Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-443/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X3 və X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştrakları ilə Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X3 və X2 X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətlərinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X7 və X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. X7 və X5 şikayət ərizəsini onunla əsaslandırmışlar ki, xüsusi ittiham qaydasında barəsində şikayət etdikləri X4 təkidli təklifi əsasında 2020-ci il tarixdə “Little Wings” adlı özəl bağçanın idarə olunmasına və əldə edilmiş mənfəətin bölüşdürülməsinə onunla 50 % şəriklilik pay bölgüsü ilə razılaşaraq, onun tələb etdiyi 10000 (on min) manatı verdikdən sonra, üstündən 1 il 6 ay keçməsinə baxmayaraq, düşündükləri məbləğ olan mənfəəti onlara vermədiyindən X8 ilə razılaşmaları pozulmuş və onlar şəriklilikdən çıxdıqlarını bildirməklə ortalığa qoyduqları həmin məbləği ondan tələb etdiklərinə baxmayaraq, o, 10000 manatı qaytarmamış, buna görə də həmin məsələni məhkəmə qaydasında həll etmək üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsində X6 qarşı iddia qaldırmışlar. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığına görə yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməkdə qərarlıdırlar. X8, şəriklilik məqsədilə verdikləri 10000 manatı tələb etdiklərinə görə onlardan işlədikləri şirkətə böhtan, yəni yalan olduğunu biləbilə şərəf və ləyaqətlərini ləkələyən və ya onları nüfuzdan salan məlumatlar barədə teleqram göndərməklə bu cür məlumatları kütləvi çıxışlarda yaymışdır. Barələrində biləbilə yalan məlumatlar yayması ilə əlaqədar başlanmış araşdırma barədə demək olar ki, “AZAL”ın bütün rəhbər və struktur heyəti eşidib bilmişdir. Həmin teleqram üzrə 2021-ci ilin sentyabr, oktyabr aylarında araşdırma aparılmış və teleqramda göstərilən məlumatların hamısının böhtan xarakterli olması təsdiqini tapmışdır. Lakin işlədikləri kollektivin əksər (çoxluq təşkil edən) üzvlərinin onlara qarşı münasibəti dəyişmişdir. X4 onların dövlət işində işlədikləri halda adlarının polis orqanlarında keçməsi, dövlətlərinə və onun başçısına qarşı olan müxalifət liderinə tərəfdar toplamaqla məşğul olmaqları barədə yalan və böhtan xarakterli məlumatlarının araşdırılaraq barələrində tədbir görülməsini tələb etməsi, bu barədə dövlət başçısına və başqa orqanlara da məlumat verəcəyini bildirməsi fikirləri, faktiki toplayaraq “AZAL” rəhbərliyini şantaj etməsi kimi qəbul edildiyindən kollektiv üzvləri tərəfindən qınanmışlar. Ona görə də rəhbərlik iş yerlərini dəyişmiş, müsbət xarakterizə olunduqları üçün hər ikisi daha yaxşı vəzifəyə keçirilmişlər. Yəni, X9 Təhlükəsizlik Baş darəsində (ATBİ) təhlükəsizlik üzrə mütəxəssis vəzifəsindən ATBİ X1 Əməliyyat Xidmətində Böyük inspektor vəzifəsinə, Novruzova Xəyalə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (HHİE) üzrə kompleks trenajoru vəzifəsindən HHİE-nin dispetçeri vəzifəsinə irəli çəkilmişlər. Bütün bunlar X4 onlar barəsində yaydığı məlumatların şərböhtan olmasını bir daha sübut edir. Əks-təqdirdə onlar ya işdən azad edilərdilər, ya da daha aşağı vəzifəyə keçirilərdilər. Hesab edirlər ki, X8 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinə əsasən cinayət məsuliyyətə cəlb edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 5-ci bəndində deyilir ki, “Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür”. Göstərdikləri xüsusatlardan aydın görünür ki, Cəfərov Rasimin barələrində yalan olduğunu bilə-bilə yaydığı böhtan xarakterli məlumatları böyük kollektiv içərisində hər kəs eşidibbilmiş, şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını aşağı düşməsinə, mənəvi, fiziki və psixoloji sarsıntılar keçirməklərinə gətirib çıxarmışdır. Hesab edir ki, X8 etdiyi hərəkətlərə görə Qanun qarşısında cavab verməli, törətdiyi əməl nəticəsində onlara vurduğu ziyanımənəvi, fiziki və psixoloji sarsıntıya görə dəymiş zərəri ödəməlidir. Buna görə də, X4 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirlər. Məhkəmə iclasında X7 və X5 şikayət ərizələrini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdilər. Həmçinin, X4 təqdim etdiyi etiraza vəsatət təqdim edərək göstərdilər ki, etiraz, əsassız olduğundan, sadəcə olaraq Cinayət-Prosessual Məcəlləsinin sadalanan maddələrinin tələblərinin Məcəllədən A-4 formatlı kağıza köçürülməsindən və barəsində şikayət olunanın cinayət məsuliyyətindən kənarda qalması müddətinin mümkün qədər uzadılmasına hesablandığından qəbul edilməyərək ondan imtina edilməlidir. Belə ki, 1. Etirazın 1-ci səhifəsində 3-cü abzasdan başlayaraq səhifənin sonuna qədər və 2-ci səhifəsində 1-4-cü abzaslarda göstərilənlərə əsasən qeyd edirlər ki, X8 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinə əsasən etdikləri şikayət Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə tam uyğun olaraq tərtib edilmişdir. Yalnız CPMnin 293.3.1-ci maddəsinin tələbinə aid doğulduğuqları il texniki səhv olaraq göstərilməyib, iş yeriləri və vəzifələri şikayətin mətnində göstərilib (doğulduqları il, iş yeri və vəzifələri məhkəmənin 2 dəfə keçirilərək təxirə salınmış hazırlıq iclaslarında tərəflərindən elan edilib və məhkəmə protokoluna qeyd edilib). 2. CPM-nin 293.3.2 maddəsinin tələbi baxımından şikayətləri prosessual məcəlləyə uyğun tərtib edilib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi aydın şəkildə göstərilib, maddi zərər demək olar ki, yox dərəcəsindədir, fiziki, mənəvi və psixoloyi zərərin vurulması şikayətdə qeyd edilib, şikayət icraata qəbul edildikdən sonra vurulmuş zərərin məbləği barədə tərəflərindən məhkəmədə iddia qaldırılacaqdır. 3. CPM-nin 293.3.3-cü maddəsinin tələbi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli X8 törədib və şikayət bu hissədə də tam doğru tərtib edilib, təsdiqi də ünvan və telefon nömrəsini də göstərərək "xxxx" MMC-nin 3 saylı poçt filialının 96 saylı poçt şöbəsindən göndərdiyi teleqramdır. 4. CPMnin 293.3.4-cü maddəsinin tələbi baxımından cinayətin törədilməsinin şahid ifadələri ilə sübutuna ehtiyac yoxdur. Barəsində şikayət olunan şəxs yəqin ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdiyini etiraf edib təsdiqləyəcək. 6. CPM-nin 302.1.3-cü və 302.1.7-ci maddələrinin tələbləri baxımından şikayətləri qanunauyğun tərtib edilib, əsaslıdır, şikayətin dəlillərini təsdiq edən sübutlar əks etdirilib və şikayətə əlavə edilib. 7. CPM-nin 302.2-ci və 302.2.3-cü maddələrinə əsasən Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmənin hazırlıq iclasının nətəcələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmağa əsas ola bilməz. Etirazın 3-cü səhifəsinin 2-ci abzasında qeyd edilənlərdən aydın görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs, ya özünün də dediyi kimi, bilik səviyyəsinin orta təhsil həcmində olduğundan CPM-nin müvafiq maddələrinin tələblərinin mahiyyətini bimədiyinə görə, ya da bilərəkdən törətdiyi əməlin məsuliyyətindən maksimum müddətə yayınmaq məqsədilə şikayətlərinə əlavə edilmiş sübutları nəzərə almır. Etirazın 3-cü səhifəsinin 3-cü abzasında göstərilənlərə əsasən onu qeyd edirik ki, CM-nin 147-ci maddəsinin dispozisiyasında həm 147.1, həm də 147.2-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulduğundan, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxsin törətdiyi əməlin ağırlıq dərəcəsindən asılı olaraq CM-nin 147.1 və ya 147.2-ci maddələrinin hansının tələbinə əsasən məsuliyətə cəlb edilməsi məsələsini məhkəmənin ixtiyarına, səlahiyyətinə buraxdıqları barədə razılaşdıqlarından bu cür qənaətə gəlmişlər. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, barəsində xüsusi ittiham qaydaçında şikayət olunan X4 şikayətə etirazı, onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməyinə münasibətdə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 etiraz ərizəsi təqdim edərək göstərdi ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Cinayət-Prosessual Məcəlləsinin maddələrin tələblərinə əməl edilmədiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Belə ki, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. Həmçinin, şikayətdə barəsində şikayət verilmiş şəxsin CMnin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, CM-nin 147-ci maddəsinin dispozisiyasında həm 147.1, həm də 147.2-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulduğundan, xüsusi ittiham qaydasında məhz hansı əməlin törədilməsi məlumatın hansının və ya hansı hissəsinin şikayətdə göstərilən CM-nin 147-ci maddəsinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147.1 və ya 147.2-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm CM-nin 147.1 həm də 147.22-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. İrəli sürülmüş ittihamın sübutetmə yükünün təqsirsizlik prezumpsiyası prinsipinə əsasən xüsusi ittihamçının üzərinə düşdüyü halda, onun tərəfindən məhkəmənin hazırlıq iclası zamanı hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən xahiş edirərək yazdıqlarını nəzərə alaraq qanunvericiliyin tələbinə uyğun olaraq verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsini baxışa təyin etmədən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə xüsusi ittihamçıların və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, Xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə, xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətçi hansı böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, həmçinin, hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması göstərilməmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə X4 hansı hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə cinayət tərkibinin yaranması göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, X4 “Heydər Əliyev” adına Hava Limanının rəhbərinə teleqramla etmiş olduğu müraciət, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər barəsində məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasıinda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X3 və X2 X4 barəsində xüsusi ittiham qaydasında vermiş olduqları şikayətlərinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X3 və X2 X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətlərinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-443/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-443/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver