişlər. Şadyar özü onunla vidalaşıb maddi yardım etdiyi üçün ona minnətdarlığını bildirmişdir. Hadisədən 1 ay sonra Şadyar ona zəng edib mopedin kredit pulunun ödənilməsini ondan tələb etmişdir. O, Şadyara pul verməyəcəyini bildirmişdir. Şadyar bir neçə dəfə də ondan pul istəmiş, o, Şadyara pul vermək istəmədiyi üçün Şadyar onun barəsində ərizə ilə polisə məlumat vermişdir. O, bu günədək zərərçəkmiş şəxsə imkanı çatan dərəcədə kömək etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, qəza ondan asılı olmayan səbəblərdən baş vermişdir. Bütün bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında idarə etdiyi mator gücü 49 kub olan “Kuba” markalı Moped ilə Xəzər rayonu ərazisindən keçən, Türkan dairəvi 4 yol ayrıcı istiqamətindən, Pirallahı rayon istiqamətində gedən bir istiqamətli, 3 zolaqlı yolun sağdan 2-ci zolağı ilə saatda 30 km sürətlə hərəkət edib, qarşıda geriyə dönmə yerindən idarə etdiyi moped ilə yolun əks istiqamətinə daxil olub, geriyə qayıtmaq istəmişdir. O, mopedin sola dönmə işığını yandırıb, moped ilə sağdan 2-ci zolaqdan, yolun sağdan 3-cü zolağına keçib, geriyə dönmək üçün daxil olan zaman, arxasında geriyə dönmə köməkçi zolağında hərəkət edən “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi mopedin arxa sol tərəfindən onu vurmuş və o, mopeddən yerə yıxılıb bədən xəsarətləri almışdır. Belə ki, həmin avtomobil onu arxadan vuran zaman həmin avtomobilin qabaq bufer hissəsi onun sol ayağına dəymiş və o, ayağından xəsarət almışdır. Zərbənin təsirindən o, yerə yıxılmış, moped isə böyrü üstə aşmışdır. Yerə yıxılan zaman isə sağ qolundan və qabırğalarından xəsarət almışdır. Sürücü əvvəllər tanımadığı, sonradan adını Emzar kimi bildiyi şəxs avtomobildən düşüb ona yaxınlaşmışdır. O, Emzardan mopedi yolun kənarına çəkməsini xahiş etmişdir. Emzar mopedi yolun kənarına çəkib yanına gəlmiş və yaşadığı evə aparmaq üçün onu öz avtomobilinə mindirmişdir. Yolda ondan xahiş etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi barədə polisə məlumat verməsin. Emzar söz vermişdir ki, onu müalicə elətdirib, ona maddi yardım göstərəcəkdir. Emzar onu evə qoyduqdan sonra qayıdıb mopedi də götürüb yaşadığı evə gətirmişdir. Bir neçə gün sonra Emzarın qardaşı, Elmar və özünü həkim kimi təqdim edən Elşən adlı şəxs yaşadığı evə gəlmişlər. Həkim Elşən onun xəsarət aldığı qoluna baxmış, işlədiyi Pirallahı rayonundakı xəstəxanaya onu aparmaq qərarına gəlmişdir. Emzarın qardaşı Elmar və həkim Elşən ondan israrla xahiş etmişlər ki, Pirallahı rayon xəstəxanasında qolunda olan xəsarəti yol nəqliyyat hadisəsi zamanı almağı barədə məlumat verməsin. Bu səbəbdən də o, Pirallahı rayonundakı xəstəxanada yıxılaraq xəsarət almağı barədə məlumat vermişdir. Həkim Elşən xəstəxanada qoluna gips qoyduqdan sonra Elmar onu evə gətirmişdir. Sonradan Elmar onu başqa xəstəxanalara aparsa da, Elmarın xahişi ilə o, bədən xəsarətlərini yol nəqliyyat hadisəsi zamanı deyil, yıxılaraq xəsarət aldığı barədə məlumat vermişdir. Sonrakı günlərdə Elmar onu müalicə elətdirməmiş və ona maddi yardım göstərməkdən imtina etmişdir. Bundan sonra onların verdiyi vədləri yerinə yetirmədiyini görən o, 22 noyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin TŞ-nə ərizə ilə müraciət edib baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Hadisədən sonra sürücü müayinəsi üçün ona 100 manat pul vermiş, lakin hadisə nəticəsində onun istifadəsində olan mopedə ziyan dəymişdir və təqsirləndirilən şəxs həmin ziyanı ödəməkdən imtina edir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, “X12” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu X3 mülkiyyətində olsa da, təqribən 2 ildir ki, həmin avtomobili ümumi etibarnamə əsasında qardaşı Emzar idarə edir. Belə ki, Emzar həmin avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olmuşdur. 31 avqust 2022-ci il tarixdə günorta saatlarında qardaşı Emzar idarə etdiyi “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu ərazisindən keçən Türkan dairəvi 4 yol ayırıcı istiqamətindən, Pirallahı rayon istiqamətində gedən yolda X1 idarə etdiyi “Kuba” markalı moped ilə toqquşması və Şadyar Canıyevin xəsarət alması barədə məlumat vermişdir. Bundan sonra o, qardaşı Emzarın günahsız olmağına rəğmən arada narazılıq olmaması üçün moped sürücüsü Şadyarın müayinə və müalicəsi üçün təşəbbüs göstərmiş və onu dəfələrlə müxtəlif xəstəxanalara aparmışdır. Şadyarın qolu müayinə olunub qoluna gips qoyulduqdan sonra Şadyara lazımi dərmanları da almışdır. Şadyarın müalicəsi üçün o və ailə üzvləri 700 manatdan çox pul xərcləmişlər. Şadyarı müalicə edən həkimlər Şadyarın qolunun tezliklə sağalacağını demişlər. Şadyar özü onunla və qardaşı Emzar ilə vidalaşıb maddi yardım etdikləri üçün onlara minnətdarlığını bildirmişdir. Hadisədən 1 ay sonra Şadyar zəng edib mopedin kredit pulunun ödənilməsini tələb etmişdir. Lakin Şadyara pul verilməyəcəyi deyildikdən sonra Şadyar acığa düşüb əizə ilə polisə məlumat vermişdir. O, hadisəni əyani olaraq görməsə də, qardaşı Emzar ona hadiə barədə məlumat vermiş və Emzarın ona verdiyi məlumata əsasən Emzarın yol nəqliyyat hadisəsi zamanı günahı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Təqsirləndirilən şəxs ifadəsinə oxşar ifadə verərək, onun dediklərini bir daha öz ifadəsi ilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında həyat yoldaşı X1 idarə etdiyi mator gücü 49 kub olan “Kuba” markalı moped ilə əvvəllər tanımadığı sonradan adını Emzar kimi bildiyi Pirallahı rayonu ərazisində yaşayan şəxsin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə toqquşmuşdur. Həmin gün sürücü Emzar əri Şadyarı yaşadığı evə gətirib xahiş etmişdir ki, baş vermiş yol nəqliyyat hadiəsəi barədə polisə məlumat verməsinlər. Emzar idarə etdiyi və hadisə zamanı əzilmiş avtomobili gizlətmək üçün getdikdən bir qədər sonra yaşadığı evə Emzarın qardaşı Elmar və həkim Elşən gəlmişlər. Həkim Elşən həyat yoldaşı Şadyarın qoluna baxıb işlədiyi Pirallahı rayonuna xəstəxanaya aparmaq qərarına gəlmişdir. Emzarın qardaşı Elmar və həkim Elşən Şadyardan yaşadığı evdə olan zaman xahiş etmişlər ki, Pirallahı rayon xəstəxanasında Şadyarın qolunda olan xəsarəti yol-nəqliyyat hadisəsi zamanı alması barədə məlumat verilməsin. Şadyar razılaşdıqdan sonra Elmar və Elşən Şadyarı aparmışlar. Sonradan dəfələrlə Emzar, qardaşı Elmar, onların anası və başqa qohumları onun yaşadığı evə gəlib və söz vermişlər ki, Şadyarı sona qədər müalicə edəcəklər. Həkim Elşən, Şadyarı müalicə edə bilməmişdir. Sonradan Emzar və qohumları da Şadyarın müayinə və müalicəsindən imtina etmişlər. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 1582 saylı rəyindən görünür ki, Ş.A.Canıyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ yuxarı ətrafda funksiyanın kəskin pozulması ilə müşayiət olunan sağ bazu sümüyünün yerdəyişən sınığı İX, X qabırğaların yerdəyişməyən sınığı, sol incik sümüyünün yerdəyişən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X9” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər. Xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi Ş.A.Canıyevin müalicəsi başa çatdıqdan və təkrari məhkəmə-tibbi müayinəsindən sonra təyin ediləcəkdir. İş materiallarına əlavə olunmuş əlavə məhkəmə-tibbi ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 02-ə/1582 saylı rəyindən görünür ki, Ş.A.Canıyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər – əzələ atrofiyası, deformasiya, ağrı sindromu, sağ yuxarı ətrafda funksiyanın kəskin pozulması ilə müşayiət olunan və bitişməmiş (zəif bitişməkdə olan) sağ bazu sümüyünün qəlpəli sınığı İX, X qabırğaların yerdəyişməyən sınığı, sol incik sümüyünün yerdəyişən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X9” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən İX, X qabırğaların yerdəyişməyən sınığı, sol incik sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddirlər. Əzələ atrofiyası, deformasiya, ağrı sindromu, sağ yuxarı ətrafda funksiyanın kəskin pozulması ilə müşayiət olunan və bitişməmiş ( zəif bitişməkdə olan) sağ bazu sümüyünün qəlpəli sınığı isə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa Ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş məhkəmə-yol nəqliyyat ekspertizasının 17 aprel 2023-cü il tarixli, 8/793 saylı rəyindən görünür ki, 1-2. Kuba markalı mopedin sürücüsü X1 hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3-4. X12 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinə (mopedə) baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Kuba” markalı mopedə baxış keçirilərkən mopeddə heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, lakin mopedin arxa rama hissəsi, arxa maşa hissəsi, arxa disk hissəsi, sükan hissəsi, dönmə işıqları və arxa qoruyucu hissəsində müəyyən nasazlıqlar aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsindən əvvəl mopeddə bu cür nasazlıqların olmadığını, hadisədən sonra bu nasazlıqların əmələ gəldiyini demişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinə (avtomobilə) baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi tünd boz metallik rəngli, universal tipli, “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildə heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş və avtomobilin gövdə hissəsində hər-hansı bir sürtünmə və vurulma izi, o cümlədən zədələr aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mopedin (buraxılış ili 2022, markası Cuba)birinci dəyən zərəri 700 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 000 manat cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.1-2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs idarə etdiyi “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs idarə etdiyi “Kuba” markalı moped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs idarə etdiyi “X12” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs idarə etdiyi “Kuba” markalı moped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 128,00 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-442/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-442/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver